Mizrakli elmihal



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə20/74
tarix19.10.2018
ölçüsü1,53 Mb.
#75160
1   ...   16   17   18   19   20   21   22   23   ...   74

 
47
dəti Əbədiyyə” kitabının 146-cı və 158-ci səhifələrinə baxın! Başqa məz-
həbi təqlid etmək, məzhəb dəyişdirmək deyildir. Təqlid edən bir hənəfi, hə-
nəfi məzhəbindən çıxmış olmur. Yalnız o ibadətin, yəni qüsl, dəstəmaz və 
namazın, uyduğu məzhəbdəki fərzlərinə və müfsidlərinə (pozan şeylər) tabe 
olur. Vaciblərdə, məkruhlarda və sünnətlərdə öz məzhəbinə tabe olur. 
Əhməd Tahtavi (rahimə-hullahü təala)  “Mərak-il-fələh” haşiyəsində 
deyir: “Başqa məzhəblərdəki bir imama uymağın doğru olması üçün, uyanın 
məzhəbinə görə, namazı pozan bir şeyin o imamda olmaması,  əgər varsa, 
uyanın bunu bilməməsi lazımdır. Güvənilən söz budur. İkinci fikrə görə, 
imamın öz məzhəbinə görə namazı doğru olarsa, uyanın məzhəbinə görə 
doğru olmadığı görülsə belə, o imama uymaq səhihdir”.  İbni Abidində  də 
belə yazılmışdır. Tahtavinin və  İbni Abidinin (rahimə-hümullahü təala) bu 
sözlərindən aydın olur ki, diş qapağı və plombu olmayan hənəfinin, qapaq və 
plombu olan imama uymasının doğru olub olmaması haqqında alimlərin iki 
müxtəlif hökmü var: Birinci hökmə görə, dişində plombu, qapağı olmayan 
hənəfinin, plombu, dış qapağı olan imama uyması doğru deyil. Çünki bu 
imamın namazı Hənəfi məzhəbinə görə doğru deyil. İkinci hökmə görə, bu 
imam, Şafii və ya Maliki məzhəbini təqlid edirsə, diş qapağı və plombu ol-
mayan hənəfinin ona uyması  səhihdir.  İmam Hinduvani “(rahmətullahi 
aleyh) belə ictihad etmişdir. Maliki məzhəbi də belədir. Diş qapağı və plom-
bu olan saleh bir imamın maliki və ya şafii məzhəbini təqlid etmədiyi bilin-
mədikcə, plombu olmayan hənəfilər də bu imama uymalıdır. Ondan, maliki 
və ya şafii məzhəbini təqlid edib etmədiyini soruşmaq, araşdırmaq caiz de-
yildir. Bu ikinci hökm, hər nə qədər zəif olsa da, çətinlik olduğu zaman zəif 
hökm ilə əməl etmək lazım olduğu yuxarıda qeyd olunmuşdur. Fitnəyə mane 
olmaq üçün də zəif hökm ilə əməl edilməli olduğu “Hadika”da yazılmışdır. 
Məzhəblərə qiymət verməyib, fiqh kitablarına uyğun ibadət etməyən şəxsin 
Əhli sünnət olmadığı aydın olur. Əhli sünnət olmayan da ya bidət sahibidir
ya da imanı getmiş, mürtəd olmuşdur. Biz, diş qapağı, plomb qoymayın, de-
mirik. Bunları qoydurmuş qardaşlarımızın ibadətlərinin qəbul olması üçün 
yol göstəririk. 
Qüsl on beş növdür: Beşi fərz, beşi vacib, dördü sünnət, biri müstə-
həb. Fərz olan qüsl: qadın hayz (aybaşı) və nifasdan (zahılıq) kəsildikdə, 
kişi cima etdikdə, yəni qadınla yaxınlıq etdikdə, şəhvətlə məni axarsa, ih-
tilam olub (yuxuda cünub olmaq) yatağında və ya paltarında məni görərsə 
qılmadığı namazın vaxtı çıxmadan öncə qüsl etmək fərzdir. 
Vacib olanlar: meyiti yumaq, həddi-buluğa çatmamış bir şəxsin həd-
di-buluğa çatdıqda qüsl alması, bir yerdə yatmış ər və arvadın arasında gö-
rülmüş  məninin hansınınki olduğu bilinmədikdə ikisinin də qüsl alması, 
bir şəxsin üzərinə məni bulaşdıqda və onun nə zamandan olduğu bilinmə-


 
48
dikdə və bir qadın dünyaya uşaq gətirdikdə qan gəlməsə belə, qüsl alması. 
(Qan gəlsə, qüsl fərz olur). 
Sünnət olanlar: Cümə günü üçün, bayram günləri üçün, ihram vaxtı- 
nə niyyətlə olursa olsun, Ərafata çıxmazdan əvvəl qüsl almaq. Müstəhəb 
qüsl, bir kafirin imana gəldikdə aldığı qüsldür (küfr halında ikən cünub 
idisə, qüsl fərz olur, cünub deyil idisə müstəhəb olur). 
Qüslün haramı üçdür: 
1-Kişilərin kişilərə və qadınların qadınlara qüsl vaxtı göbəkdən dizin 
altına qədər olan yerlərini göstərmələri. 
2-Müsəlman qadınların qüsl edərkən kafir qadınlara görünməsi (digər 
vaxtlarda da bu hökm belədir). 
3-Suyu israf etmək. 
Qüslün sünnətləri hənəfidə on üçdür: 
1-Su ilə istinca etmək. Yəni ön cinsiyyət üzvünü və arxa övrət yerini 
yumaq. 
2-Əlləri biləklərə qədər yumaq. 
3-Bədəndə nəcasət varsa, təmizləmək. 
4-Ağıza su alıb çalxalamaq (məzməzə) və buruna su vermək (istin-
şaq). Ağızda və burunda iynə ucu qədər islanmayan yer qalarsa, qüsl səhih 
olmaz. Əvvəldə namaz dəstəmazı almaq. 
5-Qüsl üçün niyyət etmək. 
6-Hər əzanı suyu tökərkən ovuşdurmaq. 
7-Əvvəlcə başa, sonra sağ çiyinə, sonra da sol çiyinə üç dəfə su tökmək. 
8-Əl və ayaq barmaqlarını hilallamaq. Yəni barmaq aralarını islatmaq. 
9-Önünü və arxasını qibləyə döndərməmək. 
10-Qüsl edərkən dünya kəlamı söyləməmək. 
11-Məzməzə və istinşaqı üç dəfə etmək. 
12-Hər əzada sağdan başlamaq. 
13-Qüsl etdiyi yerdə sidik toplanırsa, sidiyə getməmək. 
Bu saydıqlarımızdan başqa sünnətlər də vardır. 
“Əl-fıkhü aləl-məzahib-il-ərbəa”da deyilir: “Cünub olan kişi və qa-
dının qüsl almadan əvvəl, dəstəmazsız edilməsi caiz olmayan, islam dini-
nin  əmr etdiyi ibadət və  əməllərdən birini etməsi dörd məzhəbdə  də ha-
ramdır. Məsələn, cünub ikən fərz və ya nafilə namaz qılmaq halal deyil. 
Su tapmadıqda və ya xəstəlik kimi bir səbəblə su işlədə bilmədikdə, tə-
yəmmüm etmək lazımdır. Cünub ikən fərz və ya nafilə oruc tutmaq səhih-
dir. Qurani-kərimi tutmaq və ya oxumaq haramdır. Qurani-kərimi dəstə-
mazsız tutmaq da halal deyil. Məscidə girmək haramdır. Düşməndən qo-
runmaq üçün və ya bir hökm çıxarmaq üçün, bir-iki qısa ayət oxumaq, 
məsciddən vedrə, ip, su götürmək üçün və ya başqa yol tapmadığı üçün 


 
49
girib dərhal çıxmaq caizdir. Dua niyyəti ilə bir qısa ayət, məsələn Bəsmələ 
oxumaq olar. Məscidə girmədən öncə təyəmmüm etmək lazımdır.” 
 
TÖVHİD DUASI 
Ya Allah, ya Allah. Lə iləhə illəllah Muhammədün Rasulullah. Ya 
Rahmən, ya Rahim, ya afuvvü ya Kərim, fafü anni vərhamni ya ərha-
mərrahimin! Təvəffəni muslimən və əlhiqni bissalihin. Allahümməğfirli 
və li-abai və ümməhati və li abai və ümməhati zəvcəti və li-əcdadi və 
cəddati və li-əbnai və bənati və li-ihvəti və əhavati və li-amami və am-
mati və li-ahvali və halati və li-üstazi Abdülhakimi Arvasi və li kaaffətil 
mümininə vəl-müminat. (rahmətullahi təala aleyhim əcmain). 
 
HAYZ (aybaşı) VƏ NİFAS (doğuşdan gələn qan) BƏHSİ 
Hayz müddətinin ən azı üç gün, ən çoxu on gündür. Nifas müddətinin 
aşağı həddi yoxdur. Nə vaxt qan kəsilsə, qüsl alıb namaz qılmaq və oruc tut-
maq lazımdır. Ən çoxu qırx gündür. Əgər hayz qanı üç gündən tez kəsilsə, 
hayz zənn edib namazını  qılmayan qəza edər. Qüsl lazım olmaz. Əgər üç 
gün tamam olduqda kəsilsə, qüsl alıb vaxt namazını  qılar. On gün tamam 
olduqda, kəsilsə də, kəsilməsə də, qüsl alıb namazını qılar. Nifasın qırx gü-
nü tamam olduqda, qüsl edər, qan kəsilsə də, kəsilməsə də qılar. Hayz və ni-
fas günlərində istər sarı, istər bulanıq olsun, hər cür axıntı qan hökmündədir. 
Hayzın on günü və ya nifasın qırx günü ərzində, bir-iki gün qan gəlməsə, 
kəsildiyini sanaraq, qüsl alıb orucunu tutan, sonra yenə bu müddət  ərzində 
qan gəlsə, o orucları  qəza etməlidir. Kəsildikdə yenə qüsl almaq lazımdır. 
Əgər adətindən əvvəl kəsilsə, lakin üç gün keçmiş olsa, qüsl edib namaz qıl-
maq lazımdır. Lakin adət müddəti bitməyənə qədər əri ilə cima (cinsi əlaqə) 
edə bilməz. Nifas da belədir. Əgər adət müddətindən sonra, lakin on gün və 
ya daha az gün ərzində kəsilsə, hamısı hayz sayılır. Əgər on gün tamam ol-
duqdan sonra kəsilməsə, adətindən sonrakı günlər hayz sayılmır, o günlərin 
namazları qəza edilməlidir. Nifasın qırx günü də hayzın on günü kimidir. 
Ramazanda dan yeri ağardıqdan sonra bir qadında hayz və nifas kəsil-
sə, o gün yeyib içməkdən özünü saxlamalıdır. Lakin həmin gün oruc sa-
yılmır. Qəza etmək lazımdır.  Əgər dan yeri ağardıqdan sonra qan gəlsə, 
əsr namazından sonra görsə belə, o gün gizli yeyib içməlidir. Ümumiyyət-
lə, bir qadından qan gəlsə, namaz və orucu saxlamalıdır. Əgər bu qan üç 
gün olmadan kəsilərsə, namazın son vaxtına qədər gözləməli, qan gəlsə, 
namaz qılmamalı, gəlməsə dəstəmaz alıb namazını qılmalıdır. Əgər yenə 
də qan gəlsə, namazı saxlamalıdır. Bu dəfə  də qan kəsilsə, namazın son 
vaxtına kimi gözləməli, gəlməzsə, dəstəmaz alıb namazını qılmalıdır. Üç 
günə kimi belə davam etsə, qüsl lazım deyil, yalnız dəstəmaz kifayət edər. 
Qan üç gündən sonra kəsilsə, yenə namazın axırına qədər gözləməli, gəl-


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə