Mister hemferin xatiRƏLƏRİ



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə3/9
tarix27.09.2023
ölçüsü0,95 Mb.
#124050
1   2   3   4   5   6   7   8   9
2 5215586530805940580

İKİNCİ FƏSİL 
1710-cu ildə MNN məni müsəlmanları parçalamaq 
üçün gərəkli və əhəmiyyətli mə`lumatlar toplamaq və 
casusluq etmək məqsədilə Misir, İran, Hicaz və 
İstambula göndərdi. Məndən başqa doqquz nəfər də 
tə`yin edildi. Bizi lazım olan miqdarda pul, məxsus 
mə`lumatlar, dövlət adamları, din alimləri və qəbilə 
başçılarının adları olan siyahı ilə təchiz etdilər. Heç 
vaxt unudmaram ki, katib ilə mübahisə edən zaman 
nazir bizə belə dedi: ”Vaxtınızı faydasız mübahisələrə 
sərf 
etməyin. 
Dövlətimizin 
gələcəyi 
sizin 
bacarığınızdan asılıdır. Bu yolda var gücünüzlə 
çalışmalısınız”. 
İslamın xilafət mərkəzi olan İstambula dəniz vasitəsilə 
yola düşdüm. Əsl vəzifəmdən əlavə, türk dilini 
mükəmməl 
şəkildə 
öyrənməli 
idim. 
Londonda 
olduğum zaman türk, fars və Qur`an dili olan klassik 
ərəb dilini öyrənmişdim. Lakin hər bir dili ədəbi 
qaydada öyrənmək həmin xalqın şifahi ədəbiyyatı və 
ümumi danışıq dilinə yiyələnməklə tamamilə fərqlənir. 
Bunun üçün müəyyən bir müddət lazım idi. 
Müsəlmanların məndən şübhələnməmələri üçün türk 
dilini bütün incəlikləri ilə öyrənməli idim. Şübhə 
doğurmamaq üçün lazım olan hər bir şeyə dəqiqliyi ilə 
riayət edirdim. Müsəlmanlar Məhəmməd peyğəmbər 
kimi açıqqəlbli, xoşniyyətli və hədsiz dərəcədə 
qonaqpərvər idilər. Onlar heç vaxt bizim kimi 
insanlardan şübhələnməzdilər. Osmanlı hökumətinə 


18 
gəldikdə isə, o zaman onların əks kəşfiyyatla məşğul 
olan rəsmi bir təşkilatları yox idi. 
Çox yorğun bir vəziyyətdə İstambula yetişdim. 
Adımın 
Məhəmməd 
olduğunu 
söylədim 
və 
müsəlmanların ibadətgahı olan məscidə getməyə 
başladım. Müsəlmanların nizamlı, təmiz və itaətkar 
olmaları çox xoşuma gəlirdi. Bir müddət öz özümə - bu 
zavallı insanlarla niyə mübarizə aparıram, məgər İsa 
Məsih bizə beləmi əmr etmişdir? – deyə düşünürdüm. 
Lakin tez bir zamanda bu şeytani fikirdən döndüm və 
öz vəzifəmi ən yüksək səviyyədə yerinə yetirəcəyimə 
söz verdim. 
İstambulda Əhməd Əfəndi adlı yaşlı bir alimlə tanış 
oldum. Bu şəxsdə olan incəlikləri, səmimiyyət və 
insanpərvərliyi heç bir xristian keşişində görməmişdim. 
Bu 
şəxs 
gecə-gündüz 
Məhəmməd 
peyğəmbərə 
bənzəməyə çalışırdı. Onun fikrincə, Məhəmməd ən 
kamil və ən üstün insan idi; hər dəfə onu yad edəndə 
gözləri yaşarırdı. Xoşbəxtlikdən bir dəfə də olsun, 
kimliyimi və haralı olduğumu soruşmadı. Mənə 
Məhəmməd Əfəndi deyə müraciət edirdi. Verdiyim 
bütün suallara cavab verərək, mənə qarşı hədsiz 
mehribanlıq göstərirdi. Mən ona İstambula işləmək və 
Məhəmmədin xəlifəsinin sayəsi altında yaşamaq üçün 
gəldiyimi bildirmişdim və bu bəhanə ilə də bu şəhərdə 
qalırdım. Bir gün Əhməd əfəndiyə belə dedim: 
Ata-anam ölmüşdür; qohum-qardaşım da yoxdur. 
Mənə onlardan heç bir miras qalmamışdır. İşləmək 
istəyirəm; həm dünya, həm də axtirət qazanmaq, 


19 
Qur`ani-Kərim və din elmlərini öyrənmək üçün İslam 
Elm Mərkəzlərinə getmək fikrindəyəm.
O, bu sözlərdən çox sevindi. Əhməd əfəndinin 
dediklərini olduğu kimi yazıram. 
“Üç səbəbdən sənə hörmət bəsləmək lazımdır:
Sən müsəlmansan; bütün müsəlmanlar qardaşdırlar. 
Sən müsafirsən; Peyğəmbər (s) buyurmuşdur ki, 
müsafirə qayğı göstərib xidmətində durun. 
Sən çalışmaq istəyirsən; hədisdə buyurulur ki, zəhmət 
çəkib çalışanlar Allahın dostlarıdır”. 
Bu sözlər mənim çox xoşuma gəldi. Öz-özümə dedim: 
”Xristianlıqda da bu kimi parlaq həqiqətlər olsaydı nə 
yaxşı olardı!”. Lakin həmişə təəccüb edirdim ki, bu 
qədər yüksək bir maarifə malik olan bir din, həyatdan 
bixəbər kimsələrin əlində necə də zəifləyirdi!
Əhməd əfəndiyə Qur`ani-Kərimi öyrənmək istədiyimi 
bildirdim. Baş üstə, sənə öyrədərəm - dedi. “Fatihə” 
surəsindən 
başladıq. 
Qur`ani-Kərimi 
oxumağa 
başlamazdan əvvəl dəstəmaz alır, bu işi mənə də 
tövsiyə edirdi. Qibləyə tərəf oturub oxuyurduq. 
Oxuduqlarımızın mə`nalarını da izah edirdi. Bə`zi 
kəlmələri oxumaqda çox çətinlik çəkirdim. İki ilin 
ərzində Qur`anı başdan 
sona qədər oxudum. 
Müsəlmanların dəstəmaz adlandırdıqları əməl bədənin 
bə`zi üzvlərini yumaqdan ibarətdir. Müsəlmanlar 
dəstəmazdan əvvəl dişlərini misvak adlanan bir 
çubuğun saçaqlı ucu ilə təmizləyirdilər. Mən isə 
misvakı dişlərimə vuran kimi damağım qanayırdı; bu 
işi görməyə məcbur idim. Çünki onlar deyirdilər ki, bu 
əməl bizim Peyğəmbərimizin sünnətidir. Həqiqətən 


20 
sonralar dişlərim daha qanamadı. İngilislərin ağzından 
gələn o pis qoxu artıq mənim ağzımda qalmamışdı.
İstambulda olduğum müddət ərzində məsciddə 
xidmət göstərən Mərvan aldı bir şəxsin evində 
qalırdım. O, məndən çox az pul alırdı. Daim öz adı ilə 
öyünərək 
deyirdi: 
”Mərvan, 
Peyğəmbərimizin 
səhabələrindən birinin adıdır. Oğlun olsa, adını 
Mərvan qoyarsan”. Axşam yeməyini Mərvan Əfəndi 
hazırlayırdı. Cümə günləri işə getmirdim. Həftənin 
qalan günlərini Xalid adlı birinin yanında günortaya 
qədər işlədiyim üçün, mənə işçilərinə verdiyi pulun 
yarısını verirdi. O da öz adı ilə öyünərək, Xalid ibn 
Vəlid İslamın böyük mücahidlərindən olub. Lakin II 
xəlifə Ömər ibn Xəttabın onu rəzil etməsi məni çox 
üzür –deyə dilucu gileylənirdi. 
Xalid əxlaqsız və çox əsəbi bir adam idi. Amma 
nədənsə mənə çox inanırdı. Bəlkə də heç vaxt onun 
sözündən çıxmadığım üçün mənə belə bir münasibət 
bəsləyirdi. Təklikdə şəriət qanunlarına əhəmiyyət 
verməzdi. Ancaq dostlarının yanında bu kimi 
məsələlərə çox diqqət edərdi. Cümə namazı qılırdı, 
amma digər əməlləri yerinə yetirdiyini görməmişdim.
İşdən sonra zöhr namazını qılmaq üçün məscidə 
gələrdim. Əsr namazına qədər məsciddə olardım. 
Sonra Əhməd Əfəndinin evinə gedib orada iki saat 
ərzində Qur`ani-Kərimi, ərəb və türk dillərini 
öyrənirdim. 
Həftəlik 
qazancımı 
ona 
verirdim. 
Həqiqətən o hər şeyi çox gözəl öyrədirdi. 
Əhməd əfəndi subay olduğumu bilib, qızlarının birini 
mənə vermək istədi. Mən isə onun bu təklifini qəbul 


21 
etmədim. O çox israr etdi. Peyğəmbərin bir hədisini 
misal gətirərək, “evlənməyənlər mənim ümmətimdən 
deyil” -dedi. Mən bu hadisənin səmimiyyətimizə xələl 
gətirəcəyini duyub yalandan, məndə cinsi acizlik 
vardır, 
-deyə 
bəhanə 
gətirdim. 
Bununla 
da 
əlaqələrimizi və dostluğumuzu davam etdirdim. Bir 
müddət sonra Əhməd əfəndiyə vətənimə dönmək 
istəyimi bildirdim. O təəssüflənərək, Allah-Taala bu 
şəhərə din və dünyanı birlikdə vermişdir. Ata-ananın 
öldüyünü demişdin, qohum-qardaşın isə yoxdur. 
Məsləhət görürəm ki, daimi yaşayış üçün İstambulu 
seçəsən. O çox israr etdi, lakin Lodona getmək mənim 
vəzifə borcum idi. Xilafət mərkəzi haqqında geniş 
mə`lumat verib, yeni əmrlər almalıydım.
İstambulda olduğum müddətdə hər ay MNN-ə 
müşahidə etdiyim hadisələrlə əlaqədar mə`lumatlar 
hazırlayıb göndərirdim.
Hesabatlarımın birində yazmışdım ki, yanında 
şagirdlik etdiyim usta məni cinsi əlaqəyə məcbur edir, 
nə edim? Onlar mənə cavab olaraq, belə yazmışdılar: 
”Bu iş səni hədəfə çatdırarsa, edə bilərsən”. Cavabı 
oxuyanda çox əsəbləşdim, sanki dünya başıma fırlandı. 
Bu kimi hadisələrə İngiltərədə təbii baxıldığını bilirdim. 
Lakin mənə bu işlərdə əmr olunacağını ağlıma belə 
gətirməzdim. Nə etməli, suyu son damlasına qədər 
içmək məcburiyyətindəyəm. Odur ki, susaraq, öz 
vəzifəmi yerinə yetirdim.
Əhməd əfəndi ilə vidalaşanda gözləri yaşardı: 
”Oğlum, Allah-Taala yardımçın olsun! Bir də İstambula 
qayıtsan, yəqin ki, mənim öldüyümü görərsən; onda 


22 
məni xatırla, ruhuma bir “Fatihə” surəsi oxu! İnşallah, 
qiyamət günü Peyğəmbərin hüzurunda görüşərik”. 
Mən də çox kövrəldim, gözlərim yaşardı. Lakin vəzifə 
borcu şəxsi hisslərimdən daha üstündür. 


23 

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə