Mister hemferin xatiRƏLƏRİ



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə4/9
tarix27.09.2023
ölçüsü0,95 Mb.
#124050
1   2   3   4   5   6   7   8   9
2 5215586530805940580

ÜÇÜNCÜ FƏSİL 
Əməkdaşlarım məndən əvvəl Londona dönərək
MNN-dən 
yeni 
əmrlər 
almışdılar. 
Doqquz 
əməkdaşımdan yalnız beş nəfəri geri dönə bilmişdi. 
Katiblərin dediyinə görə, qalan dörd nəfərdən biri 
müsəlman 
olub 
Misirdə 
qalmışdı; 
lakin 
sirri 
açmamışdı. İkincisi Rusiyaya gedərək orada qalmışdı; 
o, əslən Rusiyalı idi və onun Rusiya casusu olduğu 
güman olunurdu. Üçüncüsü Bağdadda vəba xəstəliyinə 
tutularaq vəfat etmişdi. Dördüncüsü Yəmənin Cəna 
şəhərindən bir ilə qədər məlumat göndərmiş, sonradan 
əlaqə kəsilmişdi. Nazirlik dörd nəfərin aradan 
getməsini fəlakət kimi qəbul edirdi. Biz əslən vəzifələri 
böyük, sayı az bir millətik. Hər bir nəfərimiz gərəklidir.
Mə`lumatlar katibliyə təqdim edildikdən sonra 
nəticələri araşdırıb şərh etməkdən ötrü iclas çağırıldı. 
İclasda mənim mə`lumatlarım tənqid olundu. Lakin 
ümümi nəticəyə görə üçüncü yerdə idim. Birinci yeri 
əməkdaşım Georgi Bilqaydi, ikinci yeri isə Henri Fansi 
qazanmışdı. Mən türk və ərəb dillərini, Qur`ani-Kərimi 
və şəriəti mükəmməl şəkildə öyrənmişdim. Lakin 
Osmanlı dövlətinin zəif nöqtələrini göstərən mə`lumat 
hazırlaya bilməmişdim. İki saat qədər davam edən 
iclasdan sonra bu bacarıqsızlığımın səbəbini soruşanda, 
mən onlara belə dedim:
Mənim əsl vəzifəm Qur`anı, şəriəti və dili öyrənmək 
idi. Başqa işlər üçün vaxt tapa bilməmişdim. Ancaq 
növbəti səfərimdə mütləq sizi razı salacağam.
Katib: 


24 
Şübhəsiz sən müvəffəq olacaqsan! Amma sənin 
birinci olmanı istərdim. Hemfer, gələcək səfər üçün iki 
mühüm məsələdə məs`uliyyət daşıyırsan: 
1. Müsəlmanların zəif nöqtələrini müəyyən edib, 
qarşıdurma yaratmaq üçün onları qruplara bölmək...! 
Düşmənə qalib gəlməyin yolu ancaq və ancaq budur! 
2. Bunları etdikdən sonra ümumi proqramı mərhələ-
mərhələ həyata keçirmək.
Bu işləri bacarıb yerinə yetirsən, nazirlik tərəfindən 
xüsusi mükafatlara layiq görüləcəksən. 
Londonda altı ay qalıb əmim qızı Mariya ilə 
evləndim. O zaman mənim iyirmi iki, onun isə iyirmi 
üç yaşı var idi. Mariya orta savadlı, mədəni və çox 
gözəl bir qız idi. Həyatımın ən unudulmaz anlarını 
onunla keçirdim. Yoldaşım hamilə idi; onun azad 
olmasını gözləyirdik ki, elə bu vaxt İraqa getmək 
əmrini 
aldım. 
Övladımın 
dünyaya 
gəlməsini 
gözləyərkən, bu əmrin gəlməsi məni çox sarsıtdı. 
Ancaq 
vətənə 
xidmət 
üçün 
verdiyim 
and, 
əməkdaşlarımı ötüb keçərək məhşurlaşmaq həvəsi 
atalıq hisslərimi üstələdi. Buna görə də tərəddüd 
etmədən əmri qə`bul etdim. Mariya uşağın dünyaya 
gəlməsi üçün qayıtmağımı istədi; lakin onun sözlərinə 
əhəmiyyət vermədim. Vidalaşdığımız gün ikimiz də 
ağladıq. Yoldaşım mənə - əlaqəni kəsmə, mən də sənə 
qızıl kimi qiymətli, yurdumuzla əlaqədar məktublar 
yazacağam - dedi. Bu sözlər qəlbimdə fırtına yaratdı, az 
qala səfəri təxirə salacaqdım. Lakin hisslərimi cilovlaya 
bildim. Mariya ilə vidalaşıb son tə`limat almaq üçün 
nazirliyin binasına getdim.


25 
Artıq altı ay idi ki, İraqın Bəsrə şəhərində idim. Bu 
şəhər əhalisinin bir hissəsi sünni, digər bir hissəsi isə şiə 
idi. Müxtəlif tayfaların məskunlaşdığı Bəsrə şəhərində 
ərəblər və farslar əksəriyyət təşkil edirdi; burada 
xristianlar da var idi. Həyatımda ilk dəfə şiə və farslarla 
burada qarşılaşmışdım. Sözə başlarkən, az da olsa 
sünni və şiələrdən danışmaq yerinə düşərdi. Mənim 
gəldiyim qənaətə görə, Əli, Həsən və Hüseynin xilafəti 
barədə şiələr haqlıdırlar. İslam tarixindən əldə etdiyim 
mə`lumatlara əsasən deyə bilərəm ki, Əli xəlifə olmaq 
üçün tələb olunan yüksək sifətlərə malik bir dahi 
şəxsiyyət idi. Həsən və Hüseyni də bu işə layiq bilirəm. 
Ancaq 
Hüseynin 
övladlarının 
Məhəmməd 
(ə) 
tərəfindən necə xəlifə tə`yin olunması mənim üçün 
şübhəlidir. Ona görə ki, Məhəmməd (ə) peyğəmbər 
idisə, gələcəkdən xəbər verməsi yalnız Allah-Taalanın 
bildirməsi ilə mümkündür (İsa Məsihin zühur 
edəcəyini 
deməsi 
kimi). 
Lakin 
Məhəmmədin 
peyğəmbərliyi 
biz 
xristianlara 
görə 
şübhəlidir. 
Müsəlmanların 
onun 
peyğəmbərliyinə 
dəlil 
və 
sübutları çoxdur. Bunlardan biri də Qur`andır; Qur`anı 
oxudum, həqiqətən çox yüksək bir kitabdır. Hətta 
Tövrat və İncildən də yüksəkdir. Bəhs olunduğu 
mövzular, qanunlar, nizamlar, əxlaq və s. çox dolğun 
şəkildə ifadə olunub. Məhəmməd kimi yazıb-oxumaq 
bacarmayan bir şəxsin belə bir uca kitabı necə 
gətirdiyinə heyrət edirəm. Görəsən o, bu cür düşüncə, 
zəka və əxlaqa necə malik olmuşdur? Məhəmmədin 
peyğəmbərliyi barədə olan həqiqətləri əldə etmək üçün 
daim araşdırmalar aparırdım. Bir dəfə Londonda 


26 
keşişlərdən birinə bu mövzu ilə əlaqədar sual verdim. 
Cavab təəssübkeşlik və qərəzli mövqedən verildiyi 
üçün qane olmadım. Türkiyədə olduğum müddətdə 
Əhməd əfəndiyə də bu sualı vermişdim. Lakin o da 
qənaətbəxş cavab verməmişdi. Məndən şübhələnərək 
casus olduğumu bilməsinlər deyə, əlavə sual da verə 
bilməmişdim. Mən Məhəmmədə məhəbbət bəsləyirəm. 
Şübhəsiz o, kitablardan oxuduğumuza görə, Allahın 
peyğəmbəridir. Lakin mən xristian olduğuma görə, 
hələ də onun peyğəmbərliyinə iman gətirməmişəm. 
Sözsüz o, mənim tanıdığım dahilərin ən dahisidir.
Sünnilər isə peyğəmbərin vəfatından sonra xilafətə 
Əbu Bəkr, Ömər, Osman və Əlini layiq görməkdədirlər. 
Bu ixtilaflar bütün dinlərdə, xüsusən də xristianlıqda 
çoxdur. 
Sünnilərin 
nəzərlərinə 
görə, 
xəlifələrin 
vəfatında 
sonra 
xilafət 
mövzusunda 
mübahisə 
aparmağın heç bir əhəmiyyəti yoxdur. Mənim fikrimcə 
müsəlmanlar 
keçmiş 
günlərini 
yox, 
bu 
günü 
fikirləşməlidirlər.
Bir gün MNN-də sünni və şiə ixtilaflarından söz 
açaraq dedim: “Müsəlmanlar həyatdan bir şey 
anlasaydılar, aralarındakı sünni-şiə ixtilaflarını aradan 
aparıb, birləşərdilər”. Əməkdaşlarımdan biri sözümü 
kəsərək, sənin vəzifən bu ixtilafları qızışdırmaqdır. 
Onları birləşdirmək haqqında düşünmək yox! -dedi.
İraq 
səfərindən 
əvvəl 
katib 
mənə 
ixtilaflar 
mövzusunda öz fikirlərini izah edərək dedi: “Cənab 
Hemfer, unutma ki, Allah-Taala Habil və Qabili 
yaratdıqdan sonra insanlar arasında təbii ixtilaflar 
vardır. Bu ixtilaflar İsa Məsihin zühuruna qədər davam 


27 
edəcəkdir. Növbəti səfərdəki vəzifən bu ixtilafları 
mükəmməl şəkildə öyrənib, topladığın mə`lumatları 
nazirliyə 
ötürmək 
və 
çalışıb 
bu 
ixtilafları 
qızışdırmaqdır. Bu işləri görə bilsən, İngiltərəyə ən 
böyük xidməti etmiş olarsan. Biz ingilislər rifah və 
səadət içində yaşamağımız üçün bütün dünya dövlət-
lərində və xüsusilə müsətəmləkələrimizdə bu cür fitnə-
fəsad və təfriqələr 
salmaq 
məcburiyyətindəyik. 
Osmanlı dövlətini də yalnız bu üsullarla yıxa bilərik. 
Belə etməsək, sayı az olan bir millət sayca yüksək olan 
xalqlara necə hökmranlıq edə bilər? Var gücünlə 
müsəlmanların zəif nöqtələrini araşdır və tap! Bil ki, 
Osmanlı və İran dövləti hal-hazırda ən zəif dövrlərini 
yaşayırlar. Bunun üçün sənin vəzifən xalqı ədalətlə 
idarə edənlərə qarşı üsyana sövq etdirməkdir. Tarix 
boyu bütün inqilablar xalqın ayağa qalxması ilə həyata 
keçmişdir. Müsəlmanların vəhdətini pozub zəiflət-
dikdən sonra onları asanlıqla məğlub edə bilərik”. 


28 

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə