Mirzə Məmmədoğlu



Yüklə 342,5 Kb.
Pdf görüntüsü
səhifə12/23
tarix08.09.2018
ölçüsü342,5 Kb.
#67595
1   ...   8   9   10   11   12   13   14   15   ...   23

 

Şah Abbas məscidindən görüntülər

 

 

I Şah Abbas. O dövrdəki avropalı rəssamın rəsmi



İranlıların son hücumu zamanı, 1795-ci ildə körpü şəhər tarmar ediləndə dağıdılmışdır. 1797-ci ildə

o bərpa edilmiş və yalnız 1805-ci ilədək mövcud olmuşdur. Körpünü daşmış Kür uçurub-dağıtmışdır.

1805-ci ildə salınmış ağac körpü tağlı ağac körpüsü ilə əvəz edilənədək, yəni 1826-cı ilədək mövcud

olmuşdur. 1870-ci ildə burada dəmir körpü salınmışdır.

1805-ci ildən, bir az aşağıda çox da güvənili olmayan ikinci körpü fəaliyyət göstərirdi ki, o, da tez-

tez təzələnməli olurdu. Yuxarı körpü Avlabar körpüsü, aşağı körpü Metex körpüsü adlanırdı.

1849-cu ildə Metexin müvəqqəti keçidləri əvəzinə ağacdan «Taun» sistemli körpü salınır ki, bu da

1870-ci ilədək mövcud olur. Sonra isə onu dəmir körpü əvəz edir. Avlabar körpüsündən nəqliyyat,

araba, fayton keçirdisə, Metex körpüsündən yalnız piyadalar, eşşəklər hərəkət edirdi. Buna görə də

tiflislilər bu körpüyə «Eşşək körpüsü» adı da vermişdilər. Avlabar körpüsünün uzunluğu 30,5 metr

idi, Metexinki isə - 27,5 metr. Yeni dəmir-beton körpüsünün tikintisi ilə əlaqədar hər iki köhnə körpü

bizim əsrin 50-ci illərində Metex körpüsünün tikintisinə başlanmamasından öncə, 1951-ci ildə,

Avlabar körpüsü isə yeni körpünün açılışından bir neçə il sonra, 1955-ci ildə uçurulmuşdur.

İndiki körpü 1951-ci ildə salınmışdır. Bu körpü salınan zaman Metex qalası dibində mövcud olan

körpülərin həndəvərlərində qədim tikililərdən oluşan özünəməxsus kompleks məhv edilmişdir.

Burada yaşayış binaları ilə yanaşı, Kürün sahilindəki karvansaralar, «Şah Abbas» məscidi adlanan

məscid uçurulmuşdur.

Məlikin məhəlləsi – Tiflisin idarə olunmasında mouravi başda dururdu. Onun ştatına daxil idi: məlik-

mamasaxlis, canişin, kəndxuda, asas , asasbaşı, yasavul və sair.

XVI əsrdə I Luarsabın (1534-1558) çarlığı dövründə gürcü gerçəkliyində məlikin adı meydana çıxır.

Gürcüstan tarixinin tədqiqatçısı Şota Mesxia feodal dövrünün şəhər məmurlarının hüquq və

vəzifələrini sadalayan zaman şəhər məlikin hüquq-vəzifələrini belə müəyyən edir: şəhərdə vergiləri

yığmaq, təmizlik və nizam-intizamı qorumaq, xəzinə təhkimçi kəndlilərini qeydə almaq, fövqəladə

tərtib edilmiş kitaba vətəndaşları daxil etmək, çar fərmanlarına və başqa sənədlərə imza atmaq və

sair.

XVIII əsrdə şəhərin məlikinə dövlət maliyyə mədaxil-məxaric məsələlərinin həlli də həvalə olunurdu.



Onun inzibati hüquqları şəhərətrafı yerlərdə də yayınlanırdı.

İsaağ paşanın (1725-1735-ci illər) şəhərin məliki Aşxarbəyə göndərdiyi aktların birindən şəhərətrafı

yerlərdə də onun hüquqlarının yayınlandığına əmin olmaq olar. Şəhər məlikinin şəhərdə bir neçə evi

vardı. Bu evlərdən biri bir vaxtlar Noraşen kilsəsinin yanında idi və bu məhəllə onun adını daşıyırdı.

Aşxarbəyin qədim məhəlləsi 18-ci əsrin 20-ci illərində Tatar (indiki Qorqasal) meydanında da

mövcud idi. Sonralar isə Petxainin yanında yerləşən məhəllədə məlikin əsas yaşayış yeri olduğundan

bura da Məlikin məhəlləsi adlandırılmışdır.

XII Georginin olduğu yeri Ağa Məhəmməd şah Qacarın Tiflisə hücumundan sonrakı dövrlərdə tarixi

mənbələr müxtəlif yerlərdə, o cümlədən, Kldisubanda, Qaya məhəlləsində yerləşən məlikin evini də

göstərir.

Məlikin karvansarası – Vaxuşti Baqrationi Tiflisin 1735-ci il planında şəhərin karvansaralarından

üçünü xüsusilə qeyd edir: Çarın, Tbilelinin və Məlikin karvansaraları. Çarın funduku – karvansarası




Sion kilsəsi ilə üzbəüz dururdu. Tbilelinin karvansarası Sion ərazisinin cənub hissəsini

məhdudlaşdırırdı. Bu sonuncuya isə Məlikin karvansarası söykənirdi. Onun bir hissəsi planda

üçbucaq şəklini almışdı və dar boğaz şəklində Sion küçəsinə tərəf çıxırdı. Sonralar məlik Qalanın

cənub-şərq hissəsində, Seyidabadda, Balneoloji kurortun yerində karvansara tikir.

 

 

 



Sion küçəsi. 1900-cü illərin fotosu

Mirzabad – Tatar (Qorqasal) meydanı, kükürdlü hamamların yaxınlığında məhəllə olub. Görünür, bu

məhəllənin Mirzə adlı bir şəxs tərəfindən əsası qoyulub. Kükürdlü hamamların birinin də adı onunla

bağlıdır. İndi də Tiflisin müsəlman əhalisi həmin hamamlardan birinə Mirzəoğlu hamamı deyir.

Mirzə Fətəli Axundovun qəbri – Nəbatat (indiki Botanika) bağında yerləşir. Burada 1947-ci ilədək

müsəlman qəb-ristanlığı mövcud olmuşdur.

M.F.Axundovun müəllimi olmuş Mirzə Şəfi Vazeh, M.F.Axundovun özü və onun bir neçə övladı,

qohum-əqrəbası da həmin bu qəbiristanlığın lap üst yanında Yemlikli yerbatan adlanan yerdə dəfn

olunmuşdur. Böyük ədib burada öz vəsiyyətinə görə müəllimi Mirzə Şəfi Vazehin qəbri yanında dəfn

edilmişdir. Qəbir daşının üstündə ərəbcə bir kitabə yazılmışdır ki, məzmunu aşağıdakı sətirlərdən

ibarətdir: «Bü mərhum və məğfur yüksək şanlı şərq və rus dillərinin alimi, islam və rus ölkələrində

bir çox əsərlərilə məşhur olan polkovnik Mirzə Fətəli mərhum Ağa Məhəmmədtağı oğlunun qəbridir...

Nuxa şəhərində doğulmuşdur.

1295-ci il rəbiyyələvvəlin, yəni 1878-ci il fevralın 26-da vəfat etdi. Ömründən altmış altı il

keçmişdir».

M.F.Axundovun Nəbatat M.F.Axundov

bağındakı qəbirüstü büstü

 

 



M.F.Axundovun Tiflisdə yaşadığı ev

 

 



 

 

 



 

 

M.F.Axundovun qəbri



 

Kürün sağ qolu. Kiçik Mixail körpüsü. 1890-cı illərin fotosu

 

 

 



 

Kürün üzərində dəyirmanlar. Mədətov adası. 1890-cu il

 



Mixail körpüsündə və küçəsində dükanlar. 1890-cu illərin fotosu

 

 



 

Qalayçı və misgərlər emalatxanası. 1896-cı ilin fotosu

Misgərlər cərgəsi – İndiki Şarden küçəsini (XVIII əsrlər) Misgərlər küçəsi adlandırırdılar. Bu küçə

də müvafiq olaraq Misgərlər cərgəsi adlandırılırdı. Sonralar burada örtülü adlanan və ya yeni

bəzzazxana (çit, parça və mahudla alver edənlərin cərgəsi) təşkil edildi. Küçəni eyni zamanda

Qaranlıq cərgə də adlandırırdılar. XIX əsrdə Misgərlər cərgəsi Riğedə – yəni çaylaqda yerləşdirildi.

Mixail prospekti – Əvvəllər Plexanov, indi isə Ağmaşenebeli prospektinin köhnə adı. Rusiya

imperatoru I Nikolayın qardaşı, böyük knyaz Mixail Romanov1860-cı illərdə Qafqaz canişini

olmuşdur. Prospektə də onun adı qoyulmuşdur.

Azərbaycan yazıçısı Manaf Süleymanov «Eşitdiklərim, oxuduqlarım, gördüklərim...» kitabında yazır:

«Hacı Zeynalabdin Tağıyev parça toxuculuğu sənayesini Zaqafqaziyada monopoliya etmək üçün

Ələsgərbəy Mahmudbəyovu göndərir Tiflisə, orada Mixaylovski küçəsində torpaq icarəyə götürüb

fabrik tikdirir və başlayır bez buraxmağa; bu fabriki də xammal ilə - pambıq ilə Azərbaycanın

pambıq əkən qərb rayonları təmin edirdi; həm də fabrik yaxın olduğundan nəqliyyata az pul

xərclənirdi, parça ucuz tamam olurdu».

Bu fabrikin istehsal etdiyi bez qədim Tiflisin bəzzazxanalarında da satılırdı.

Mixail xəstəxanası – Tiflislilərin yaşlı nəsli bu gün də Ağmaşenebeli prospektində yerləşən köhnə

xəstəxananı belə adlandırır. Onun adı da Rusiya imperatoru I Nikolay Romanovun qardaşı, Qafqaz

canişini olmuş Mixail Romanovun adı ilə əlaqədardır.

Moldovanlar qəsəbəsi – Lotkin təpəsi yaxınlığında yaşayış məntəqəsi. Kişinyov, Svir, Avnakim və

Zenar küçələrini əhatə edir.

Müqəddəs David dağı (Şeyx Sənan dağı) – Mtasminda dağının ətəyində yerləşən kilsə və onun

həndəvərləri belə adlanır. Gürcülər arasında yayılan əfsanəyə görə, VI əsrdə Suriyadan gələn 13

nəfər keşişdən biri olan David dinə qulluq etmək məqsədi ilə bu yeri seçir. Belə ki, onlar

Gürcüstanda sonralar xristianlığı yaymaq missiyasını öz üzərilərinə götürürlər. David burada

ziyarətgah tikir. Platon İoselianinin verdiyi məlumata görə, Davidin ziyarətgahı olduğu yerdə 9-cu

əsrdə Müqəddəs Məryəm kilsəsi tikilir. 1542-ci ildə bu yerdə rahib olan qardaşlar David və Nikolay

Qabaşvililər «Müqəddəs David» adına yeni kilsə tikirlər. 16-cı əsrin sonunda Afinadan gələn

rahiblər müqəddəs Afina dağı adı ilə onu yenidən tikirlər. Bu kilsə sonralar uzun müddət bərbad

halda qalır. 1810-cu ildə II Anton burada yeni kilsə inşa edir. Bizim vaxtımıza kimi gəlib çatan kilsə

ötən əsrin 70-ci illərində tikilmişdir.

Azərbaycanlılar arasında isə onunla bağlı belə bir əfsanə mövcuddur:

 

Qədim Mtasmnda kilsəsi. 1850-ci ilin fotosu



 

 

Yeni Mtasminda kilsəsi. 1880-ci illərin fotosu



Sənan Turanda anadan olmuşdur. Bir müddət İranda yaşamış, sonra Ərəbistana getmiş, dini təhsil

almışdır. Müəllimi şeyx Kəbir öldükdən sonra bir müddət onu əvəz edir. Sonra qırx yaşında ikən uzun

bir səfərə çıxır. İran və Qafqazı gəzərkən şeyx Sənan başqa şeyx yoldaşları ilə birlikdə Tiflisə gəlir.



Yüklə 342,5 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə