Mirzə Məmmədoğlu



Yüklə 342,5 Kb.
Pdf görüntüsü
səhifə22/23
tarix08.09.2018
ölçüsü342,5 Kb.
#67595
1   ...   15   16   17   18   19   20   21   22   23

Əlləri möcüzeyi-həzrəti-musa kimidir,

Dilrübalıqda əcayib yədi-beyzaları var.

 

Ala gözlər süzülüb nərgisi-sirabə dönüb,



Ağ qabaqda xəmi-əbruləri mehrabə dönüb,

Ləl tək ləblərinin rəngi meyi-nabə dönüb,

Tökülüb gərdənə saçlar ucu qüllabə dönüb,

Sona cıqqası kimi zülfi-mütərraları var.

 

Nə qədər varisə buxaqü zənəxdanü yanağ,



Tazə gül yarpağı tək qırmızıdır nazikü ağ,

Bir-birindən götürüb şöləsini misli-çirağ,

Görməyib kimsə belə qaşü gözü dişü dodaq,

Özgə babət sifətü surətü əzaları var.

 

Baği-rizvanda əgər huriyü qılman çoxdur.



Bu gözəllər kimi məqbulu müzəyyən yoxdur,

Nəsl-bər-nəsl gözəllik bulara buyruqdur,

Mən görənlər ki, mələkdən, pəridən artıqdur,

Hələ derlər ki, bulardan dəxi əlaları var.

 

Kəsrəti-hüsn ki, xoş mərtəbədir insanə,



Bəxş edibdir onu həqq dilbəri-Gürcüstanə,

Yox, sual etmək əgər məsləhəti-yezdanə,

Nola, yarəb, səbəbi, baisi bu xubanə?

Belə surətlərin, əlbəttə ki, mənaləri var.

 

Qalmışam valehü matü mütəhəyyir, dili lal,



Ey xudavəndi-cahan, gizli deyildir sənə hal,

Bu necə sibi-zənəxdan, bu necə zibü cəmal

Ki, veribsən bulara sən bu qədər izzü kamal,

Necə kim, var cahan, surətü əzaları var.

Bədəni-pakı çəkib abi-rəvan tək sulara,

Ağarıb tazəvü tər cümlə dönübdür qulara,

Abi-Kür nisbət edib boylarını qarğulara,

Neçə şeydən belə zahir ki, xudanın bulara

Nəzəri-mərhəməti, lütfi-hüveydarları var.

 

Biri həmmam ki, qüdrətdən olub bəzlü bərat,



Biri Kür suyi ki, hər cürəsi bir abi-həyat,

Biri bu xubluğu göyçəkligü pakizə sifat,

Biri oldur ki, nəcib, əsldə alidərcat,

Aləmin sərvəri vali kimi ağaları var!




 

Yeddi həmmam, nə həmmam ki, sərmənzili-hur,

Həşt cənnət kimi hər guşəsi bir mətləi-nur,

Bir əcəb abi-rəvan gərm qılıb onda zühur,

Şükür təqdirinə, ey qadirü qəyyumü qəfur,

Lütfünün bəndələrə neməti-üzmaları var.

 

Mənbəi-cudü kərəmdən açılır dürri-xoşab,



Basəfa hövzə dəmadəm tökülür misli-gülab,

Girsə bir kərrə ona mən kimi bir xanəxərab,

Getməz ondan dəxi bir canibə manəndi-hübab,

Getsə də badə nə ki, mənzilü məvaları var.

 

Gərçi, ey Xizr, bulubsan şərəfi-feyzi-əzəl,



Verməyibdir könül asayişi amma sənə əl,

İstəsən ömri-dübarə, görəsən türfə gözəl,

Bircə təşrif gətir, Tiflisin həmmamına gəl,

Gör necə rahəti-canbəxşi-tənasaları var.

Bu ocaq böyülə ocaqdır ki, işıq ayə salır,

Gün kimi şöləsini cümleyi-dünyayə salır,

Tez tutar xainü bədxahları vayə salır,

Hər kimin başına kim, mərhəmətü sayə salır,

Elə bilsin oların dinilə dünyaları var.

 

Vaqifa, səndə ki, yoxdur, bilirəm, zöhdü riya,



Şərti ixlas gərək eyləyəsən indi əda,

Elə bu valiyə, oğlanlarına xeyrü dua!

Saxlasın onları öz hifzi-pənahında xuda,

Hasil etsin nə qədər dildə təmənnaları var.

 

1795-ci ildə Ağa Məhəmməd şah Qacar Tiflis şəhərini tarmar edərkən Şikəstə Şirin «Əhvali-Tiflis»



adlı mənzuməsində öz ürək ağrılarını belə ifadə etmişdir:

 

Ay ağalar, tarixlərdə görən var



Çox olubdur qalmaqalı Tiflisin.

Neçə-neçə şahlar gəlib gedibdir,

Heç olmamış belə halı Tiflisin.

* * *


Keşiş, mahrasa, qarı və qoca

Qırdılar o ki, var gündüz və gecə,

Qan axdı küçədən, bazardan necə

Nisbəti yağmuru, seli Tiflisin.

* * *



Can şirindir, heç şey görünmür gözə,

Ağlaya-ağlaya, yaş süzə-süzə,

Anası uşağın atırdı düzə,

Yandırırdı qəlbi, halı Tiflisin.

* * *

Ey Şikəstə Şirin, düşmən öyünü,



Derdi: Tiflis görməmişdi bu günü,

Heç kimsədən getməz, dağı, düyünü,

İntiqamın alır vali Tiflisin.

 

R.Sturua. A.Qriboyedov arvadı Nino Çavçavadze ilə



 

Tiflis Cümə məscidi bu gün. Foto Almaz Mirzəoğlunundur.

 

 

 



Botanika küçəsi və sünni məscidi. 1900-cü illərin fotosu

Tiflis Cümə məscidi – Qədim Tiflisdə bir neçə məscid olub. Onun bəziləri Nadir şahın Gürcüstana

hücumu zamanı darmadağın edilmişdi. Müsəlman qəbiristanlığının, indiki Nəbatat bağının

yaxınlığında, hazırkı Cümə məscidinin üst yanında məscid mövcud olub. İndiki Cümə məscidinin

təməli isə XIX əsrin sonlarında qoyulmuşdur.

Bütün müsəlman aləmində tanınmış milyonçu – neftxuda Hacı Zeynalabdin Tağıyev Tiflisə gələrkən

(o, Tiflisdə Mixaylovski küçəsində, indiki Qurucu David prospektində torpaq icarəyə götürərək, bez

istehsal edən fabrik tikdirmişdi) Cümə məscidinə baş çəkmiş, onun tikintisinin başa çatdırılması üçün

müəyyən məbləğdə ianə vermişdir.

 

J.Turnefor «Şərq ölkələrinə səyahət» əsərində yazır:



 

«Tiflisdə beş yunan qaydasında olan kilsə vardır, dördü şəhərdə, biri də şəhər ətrafı məhəllədə. Elə

burada yeddi erməni kilsəsi, Qalada iki məscid vardır. Üçüncü məscid də vardı, lakin hazırda

baxımsız vəziyyətdədir».

 

Tiflis gölü (Su hövzəsi) – Tiflisin şimal şərqində yerləşir. Şəhərdən 600-650 metr aralıdır. Əvvəllər



burada üç duzlu göl olub (Avlabar, Yulqunluq və Kukiya gölü). 1952-ci ildə (Qabırrı) İori çayından

suvarma kanalı ilə bu göllər dolduruldu və Tiflis gölü əmələ gəldi.

 

Tiflis bağları – Seyidabad bağları – Kürün sağ sahilində, Seyidabadda, Qalanın cənubunda, Ortacala



bağları ilə birləşirdi. Vaxuştiyə görə «Tiflis üç şəhərdən ibarətdir. Tiflis, Qala, İsan» («Siyahıya

alma», səh. 52).

 

Vaxtilə Aşıq Qərib sazı sinəsinə basıb deyirdi:



Başına döndüyüm ana,

Ana, Tiflis bağlarında,




Yüklə 342,5 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə