Mirzə Məmmədoğlu



Yüklə 342,5 Kb.
Pdf görüntüsü
səhifə21/23
tarix08.09.2018
ölçüsü342,5 Kb.
#67595
1   ...   15   16   17   18   19   20   21   22   23

düşən tərəfində döyüşə girişər, şirdi vəhşi eşşəkləri qırdığı kimi farsları məhv edərdi. Onlar başında

qurd və aslanın əksi olan Vaxtanqı görəndə: «Dur əz Qurdaslan!».

Buna görə də çar Vaxtanqa Qurdaslan adı verilmişdir ki, bu da gürcü dilində müəyyən dəyişikliklərə

uğrayaraq Qorqasal adını almışdır.

Onun atası çar Mirdət, anası İran şahzadəsi Saranduxt olub. İranı tərk edərək xristianlığı qəbul edib.

Gürcüstanın sonrakı çarları da özlərini - Qorqasalın varisi adlandırırdılar. Gürcüstanın çarlıq

(dövlət) bayrağında Vaxtanq Qorqasalın obrazı əks olunmuşdu. Gürcüstanın pravoslav kilsəsi

qəhrəman çarı müqəddəs elan etmişdi.

Tarixçi Cavanşir Vaxtanq Qorqasalın həyatı barəsində əsər yazmışdır.

Böyük fransız yazıçısı Aleksandr Düma Tiflis haqqında yazır:

«Tiflisin həqiqi adı - Tbili-kalaki, isti şəhərdir. Bu ad isti sulardan, yəni səyyahlara məlum olan

qaynar İran hamamlarından irəli gəlir. Belə ki, onlar barəsində biz bayaq ötəri söhbət açmışıq. Öz isti

suları ilə məşhur olan bir neçə şəhərin analoji ahəngdarlığı da maraqlıdır.

Qədim zamanlarda Numidiyada Tobilis şəhəri, bizim vaxtlarda isə gürcü Tiflisindən başqa

Bohemiyada Tsilits şəhəri vardır ki, onun kökünün də isti mənasından düzəlməsini ehtimal etmək

bilər».


Səyyah Jak Fransua Qamba yazırdı:

«Sövdəgərlər Parisdən, kuryerlər Peterburqdan, tacirlər Konstantinopoldan, ingilislər Kəlküttə və

Mədrəsdən, ermənilər Smirna və Yəzddən, özbəklər Buxaradan eyni bir gündə gəlirlər. Belə ki, bu

şəhəri Avropa və Asiya arasında şəbəkə bir yer kimi hesab etmək olar».

Xristianlığın intişar tapdığı dövrlərdə Tiflis Gürcüstanın paytaxtı Msxetanın yalnız bir kəndi idi. 469-

cu ildə çar Vaxtanq Qorqasal (Qurdaslan) yeni Tiflisin əsasını qoymuşdur. Yenidən salınmış şəhər

xəzərlər tərəfindən boşaldılmış, əmir Aqariyani tərəfindən isə bərpa edilmişdir. Msxeta indiki

Baqrationilərin əcdadları olan Baqratidlərin qərargahı olub.

IV əsrin ikinci yarısında Varaz-Bakurun çarlığı dövründə İran Güney Qafqazın dövlətləri olan

Ermənistanı və Kartlini tabeliyinə keçirdi. İran şahı Kartlidə ölkəyə hakim öz əyanı padşah adlanan

Kərəm Xuar Borzardı təyin etdi. IX əsrin abidəsi olan «Moksevay Kartlisay» («Kartlinin dinə

gəlməsi») bizə məlumat verir: «Və onda İran şahının padşahı Kərəm Xuar Borzard Tiflisə, Qalaya və

Qəsrə gəldi və Kartli ona xərac verməyə başladı».

İranın padşahı Tiflisdə, onun qalasında oturdu. Tiflis İran əyanının-padşahın iqamətgahına çevrildi.

Bu vaxtlar Tiflis yaşayış məntəqəsi idi. Öz qala-qəsri var idi. İşğalçılar onu möhkəmləndirdilər və

gürcü çarının iqamətgahına, Kartlinin paytaxtı Msxetaya qarşı qoydular. 523-cü ildə iranlı işğalçılar

İberiya hakimiyyətini ləğv etdilər. Bütün Qafqazda Tiflis şəhərində şah tərəfindən canişin-marzpan

təyin olundu. XI əsrin gürcü tarixçisi Leonti Mroveli bu barədə məlumat verir: «Və İran eristavisi

Msxetadan aralı Tiflis qalasını tikdi». Elə bu tarixçinin verdiyi məlumata görə, Buğa Türk şəhərə

şərq tərəfdən, Soğdebil tərəfindən gəldi. Onun qoşunları burda Kürü keçərək şəhərə daxil oldu.

X əsrin ərəb tarixçisi Əl-Müqəddəsi öz dövrünün Tiflisi barəsində yazır: «Tiflis dağlar arasında

qəsrdir, onu Kür çayı ikiyə bölür, hər iki sahilə doğru genişlənmişdir və bu sahillər bir-birilə körpü

ilə birləşdirilmişdir».

X əsr tarixçisi İbn Havqəl Tiflis barəsində yazır: «Tiflis böyüklüyünə görə Bab-əl-Avbabdan

(Dərbənddən) kiçikdir... Onun palçıqla hörülmüş iki divarı, üç qapısı vardır. Şəhər ucuz ərzaqla

doludur ki, bunlar da öz keyfiyyətinə görə başqa dövlətlərin ərzaqlarından qat-qat keyfiyyətlidir.

Tiflisdə çoxlu üzən dəyirmanlar vardır ki, bunlar da buğda və digər taxıl dəni üyüdür...».



Kür çayı şəhəri Avlabar, Peski və Alman koloniyası adlanan şəhərətrafı yerlərdən ayırır.

1795-ci ilin sentyabrında şəhər Ağa Məhəmməd şah Qacar tərəfindən tamamilə darmadağın

edilmişdir. Henrix Klaprotun verdiyi məlumata görə, həmin vaxtlar şəhər çox sıx idi, onun ən geniş

küçəsindən bir araba zorla keçə bilərdi. Tiflisin o vaxtlar 15 min nəfər əhalisi var idi.

1820-ci ildə Tiflisdəki Fransa konsulu bura gələndə farsların şəhərə soxulması nəticəsində bütün

küçələr darmadağın edilmişdi. Onun yazdığına görə, yerli əhali xarabalıqlara çevrilmiş bu küçələr ilə

zorla öz daxmalarına gedə bilirdilər.

O, daha sonra yazır: «Hazırda Tiflisdə 60-75 min nəfərə qədər əhali yaşayır. Küçələrin eni 60 futa

qədərdir. Burada gözəl evlər, muzeylər, karvansaralar, bazarlar və nəhayət, teatr, kilsə vardır. Bütün

bunlar knyaz Q. Qaqarinin yaradıcılığında gözəl incəsənət əsərinə çevrilmişdir».

Fransız səyyahı Emil Leviye XIX əsrin 90-cı illərinin Tiflisini belə qələmə alır: «Yüksəklikdən şəhər

axşamüstü gözəl bir mənzərədir. Eyfel qülləsindən çıl-çırağa qərq olunmuş Parisi seyr etdiyimi

düşünürəm. Evlərin tikilməsi üçün boş yer qalmamışdır. Kürün hər iki tərəfində evlər qalaq-qalaqdır.

Bizim olduğumuz mehmanxananın önündə Avropa mağazaları ilə bəzədilmiş, Paris bulvarı kimi geniş

küçə vardır. Acarıstanın qara yollarına nisbətən burada səkilər daha genişdir. Solda canişin sarayı və

digər ictimai binalar, muzey, kitabxana və sair var».

XIII əsrin məşhur venetsiyalı səyyahı Marko Polo yazırdı: «Gürcüstanda çoxlu şəhər və qala vardır.

Həyat üçün lazım olan hər şey burda boldur. Bura ipək çox gətirilir ki, ondan da zərlə toxunmuş parça

hazırlayırlar.

Bu ölkədə çox gözəl şəhər olan Tiflis vardır. Orda ipək və bir çox parça hazırlayırlar».

Azərbaycanın klassik şairi Molla Pənah Vaqif II İrakli ilə dostluq əlaqələri yaratmaq məqsədi ilə

Tiflisə gəldiyi zaman onun füsunkar gözəlliyini poetik dildə ifadə etmişdir:

 

Vəh, bu bağın nə əcəb sərv-dilaraları var,



Hər tərəf tazə açılmış güli-rənaları var,

Açılıb tazəvü tər laleyi-həmraları var,

Yəni Tiflisin əcəb dilbəri-zibaları var,

Ey könül, seyr elə kim, türfə tamaşaları var.

Mərhəba, Tiflis imiş cənnəti dünya yerinin,

Yığılıbdır ona cəmiyyəti hurü pərinin,

Mən bu şəhrin nə deyim vəsfini dilbərlərinin,

Filməsəl, şəklü şəmayildə, bəli, hər birinin

Məhi-tabanə bərabər sərü simaları var.

 

Ol qədərdir büti-nazikbədənü incəmiyan,



Eyləmək olmaz onun vəsfini məlumü əyan,

Hər biri nazü nəzakət bilə min afəti-can,

Cümlə bir cilvədə, bir şivədə, xoş sərvi-rəvan,

Məst tavus kimi gərdəni-minaları var.

 

Üzləri pərtövi-mehri-cahanara kimidir,



Səfheyi-sinələri simi-müsəffa kimidir,

Ləzzəti-ləhçələri nitqi-məsiha kimidir,




Yüklə 342,5 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə