Mister hemferin xatiRƏLƏRİ



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə8/9
tarix27.09.2023
ölçüsü0,95 Mb.
#124050
1   2   3   4   5   6   7   8   9
2 5215586530805940580

YEDDİNCİ FƏSİL 
Birinci sirrin ləzzətini bildikdən sonra ikinci sirri də 
öyrənməyə can atırdım. Nəhayət bir gün katib söz 
verdiyi ikinci sirri açıqladı. İkinci sirr bir əsr ərzində 
İslamı məhv edib unutdurmaq məqsədilə, nazirlikdə 
bu iş üzrə çalışan yüksək rütbəli mə`murlar tərəfindən 
hazırlanmış 14 maddən ibrət 50 səhifəlik bir plan idi. 
Bu plan çox gizli saxlanılırdı.
Həmin planın xülasəsi aşağıdakılardan ibarətdir: 
Buxara, Tacikstan, Ermənistan, Xorasan və Osmanlı 
imperatorluğunun Rusiya ilə həmsərhəd olan ərazisini 
işğal etmək üçün Rusiya çarı ilə əməkdaşlıq haqqında 
razılıq əldə etmək. 
İslam aləmini həm daxil, həm də xaricdən dağıtmaq 
üçün Fransa və Rusiya dövlətləri ilə birgə əməkdaşlıq 
haqqında razılıq əldə etmək. 
Osmanlı və İran hökumətləri arasında fitnə-fəsad və 
ixtilaflar salaraq, hər iki tərəfdə millətçilik cərəyanını 
gücləndirmək. Ayrı-ayrılıqda bir-birinə yaxın olan 
bütün müsəlman xalqları və qəbilələri arasında 
düşmənçilik toxumu səpmək. Çoxdan unudulmuş din 
və məzhəbləri canlandıraraq, onları müsəlmanlarla 
qarşı-qarşıya qoymaq.
İslam ölkələrindən torpaq ərazilərini qopararaq qeyri-
müsəlmanların ixtiyarına vermək. Məsələn, Mədinəni 
yəhudilərə, İsgəndəriyyəni xristianlara, Kermanşahı 
Əlini ilahiləşdirən nisurilərə, Mosulu yezdilərə, İran 
körfəzini hindulara, Trabzonu dəruzilərə, Qarsı 
ələvilərə, Məsqəti xaricilərə və (Qarabağı ermənilərə. 


72 
Red.). Bunları pul, silah və gərəkli bilgilərlə 
mə`lumatlandırmaq lazımdır ki, İslamın vücudunda bir 
tikana çevrilsinlər. İslam dini məhv olub aradan 
gedincəyə qədər, onların ərazilərini genişləndirmək 
lazımdır.
Müsəlman Osmanlı və İran dövlətlərini kiçik 
dövlətlərə bölərək, onları da Hindistanın indiki halına 
gətirmək.
İslam adı altında təhrif edilmiş din və məzhəblər icad 
etmək; həmin məzhəblərin hər birini ölkələrin mühiti 
və əhalisinin xüsusiyyətlərinə uyğun olaraq, planlı 
şəkildə 
qurmaq. 
Şiələrin 
yaşadıqları 
ölkələrdə 
aşağıdakı din və məzhəbləri yaratmaq: 
Kərbəlada Həzrət Hüseyni ilahiləşdirən məzhəb; 
İsfahanda Cə`fəri Sadiqi ilahilişdirən məzhəb; 
Xorasanda imam Rizanı ilahiləşdirən məzhəb; 
Samirədə Mehdini ilahiləşdirən məzhəb; 
Sünnilərin də dörd məzhəbini bir-birindən ayıraraq, 
dörd din halına gətirmək. Nəcəfdə də yeni bir İslam 
firqəsi qurub, aralarında qanlı çəkişmələr təşkil etmək. 
Bu dörd məzhəbin kitablarını təhrif etməklə, həmin 
məzhəblərin ardıcıllarının yalnız özlərini müsəlman, 
başqalarını isə kafir bilmələrinə şərait yaratmaq.
Zina, ləvat (homoseksualizm), şərab və qumar vasitəsi 
ilə müsəlmanların arasında fitnə-fəsad toxumları 
səpmək 
üçün 
bu 
ölkələrdə 
yaşayan 
qeyri-
müsəlmanlardan istifadə etmək. 


73 
İslam ölkələrində fasiq liderlər, zalım rəhbərlər 
yetişdirmək, onları hakimiyyət başına gətirərək, şəriət 
qanunlarını dəyişdirmək. Onları nazirliyin əmrlərinə 
tabe etdirməklə, müsəlmanlara və İslam ölkələrinə 
istədiyimiz qanunu qəbul etdirə bilərik. Müsəlman 
ölkələrindəki hökumət adamlarını mümkün qədər 
qeyri-müsəlman xalqların nümayəndələrindən seçmək. 
Bunun üçün bə`zi casuslarımızı zahirdə müsəlman 
şəkilinə salmaq lazımdır.
Mümkün qədər ərəb dilinin öyrənilməsinə mane 
olmaq. Bunun əvəzində digər müsəlman xalqların 
dillərini yaymaq. Ərəb ölkələrində isə əcnəbi dilləri 
yayaraq, ərəb dilinin müxtəlif ləhcələrini bərpa etmək. 
Qur`an və hədis dili olan klassik ərəb dilini aradan 
aparmaq. 
Dövlət 
adamlarının 
ətrafında 
casuslarımızı 
yerləşdirərək, onları müsəlman dövlət xadimlərinin ən 
e`tibarlı və sadiq şəxsləri siyahısına daxil etmək. Bunun 
ən 
rahat 
yolu 
kölə 
ticarətidir. 
Kölə 
olaraq 
göndərdiyimiz casusları müsəlman dövlət adamlarının 
yaxınlarına, onların uşaqlarına və xanımlarına satmaq. 
Satdığımız bu kölələr tədricən onlara yaxınlaşacaqlar. 
Onların uşaqlarına dayəlik edərək, tərbiyəçi rolunu 
oynayacaq və bu yolla müsəlman dövlət xadimlərinin 
mənzillərinə nüfuz edəcəklər. 
Missionerlərin 
fəaliyyətini 
genişləndirib, 
onları 
həkim, mühəndis, ticarətçi və s. adlarla müsəlmanların 
arasına salmaq. İslam ölkələrində gizli şəkildə məktəb
xəstəxana, kitabxana və xeyriyyə cəmiyyətləri adı 
altında təbliğat mərkəzləri yaratmaq; bu üsulla xristian 


74 
kitablarını yaymaq. Kilsə və monastırlarda rahib və 
rahibə adı altında casuslarımızı yerləşdirmək. Onların 
xristian hərəkatlarına və müsəlmanların kütləvi 
xristianlaşdırılmasına rəhbərlik etmələrini tə`min 
etmək. Müsəlmanların əqidəvi və fikri cərəyanlarını 
öyrənib araşdırmaq üçün onları lazım olan vəsaitlərlə 
təchiz etmək. İslam tarixini pozub təhrif etmək, dini 
elmləri aradan aparmaq. Professor, tədqiqatçı və elm 
adamları adı altında böyük bir xristian ordusu 
yaratmaq.
Gənclərin və yeniyetmələrin başlarını qarışıdırıb, 
İslam haqqında şübhə və tərəddüd yaratmaq. Məktəb, 
kitabxana və idman klublarında yetişdirdiyimiz 
tə`limatçılar vasitəsilə onların əxlaqını dəyişdirmək. 
Yəhudi, xristian və qeyri-müsəlman gəncləri məxfi 
təşkilatlarda qeydiyyata almaq, öz məqsədlərimizdə 
onlardan istifadə etmək.
Müsəlmanları daxili müharibə və çəkişmələrə 
yönəltməklə, 
dövlətin 
gücünü 
zəiflətmək, 
fəal 
adamlarını məhv etmək.
Gəlir mənbələrini və əkin sahələrini dağıtmaq, su 
bəndlərini uçurmaq; ölkəni iqtisadi böhran vəziyyətinə 
gətirmək. Bu işlər görülərsə, insanlar namaz qılmaqdan 
və işləməkdən uzaqlaşaraq tənbəlliyə düçar olacaqlar. 
Onlar üçün əyləncə yerləri açmaq, bu yerlərdə spirtli 
içkilər və narkotik maddələr yaymaq.
* * * 
Yuxarıda sadaladığımız bu maddələr çox geniş bir 
şəkildə, xəritə və şəkillərlə izah edilmişdi. Katib tərtib 
olunmuş planın bir nüsxəsini mənə verdi. 


75 
Londonda daha bir ay qaldıqdan sonra Məhəmməd 
Nəcdi ilə görüşmək üçün İraqa getmək barədə tapşırıq 
aldım. Səfərə çıxan zaman katib mənə belə dedi: 
”Məhəmmədlə 
ehtiyatla 
davran. 
İndiyə 
qədər 
casuslarımızın 
göndərdiyi 
mə`lumatlardan 
başa 
düşdüymüzə görə, o, planlarımızı yerinə yetirmək 
üçün münasib bir şəxsdir. Onunla açıq-aşkar danış; 
İsfahanda casuslarımız onunla açıq söhbət etmiş, o da 
bə`zi şərtlərlə istəklərimizi qə`bul etmişidir. Şərtləri 
budur ki, fikir və düşüncələrini açıqlayana qədər özünü 
dövlət adamlarından qorumaq üçün kifayət qədər pul 
və silahla tə`min edilsin. Öz ölkəsində kiçik bir bəylik 
qurmaq istəyir. Nazirlik də bu şərtləri qəbul etmişdir”. 
Bu xəbəri eşitcək çox sevindim. O zaman katibdən - 
bu barədə nə etməliyəm? – deyə soruşdum. O, 
Məhəmməd Nəcdini hərəkətə gətirmək üçün nazirliyin 
xüsusi 
plan 
hazırladığını 
dedi. 
Həmin 
plana 
aşağıdakılar daxil idi: 
Bütün müsəlmanları tə`qib edib öldürmək, mallarını 
əllərindən almaq, namuslarına təcavüz etmək, kişilərini 
kölə, qadınlarını kəniz edib bazarlarda satmaq; bu işin 
halal olduğunu söyləmək. 
Kə`bənin büt olduğunu söyləmək və dağıdılması 
üçün zəmin yaratmaq. Həcc ziyarətlərini aradan 
aparmaq üçün, məkkəliləri zəvarların mallarını 
əllərinlən almağa və onları öldürməyə təşviq etmək.
Müsəlmanları xəlifəyə itaət etməkdən çəkindirmək, 
onları xəlifəyə qarşı üsyan etməyə sövq etdirmək. Bu iş 
üçün ordu hazırlamaq. Hicazlılarlaa müharibə etməyi 


76 
və onların sayının azaldılmasının vacib olduğu fikirini 
yaymaq.
Məkkə, Mədinə və digər İslam məmləkətlərində 
mövcud olan türbə və müqəddəs sayılan yerlərin büt 
olduğunu söyləyərək, onların dağıdılmasını vacib e`lan 
etmək. Tədricən bu iş Məhəmməd peyğəmbər, xəlifələr 
və məzhəb rəhbərlərinin məzarlarına da şamil 
olmalıdır. 
İslam ölkələrində mümkün qədər zülm, cinayət və 
hərc-mərclik üçün şərait yaratmaq . 
hədislərdə olduğu kimi, Qur`ana da əlavələr edib onu 
yüksək tirajlarla nəşr etmək. 
Katib bu altı maddəli planı mənə təqdim etdikdən 
sonra belə dedi: ”Bizim vəzifəmiz İslamı məhv etmək 
üçün toxum səpməkdir. Bu işi gələcək nəsillərimiz 
davam etdirəcəklər. İngilis hökuməti səbr etməyə və 
addım-addım irəliləməyə adət etmişdir. İslam dinini 
qurub yaradan Məhəmməd peyğəmbər sadəcə bir 
insan deyildimi? Məhəmməd Nəcdi də bizim 
inqilabımızı gerçəkləşdirəcək”.
Bir neçə gün sonra nazir və katibdən izn alıb ailəm və 
dostlarımla vidalaşaraq Bəsrəyə tərəf yola düşdüm. 
Evdən çıxarkən oğlum mənə - ata cəld ol - dedi. Bu 
sözləri eşitdikdə gözlərim yaşardı. Kövrəlib ağladığımı 
yoldaşım da başa düşdü.
Yorğun bir vəziyyətdə, gecə ikən Bəsrəyə yetişdim. 
Əbdürrizanın evinə getdim. O, məni görcək çox 
sevindi; 
gecəni 
onun 
evində 
qaldım. 
Mənə 
Məhəmmədin məktubunu verdi. Oxuyanda mə`lum 
oldu ki, o, öz vətəninə getmiş, ünvanını da yazmışdı. 


77 
Mən də Ərəbistanın Nəcd vilayətinə yola düşdüm. 
Uzun sürən səfərdən sonra gəlib oraya çatdım, 
soraqlaşaraq evini tapdım. O, çox zəifləmişdi; sonradan 
evləndiyini bildim.
Biz aramızda belə razılığa gəldik ki, guya mən onun 
köləsiyəm. Məni iş dalınca başqa şəhərə göndəribmiş. 
İki il onun yanında qaldım. Də`vətini e`lan etmək üçün 
bir proqram hazırladıq. Nəhayət, h.q-1143, m-1730-cu 
ildə onun əzmini gücləndirdim. O da özünə bir az 
tərəfdar topladıqdan sonra daha yaxın adamlarına öz 
ayininin də`vətini aşkarladı. Sonradan günbəgün 
fəaliyyətini genişləndirdi. Onu düşmənlərdən qorumaq 
üçün ətrafına mühafizlər qoydum. Onlara istədikləri 
qədər pul verirdim. Düşmənlərin təcavüz və hücumları 
genişləndikcə, mühafizlərin sayını artırırdım. Onları 
mə`nəvi 
cəhətdən 
də 
dəstəkləyirdim. 
Də`vəti 
yayıldıqca 
müxaliflərin 
sayı 
da 
çoxalırdı. 
O, 
hücumlardan sarsılıb də`vətini saxlamaq istədi. Lakin 
mən onu tək buraxmadım. Əzmini qüvvətləndirmək 
məqsədilə 
ona 
belə 
dedim: 
”Ey 
Məhəmməd, 
Peyğəmbər səndən də çox əziyyət görmüşdü. Bilirsən 
ki, bu bir şərəfli yoldur. Biz daima düşmənin 
hücumuna mə`ruz qala bilərik”. Onun müxalifləri 
arasına pulla satın aldığım casusları yeritdim. 
Düşmənlər bir zərər yetirmək istəyəndə, mən dərhal 
xəbər tutub onları zərərsizləşdirirdim.
Bir neçə il sonra MNN-in məntəqə əmiri Məhəmməd 
ibn Səudu da bizim cərgəyə qoşmağa nail oldu. Bu 
mə`lumatı 
çatdırmaq 
üçün 
yanıma 
MNN-nin 
əməkdaşlarından biri göndərilmişdi. Vəzifəm bu iki 


78 
Məhəmmədin arasında məhəbbət və həmkarlıq 
əlaqələri yaratmaq idi. Qərar bu idi ki, müsəlmanların 
e`timadını qazanmaq üçün dini işlərdə Məhəmməd 
Nəcdidən, siyasi işlərdə isə Məhəmməd ibn Səuddan 
istifadə olunsun. Tarix sübut etmişdir ki, dinə istinad 
edən dövlətlər daha uzun ömürlü və heybətli olurlar. 
Vəhhabi məzhəbini tə`sis edib, Dəriyyəni onun mərkəzi 
e`lan etdik. MNN yenicə yaranmaqda olan Vəhhabi 
firqəsini və onun tə`siri altında olan yerli hökuməti 
gizlicə dəstəkləyirdi. Yeni hökumət ərəb dilini və səhra 
döyüşlərini mükəmməl bilən on bir ingilis zabitini kölə 
adı ilə satın aldı. İcra olunacaq planları onlarla birlikdə 
hazırlayırdıq. Xüsusi bir əmr olmadığı zaman, qarşıya 
çıxan məsələlərdə özümüz qərar çıxarırdıq. 
Bir dəfə düşmənələrin Məhəmməd Nəcdini öldürmək 
niyyətindən xəbər tutdum. Elə o an onların hazırladığı 
planın əksinə bir plan hazırladım. Bu işin üstü açıldı. 
Camaat onların Məhəmmədi öldürmək istəklərindən 
xəbərdar olduqda, düşmənlərə nifrət etdilər. Bununla 
da bu işin qarşısı alındı. Qazdıqları quyuya özləri 
düşdülər. Məhəmməd planın altı maddəsinin hər birinə 
əməl edəcəyinə söz vermişdisə də, indi bu bəndlərin 
yalnız bir hissəsini yerinə yetirə bilərəm -dedi. O, bu 
sözündə haqlı idi. Çünki, o zaman bütün bəndləri 
həyata keçirmək qeyri-mümkün idi. O, Kə`bənin 
dağıdılması və Qur`anın təhrif olunmuş şəkildə nəşr 
olunmasına e`tiraz etdi. Ən çox Məkkə əmirləri və 
İstambul hökumətindən qorxurdu. Mənə bu barədə - 
bu iki niyyəti açıqlasan, böyük bir ordunun hücumuna 
mə`ruz qalarıq - dedi. Ancaq doğru deyirdi. Bu iki 


79 
maddənin 
icrası 
üçün 
hələ 
münasib 
zəmin 
yaranmamışdı. 
Hamımız yerli tayfalardan olan qızlarla evləndik. 
Müsəlman qadınların ərlərinə bağlılığı çox xoşumuza 
gəlirdi. Bunun sayəsində tayfalarla olan əlaqələrimiz 
daha da artdı. İndiki vəziyyət çox yaxşı idi. Əhatəmiz 
günü-gündən genişlənirdi. Təsadüfi bir hadisə baş 
verməsə, yetişməkdə olan meyvəni dərib yeyəcəyimizə 
şübhə yox idi. 


80 

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə