Mirzə Məmmədoğlu



Yüklə 342,5 Kb.
Pdf görüntüsü
səhifə10/23
tarix08.09.2018
ölçüsü342,5 Kb.
#67595
1   ...   6   7   8   9   10   11   12   13   ...   23

yerləşdirmək üçün almışdır. İndi bu binada İncəsənət Muzeyi yerləşir.

1829-cu ildə rus qoşunları tərəfindən Türkiyə ilə müharibədə İrəvan qalası yaxınlığında qələbənin

qeyd edilməsi münasibəti ilə qoşun sərdarı İ.Paskeviç «İrəvan qrafı» rütbəsi ilə təltif olunmuşdur.

Tiflis meydanı isə İ.Paskeviç-İrəvanski adını almışdır. Sonralar qısaldılmış formada İrəvanski və ya

İrəvan adı ilə qalmışdır. Bundan sonra da onun adı dəfələrlə dəyişdirilmişdir.

İsan – «İsan» sözü ərəb mənşəli sözdür, qala, istehkam mənasını verir. Bu gün İsan qalasının

planlaşdırılmasını və onun ümumi görünüşünü dəqiq bərpa etmək mümkün deyildir. Fortipikasiyalı

kompleks, göründüyü kimi, iki səviyyədə yerləşən hissələrdən ibarət idi. Birinci əsas hissə qaya

ətəyində tikilmişdi, ikincisi isə qərb tərəfdən baş alaraq körpüyə qədər uzanırdı. Qaya dibində qədim

körpünün başında dördkünc bürcün qalıqları qorunub saxlanılmışdır. (Kürün səviyyəsi aşağı düşəndə

həmin yer açıq-aydın görünür. Şahzadə Vaxuştinin 1735-ci il planında bu cür göstərilmişdir: «Çarın

sarayı İsanda idi. Qutlu-Aslan İsan çölündə çadır qurmağı tələb etdi.» (K. cx. 1. 314).

İsgəndər qalası – Narınqalanın adlarından biridir. Qriqor Zardalişvili yazır: «Tiflisin müsəlman

əhalisi Narınqalanı İsgəndər qalası adlandırırdı». Narınqala barəsində daha sonra ətraflı söhbət

açacağımıza görə onun niyə İsgəndər qalası adlandırılmasını izah etməyə çalışacağıq. Azərbaycanın

dahi şairi Nizami Gəncəvi özünün «İsgəndərnamə» əsərində yazır:

Ən qoca bir dehqan vermişdir xəbər:

Tiflisi ilk abad etmiş İsgəndər.

Tarixi mənbələr göstərir ki, bizim eradan əvvəl yaşamış Makedoniyalı İsgəndər (356-326)

Azərbaycana gəldiyi kimi, Gürcüstana da gəlmişdir. Nizami Gəncəvi burada Tiflis sözünü şərti

olaraq işlədir. Çünki o vaxtlar Tiflis şəhəri mövcud deyildi. Onun yaşı təxminən 1500 ildən bir az

artıqdır və bundan öncə onun V əsrdə yaşamış gürcü çarı Vaxtanq Qorqasal tərəfindən əsası

qoyulmuşdur. Həmin vaxtlar Tiflis olmasa da Narınqala adlanan Qala və yaxud onun yeri mövcud idi.

Bəlkə də elə o vaxtlar İsgəndər həmin yerdə qalanı daha da gözəlləşdirir və yaxud yeni qala inşa edir.

Elə buna görə də həmin qala bir vaxtlar İsgəndər qalası adlanmışdır.

Leonti Mrovelinin başqa bir yerdə yazdığına görə, Makedoniyalı İsgəndər saysız-hesabsız qoşunla

Kartliyə hücum edir. O, Kartlinin qala-şəhərlərini altı ayda alır. Sarkinedə bun-türklər

yaşadıqlarından, oranı ələ keçirmək üçün on bir ay mübarizə aparmalı olur. Bun-türklər qətiyyətlə zor

göstərirlər. İsgəndər qəzəblənərək Sarkineni mühasirəyə alır və onun sakinlərini məhv etmək qərarına

gəlir. Çıxılmaz vəziyyətə düşən sarkinelilər, gizlincə qalanın söykəndiyi qayanı oymağa başlayır;

qaya yumşaq olduğundan onu asanca deşərək, aradan çıxır və boş şəhəri İsgəndərin öhdəsinə verirlər.

Alimlərin fikrinə görə, bizim eradan əvvəl III əsrdə Tiflisin ərazisində şəhər tipli yaşayış məntəqəsi,

qala-şəhər mövcud idi. Buna isti, kükürdlü bulaqlar, Kürün ensiz axarı üzərində asanlıqla körpü

salmağın mümkünlüyü imkan yaradırdı. Burada cənubdan şimala, şərqdən qərbə ticarət yolları

keçirdi. Tiflisin ərazisini, o cümlədən paytaxt olan Msxetanı cənubdan Şida Kartli qoruyurdu.

İstanbul bürcü – Vaxuşti Baqrationi Tiflisin qala-istehkam kompleksinin əsas tikililəri arasında

«İstanbul bürcü»nü xatırlayır. 1673-cü ildə Tiflisə gələn fransız səyyahı Jan Şarden məlumat verir ki,

bu bürcü 1576-cı ildə osmanlılar ucaltmışlar. İstər elə olsun, istər belə, göründüyü kimi, doğrudan da

osmanlılar onun yenidən qurulmasında, ucaldılmasında müəyyən əmək sərf etmişlər. Elə bürcün belə

adlandırılmasını bununla izah etmək olar.

Kababxana – Yeməkxanalar cərgəsi. Bu cür cərgə qədim Tiflisdə Tatar (indiki Qorqasal) meydanında

Qorqasal küçəsi boyu var idi. Burada həmçinin cızbızxana, pitixana və çayxanalar var idi.

Karağal – Kocor meşəsində meşə sahəsi. Görünür, burada çoxlu qarağat ağacı olub və elə bu adın da



yaranmasına gətirib çıxardıb.

Karvansara – İndiki Azadlıq meydanında ticarət yeri.

Karxana – Əvvəllər daş qırılan qayalı meşə və yer.

Kasaxana – Kuzəxana – Quzaxana – Tatar (indiki Qorqasali) meydanı yaxınlığında qab-qacaq

satanların cərgəsi. Dilimizdə indi də işlənən «kasa» və yaxud «kuzə» sözlərindən düzəldilib.

Kirha (Kiroçni) – Marcanişvili meydanı yaxınlığında küçə və məhəllə. Əvvəllər burada alman kilsəsi

(Kirhen) olub. Bu ad da elə ondan götürülüb.

 

 



Kirha alman kilsəsi

 

Koba – Lilo kəndinin şimal-qərbində vadi və meşə. Dilimin Borçalı şivəsində də qovu sözü



düzənlik, çöl mənasını verir.

 

 



Kocor qalası. S.Canaşvilinin fotosu

 

Kocor qalası – Kocor kəndi yaxınlığında yerləşirdi. Vaxuşti onu Azeulassixe (Azeulanın qalası)



adlandırmışdır. Sonralar isə, yəni orta əsrlərdə Koroğlu qalası da adlandırılmışdır.

Kocor qapısı – Savkis qapısı – Qalanın şimal divarının orta hissəsində yerləşirdi. Divarın qərb

küncündə Şahtaxtı, şərq küncündə isə – Diğom qapısı Leselidzenin indiki Azadlıq meydanına

birləşdiyi yerdə yerləşirdi. İndi o yerdə Tiflis Şəhər Bələdiyyə İdarəsinin binası yerləşir. Tiflis

şəhərinin 1735-ci il planında qeyd olunmuşdur.

Kürdlər qəsəbəsi – Lotkin təpəsi ərazisində, əvvəllər bu yerdə kürdlər məskunlaşmışdı.

Kür çayı – Qafqazda ən böyük çaydır. Mənbəyini Türkiyənin Qars yaylasından alır. Gürcüstandan,

Azərbaycandan keçərək Xəzər dənizinə tökülür. Tiflis şəhərinədək dar dərələrlə (Borjom dərəsi və

sair) axır, Tiflisdən sonra çayın şəbəkəsi genişlənir. Qabırrı (İori), Ehram (Xram), Qanıx (Alazan) və

Gəncə çayları ona qovuşur. Gürcücə Mtkvar adlanır. Müəyyən dəyişikliklərə uğrasa da kökü, mənası

eynidir. Vaxuştiyə görə «Kür Qalanı, Tiflisi və İsanı bir-birindən ayırır. Qala və Tiflisi isə Sololak

çayı ayırır» («Siyahıya alma...» səh. 52). Qala lap başdan qəsəbə, daha doğrusu kənd imiş.

Varazbakurun çarlığı dövründə isə burada qala tikilib.

Kür haqqında bir çox antik və orta əsrlər müəlliflərinin əsərlərində məlumat verilir. Qədim yunan,

latın, ərəb, fars, türk, erməni, gürcü mənbələrində Kor, Kür, Gür, əl-Kurr, Mtkvari və sair kimi adı

çəkilir. Tədqiqatçıların fikrincə «su», «çay» mənasını verən «Kür» sözü alban (Qafqaz) tayfalarının

birinin dilindən götürülmüşdür.

Azərbaycanda yaşayan qrız və buduq dillərində indi də «kür» sözü «su», «çay» mənasında işlədilir.

Liləxana – Qədim Tiflisdə iki boyaqçılar cərgəsi var idi. Onlardan biri Tatar meydanından başlayan

və Qalanın böyük kilsəsinin (Surp Georg) qabağından keçən küçədə, Berzenxananın arxasında

hamamın önünə keçən küçədə, indiki Samğebro (Boyaqçılar) küçəsində yerləşirdi. O biri Liləxana II

İrakli meydanının cənub-qərb güşəsindən başlayıb Orta bazara (indiki Leselidze küçəsinə) qədər

uzanırdı. A.Pişşeviç tərəfindən tərtib olunmuş 1785-ci il Tiflis planında 17 nömrə ilə işarə

olunmuşdur və Boyaqçılar küçəsi adlanır.

 



Yüklə 342,5 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə