Mizrakli elmihal



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə16/74
tarix19.10.2018
ölçüsü1,53 Mb.
#75160
1   ...   12   13   14   15   16   17   18   19   ...   74

 
39
1. Şeytan onunla birlikdə təam yeyər. 
2. Yediyi təam bədəninə xəstəlik olar. 
3. Yeməkdə bərəkət olmaz. 
Bəsmələ söyləsə, üç faydası olar: 
1. Şeytan yediyinə ortaq olmaz. 
2. Təam bədəninə şəfa olar. 
3. Təamda bərəkət olar. 
Yeməyə başlarkən Bəsmələ unudulsa, xatır-
landığı zaman söylənməlidir.
 
Müstəhəb, Peyğəmbər əfəndimizin ömründə bir-iki dəfə də olsa etdi-
yi xüsuslardır. Sünnəti qeyri müəkkədə hökmündədir. Müstəhəbə əməl et-
məyənə əzab, eləcə də şəfaətdən məhrum qalmaq yoxdur. Lakin əməl edə-
nə çox savab verilir. Məsələn, nafilə namaz qılmaq, nafilə oruc tutmaq, 
nafilə həccə və urməyə getmək, nafilə sədəqə vermək və s. 
Mübah, əməl edilməsi əmr olunmayan və qadağan da edilməyən şey-
lərə deyilir. Mübahın yaxşı niyyətlə icra olunmasına, savab, pis niyyətlə 
icra olunmasına, əzab vardır. Tərk edilsə günah olmaz. Yatmaq, gəzmək, 
oturmaq, halal olan çeşidli yeməklər yemək, ev almaq, halal olmaq şərtiy-
lə müxtəlif cür paltar geymək və s. mübahdır. 
Haram, Allahü azım-üş-şanın Qurani-kərimdə açıqca qadağan etdiyi 
şeylərdir. Harama əhəmiyyət verməyən, inanmayan kafir olur. İnandığı 
halda haram işləyən kafir olmur, fasiq (günahkar) olur. 
İbni Abidin (rahi-
mə-hullahü təala) imamlığı anladarkən buyurur ki, “Fasiq imamın arxasın-
da namaz qılmaq olmaz. Fasiq, şərab içmək, zina etmək, faiz yemək kimi 
böyük günahları  işləyənə deyilir. 
Kiçik günaha davam etmək də böyük 
günahdır.
 Birdən çox məsciddə Cümə namazı qılınan yerlərdə, fasiq xəti-
bin arxasında Cümə namazı  qılmaq olmaz. İmamı saleh olan məsciddə 
qılmaq lazımdır. Fasiqin işinə xələl gətirmək, təhqir etmək vacibdir. Fasiq 
çox alim olsa da onu imam etmək olmaz. Onu imam etmək, ona hörmət 
etmək olar. Fasiqin də, məzhəbsizin də imam olmasına izn vermək hər za-
man tahrimən məkruhdur. Haramlardan çəkinməyə “Təqva” deyilir. Ha-
lal və ya haram olduğu şübhəli olan şeylərdən çəkinməyə “Vəra” deyilir. 
Şübhəli bir şey etməmək üçün hər halalı  tərk etməyə  “Zühd” deyilir. 
Qeyri müsəlman ölkəsində imana gələnin, müsəlman ölkəsinə hicrət etmə-
si vacibdir”
. 
Haram iki növdür: Haram li-aynihi və Haram li-qayrihiHaram li-ay-
nihi, özü haram olub, hər zaman haramdır. Adam öldürmək, zina və livata et-
mək, şərab və hər növ spirtli içkilər içmək, yalan danışmaq, oğurluq etmək, 
qumar oynamaq, donuz əti, qan və leş yemək, qadınların, qızların başı, qolu, 
ayaqları açıq çölə çıxmaları haram olub, böyük günahdır. Bir şəxs bu günahla-
rı işləyərkən Bəsmələi-şərifə desə və ya halal olduğuna etiqad etsə, yəni Allahın 
haram etməsinə əhəmiyyət verməsə, kafir olar. Bunların haram olduğuna ina-


 
40
nıb, Allahdan, əzabından qorxaraq işləsə, kafir olmaz. Lakin Cəhənnəm əzabı-
na layiq olar. Əgər israr edib tövbəsiz ölərsə, imansız getməyə səbəb olar. 
Haram li-qayrihi, özü haram olmasa da, başqalarının haqlarından do-
layı, haram yoldan əldə edildiyi üçün haram olur. Məsələn, bir insanın ba-
ğına girib, sahibinin icazəsi olmadan meyvəsini dərib yemək, ev əşyasını 
və pulunu oğurlayıb xərcləmək və s. Bunları edərkən Bəsmələ söyləyən 
və ya bunlara halal deyən kafir olmaz. Bir insanda bir arpa ağırlığında 
haqsız olan mal varsa, qiyamət günü Allahü azım-üş-şan o insandan, ca-
maat ilə  qılınmış yeddi yüz rükət qəbul olunmuş namazın savabını alıb, 
haqq sahibinə verəcək. Haramın hər iki növündən çəkinmək, ibadət et-
məkdən daha savabdır. 
Məkruh, Allahü azım-üş-şanın və Muhamməd əleyhissəlamın bəyən-
mədiyi və ibadətlərin savabını yox edən şeylərə deyilir. Məkruh iki növ-
dür: Kərahəti təhrimiyyə və Kərahəti tənzihiyyə. 
Kərahəti təhrimiyyə, vacibin tərkidir. Harama yaxın olan məkruhdur. 
Tahrimən məkruhu qəsdən işləyən günahkar və Cəhənnəm əzabına layiq 
olur. Namazda vacibləri tərk edənin, tahrimən məkruh işləyənin, o namazı 
iadə, yəni yenidən qılınması vacibdir. Əgər səhvən işlərsə, səcdəi-səhv 
edər. Namazın iadəsinə ehtiyac qalmaz. 
Kərahəti tənzihiyyə, sünnətin tərkidir. Halala yaxındır. Tənzihən 
məkruh işləyənə əzab verilməz. Lakin israr edərsə, savabdan məhrum qal-
mağa layiq olar. Məsələn, at ətini, pişik və siçan artığını yemək, şərab ha-
zırlayana üzüm satmaq və s. 
Müfsid,  Əməlləri təməlindən yox etməyə deyilir. İmanı  və namazı, 
nikahı, həcci, zəkatı, alış və satışı pozmaq.  
Fərzlərə, vaciblərə və sünnətlərə əməl edən və haramdan, məkruhdan 
çəkinən müsəlmana axirətdə “Əcr”, yəni savab-qarşılıq veriləcək. Haram-
lara, məkruhlara yol verən və  fərzləri, vacibləri tərk edən müsəlmana 
Günah” yazılacaq. Haramdan çəkinməyin savabı, fərzə əməl etməyin sa-
vabından qat-qat çoxdur. Bir fərzin savabı, bir məkruhdan çəkinmənin sa-
vabından çoxdur. Məkruhdan çəkinmənin savabı isə, sünnətin savabından 
çoxdur. Mübahlar içərisində Allahü təalanın sevdiklərinə “Xeyrat” və “Hə-
sənət” deyilir. Bunlara əməl edənə savab verilsə də, bu savab sünnət sava-
bından azdır. Savab veriləcəyini bilərək əməl etməyə “Qurbət” deyilir. 
Allah qullarına rəhm etdiyi üçün, rahatlıq və səadət mənbəyi olan dinləri 
göndərdi. Dinlərin sonuncusu Muhamməd əleyhissəlamın dinidir. Digər din-
lər pis insanlar tərəfindən dəyişdirilmişdir.  İstər müsəlman olsun, istərsə  də 
kafir, hər hansı bir insan bilərək və ya bilmədən bu dinə uyğun yaşasa, dünya-
da heç çətinlik çəkməz. Dinclik və sevinc içində yaşayar. Hal hazırda Avropa-
da və Amerikada bu dinə uyğun işləyən kafirlər belədir. Lakin kafirlərə axirətdə 
savab və mükafat verilməyəcək. Bu cür işləyən əgər müsəlmandırsa və islamiy-
yətə uymağa niyyət edərsə, axirətdə də əbədi səadətə qovuşacaqdır.
 


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə