Mirzə Məmmədoğlu



Yüklə 342,5 Kb.
Pdf görüntüsü
səhifə8/23
tarix08.09.2018
ölçüsü342,5 Kb.
#67595
1   ...   4   5   6   7   8   9   10   11   ...   23

Tiflis hamamları qədim sənədlərdə və səyyahların qeydlərində də xatırlanır. X əsr ərəb

coğrafiyaşünasının qeyd etdiyinə görə, «Burda su alovsuz qaynayır». Vaxuşti şəhərdə 6 hamamın

olduğunu yazırdı. Göründüyü kimi, Ağa Məhəmməd şah Qacarın Tiflisə hücumu zamanı onlardan

bəziləri dağıdılmışdır. Belə ki, 1800-cü il planında bu məhəllədə yalnız 4 hamam qeyd olunmuşdur.

XIX əsrin ortalarında Tiflis planında yenə 6 hamam göstərilmişdir. XII Georginin fərmanlarının

birində maraqlı məlumatlara rast gəlinir. Belə ki, Mehtər və Behbudun hamamları ayrı-ayrılıqda

göstərilmişdir. Behbudun hamamı Mehtər hamamının qərbində, Tabor dağı tərəfdə olub. XIX əsrin

planından müəyyən olunduğu kimi, Qala qapısına ən yaxın olan hamam Tiflis (Sion) hamamı idi.

Sonralar onu II İraklinin və ya Dariyanın (II İraklinin arvadı Darecanın qısaldılmış adıdır - M.M.)

hamamı adlandırmışlar. Hamamlar və Axundov küçələrinin küncündə yerləşən bu hamam bir

zamanlar çar hakimiyyəti ilə patriarxın arasında xeyli mübahisəyə səbəb olub. Zaman-zaman gürcü

çarlarının, gah da Sion kilsəsinin əlinə keçib. Onun qədimliyini VI Vaxtanqın möhürü də təsdiq edir.

1677-ci il tarixli bir fərmanda deyilir: Hamam suları həddindən artıqdır. Başqa hamamlar yeni

tikilibsə də, bu hamam çoxdan mövcuddur». Onun qərbində, bir az aralıda isə Məlikin hamamı

yerləşirdi. Qədim hamamdan, İrakli hamamından başqa Mehtər (XVII əsrin I yarısı), Eynali (XVII

əsr), Sərin hamam (XVII əsr), Behbudun hamamı (XVII əsr) qeyd olunmuşdur. Mehtər hamamı

sonralar Sumbatov hamamı adlanmışdır. Kürün yaxınlığında yerləşən Sərin hamam Şnoyev hamamı

adlanırdı. Qala hasarlarının daxilində də «Xocanın hamamı» adlanan hamam var idi. Ağa Məhəmməd

şah Qacarın özünü müalicə etmək istədiyi və heç bir xeyri dəymədiyinə görə dağıdılmasını əmr etdiyi

hamam bu hamam idi.

Hamamların adı əksər hallarda onun sahibinin adından və ya vəzifəsindən irəli gəlirdi. Buna görə də

onların adları da dəyişirdi. Bəzi hamamın adı onun xarakterik xüsusiyyətlərindən irəli gəlirdi (Sərin

hamam, Fitil hamamı). Eynalı şəhərin məliki idi (1655-1672-ci illər). O, hamamı yenidən tikdirmiş

və suyu Davud xanın hamamından çəkdirmişdir.

Bəzi tədqiqatçılar Eynalı hamamını 19-cu əsrdə Mirzə oğlu hamamı adlanan binanı hesab edir. Mirzə

oğluna qədər o, Zubalaşviliyə məxsus idi. Behbudun hamamı isə gərək ki, bu günkü Qarnizon hamamı

adlanan hamam olsun.

Hamamlarda əsasən Şərq-İran memarlığının izləri vardır. (Bu, XVII əsr Tiflis memarlığının təqdirə

layiq xüsusiyyətlərindən biridir). XIX əsrin II yarısında «Bəzəkli hamam» adlanan hamam Şərq

üslubunda yenidən tikilmişdir.

Qədim Tiflis hamamları təkcə yuyunmaq, təmizlənmək üçün deyildi. Bu hamamlar müəyyən mənada

ictimai təyinatı da yerinə yetirirdi. İosif Qrişaşvili yazırdı:

«Əvvəllər hamam onu arzu edənlər üçün açıq idi. Camaat səhərdən axşama kimi orada qala bilirdi.

Hamam bəzən şəhərə gələn kəndli üçün mehmanxananı da əvəz edirdi: malı axura bağlayır, özü isə iki

şahı pula bütün gecəni hamamda rahatca yatırdı... Hamamda arvadlar bütün günü qalır, nahar da

edirdilər... Sonra çay içməyə başlayırdılar... Bu, onlar üçün klub da idi, teatr da. Bundan başqa

qadınlara hamamda öz bəzək şeylərini, qiymətli sırğalarını çıxarıb göstərməyə imkan verilirdi. Qadın

özünün təzə aldığı paltarını, şübhəsiz, hamamda geyinməli idi. Şübhəsiz, elçilər hamamda da öz

vəzifələrini unutmurdular. Bir çox gözəl qadının taleyi hamamda həll olunurdu. Hamamda bir çox

etibarlı «qadın və gəlin» xoşbəxt olub, bir çox lüt qadının da çoxlu eyibləri aşkar olub.

Yeyib içən tiflislilər kefdən sonra hamamlarda vaxt keçirməyi özlərinə borc bilirdilər. Bağlarda

başlanan kef həmişə hamamlarda başa çatdırılırdı».

 



Abdulla Şaiq öz xatirələrində bu barədə yazır:

 

«Bu hamamlar gecə-gündüz qurnalardan şırhaşır axıb hovuzlara tökülən kükürdlü, isti mədən suları



ilə məşhurdur. Heç bir ictimai yerə çıxmayıb evdə dustaq kimi yaşayan çarşablı arvadların ən böyük

əyləncə yeri bu hamamlar idi. Hamı burada görüşür, burada tapışır, burada şirin söhbətə qızışır,

oğlunu evləndirmək istəyənlər burada qız bəyənirdi. Hər kəs öz gücünə görə səhərdən boğçasına

pendir, çörək, yayda qarpız, xiyar bağlayıb hamama gedir, axşama qədər gününü orada keçirirdi.

Hamama mən adətən atamla gedirdim. Hamama daxil olan kimi gözə dərhal kərpicdən tikilmiş, əhəng

və gəc ilə suvanmış böyük bir hovuz çarpırdı. Hovuzun sağ və sol tərəflərində soyunmaq üçün yerdən

bir qədər uca xüsusi səkilər vardı. Nazik və uzun taxtalardan qayrılmış kiçik bir daxmada hamamçı

otururdu. Soyunulan paltarlara nəzarət edən xidmətçi çimib gələnlərin ayağına su tökür, geyinmək

istəyənlərə hər cür kömək göstərirdi. Bir tərəfdə isə samovar qaynayır, çayçı müştərilərə çay

paylayırdı. Bir dəfə atam ilə hamama getməyim heç xatırımdan çıxmır. Biz hamama daxil olan kimi

ətrafımızı kisəçilər bürüdü. Atam birini seçdi. O, əvvəlcə hamamın səkisinə iki fitə sərdi.

Sonra uzanmaq üçün bir fitəni yumrulayıb başaltı qoydu. Biz fitə üstündə oturduq. Kisəçi əvvəlcə

atamın saqqalına xına yaxıb uzandırdı. Sonra mənə kisə çəkdi. Mən oturub atamı gözləyirdim. Kişi

başqa birisinə kisə çəkdikdən sonra atamın saqqalının rəngini yuyub bədəninə kisə çəkməyə başladı.

Sonra canını ovuşdurdu. Bütün bu tamam-dəsgahdan sonra böyük hovuza girdik. Hamının yuyunduğu

bu hovuzda çimmək məni hər şeydən çox darıxdırdı. 3-4 saat davam edən yuyunma nəhayət başa

çatdı. Hamam xidmətçisi ayaqlarımıza su tökdü, sonra atamın bədənini püştimal etdi (ovuşdurdu).

Kişi hamamı intizamlı və səs-küysüz idisə də, kisəçinin hoqqabazlıqları, atamın saqqalının xınası və

rəngi, onun bütün hamam qanun-qaydalarına qeyd-şərtsiz itaət etməsi məni lap hövsələdən çıxardı...».

 

 



A.S.Puşkin

 

Görkəmli rus şairi A.S.Puşkin «Ərzuruma səyahət» adlı yol qeydlərində kükürdlü Tiflis hamamları



barəsində də yazır:

«Karsikaladan bir neçə verst aralı, Rum yürüşlərinin abidəsi, Kür üzərindəki qədim körpüdən

keçərək Tiflisə getdik...

Mən traktirdə dayandım, o biri gün isə Tiflisin məşhur hamamlarına yollandım. Şəhər mənə çox

qalabalıq göründü. Ermənilər, gürcülər, çərkəzlər, farslar Şeytanbazarda toplaşmışdılar. Onlar

arasında gənc rus məmurları Qarabağ ayqırlarının belində gəzirdilər. Hamamların girəcəyində qoca

fars oturmuşdu. O, qapını mənə açdı. Mən geniş bir otağa daxil oldum. Və nələr gördüm? 50 nəfərdən

çox cavan və yaşlı qadın yarıçılpaq və lüt halda bəziləri divarlara söykənmiş skamyalarda oturub,

bəziləri də ayaq üstə geyinib soyunurdular. Mən dayandım. Gedək, gedək, - dedi mənə sahibkar, - Bu

gün çərşənbə axşamıdır, qadın günüdür, eybi yoxdur. Əlbəttə, eybi yoxdur, əksinə daha da yaxşıdır, -

cavab verdim. Kişi məxluqun ora daxil olması heç bir narahatlığa səbəb olmadı. Onlar qəh-qəhə

çəkib gülüşərək söhbətlərini davam etdirdilər. Belə çıxdı ki, mən gözəgörünməz halda ora daxil

olmuşdum. Onlardan çoxu doğrudan da gözəl idi.

Fars məni hamama saldı. Qaynar, kükürdlü su qayada yonulmuş, dərin hovuza axırdı. Ömrüm boyu

Tiflis hamamları kimi hamam nə Rusiyada, nə də Türkiyədə gördüm».

 



Yüklə 342,5 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə