Mister hemferin xatiRƏLƏRİ



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə6/9
tarix27.09.2023
ölçüsü0,95 Mb.
#124050
1   2   3   4   5   6   7   8   9
2 5215586530805940580

BEŞİNCİ FƏSİL 
Məhəmməd Nəcdi ilə çox səmimi və yaxın olmuşduq. 
Bu günlərdə şiələrin dini-elmi mərkəzi olan Kərbəla və 
Nəcəf şəhərlərinə getmək üçün Londondan əmr 
gəlmişdi. Məhəmmədlə görüşüb Bəsrədən ayrılmaq 
məcburiyyətində qaldım. Lakin bu cahil və yolunu 
azmış şəxsin gələcəkdə yeni bir firqə yaradacağını və 
onun İslam dinini daxildən parçalayıb dağıdacağını 
düşünəndə hədsiz dərəcədə sevinirdim. Yaranacaq bu 
azğın firqənin inanclarını şəxsən özüm hazırladığıma 
görə fərəhlənirdim.
Əli ibn Əbutalib Nəcəfdə dəfn edilmişdir. Nəcəfdən 
bir neçə kilometr aralıda Əlinin xilafət mərkəzi olan 
Kufə şəhəri yerləşir. Həzrəti Əli öldürüldükdə, 
oğlanları Həsən və Hüseyn onu Kufədən kənarda, hal-
hazırdakı Nəcəf şəhərində dəfn etmişdilər. Bundan 
sonra Nəcəf inkişaf edib böyüməyə başlamışdı. Şiə 
alimləri Nəcəfə toplaşmış, orada mədrəsələr qurub ali-
dini təhsil ocaqları yaratmışdılar. 
İstambuldakı 
xəlifənin onlara münasibəti bir neçə səbəbə görə pis idi: 
İrandakı şiə hökuməti Nəcəfdəki şiələri dəstəkləyirdi. 
Xəlifə də onların işlərinə qarışırdı. Hər iki dövlətlər 
arasında münasibətlər gərginləşmiş, hətta hər dəqiqə 
belə müharibə baş verə bilərdi.
Nəcəf ətrafında şiələri dəstəkləyən çoxlu silahlı 
tayfalar var idi. Silahları və dəstələri nizamlı ordu 
şəkilində olmasa da, xəlifənin ordusu ilə döyüşmək 
imkanında idilər.


42 
Nəcəfdəki şiə alimləri Hindistan, Afrika və bütün 
dünyadakı şiələrin ən ali dini müraciət yerləri idi. 
Bütün dünya şiələri bu şəhərdə yerləşən müctehidlərin 
bircə fətvası ilə ayağa qalxıb üsyana başlaya bilərdilər. 
Peyğəmbərin qızı Fatimənin oğlu Hüseyn ibn Əli 
Kərbəlada şəhid edilmişdir. İraq əhalisi Mədinəyə 
məktub yazaraq imam Hüseyni özlərinə xəlifə seçmək 
üçün bu şəhərə də`vət etmişdilər. O, ailəsi ilə birlikdə 
Kərbəla torpağına yetişdikdə, iraqlılar öz və`dlərinə 
xilaf çıxaraq, Şamda oturan Əməvi xəlifəsi Yezid ibni 
Müaviyənin əmri ilə ona qarşı vuruşmuşdular. Hüseyn 
(ə) ailəsi ilə birlikdə İraq ordusuna qarşı şəhid oluncaya 
qədər qəhrəmancasına döyüşmüşdü. O gündən sonra 
şiələr Kərbəlanı ruhani bir mərkəz olaraq, qəbul etmiş 
və hər yerdən oraya gəlib toplaşmışdılar. (Təəssüflər 
olsun ki, xristian aləmində belə bir mərkəzin bənzəri 
yoxdur). Kərbəla da Nəcəf kimi şiələrin dini-elmi 
mərkəzlərindən 
sayılır 
və 
orada 
çoxlu 
sayda 
mədrəsələr vardır. Bu iki şəhər həmişə bir-birinə 
yardımçı olurlar.
Kərbəlaya getmək əmrini aldıqdan sonra Bəsrədən 
Bağdada, oradan da Fərat çayının kənarındı yerləşən 
Hillə şəhərinə getdim. Dəclə və Fərat çayları 
Türkiyədən gələrək, İraqdan keçir və sonda Bəsrə 
körfəzinə tökülür. Bu çaylar İraq üçün həyati 
əhəmiyyət daşıyır. Mən Londona döndükdən sonra 
MNN-ə getdiyim zaman İraqla bağlı təkliflərimizi 
qəbul etdirmək məqsədilə, bu çayın istiqamətini 
dəyişmək üçün plan hazırlanmasını təklif etdim. Əgər 
su İraqdan kəsilərsə, təkliflərimizi qəbul etməyə 


43 
məcbur 
olacaqlar 

dedim. 
Hillədən 
Nəcəfə 
azərbaycanlı tacir qiyafəsində getdim. Şiə alimləri ilə 
dostluq və səmimiyyət qurdum və onları aldatmaq 
üçün dərslərdə iştirak etməyə başladım.
Şiələrlə sünnilərin fərqi aşağıdakılardan ibarətdir: 
Şiələr Osmanlı hökumətinə qarşı düşmən mövqeyi 
tutmuşdular. Çünki onlar şiə, türklər isə sünni idilər. 
Şiə 
alimləri 
bizim 
durğunluq 
dövrümüzdəki 
keşişlərimiz kimi özlərini tamamilə dini elmlərə həsr 
etmiş, dünyavi elmlərlə çox az maraqlanırdılar. 
Dünyada baş verən ictimai-siyasi hadisələrdən xəbərsiz 
idilər. Bir gün öz-özümə fikirləşirdim ki, şiələr nə 
zavallı insanlardılar. Bütün dünya oyaq ikən onlar hələ 
də yatırlar. Bir gün gələcək bir sel onları yuyub 
aparacaq. 
Onları xəlifəyə qarşı üsyana yönəltmək istəyirdim. 
Məni bu mövzuda dinləyən olmadı. Bə`ziləri də bu 
təklifi eşitdikdə mənə istehza ilə yanaşırdı. Sanki 
onlara, dünyanı yıxın - deyirdim. Onlar Osmanlı 
xilafətini fətholunmaz bir qala kimi görürdülər. Şiələrin 
fikirincə, bu işi ancaq zühurunun intizarı gözlənilən 
Mehdi görə bilər və onları xəlifənin zülmündən qurtara 
bilərdi. Onlara görə, Mehdi İslam peyğəmbərinin 
nəslindən olan və hicri-qəməri tarixi ilə 255-ci ildə 
qeybə çəkilən on ikinci imamdır. Onlar deyirdilər: “O 
indi həyatda mövcuddur, bir gün zühur edəcək, zülm 
və haqsızlığın baş alıb getdiyi dünyanı ədalətlə 
dolduracaq”. Onların bu cür inanclarına lap heyrət 
edirdim. Bu bizim xristianların inandığı, “İsa Məsih 


44 
gələcək, dünyanı ədalətlə dolduracaq” əqidəsinə 
bənzəyirdi. Bir gün onların birinə belə dedim: 
İslam peyğəmbəri zülmə qarşı çıxdığı kimi, sizin də 
zülmə qarşı mübarizə aparmağınız vacib deyildirmi? 
Allah ona yardım edirdi. Ona görə də zülmü məhv 
etməyi bacardı.
Qur`anda belə buyurulmuşdur: “Siz Allahın dininə 
yardım edərsinizsə, O da sizə yardım edər”. Şahların 
zülmünə qarşı çıxsanız, Allah sizə də yardım edər.
Sən bir tacirsən, bunlar sənin işin deyil. Bu elmi bir 
mövzudur ki, sən bu elmi dərk edə bilməzsən.
Əli ibn Əbu Talibin məqbərəsi çox gözəl bir layihə 
əsasında tikilmişdir; qızıldan qapıları, böyük bir 
gümbəzi və iki böyük minarəsi vardır. Hər gün bu 
türbəyə çoxlu sayda şiə zəvvarları gəlir, ziyarət edir və 
camaat namazı qılırlar. Ziyarətçilərin hər biri məzara 
salam verdikdən sonra içəri daxil olurlar. Kərbəlada da 
Həzrəti Əlinin məqbərəsinə bənzər iki məqbərə vardır.
Birincisi, Həzrət Hüseynə, ikincisi isə, onunla bərabər 
şəhid olan qardaşı Həzrət Abbasa məxsusdur. Şiələr 
Nəcəfdə etdikləri ziyarət qaydalarını eynən Kərbəlada 
da edirdilər. Kərbəlanın görünüşü Nəcəfdən daha 
gözəldir. Ətrafında gözəl bağçalar və axar sular vardır. 
İraq səfərində bir çox fərəhləndirici mənzərələrlə 
qarşılaşdım. Bə`zi hadisələr Osmanlı imperatorluğunun 
sonunun yaxınlaşdığından xəbər verirdi. İstambul 
hökuməti tərəfindən tə`yin edilən vali zalım və cahil bir 
adamdır. Özü istədiyi kimi hərəkət edirdi. Xalq ondan 
razı deyildi. Sünnilər hüquqlarının tapdalandığından, 
onlara qiymət verilmədiyindən şikayətlənir, şiələr isə 


45 
Peyğəmbərin nəslindən rəhbərliyə layiq olan seyyid və 
fəqihlər olduğu halda, xəlifəni və onun yerli valisini 
qeyri-qanuni hesab edirdilər. Şiələrin vəziyyəti həddən 
artıq dözülməz idi. Zülm və əziyyət içində yaşayırdılar. 
Yol kəsənlər karvanları daima talan edirdilər. Hökumət 
onlara bir mühafizə əsgəri vermədikdə səfərə çıxa 
bilmirdilər. Şiə tayfaları arasında da düşmənçilik çox 
idi. Hər gün bir-birini öldürürdülər. Şiələrin bu 
vəziyyəti mənə kilsənin Avropanı istila etdiyi 
zamanları 
xatırladırdı. 
Nəcəf 
və 
Kərbəladakı 
ruhanilərdən başqa hər min nəfərdən biri yazmaq və 
oxumaq bacarırdı. İqtisadi həyat çökmüş, insanlar 
fəqirlik və zəlalət içində məşəqqət çəkirdilər. Dövlət 
çıxılmaz bir vəziyyətdə idi. Şiələr hökuməti rəsmi 
şəkildə tanımırdılar. Dövlət 
ilə 
xalq 
arasında 
e`timadsızlıq hökm sürürdü; onlar bir-birinə şübhə ilə 
yanaşırdılar. Ona görə də aralarında yardımçı əlaqə 
yox idi. 
Kərbəla və Nəcəfdə dörd ay qaldım. Nəcəfdə 
olduğum müddətdə ağır xəstəliyə tutuldum. Hətta 
əlimi həyatdan üzmüşdüm. Üç həftə yataqda qaldım. 
Həkimdən 
müalicə 
aldıqdan 
sonra 
səhhətim 
yaxşılaşmağa başladı. Ev sahibi xəstə olduğum 
müddətdə mənə çox yaxşı xidmət göstərdi. Bu işlə 
savab qazandığını deyirdi. Onlara deyirdim ki, həzrəti 
Əlinin ziyarətçisiyəm. Müalicəmin birinci günü həkim 
mənə toyuq ətinin suyunu içməyi söylədi. Daha sonra 
ətindən də yeməyi məsləhət gördü. Sağaldıqdan sonra 
Bağdada getdim. Nəcəf, Hillə və Bağdad yolunda 


46 
müşahidələrimlə 
bağlı 
yüz 
səhifəlik 
mə`lumat 
hazırlayıb MNN-nin Bağdad şö`bəsinə təqdim etdim. 
İraqda qalacağım və ya Londona dönəcəyim 
haqqında əmr gözləyirdim. Uzun zaman idi ki, 
qürbətdə 
idim. 
Vətənim və ailəm 
üçün 
çox 
darıxmışdım; həyata yenicə göz açmış oğlum Rasputini 
görmək istəyirdim. Onun üçün də MNN-ə yazdığım 
məktubda az bir müddətə olsa da, Londona qayıtmaq 
üçün izn istədim. Üç illik İraq səfəri ilə əlaqədar 
müşahidələrimi şifahi anlatmaq və bir qədər də 
istirahət 
etmək 
istəyirdim. 
Nazirliyin 
İraqdakı 
nümayəndəliyi şübhə doğurmamaq üçün Dəclə çayının 
kənarındakı evlərin birində yerləşməyimi məsləhət 
gördü. Londondan cavab gələnədək orada qalmalı 
oldum. Burada qalarkən xilafət mərkəzi olan İstambulla 
Bağdad arasındakı mə`nəvi uyğunsuzluğu müşahidə 
edirdim.
Bəsrədən Kərbəla və Nəcəfə getdiyim müddətdə 
Məhəmməd Nəcdidən çox nigaran qalmışdım. Onun 
göstərdiyim yoldan aza biləcəyindən ehtiyatlanırdım; 
aylarla 
çəkdiyim 
zəhmətin 
hədər 
olacağından 
qorxurdum. Ayrılanda o, İstambula getmək haqqında 
düşünürdü. Mən onu bu fikirdən daşındırmaq üçün 
çox çalışdım və ona, İstambulda fikirlərini duysalar, 
səni öldürə bilərlər, -dedim. Əlbəttə məqsədim başqa 
bir şey idi. Orada savadlı sünni alimləri ilə görüşüb, öz 
etiqadına qayıda bilərdi. Çünki, İstambulda İslamın 
yüksək ruhiyyəsi vardır. Məhəmmədin Bəsrədə qalmaq 
istəmədiyini anladıqda, İsfahan və Şiraza getməsini 
təklif etdim. Çünki bu iki şəhər çox gözəl, xalqı da şiə 


47 
idi. Şiələrin də ona tə`sir etmək ehtimalı çox az idi. 
Beləliklə, onun hazırladığım yoldan dönməyəcəyinə 
əmin oldum. Ayrılanda soruşdum:
Təqiyyəyə inanırsanmı?
Bəli, inanıram. Müşriklər səhabələrdən birinin ata-
anasını öldürdükdə təqiyyə edib, şirki izhar etmişdi. 
Peyğəmbər buna qarşı çıxmamış və ona heç nə 
deməmişdi. 
Şiələr arasında təqiyyə ilə davran, sünni olduğunu 
söyləmə ki, başına bəla açarsan. Onların ölkəsindən və 
alimlərindən istifadə et, məzhəblərini öyrən! Onlar çox 
cahil və inadkar insanlardır.
Ona zəkat (imkansızlara paylanılan vergi növü) adı 
ilə bir miqdar pul verdim. Bir də minik üçün heyvan 
aldım. Ayrılarkən Bəsrəyə dönməyi qərara aldıq. 
Razılaşdıq ki, kim birinci gəlsə və gözləməyə imkanı 
olmasa, Əbdürrizaya məktub yazıb versin.


48 

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə