Mirzə Məmmədoğlu



Yüklə 342,5 Kb.
Pdf görüntüsü
səhifə11/23
tarix08.09.2018
ölçüsü342,5 Kb.
#67595
1   ...   7   8   9   10   11   12   13   14   ...   23

 

B.Foqel. Boyaqçılar küçəsi

 

Lilo – Qəsəbə, Böyük və Kiçik Lilo (Qardaban rayonu) Tiflis məhəllələrinin adları bəzən bu yerlərdə



olan xüsusiyyətlərdən irəli gəlirdi. Belə düşünmək olar ki, şəhərin bu ətrafyanı kəndində lilə (boyaq)

istehsalı ilə məşğul olunurdu ki, bu da məhəllənin belə adlanmasına səbəb olmuşdur.

Lilo yolu – Şahzadə Vaxuşti Behbudun bağından Lilo kəndinə tərəf gedən yol belə adlandırır.

Malakanlar bazarı – Tiflisin dəmir yolu vağzalı yaxınlığında bazar olub. İndi isə kolxoz bazarıdır.

 

Metex – Onun sonralar başqa bir adı da olmuşdur - Dustaqxana. Metexin adı 13-cü əsrin sonlarında



yayılmışdır (80-ci illərdə). Burada Təvazökar Dimitri kilsə tikdirmişdir. Deyilənə görə, guya ilk

məbəd və ilk qala-qəsr bu yerdə hələ 5-ci əsrin ikinci yarısında Vaxtanq Qorqasalın dövründə inşa

olunmuş-dur. Bunun Platon İoseliani tərəfindən deyildiyi etimal olunur. Belə də nəql edirlər ki,

müqəddəs Şuşanik burada dəfn olunmuşdur, lakin kilsənin mövcudluğu barəsində etibarlı mənbə

hələlik aşkar edilməmişdir. Halbuki, bəzi fikirlərə görə, burada qədim məbəd olmalı imiş.

«Metex» sözü sarayın yerləşdiyi yeri, onun həndəvərini bildirir. Məlumdur ki, təxminən 12-ci əsrdən

İsanda gürcü çarlarının sarayı yerləşirmiş.

Saray və kilsə monqolların elə ilk hücumu zamanı 1235-ci ildə yandırılmışdır. Bizə qədər qorunub

saxlanmış kilsə, bayaq qeyd etdiyimiz kimi, 1278-1284-cü illərdə tikilmişdir.

Vaxtaşırı Metex məbədi dəfələrlə bərpa olunmuş və təmir edilmişdir.

Türk coğrafiyaşünası Evliya Çələbi (17-ci əsrin 40-cı illəri) qeyd edirdi ki, Metex kiçik dördkünc

qəsr olub. Qalanın içində üç yüz ev, kilsə və digər tikililər varmış. Bu kiçik qala şəhərin böyük

qalasından daha möhkəm olub. Elə o Çələbinin verdiyi məlumata görə, Metex qalasında üç yüz nəfər

gözətçi durub.

1819-cu ildə qala-qəsr dağıdılmış və elə onun daşları ilə də dustaqxana tikilmişdir. Bu dustaqxana

1938-ci ildə ləğv olunmuş, Böyük Vətən müharibəsindən sonrakı illərdə sökülmüşdür. Ötən əsrin 60-

cı illərində Metex qalası divarlarının son fraqmentləri olan dayaq divarının üstündə Metex qayası

üzərində Qorqasalın at belində heykəli qoyulmuşdur.

 

 

 



Avlabardan qədim Tiflisin bir görünüşü

 

Keçmiş Metex qalası



 

Y. Lansere. Tiflisdəki Metex məbədi. 1937-ci il

 

Metex körpüsü – Ən qədim körpü Kür üzərində Metex qayasının daraldığı yerdə salınmışdı. Belə ki,



Kür çayının məcrası ən çox burada daralmışdır.

Körpü hər iki tərəfdən baş alan qala tikililərinin daimi nəzarəti altında idi. Fortifikasiya tikililəri

sistemi çayın məcrasında onun axarı boyu uzanan yolun səmərəli nəzarətinə imkan verirdi. Körpü bu

yerdə qala-qəsrin əsası qoyulanadək də mövcud idi. Belə bir qərar qəbul etməyə onun quruluşunun

xarakteri, qala tikililərinin kompozisiyası əsas verir. İvane Cavaxişvili belə hesab edirdi ki, bu yerdə



ta qədimlərdə bir-birinə yaxın iki körpü olmalı idi. Cavaxişviliyə İohane Sabanidzenin «Abo

Tbilelinin əzabları» əsərində «Şəhərin körpüləri» ifadəsinin xatırlanması əsas verir. (Onu da qeyd

etmək lazımdır ki, iki körpü 19-cu əsrdə də mövcud idi).

Qədim körpünün bürcündə xaç qoyulmuşdu. Həmin əsərin başqa bir yerində göstərilir: «...Yuxarıda

körpünün şanlı xaçı var idi». Ola bilsin ki, körpü müəyyən təyinatı da yerinə yetirirdi. Güman ki,

təsadüfi deyildir ki, şah İsmayıl Tiflisə hücum edərkən hər halda bu yerdə «Şanlı xaç» əvəzinə

məscid tikdirmişdir. Bu faktın müsəlmanlar üçün rəmzi əhəmiyyəti var idi. Qədim yazılı abidələrdə

Metex darısqallığında salınmış körpü şəhərdə yeganə körpü kimi xatırlanır. Eyni zamanda müəlliflər

körpünün böyüklüyünü və möhkəmliyini qeyd edirlər. Günahlarını yumaq üçün Tanrı qarşısında

verdiyi sözə əməl etmək məqsədi ilə Qüdsə yola düşən kazanlı Vasili Qaqara yolüstü Tiflisdən

keçmişdir. O, özünün «Jitie i xojdenie v İerusalim i Eqipet» əsərində Tiflis körpüsünü «Qəribə

körpü» adlandırır.

Müxtəlif dövrlərdə alınan yazılara görə, ağac körpüsü Metex darısqallığında bir dirəkdən ibarət idi.

Bu dəfələrlə qırılmış və bərpa edilmişdir. Körpünü bəzən tiflislilərin özləri uçururdular ki, düşmən o

biri sahilə keçə bilməsin. 1046-cı ildə də IV Baqrat Tiflisə gələndə belə oldu. İsanlılar körpünü

uçurdular, «...İsanı vermədilər». («Gürcüstan həyatı»).

Xarəzmli Cəlaləddinin amansız qoşunlarının hücumu zamanı da həmin şey təkrar olunmuşdur.

İsanlılar irəlicədən körpünü uçurduqlarından onlar İsanı işğal edə bilməmişlər. Orta əsrlərdə Meydan

tərəfindən körpüyə doğru gedən dar küçə dükanlarla dolu idi.

 

 



 

 

V.Vereşşaqin. Şah Abbas məscidi



 

Şah Abbas məscidindən bir görünüş. D.Yermokovun fototekasından

 

 

Kür çayının səviyyəsi enən zaman Şah



Abbas məscidinin bünövrəsinin görüntüləri

Körpü yaxınlığında sahildə axtalalı yepiskopun yerləşdiyi, Konstantin və Yelena adına tikilmiş kilsə

var idi. Onu monqollar uçurmuşlar. Onun bərpasından sonra yenə də Şah Abbasın hücumu zamanı

dağıdılmışdır. Onun yerində XIX əsrdə üçmərtəbəli karvansara tikilmişdir. 1522-ci ildə Şah

İsmayılın qoşunlarının hücumu zamanı dağıdılmış kiçik kilsənin yerində bilavasitə körpünün yanında

şiə məscidi tikilmişdir. Sonralar Şah Abbasın hücumu zamanı (1606-cı il) məscid genişləndirilmiş,

minarələr ucaldılmışdır. Məscid şah Abbasın adını daşıyırdı. Böyük Vətən müharibəsindən sonra

yeni körpünün tikilişi ilə əlaqədar məscid uçurulmuşdur.

 

 

 



V.Çernetsov. Qədim Tiflis.

Şah Abbas məscidi. 1839-cu il

 



Yüklə 342,5 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə