Mirzə Məmmədoğlu



Yüklə 342,5 Kb.
Pdf görüntüsü
səhifə18/23
tarix08.09.2018
ölçüsü342,5 Kb.
#67595
1   ...   15   16   17   18   19   20   21   22   23

görə, bu ad ona görə əmələ gəlmişdir ki, İran şahı buraya seyidlər icmasını köçürmüşdür.

Vaxuşti Baqrationi Tiflis planında bu məhəlləyə iki qat ad verir. «Seyidabad və yaxud Tiflis». Öncə

bu yer Tiflis adlanmışdır. XII əsrdə Tiflis hasarla əhatə olunmuşdu. Hasarın şərq hissəsinin fraqmenti

bu günə qədər 300 araqviyalı abidəsi yaxınlığında qorunub saxlanılmışdır. Monqolların hücumundan

sonra bu yerdə (Hamamlar məhəlləsindən başqa) XIX əsrə qədər heç nə inşa edilməmiş, bağlarla

əhatə olunmuşdu. Seyidabad bağları, Seyidabad hamamları, Seyidabad qapısı toponimlərində də bu

ad hallanmışdır.

 

M.Lermontov. Seyidabad bağları



 

 

 



 

Avlabardan Seyidabadın görünüşü.

XIX əsrin sonlarının fotosu

 

Tiflis 1950-ci illərdə.



(İ.Qrişaşvilinin kitabxanasından)

 

 



 

L.Laqorio. Tiflis mənzərəsi

 

Şahzadə Vaxuştinin 1735-ci il Tiflis planı. 1. Tiflis bağı. 2. Çarın bacısının bağı. 3. Çarın qızının



bağı. 4. Mamasaxlisin bağı. 5. Qala bağı. 6. Bejanın bağı. 7. Qeybullanın bağı. 8. Meydanın yeni

bağı. 9. Tiflis (Seyidabad) bağı. 10. Krtsanis bağı. 11. Behbudun bağı.

 

Səngər təpəsi – Tədqiqatçı Teymuraz Beridzeyə görə, Soğanlığın ətrafyanı ərazisində yerləşirmiş.



Sərdar adası – Sərdarabad – (başqa adları: Mədətov, Orbeliani adaları.) Kürün iki qolu arasında

olub, indi Kürün sağ sahilinin ərazisidir. Əvvəllər Tiflis əhalisinin zibil tökdüyü yer, sığınacaq yeri

olub. Sərdar David Orbeliani süni şəkildə öz evinin önündə, indiki Saarbrüken körpüsü yanında

Kürün məcrasını dərinləşdirmiş və bu yer Orbeliani adası adlandırılmışdır. XIX əsrin 20-ci illərində

bu adanı Orbelianilər dostu general Mirzəcan Mədətova güzəştə getmişlər. 1933-cü ildə Kürün sağ

qolu baş məcraya birləşmiş və yeni yaşayış məntəqəsi yaradılmışdır.

Sərmac məhəlləsi (Sərmacis ubani) – Zərrafxananın cənub-şərqində yerləşirdi. «Sərmac» fars

sözüdür, boyunduruq mənasını verir. Burada boyunduruq təmir edən peşəkarların cərgəsi yerləşirdi.

Sərracxana – At nalları hazırlayan nalbəndlərin cərgəsi. O qədim Tiflisin Rastabazar adlanan (indiki

İrakli küçəsi) bazarın şərq tərəfində yerləşirdi.

Siracxana – Fars mənşəli sözdür, sirrac - şərabçı deməkdir, xana isə yer, şərabçıların olduğu yer

anlamına gəlir.

Qədim Tiflisdə iki Siracxana var idi. Böyük və Kiçik. Onlar Kürün üzbəüz sahillərində yerləşirdi.

Kiçik Siracxana Kürün sağ sahilində, Qalada, Tatar meydanının yaxınlığında yerləşirdi. Bu gün bu

küçə daha yoxdur. O, keçmiş Orta bazarın (indiki Leselidze küçəsinin) yenidənqurulması zamanı yox



olmuşdur. Bu yerdə indi bağça vardır, Sion və Leselidze küçələrinin kəsişdiyi yerdə.

Böyük Siracxana Kürün sol sahilində uzun dolama yoxuş boyu baş alıb gedirdi. Bu yol Siracxana

yoxuşu da adlanırdı. Sonra isə «Şərab yoxuşu» («Vinnıy podcёm») adlanmışdır. Burada yerləşən

dükan və zirzəmilərə araba ilə kəl gönündən hazırlanmış tuluqlarda Kaxetdən şərab gətirilirdi. Elə bu

yoxuşda Qədim Tiflisin əsas şərab bazarı yerləşirdi.

 

 



 

Sisiyanov yoxuşu. 1939-ci ilin fotosu

 

Sisiyanov yoxuşu – İndi Barataşvili yoxuşu adlanır. Bəziləri bu adı Qafqazın ilk baş sərdarı



P.Sisiyanovun adına bağlayırdı. Həqiqətdə isə o, Sisişvilinin adı ilə əlaqədardır. Bu yer vaxtilə ona

məxsus imiş. O, burada əvvəlcə cığır, sonra isə yol açmışdır.

 

V.Caparidze. Barataşvili yoxuşu. 1937-ci il



 

Soğanlıq – İndiki Aşağı Poniçalanın qədim adıdır. Vaxuşti Baqrationi bu yerin Qurquta calası,

Soğanlıq adlandırıldığını yazır. Tiflis ətrafında yerləşən tarixi kəndlərin tədqiqatçısı Teymuraz

Beridzenin fikrincə, türk mənşəli sözdür, quş adından əmələ gəlmişdir. Soğanlıq isə bu sözün

assimilyasiyaya uğraması nəticəsində əmələ gəlmişdir. O, eyni zamanda bizim sözümüz olan soğan

sözündən düzəldiyini, soğan olan yer, yəni soğanlıq olduğunu da qeyd edir. Onun qədim adının isə

Qurquta olduğunu bildirir.

Vaxuşti şərh edir: «Kürün üst yanında Qurquta, indi Soğanlıq adlanan cala vardır. Bol-bəhrəli bir yer.

Bu caladan Yaqlıcaya qədər, Gümüş gölünə qədər və Kürə qədər indi Sarvan adlanan böyük düzənlik

vardır. Çarların dəvələrinin dayanacaq tapması üçün susuzluğa görə yararsız olan yer».

Platon İoselianinin verdiyi məlumata görə, qədimlərdə Soğanlıq yolağzı adlandırılırmış. İki Soğanlıq

var idi: Kiçik və Böyük Soğanlıq. Bunları da ki, bir-birindən Şulaver yolu ayırırdı. Kiçik

Soğanlıqdan Qazax-Gəncə yoluna birləşən Şulaver yolu gedirdi. Gümüş gölünün cənub tərəfindən

keçən (Tiflis-Soğanlıq-Qazax-Şəmkir-Gəncə) yol Dmanisə gedən Böyük Karvan yolunun, Tiflis-

Naxidur-Dmanis-Loru yolunun bir hissəsi idi (bu gün bu yol Gümüş gölünün şimal tərəfindən keçir).

Hazırda Tiflis bu yol vasitəsi ilə Ermənistan ilə əlaqə yaradır.

Çar Rostom (Xosrov Mirzə) 1658-ci ildə vəfat edəndən sonra İran şahı II Şah Abbas Kartlinin taxt-

tacını Şahnavaz adlanan V Vaxtanqa verir. Sərdar Papuna Sisişvilinin əli ilə göndərilmiş şahın

fərmanı və xələti V Vaxtanqa şəhər ətrafında yerləşən Soğanlıqda verilmişdir. Bu qayda sonrakı

vaxtlarda da davam etdirilmişdir.

1672-ci ildə Gürcüstana səyahət edən Jan Şarden bu sözügedən qaydaya diqqət yetirmişdir: «Şəhər

cənubdan şimala doğru genişlənmişdir, cənub tərəfdə dağın ətəyində yerləşən böyük qalası var.

Qalada yalnız farslar yaşayır, qala gözətçiləri də yalnız farslardır... İrandan gələn yalnız bu qala ilə

Tiflisə daxil ola bildiyindən Gürcüstan çarı sadəcə olaraq şəhər ətrafına İran şahının göndərdiyi

məktubları və ya hədiyyələri almaq üçün bu qaladan yolüstü ötüb keçməlidir. Qətiyyətlə deyə bilərik

ki, çar burdan onun tutulması qorxusu olmadan heç bir vaxt keçib getməmişdir. Qala başçısının bəlkə

onun tutulması barəsində gizli əmri vardır deyə düşünmüşdür. Farslar çox ağıllı olaraq belə bir

qayda yaratmışlar ki, Gürcüstan çarları və İranın qəza hakimləri şahın göndərdiklərini almaq üçün




Yüklə 342,5 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə