Mizrakli elmihal



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə12/74
tarix19.10.2018
ölçüsü1,53 Mb.
#75160
1   ...   8   9   10   11   12   13   14   15   ...   74

 
29
Hicrətin ikinci ilində Ramazan ayında Cümə günü Bədr qəzası oldu. 
İslam ordusu üç yüz on üç nəfər olub, bunlardan səkkizi başqa yerlərdə 
vəzifəli idi. Qureyşlilər min nəfər idi. On üç əshab şəhid oldu. Əbu Cəhl 
və yetmiş kafir öldürüldü. 
Hicrətin üçüncü ilində Şəvval ayında Uhud qəzası oldu. İslam əsgər-
ləri yeddi yüz nəfər, kafir ordusu üç min nəfər idi. Əshabi-kiramdan yet-
miş nəfər şəhid oldu. Uhud qəzasından dörd ay sonra Nəcd xalqına islama 
dəvət üçün yetmiş  gənc göndərildi. “Biri Məunə” deyilən yerdə hücum 
edib, iki əshabdan başqa hamısını şəhid etdilər. 
Hicrətin beşinci ilində  Xəndək qəzası oldu. Kafirlər on min nəfər, 
müsəlmanlar üç min nəfər idi. Mədinəni mühasirəyə aldılar. Müsəlmanlar 
Mədinə ətrafında xəndək qazmışdılar. Yeddinci ildəki Haybər qəzasından 
bir il əvvəl Hübeydiyyədə  “Biət-ürrıdvan” edildi. “Mutə savaşı” Rum 
sezarı Herakliyüs ilə edilən cihaddır. Müsəlmanlar üç min nəfər idi. Rum 
ordusu yüz min nəfər idi. Cəfər Təyyar (radıyallahü anh), bu müharibədə 
şəhid oldu. Xalid ibn Vəlid müharibəni qazandı. Səkkizinci ildə  Məkkə 
fəth edildi. Hüneyn, məşhur, böyük savaşdır, zəfərlə nəticələndi. Haybər, 
yəhudilərin məşhur qalasıdır. Rəsulullah Həzrəti  Əlini göndərərək, fəth 
olundu. Rəsulullaha burada zəhərli yemək ikram etdilər, yemədi. Bir qəza-
dan dönərkən, Həzrəti Aişəyə çirkin iftira edildi. Rəsulullah çox üzüldü. 
Ayəti kərimə  gələrək, iftiranın yalan olduğu aydın oldu. Taif zəfəri də 
məşhurdur. 
 
İMANIN TƏFSİLİ HAQQINDA 
İmanın təfsili on ikidir: Rəbbim, Allahdır. Dəlilim, Bəqərə surəsinin 
163-cü ayəti kəriməsidir. Nəbim, həzrəti Muhamməd əleyhissəlamdır. Də-
lilim, Fəth surəsindəki 28 və 29-cu ayəti kərimələrdir. Dinim, dini islam-
dır. Dəlilim, Allahü azım-üş-şanın Ali İmran surəsindəki 19-cu ayəti kəri-
məsidir. Kitabım, Qurani azım-üş-şandır. Dəlilim, Bəqərə surəsinin 2-ci 
ayəti kəriməsidir. Qibləm, Kəbəi şərifdir. Dəlilim, Bəqərə surəsinin 144-
cü ayəti kəriməsidir. 
Etiqadda məzhəbim “Əhli sünnət vəl-cəmaətdir”. Dəlilim,  Ənam 
surəsinin 153-cü ayəti kəriməsidir. 
Zürriyyətim, hazrəti Adəm zürriyyətindəndir. Dəlilim, Əraf surəsinin 
172-ci ayəti kəriməsidir. 
Millətim, milləti islamdır. Dəlilim, Allahü azım-üş-şanın Həcc surəsi-
nin 78-ci ayəti kəriməsidir. 
Ümməti Muhamməddənəm. Dəlilim, Allahü azım-üş-şanın Ali İmran 
surəsinin 110-cu ayəti kəriməsidir. 
Haqq möminəm. Dəlilim, Ənfal surəsinin 4-cü ayəti kəriməsidir. Əl-
hamdülilləhi alət-təvfiqıhi vəstəğfirullahə min külli taqsirin. 


 
30
Beş səbəb ilə elm əməldən daha üstündür. Belə ki, elm mətbudur, yəni 
ona tabe olunandır, əməl isə ona tabedir. Elm lazımdır. Əməl isə gərəklidir. 
Elm yalnız olduğu halda fayda verə bilir, əməl isə elmsiz fayda verə bilməz. 
Elm ağıldan üstündür. Belə ki, elm əbədidir, ağıl isə müvəqqətidir. 
İnsanın zinəti, ixlasladır.  İxlasın zinəti, iman ilədir.  İmanın zinəti, 
Cənnət ilədir. Cənnətin zinəti, huri və  qılmanlar ilədir. Və  cəmalullahı 
müşahidə ilədir. 
Əməl imandan bir hissə olsaydı, adətli (aybaşılı) qadınlara vaxt na-
mazı bağışlanmazdı. Belə ki, iman bağışlanmır. 
Ömründə bir kərə şəhadət gətirmək fərzdir. Bunun dəlili, Muhamməd 
surəsinin 19-cu ayəti kəriməsidir. 
Kəlmeyi-şəhadət gətirmənin dörd şərti vardır: Dil ilə söyləyərkən, qəlbin 
də iştirakı. Mənasını bilmək. Səmimi qəlblə söyləmək. Hörmət ilə söyləmək. 
Şəhadət gətirmənin 130-a qədər faydası vardır. Amma dörd şeydən 
biri olarsa, faydası yoxdur. O dörd şey: şirk, şəkk-sübhə, təşbeh (bənzət-
mək) və tatil. Şirk, Allahü azım-üş-şanın zatında bir şeyi ortaq qoşmağa 
deyilir. Şəkk-şübhə, dində şübhələnməyə, şəkk gətirməyə deyilir. Təşbeh, 
Allahı  bir məxluqa bənzətməyə deyilir. Tatil, “Allah aləmə qarışmaz, hər 
şey vaxtı gəldikdə öz-özünə olur”, söyləməyə deyilir. 
130 faydanın 30-u bu yerlərdə zikr olunmuşdur: beşi dünyada, beşi 
ölərkən, beşi qəbirdə, beşi Arasatda, beşi Cəhənnəmdə, beşi Cənnətdə. 
Dünyada olan beş fayda: 
1. Adı gözəl çağırılır. 
2. Əhkami islamiyyə ona fərz olur. 
3. Boynu qılıncdan qurtulur. 
4. Allahü azım-üş-şan ondan razı olur. 
5. Bütün möminlər onu sevər. 
Ölərkən olan beş fayda: 
1.Əzrail (əleyhissəlam) ona gözəl şəkildə gəlir. 
2.Yağdan qıl çəkər kimi ruhunu alar. 
3.Cənnət ətirləri gələr. 
4.
 
İlliyinə, yəni Cənnətin ən yüksək dərəcəsinə çıxar, müjdəçi mələklər gələr. 
5.Mərhaba, ya mömin! Sən Cənnətliksən, deyilər. 
Qəbirdə olan beş fayda: 
1.Qəbiri geniş olar. 
2.Münkər və Nəkir gözəl surətdə gələr. 
3.Bir mələk ona bilmədiyini öyrədər. 
4.Allahü azım-üş-şan bilmədiyini xatırladar. 
5.Cənnətdəki yerini görər. 
Arasatda olan beş fayda: 
1.Sual və hesabı asan olar. 


 
31
2.Kitabı sağından verilər. 
3.Mizanda (tərəzi) savabı ağır gələr. 
4.Arşı-rəhman altında kölgələnər. 
5.Sıratı ildırım kimi keçər. 
Cəhənnəmdə olan beş fayda: 
1.Cəhənnəmə girərsə, Cəhənnəm əhli kimi gözləri göy olmaz. 
2.Şeytanı ilə toqquşmaz. 
3.Əllərinə atəşdən qandal, boğazına zəncir vurulmaz. 
4.Hamim suyundan içirilməz. 
5.Əbədi cəhənnəmdə qalmaz. 
Cənnətdə olan beş fayda: 
1.Bütün mələklər ona salam verər. 
2.Siddiqlərlə dost olar. 
3.Əbədi Cənnətdə qalar. 
4.Allah ondan razı olar. 
5.Allahü təalanın simasını görər. 
Kadı-zadə  Əhməd  əfəndi, “Fəraid-ül-fəvaid” adlı  “Aməntü  şərhi” 
kitabında deyir: Cəhənnəm yeddi təbəqədir. Bir-birinin altındadırlar. Hər tə-
bəqənin atəşi üstündəkilərdən daha şiddətlidir. Günahı əfv edilməmiş olan 
möminlər birinci təbəqədə, günahları qədər yanıb, sonra Cəhənnəmdən çı-
xarılaraq Cənnətə aparılacaqlar. Digər altı təbəqədə müxtəlif kafirlər əbədi 
yanacaqlar.  Əzabı  ən  şiddətli olan yeddinci təbəqəsində münafiqlər yana-
caqdır. Bunlar, dilləri ilə islamiyyəti mədh edib, qəlbləri ilə inanmayan iki-
üzlü kafirlərdir. Kafirlər yanıb kül olunca, təkrar yaradılaraq, yenidən yana-
caqlar,  əbədi olaraq, belə yanacaqlar. Cənnət və  Cəhənnəm hazırda möv-
cuddur. Bəzi alimlərə görə, Cəhənnəmin harada olduğu məlum deyildir. Bə-
zilərinə görə, yeddi qat yerin altındadır. Onların bu sözləri, Yer kürəsinin 
içində olmadığını göstərir. Yer kürəsi, günəş və bütün ulduzlar, birinci səma 
(göy) içində olduqlarına görə, yer üzünün harasında olarsaq olaq, yeddi qat 
yerin altında səma vardır. Cəhənnəmin yeddi qat səmadan birində olduğu 
başa düşülür.
 
 
KÜFRƏ SƏBƏB OLAN ŞEYLƏR 
Küfr (Allaha düşmən olmaq) üç növdür: küfri inadi, küfri cəhli, küfri 
hökmi. 
Küfri inadi, Əbu Cəhl, Firon, Nəmrud və  Şəddad küfrü kimi, dini, 
imanı bilərək inanmamaqdır. Bunlar Cəhənnəmlikdir, demək caizdir. 
Küfri cəhli, kafirlərin avamına deyilir. Bunlar, bu dinin haqq olduğu-
nu bilir və azanı-Muhammədi oxunarkən eşidirlər, lakin gəl müsəlman ol 
desən, biz ata-anamızdan belə gördük, belə də gedəcəyik, deyərlər. 


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə