Mirzə Məmmədoğlu



Yüklə 342,5 Kb.
Pdf görüntüsü
səhifə6/23
tarix08.09.2018
ölçüsü342,5 Kb.
#67595
1   2   3   4   5   6   7   8   9   ...   23

Böyük Çorsu – Açıq bazar. Rastbazar və Çönxananın kəsişdiyi yerdə yerləşirdi. «Çönxananın başında

yerləşən çorsu» adı ilə məşhur idi.

Bülbül calası – Sololak dağının ətəklərindəki yerlərdən birinin adı olub. Sonralar Komsomol

xiyabanı adlanmış, indi isə Sololak xiyabanı adlanır.

Cala – Ortacala və Ponicala arasındakı ərazi belə adlanıb.

Ceyran çölü (Ceyranis veli) – Tiflisin şərqində olan Samqor çölünün bir hissəsi.

Ceyranlıq – Memarlar özləri tərəfindən layihələşdirilmiş yeni yaşayış məntəqəsini belə

adlandırmışlar. Məlumata görə, Tiflisin bu yerlərində vaxtilə ceyranlar, ahular məskunlaşmışdı.

Cil – Diğom kəndində göl. Yay ayları quruyur, göldə cillik əmələ gəlirdi. Həmin cildən müəyyən

şeylər hazırlanırdı. Ad da bundan götürülmüşdür.

Çariça Tamaranın taxtı – Kocor kəndi yaxınlığında yer (çariça Tamaranın yayda istirahət etdiyi yer).

Çariça Tamaranın torpaqları – Kiket kəndi yaxınlığında düzənlik. Həmin yeri çariça Tamara

Mtasminda kilsəsinə bağışlamışdı.

 

 



 

 

 



 

 

 



 

 

 



 

Çarx hamamı – Kürün sahilində II İrakli meydanında yerləşirdi. Burada çarın hamamı yerləşirdi və

Kürdən suyu çarxlarla çıxardırdılar. 1759-cu ildə çap olunmuş «Nasğidoba» kitabında xatırlanır.

Çatma – Yeni Samqor kəndinin şimalında çay.

Çayxana – Qədim Şeytanbazarda bir neçə çayxana olub. Yeddi uşaq Məhəmmədəlinin (onu yeddi

övladı olduğuna görə belə çağırırdılar), Cühüd İsmayılın, Qara Xəlilin, qumarbaz Allahverdinin,

aşpaz Ağabalanın, Seyidin, Əlizadənin və başqalarının çayxanaları olub. Bundan başqa bəzi

karvansaralarda, o cümlədən iranlı Sadığın karvansarasında çayxana olub. Sadığın karvansarası

Gəncə qapısının üst tərəfində, indiki Axundov küçəsinin yaxınlığında yerləşirmiş.

Bu çayxanalarda çayçılar pürrəngi çay verər, bufetdə isə şirniyyat: halva, xuşkəbər, səbzə, ləbləbi,

qaysı, xurma, şəkərbura, paxlava, şəkərçörəyi, myanpur, qoz-badam ləpəsi olardı.

Gürcüstanın xalq artisti, adı Tiflis Dövlət Azərbaycan Dram Teatrı ilə sıx bağlı olan İbrahim İsfahanlı

öz xatirələrində yazır:

 

Q.Qabaşvili. Çayçı



 

 

Tiflis Azərbaycan teatrının ilk truppası



 


«...Şeytanbazarda Azərbaycandan gələn aşıqlar çayxanalarda oxuyub-çalmaları ilə, öz dövrlərinə

uyğun dastanları nağıl etməklə, xalqımızın bir hissəsini, söz yox ki, ən zəhmətkeş hissəsini özlərinə

cəlb edirdilər. Bu aşıqlar çox zaman Ramazan ayında gəlirdilər. Bunlardan başqa, çox qədimdən

Türkiyədən Tiflisə gəlmiş Yaqub Şükri əfəndinin Kürün kənarında böyük bir çayxanası var idi.

Türkiyənin ən məşhur Qaragöz oyununu nümayiş etdirən Bəkir əfəndi Həqqizadə qış gecələrində saat

7-dən başlayaraq fasilə ilə ta 12-yə qədər Qaragöz tamaşalarını verirdi. Bu tamaşalar varyete

şəklində olub əsərlərin çox hissəsi həcv kimi ifa edilirdi... Mənim özümü də bu tamaşalara əmim çox

aparmışdı».

 

 

 



 

Çönxana. Papaq dükanı – emalatxana.

1896-1897-ci illərin fotosu

 

Çönxana. Papaq dükanı – emalatxana.



1896-1897-ci illərin fotosu

Çay bulaq (Çaissğaro) – Samadlonun cənubunda bulaq.

Çitazxana – Postallar cərgəsi. Tatar (indiki Qorqasal) meydanında olub.

Çitaxov karvansarası – Tiflisdə keçmiş Baryatinski (indiki Georgi Çanturiya) küçəsində ilk türk

mətbəəsi burada yerləşirdi, Məhəmmədağa Şahtaxtinski Naxçıvanda Şahtaxtı kəndində öz mülkünü

sataraq əldə etdiyi pula Tiflisdə bir türk mətbəəsi açmışdır.

Bu görkəmli Azərbaycan jurnalisti, alimi və ictimai xadimi Peterburqda və Parisdə təhsil almış,

«Şərqi-Rus» (1903-1905-ci illər) qəzetinin redaktoru olmuş, 1907-ci ildə İrəvan mahalından II

Dövlət Dumasına üzv seçilmişdir. Sovet dövründə Azərbaycan Dövlət Universitetinin prorektoru

olmuşdur.

Çönxana (Kürkçüxana) – Papaqçılar və kürkçülər cərgəsi. Bu söz fars mənşəlidir. İki sözdən

ibarətdir, «çön» papaqçı və «xana» yer deməkdir. Qədim Tiflisdə papaqçılar cərgəsi əsasən iki yerdə

idi. Çönxanalardan biri indiki Sion küçəsinin başlanğıcının hər iki tərəfində yerləşirdi və Çorsu

örtülü bazarına qədər gedirdi. Çorsu indiki Sion və İrakli küçəsinin kəsişdiyi yerdə yerləşirdi. Kiçik

Çönxana (bir neçə dükan) Tatar (indiki Qorqasal) meydanının cənub-qərb tərəfində, yapıncı

dükanlarının davamında, Qalanın böyük kilsəsinin (Surp-Gevork) önündə yerləşirdi.

Çörək meydanı – (Xlebnaya ploşad) İndiki Qriqol Xansteli, Kaşen, Betlem, Lado Asatiani və

Rijinaşvili küçələrinin kəsişdiyi yerədək, Abbasabad (indiki II İrakli) və Tonet meydanlarıı arasında

olan yer.

Çuğuret – Gürcü yazılı mənbələrində bu ad əvvəllər çuxur adlanmışdır. «Çuxur» sözünün türk

sözündən əmələ gəlməsi etimal olunur ki, quyu, cala, dərə mənasını verir (T. Beridze - «Şəhərətrafı

kəndlərin tarixi»).

Bu məhəllə (indi rayondur) Vaxuşti Baqrationinin Tiflis planında göstərilmişdir. Burada yaşayış

məntəqəsi Kür çayının sol qoluna qədər uzanır və onu «Avcala yolu» adlanan yol iki hissəyə bölür

(Avcala yolu o vaxtlar İsanın qapısı ağzından başlayırdı, ilk vaxtlar sahil zolağı boyu uzanırdı).

Qəsəbənin üç tərəfi dərə olub, 4-cü tərəfindən Kür çayı baş alıb gedirdi. Ötən əsrin 20-ci illərində bu

qəsəbə şəhərə birləşdirildi. Çuğuretdə Tiflisin saxsı qablar müəssisələrinin çox hissəsi yerləşirdi.



 

Dabbaqxana – Orta əsrlərdə Tiflisdə dabbaq (dəriçilər) müəssisələri Savkis çayının aşağı

hissəsində, Kürə qovuşan yerdə yerləşirdi. Dabbağ ərəb sözüdür, dəriçi, dəri aşılamaq deməkdir.

Dabbağlar burda dərini aşılayır, hazır vəziyyətə gətirirdilər. Dəri istehsalı Tiflisdə ta qədim

zamanlardan təşəkkül tapmışdır. Dabbağların düzüldüyünə görə Savkis çayının aşağı hissəsi və onun

həndəvərindəki kiçik ərazi Dabbağxana adlanırdı.

 

 

Q,Qabaşvili. Dabbaqxanada paltaryuyan qadınlar



Dağıstan yolu – Başqa cür isə Kaxet yolu. Kaxet meydanından (indiki Avlabar meydanı) başlayırdı.

Delisi – Tiflisin çağdaş ippodromundan onun qərb hissəsində yerləşən Gorxanaya qədər uzanan

ərazini əhatə edir.

Qriqol Zardalişvilinin yazdığına görə, «bəziləri onun adının Azərbaycan mənşəli «dəli» sözündən

düzəldildiyini qeyd edirlər. Bəziləri isə bu ərazinin qədimlərdə meşə ilə əhatə olunduğundan onun

indiki adı «dzelisi»dən düzəldiyini fərz edir. Onun «mdelo» sözündən düzəldiyini də deyənlər vardır.

Sulxan-Saba Orbelianiyə görə bu söz yaşıl çöllük mənasını verir.

Dezertir bazarı – Didube kolxoz bazarı o vaxtlar tiflislilər tərəfindən Dezertir bazarı

adlandırılmışdır.

 

 



Dəvə yolu – İsandan Tiflisə doğru Yağlıca və Teletdən keçərək gedən yol belə adlanırdı.

Didube – Bu toponim iki sözdən düzəldilmişdir. «Didi dube». Bu sonuncu söz düz yer, düzənlik

deməkdir. Sulxan-Saba Orbeliani özünün «Sözlər çələngi»ndə «Dube» sözünü «alçaq yer» kimi izah

edir. «Gürcüstan həyatı»nda Didube çariça Tamaranın toyu ilə əlaqədar (1189-cu il) xatırlanır: «Belə

ki, o, Didube şəhərətrafı iqamətgahında toy etdi». Halbuki, bu qəsəbə daha əvvəllər IX əsrə aid bir

fərmanda da xatırlanır. Orta əsrlərdə burada çar sarayının, kilsənin, bağların və suvarma arxlarının

olduğu qəsəbə mövcud idi. Rusiya Akademiyasının akademiki İ. Qildenştedt Gürcüstana səyahəti

zamanı (1772-ci il) burada qala-qəsrin xarabalıqlarını görmüşdür ki, bunların da XVIII əsrin 40-cı

illərində ləzgilərdən qorunmaq məqsədi ilə tikildiyi güman edilir.

1953-cü ildə Didubedə keçmiş bərənin hərəkət etdiyi xəttdə körpü salınmışdır. İndi o, Didube

körpüsü adlanır.

Dirsicala – Qədim Tiflisin bağları arasında bu bağı xüsusilə qeyd etmək lazımdır. (Bəzən bu bağı

Darsicala da adlandırırlar.) Bu bağ Kürün sol sahilində, Ortacalanın qarşı tərəfində, Kürün axarı

istiqamətində bir az aşağıda salınmışdı. Bu yerdə dağlıq relyefi çayın məcrasından kənara çəkilir və

uzun dərə yaradır. Bu da XIX əsrdə şəhər Naftulluğa doğru genişlənəndə Dirsicala bağlarına

toxunulmamasına səbəb olmuşdur. Tiflisin 1844-cü il planında Naftulluqda yerləşdirilmiş hərbi

qəsəbə («Slobodko Navtluq») bilavasitə Dirsicalaya yaxınlaşmışdır, lakin dərə sahili boyu. Hərbi

qəsəbə o vaxtlar Naftulluq kəndinə birləşdirilməmişdi. Qəsəbə Dirsicala ilə şimal tərəfdən, Naftulluq

kəndi isə şərq tərəfdən həmsərhəd idi. Daha sonralar (XX əsrin əvvəllərində də) tərtib edilmiş Tiflis

planında da bu toponimdə adın ikinci hissəsi olan «cala» sözü çay kənarında olan yeri göstərir. Adın

birinci hissəsinə gəldikdə isə, bəzi tədqiqatçıların fikrincə, (Teymuraz Beridze «...Tiflis çiçəkləndi»

Tbilisi 1977-ci il) dərə adı mənasını verməlidir. Etimoloqların bu cür izahının yerin quruluşu,

xarakteri ilə tamamilə uyğun gəldiyini digər gürcü tədqiqatçıları da təsdiq edirlər. (T.Kvirkveliya



Yüklə 342,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə