Mirzə Məmmədoğlu



Yüklə 342,5 Kb.
Pdf görüntüsü
səhifə3/23
tarix08.09.2018
ölçüsü342,5 Kb.
#67595
1   2   3   4   5   6   7   8   9   ...   23

adı isə əsrlər boyu qorunub saxlanılmışdır.

 

Atəşgah Azərbaycanda da vardır. Suraxanı qəsəbəsində hind atəşgədəsini 18-ci əsrdə Hindistanın



Multan vilayətindən gələn tacir və zəvvarlar tikdirmişdir. Bəzi tədqiqatçıların fikrincə, həmin məbəd

yerli atəşpərəstlərə məxsus qədim atəşgahın yerində tikilmişdir. Suraxanı atəşgədəsi əhali arasında

atəşgah adı ilə məşhurdur.

Müxtəlif vaxtlarda Bakıya baş çəkən A. Düma, A.P.Çexov, M.A.Balakirov və D.İ.Mendeleyevin,

həmçinin, bir çox səyyahların, alim-orientalistlərin yol qeydlərində bu atəşgah xatırlanır.

Avcala – Deyilənə görə, Kür çayının sahilində yerləşən, keçilməz bataqlıqlarla əhatə olunmuş ərazi

insanlar üçün təhlükə yaradırdı. Camaat arasında belə bir inam yaranmışdı ki, bu yerlərdə bədxah

ruhlar, əcinnələr dolaşırmış, gəlib keçənlər buradan tez uzaqlaşmağa çalışırlarmış. Belə ki, ta

qədimdən onun adı pis, bədxah («avi» sözü gürcücə əsəbi, hirsli, bədxah deməkdir – red.) cala

adlanıb. (Bir çox mənbələrə görə isə, «Avcala» iki türk mənşəli sözün birləşməsindən əmələ gəlib,

«ov calası» mənasını verir. Bundan başqa, bu toponimin farsca «ab», yəni su ildə ilgili olduğunu da

qeyd edənlər mövcuddur – red.) Azərbaycan-türk mənşəli olan «cala» sözü isə indi də dilimizdə

işlənir, çöllük, düzənlik mənasını daşıyır.

Avcalanın adı ta qədimdən məlumdur. Böyük Türkçülük dövründə, XI əsrin 80-ci illərində türklər qış

aylarında Avcala və Diğomda qışlayarlarmış. Bu barədə Qurucu Davidin (David Ağmaşenebelinin)

tarixçisi də məlumat verir. IX–XI əsrlərdə Avcala Tiflis əmirliyinə daxil idi. XII–XIII əsrlərdə isə

Kaxet eristavlığına məxsus olub.

Vaxuşti Baqrationi özünün tərtib etdiyi (1735-ci il) Tiflisin ilk planında Avcalaya doğru uzanan yolu

göstərmişdir. Tiflis ərazisində o, Qıraq Avlabar ilə Çuquret arasında yerləşirdi. Elə həmin yol XIX

əsrin əvvəllərində Tixonov tərəfindən tərtib olunmuş Tiflisin quruluş planında da Kukiya kəndi

yaxınlığında, ikiyə bölünmüş Kvirasxovel dərəsinin yuxarılarında qeyd edilmişdir. Aşağı Avcala

qəsəbəsinin böyük hissəsi sonralar XIX əsrin ortalarında tərtib edilmiş Tiflisin quruluş planında da

göstərilmişdir.

Avcala yolu – Qala barısı Avlabar qapısından başlayırdı. Belə ki, XVIII əsrədək indiki Metex

yoxuşunda yerləşirdi. XVIII əsrin ikinci yarısında Avlabarın mühafizə sisteminin genişləndirilməsi ilə

əlaqədar Avlabarın qapısı bu günkü Metex küçəsinin Avlabar meydanına birləşdiyi yerdə yaradıldı.

Darvazadan yol Kürə doğru baş alırdı. Riğeni (çaylaq deyilən yeri) yararaq Kürün sol sahili ilə

yuxarıya doğru uzanırdı. Kukiya kəndindən sonra (Kukiya həmin vaxtlar Kürün sahili idi, bu günkü

Saarbrüken meydanının həndəvərlərində) o, iki hissəyə bölünürdü. Birinin adı Aşağı Avcala yolu, o

birinin adı isə, Yuxarı Avcala yolu adlanırdı.

Avlabar – Hazırda Tiflisin şimal-şərq hissəsini əhatə edən, Kürün sol sahilində yerləşən geniş

rayondur. Lap başdan isə bu günkü Ketevan Samebuli küçəsi və Metex qayası boyunca İsan (Metex)

qala - qəsrinin hasarlanmış (təxminən 8 hektar sahənin) qala-barısız hissəsini təşkil edirdi. Bura

yalnız XVIII əsrin ikinci yarısında, II İraklinin çarlığı dövründə qala barısı ilə əhatələnmiş ərazi idi.

Bu gün bəzən İsan və Avlabarı eyniləşdirirlər ki, bu da bu hissənin formalaşması tarixinə heç də

uyğun gəlmir. Bu günkü Avlabarın yalnız yuxarıda adı çəkilən hissəsi əvvəlcə İsan, sonra isə Avlabar

adını daşıyırdı. Avlabar ətraf məhəllə şəklində indiki Ketevan Samebuli küçəsinin yuxarılarını da

əhatə edirdi (küçənin zolağında əvvəllər çuxur keçirdi). Avlabarın bu ətraf məhəlləsi Vaxuşti

Baqrationi tərəfindən tərtib edilmiş Tiflisin 1735-ci il planında göstərilmişdir. Sonralar bu ərazi

Qıraq Avlabar və ya Avlabar məhəlləsi adlandırılmışdır. Onun kifayət qədər geniş ərazisi var idi.




1783-cü il siyahıya alınmaya görə, o vaxtlar İç Avlabarda 219 ailə, Qıraq Avlabarda isə 136 ailə

məskunlaşmışdı. Bundan başqa Metexdə 73 ailə var idi.

Belə güman edirlər ki, «Avlabar» adı XIV əsrdən yayılmışdır. İlk yazılı sənəd – Avlabarın

xatırlandığı ianəlik fərmanı 1392-ci ilə aiddir. Son vaxtlara qədər belə hesab edirdilər ki, Avlabar

«Sarayın həndəvəri» deməkdir. «Haval» ərəbcə həndəvərdir, «bir» - saray. Bu cür izah kifayət qədər

inandırıcı görünür. Belə ki, İsan (sonralar Metex) qala-qəsrində, doğrudan da çar sarayı yerləşirdi.

Avlabar qapısı – Vaxuştinin 1735-ci il planında Metex qala barısında, Kürün sol sahilində

göstərilmişdir. XVIII əsrin əvvəllərində Tiflisin (Qalanın) altı qapısı olub: Avlabar, Gəncə, Diğom,

Kocor, Meydan qapısı və Aşağı qapı. Avlabar qapısı ilə yol Maxat dağına tərəf, «Bağ yolu»na tərəf

gedirdi.


 

Avlabar körpüsü. D.Yermakovun fototekasından. XIX əsr

 

Avlabar körpüsü – Ta qədimdən Metex daracaqlığında İsanı Qala ilə birləşdirən körpü var idi. Ötən



əsrin 40-cı illərindən isə bu yerdə bir-birinin birbaşa yaxınlığında iki körpü salınmışdı. 1870-ci ildə

bu ağac körpülər dəmir körpülərlə əvəz olundu. Onlardan biri - çayın yuxarı hissəsindəki Avlabar

körpüsü, o birisi isə Metex körpüsü adlanırdı. Avlabar körpüsündə hərəkət bir tərəfli idi, sağdan sola

doğru. Avlabardan gələn arabalar və digər növ nəqliyyat vasitəsi sağ sahilə - keçmiş Vorontsov,

indiki Saarbrüken körpüsünə keçirdi. İndiki Metex körpüsü tikiləndən sonra 50-ci illərdə həmin

köhnə körpülər aradan götürülmüşdür.

Bağcala – Diğom çayı vadisində əvvəllər kənd olan yer və yol adı. Dilimizdəki «bağ» və «cala»

sözlərindən yaranıb.

Bakı bağı – Bu bağın başqa adları da vardır: «Ğabaği» (Yarış meydanı), «Salağbo» (gap yeri, lağlağı

yeri), «Böyük meydan», «Hərbi meydan», «Muzey bağı», «Aleksandr bağı», «Kommunarlar bağı».

Hazırda Aleksandr bağı adlanır.

Aleksandr bağından görüntülər. D.Yermakovun

fototekasından

 

 



 

Bağı yol iki hissəyə bölmüşdür. Bağın aşağı hissəsində köhnə vaxtlar yarış meydanı olub. Bu yarış

meydanı Jozef Piton Turneforun 1701-ci il tarixli qravürasıda da əks olunmuşdur. Onu Vaxuşti

Baqrationi də Tiflisin 1735-ci il planında göstərir. Bu yerdə XIX əsrin əvvəllərində də yarış meydanı

olub (Tiflisin 1800-ci il planı bunu təsdiqləyir). Burada müxtəlif növ yarışlar keçirilirdi: at yarışı,

dəvə yarışı, güləş, qoç döyüşü, xoruz döyüşü. Azərbaycanın uşaq dramaturgiyasının banisi, görkəmli

maarif və mədəniyyət xadimi, uşaqlıq illərini Tiflisdə keçirən Abdulla Şaiq öz xatirələrində bu

barədə yazır:

 

 

N.Neqadayev. Qoç döyüşü. XIX əsrin 2-ci yarısı.



V.Xocabekov. Xoruz və qoç döyüşləri. XX əsrin əvvəli

 

 




Yüklə 342,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə