Mister hemferin xatiRƏLƏRİ



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə2/9
tarix27.09.2023
ölçüsü0,95 Mb.
#124050
1   2   3   4   5   6   7   8   9
2 5215586530805940580

BİRİNCİ FƏSİL 
Böyük Britaniyamızın əhatə etdiyi ərazilər çox 
genişdir. Günəş dənizlərin üzərində doğduğu kimi, 
dənizlərin üzərində də batar. Dövlətimizin Hindistan, 
Çin və Orta Şərq hissələrində hakimlik nəzarəti 
nisbətən zəifdir. Bu ölkələr tam mə`nada idarəçiliyimiz 
altında deyil. Lakin bu ərazilərdə çevik və fəal siyasət 
tətbiq edirik; onların hamısı əlimizə keçmək üzrədir. 
Burada iki mühüm amil diqqət mərkəzindədir: İşğal 
etdiyimiz əraziləri əldə saxlamaq və əldə edə 
bilmədiyimiz yerləri işğal etmək. 
Müstəmləkələrə Nəzarət Nazirliyi (MNN) bu iki 
vəzifəni yerinə yetirmək üzrə bu dövlətlərin hər biri 
üçün ayrıca komisiya təşkil etmişdir.
MNN-ə işə götürüldükdə, nazir e`timad göstərərək 
mənə Şərqi Hindistan şirkətində bir vəzifə verdi. Bu 
birlik zahirdə bir ticarət şirkəti idi. Lakin əsl vəzifəsi 
Hindistanın geniş və zəngin torpaqlarına hakim 
olmağın 
yolllarını 
araşdırmaq 
idi. 
Hindistanda 
fəaliyyət göstərmək üçün hökumətimizin heç bir 
çətinliyi yox idi. Çünki, Hindistan müxtəlif millətlərin, 
ayrı-ayrı din və ziddiyyətli əqidə ardıcıllarının yaşadığı 
bir ölkədir. Çindən də elə bir qorxumuz yoxdur. Çünki, 
Çinə hakim olan Buddizm və Konfuizm dinlərinin 
canlanması və cəmiyyətə əsaslı tə`sir göstərməsi 
mümkün deyildir. Bunlar həyatla uyğunlaşmayan, 
artıq öz dövranını keçirmiş iki qədim və ölü dinlərdir. 
Bu iki ölkə xalqlarında vətənə bağlılıq və sevgi hissləri 
də aradan getməkdə idi; onlar bizim İngiltərə 


12 
hökumətinə rahatlıq vermirdi. Bu ölkələrə sahib olmaq 
üçün, 
biz 
hər 
bir 
vasitədən 
istifadə 
etmək 
məcburiyyətində idik; həmin ərazilərdə təfriqə, cəhalət, 
yoxsulluq, hətta yoluxucu xəstəlikləri yaymaq üçün 
ardıcıl planlar hazırlayırdıq. Onların adət-ən`ənələrini 
təqlid etməklə öz həqiqi niyyətimizi rahatca gizlədə 
bilirdik. 
İslam ölkələri isə bizi həddən artıq narahat edir, 
planlarımızı alt-üst etməkə əleyhimizə çıxırdı. Xəstə 
qoca ilə (Osmanlı dövlətini nəzərdə tutur) bir neçə dəfə 
danışıq aparmışdıq. MNN-nin təcrübəli mütəxəssisləri 
bu xəstənin 
az bir zamanda 
can verəcəyini 
söyləyirdilər. Bu barədə İran hökuməti ilə də bir neçə 
dəfə gizli danışıqlar aparmışıq. Bu iki ölkədən 
massonluğa cəlb etdiyimiz ayrı-ayrı şəxsləri dövlət 
kürsülərində yerləşdirmişik. Rüşvətxorluq və idarəçilik 
qabiliyyətinin 
olmaması, 
öz 
dini 
elmlərindən 
xəbərsizlikləri, 
gözəl 
qadınlarla 
məşğul 
olub, 
vəzifələrini unutmaları bu ölkələrinin belini qırırdı. 
Lakin buna baxmayaraq, aşağıda saydığım səbəblər 
ucbatından 
gözlədiyimiz 
nəticələri 
əldə 
edə 
bilmədiyimizi e`tiraf edirəm: 
Müsəlmanlar İslama son dərəcədə bağlıdırlar. Hər bir 
müsəlman keşiş və rahiblərin xristianlığa bağlılığı 
qədər, hətta onlardan da artıq dərəcədə İslam dininə 
bağlıdır. Məsələn, keşiş və rahiblərin haqqında belə 
deyirlər: ”Keşiş və rahiblər öz canlarından əl çəkər, 
amma xristianlıqdan əl çəkməzlər”. 
Müsəlmanlar içərisində ən təhlükəli dəstə İrandakı 
şiələrdir. Onlar başqa dinlərin ardıcıllarını kafir və 


13 
murdar hesab edirlər. Şiəlik nöqteyi-nəzərindən 
xristianlar iyrənc bir vəziyyətdədirlər. İnsan təbiəti də 
fitri 
olaraq 
murdarlıq 
və 
iyrəncliyi 
özündən 
uzaqlaşdırmağa çalışır. Bir dəfə söz açdığım mövzu ilə 
əlaqədar olaraq şiələrin birindən soruşdum:
Nəyə görə xristianlara kafir kimi baxırsınız? O, cavab 
verərək bildirdi ki, İslam peyğəmbəri çox dahi bir 
şəxsiyyət idi; o həzrət kafirlərə qarşı belə bir mə`nəvi 
təzyiq tətbiq edərək onların doğru yola yönəlməsinə və 
Allahın dini olan İslama gəlmələrinə nail olmaq 
istəmişdir. Hər bir dövlət real təhlükə ilə qarşılaşdıqda 
və ya onun milli mənafeyinə zidd bir insan görəndə, 
onu islah edənə qədər maddi asılılıqda saxlayır. Söhbət 
açdığım təzyiq vasitəsi maddi deyil, mənəvi xarakter 
daşıyaraq, təkcə xristianlara qarşı deyil, bütün kafirlərə 
şamil edilir. Hətta İranın qədim dini olan məcusiliyin 
ardıcılları da bizim nəzərimizdə pak deyillər.
Axı xristianlar da Allaha, peyğəmbərə və qiyamət 
gününə inanırlar? Bu halda nə üçün onları murdar 
hesab edirsiniz? 
Onlar ilahi peyğəmbərlərə iftira yaxır, bu müqəddəs 
şəxslər haqda yaramaz sözlər söyləyirlər. Məsələn, 
onlar deyirlər ki, “İsa (ə) şərab içərdi, mə`lun olduğuna 
görə çarmıxa çəkildi” və s. 
Mən dəhşət içində dedim: 
Xristianlar belə deməzlər.
Sən heç nə bilmirsən, kitabi-müqəddəsdə belə 
yazılıbdır.
Mən susdum, mübahisəni uzatmaq istəmədim. 
Çünki, zahirdə özümü müsəlman kimi göstərdiyim 


14 
halda bu mövqedən çıxış etməklə şübhə yarada 
bilərdim. Məhz bu səbəbə görə daim mübahisə və 
münaqişələrdən uzaq olurdum.
İslam dini bir zamanlar hakimiyyət və idarəçilik 
məsələsini 
bilavasitə 
öz 
üzərinə 
götürmüşdü. 
Müsəlmanlar da özlərini izzətli və şərəfli hesab edirlər. 
Bu insanlara “siz köləsiniz” demək çox çətindir. Artıq 
müsəlmanların parlaq keçmişi arxada qalımışdır. Bir 
zaman əldə etdikləri yüksəliş və məğrurluq da bə`zi 
şərtlərlə bəyənilmişdir. “O günlər artıq ötüb getmişdir 
və bir dah geri dönməz” sözlərini söyləmək də 
sadəlövhlük olardı.
Osmanlı imperiyasının və eləcə də iranlıların onlara 
qarşı etdiklərimizi duyaraq, planlarımızı alt-üst 
edəcəklərindən çox narahat idik. Bu iki dövlət 
təsəvvürolunmaz dərəcədə zəifləmişdi. Onların əvvəlki 
iqtidarı deyil, yalnız var-dövlət, silah və hakimiyyət 
sahibi olmaları bizim öz niyyətlərimizə əmin olmağa 
mane olurdu.
Hər bir şeydən daha artıq İslam alimlərindən 
qorxurduq. Çünki, İstambul, İraq, Şam və “əl-Əzhər” 
alimləri tədbirlərimiz qarşısında keçilməz bir sədd 
idilər. Onlar dünyanın keçici zövq və ziynətlərinə qarşı 
çıxan, Qur`ani-Kərimin və`d etdiyi cənnətə daxil 
olmağa özlərini hazırlayan qətiyyətli insanlardır. Xalq 
onlara itaət edir, hətta hakim və sultanlar da onlardan 
qorxurdular. Sünnilər şiələr qədər alimlərə bağlı 
deyillər. Şiələr kitab oxumur, sadəcə olaraq alimləri 
tanıyır və onlara hədsiz e`timad göstərirdilər. Hakim və 
sultanlara layiq olduğu hörməti göstərmirdilər. 


15 
Sünnilər isə çox kitab oxuyur, alimlərlə bərabər 
sultanlara da ehtiram bəsləyirlər.
Bu vəziyyəti araşdırıb lazımi nəticələr çıxarmaq üçün 
bir neçə dəfə yığıncaq təşkil etmişdik. Amma hər dəfə 
qarşıya 
həllolunmaz 
problemlər 
çıxırdı. 
Casuslarımızdan aldığımız hesabatlardakı nəticələr də 
qənaətbəxş deyildi. Lakin yenə də ümidsizliyə 
qapılmırdıq. Çünki biz, qarşıya çıxan hər bir problem 
qarşısında səbr edib dərindən düşünməyə adət 
etməliyik.
Yığıncaqlarımızın birində nazirin özü, yüksək rütbəli 
keşişlər və MNN-nin bir neçə təcrübəli mütəxxəssisi 
iştirak edirdi. İclas iştirakçılarının sayı iyirmi nəfərdən 
artıq idi. Üç saat davam edən bu toplantıda heç bir 
nəticə əldə edə bilmədik. Keşişlərdən biri bizə mə`nəvi 
dəstək verərək belə dedi: “Narahat olmayın, xristianlıq 
üç yüz il zülmə mə`ruz qaldıqdan sonra yayıldı. Belə 
nəzərə çarpır ki, İsa Məsih qeyb aləmindən kömək 
göstərib, üç yüz il sonra olsa da, kafirləri 
(müsəlmanları) məhv etməyi bizə nəsib edər. Biz güclü 
iman və tükənməz səbirlə silahlanmalıyıq! Dünyaya 
hakim olmaq üçün bütün vasitələrdən istifadə 
etməliyik. 
Xristianlığı 
müsəlmanların 
arasında 
yaymalıyıq. Bu niyyətimizi bir əsr sonra belə həyata 
keçirə bilsək, çox yaxşıdır. Bilin ki, atalar övladlarının 
gələcək rifahları üçün çalışar”. 
Bir dəfə MNN-nin Fransa və Rusiyadan olan 
diplomat və din adamlarının birgə konfransı təşkil 
olundu. Nazir ilə münasibətim yaxşı olduğundan, mən 
də konfransda iştirak etdim. Bu tədbirdə müsəlmanları 


16 
parçalayıb, İspaniya kimi onları da öz dinlərindən 
çıxararaq, imana gətirmək (xristianlaşdırmaq) məsələsi 
müzakirə olunurdu. Lakin əldə olunan nəticələr 
istənilən səviyyədə deyildi. Mən konfransdakı bütün 
danışıqları “İla məkət-ül Məsih” adlı kitabımda 
yazdım. Dərinliyə kök salmış böyük bir ağacı qurudub 
məhv etmək çox çətindir. Lakin biz bu çətinlikləri 
asanlaşdıraraq hədəflərimizə nail ola bilərik. Biz 
dünyaya xristianlığı yaymaq üçün gəlmişik. Bunu bizə 
İsa Məsih buyurmuşdur. Məhəmmədə Şərqdə və 
Qərbdə insanların vəziyyətinin ağır olması kömək 
olmuşdu. O, bu vəziyyətdən istifadə edərək, kütlələri 
İslama də`vət etmiş və qüdrətə yiyələnmişdi. Bu gün 
vəziyyətin tamamilə dəyişdiyini müşahidə edirik. 
Ölkəmizin və digər xristian hökumətlərinin sə`yləri 
nəticəsində 
müsəlmanlar geriləməyə 
başlamışlar; 
xristianlar isə getdikcə qüvvətlənirlər. Uzun əsrlər 
boyunca itirdiklərimizi əldə etmək zamanı gəlib 
çatmışdır. Hal-hazırda İslamı məhv etmək planına 
Böyük Britaniya dövləti liderlik edir. 


17 

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə