Mizrakli elmihal



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə9/74
tarix19.10.2018
ölçüsü1,53 Mb.
#75160
1   ...   5   6   7   8   9   10   11   12   ...   74

 
21
Peyğəmbərimizin (sallallahü təala aleyhi və səlləm) Haqq təaladan əmə-
lə, işə aid gətirdiyi şeylərə “İslamiyyət” və ya “Əhkami islamiyyə” deyilir. 
İmanı icmali, yəni qısaca inanmaq kafidir. Təfsil etmək, yəni imanı 
ətraflı bilmək mütləq deyildir. Mukallidin, (inanılması lazım olan şeyləri 
araşdırmadan, inanmadan anasından, atasından eşidərək iman edən) başa 
düşmədən inananın imanı səhihdir. Lakin bəzi yerlərdə təfsil də lazımdır. 
İman üç cürdür: İmanı təqlidi, İmanı istidlali, İmanı həqiqi. 
İmanı təqlidi - fərzi, vacibi, sünnəti, müstəhəbi bilməz, ata-anasından 
eşitdiyi kimi inanar və gördüyü kimi ibadət edər. Bu kimi insanların ima-
nından qorxulur. 
İmanı istidlali, fərzi, vacibi, sünnəti, müstəhəbi və haramı bilir, isla-
miyyətə uyur. İnanılacaq şeyləri həm bilir, həm bildirir. Ustaddan, elmihal 
kitabından öyrənmiş, bunun kimi insanların imanı qüvvətlidir. 
İmanı  həqiqi. Cümlə aləm bir yerə  gəlsə, Rəbbi inkar etsələr, o et-
məz. Və qəlbinə əsla şəkk-şübhə gəlməz. Onun imanı ənbiya (Peyğəmbər-
lər) imanı kimidir. Belə iman digər iki imandan daha üstündür. 
İslamiyyət əhkamı əmələ aiddir. İmana aid deyildir. Yalnız iman ilə Cən-
nətə girmək olar. Lakin yalnız əməl ilə Cənnətə girmək olmaz. Əməlsiz iman 
məqbuldur. Amma imansız əməl məqbul deyildir. İmanı olmayanların etdik-
ləri ibadətlər, xeyirli işlər, sədəqələr qiyamətdə heç bir işə yaramaz. İman baş-
qasına hədiyyə verilə bilməz, amma əməlin savabı verilər. İman vəsiyyət edil-
məz. Amma özü üçün müəyyən  əməllərin edilməsi vəsiyyət edilər.  Əməli 
tərk edən kafir olmaz, lakin imanı tərk edən və əmələ qiymət verməyən kafir 
olar. Üzrlü səbəbi olandan, aciz olandan əməl əfv olunur. İman heç kimdən 
əfv olunmur. 
Cəmi Nəbilərin ümmətlərinə bildirdikləri iman birdir. Ancaq əhkam-
larında, dinlərində, əməllərində ixtilaf, fərq vardır. 
İman iki növdür: İmanı hılki, İmanı kəsbi. 
İmanı hılki, əhdi misaq vaxtında qulların “BƏLİ” deməsidir. (Allahü 
təala, Adəm əleyhissəlamı yaradarkən, qiyamətə qədər bütün nəslini zərrə-
lər halında onun belindən çıxarıb, “Mən sizin Rəbbiniz deyiləmmi?”, bu-
yurduğunda, onlar: “Bəli! Sən Rəbbimizsən!”, deyə söz verdilər. Buna 
Əhdi-misaq deyilir.)
 
İmanı kəsbi, həddi-buluğa çatdıqdan sonra edilən imandır. Bütün mö-
minlərin imanı birdir, əməlləri bir deyildir. 
İman, fərzi daimdir (həmişə fərzdir). Əməl isə, vaxtı gəldikdə fərz olur. 
İman, kafirə və müsəlmana fərzdir, əməlsə, yalnız müsəlmana fərzdir. 
Bundan başqa, iman səkkiz növdür: 
İmanı mətbu- mələklərin imanıdır. 
İmanı məsum- Nəbilərin imanıdır. 
İmanı məqbul- möminlərin imanıdır. 


 
22
İmanı məvkuf- əhli bidətin yanlış imanıdır. 
İmanı mərdud- münafiqlərin göstərdikləri yalan imandır. 
İmanı təqlidi- ata-anasından eşidib, ustaddan öyrənməmiş şəxsin imanı-
dir. Bunun kimi insanların imanları zəif olub, bir gün getməsindən qorxulur. 
İmanı istidlali- islamiyyəti dəlillərlə anlayaraq biləndir. Onun imanı 
qüvvətlidir. 
İmanı  həqiqi-  hər kəs Rəbbini inkar etsə, o inkar etməz və  qəlbinə 
əsla şübhə gəlməz. 
İmanın hökmü üçdür. İmanı olanın: 
1-Boynu qılıncdan qurtular; 
2-Malı cizyədən və xəracdan

 qurtular; 
3-Cəsədi Cəhənnəmdə davamlı olaraq yanmaqdan qurtular. 
“Aməntü billahi...”, buna sıfatı iman və mumənun bih və zatı iman, 
əsli iman da deyilir. 
İman etmənin lazım olduğu vaxt ikidir: ağıllı olmaq və həddi-buluğa 
çatmaq. 
İmanın səbəbi ikidir: Aləmin yaradılması  və Qurani azım-üş-şanın 
enməsi. 
Dəlil ikidir: dəlili ağıl, yəni ağla, təcrübəyə əsaslanan dəlillər və dəlili 
nəql, yəni dini dəlillər. 
İmanın rüknü, yəni əsası ikidir: ikrarün bil-lisan, yəni dil ilə qəbul 
etmək və tasdiqun bil-cenan, yəni qəlblə təsdiq etmək. Bunların da iki şər-
ti var, belə ki, qəlbdə şəkk olmamalı, dil isə nə söylədiyini bilməlidir. 
İman məxluqdurmu? Allahü azım-üş-şanın hidayəti olması baxımın-
dan, qeyri məxluqdur. Amma qulun təsdiq və  qəbul etməsi baxımından 
məxluqdur. 
İman cəmi, yəni bir bütündürmü, yoxsa, təfriq, yəni dağınıqdırmı? 
Qəlbdə cəmdir, əzada dağınıqdır. 
Yakin, Allahü azım-üş-şanın zatını kəmalı ilə bilməkdir. 
Havf, Allahü azım-üş-şandan qorxmaqdır. 
Rəca, Allahü azım-üş-şanın rəhmətindən ümüdünü kəsməməkdir. 
Muhabbətullah, Allahı və Rəsulunu (sallallahü təala aleyhi və səlləm), 
dini islamı və möminləri sevməkdir. 
Həya,  Allahdan və  Rəsulundan (sallallahü təala aleyhi və  səlləm) 
utanmaqdır. 
Təvəkkül, bütün işlərini Allahü təalaya tapşırmaqdır. Bir işə başlar-
kən, Ona güvənməkdir. 
İman, islam və ihsan nə deməkdir? 
İman, Muhamməd əleyhissəlamın bildirdiklərinə inanmağa deyilir. 
                                                 

 cizyə-İslam dövlətində, qeyri müsəlman vətəndaşlardan malının və canının qorunması qar-
şılığında alınan vergi; xərac- müsəlman olmayan vətəndaşlardan alınan torpaq vergisi. 


 
23
İslam, Allahü azım-üş-şanın əmrlərini yerinə yetirib, qadağalarından 
çəkinməyə deyilir. 
İhsan, Allahü azım-üş-şanı görürmüş kimi ibadət etməyə deyilir. 
İman, hərfi mənada mütləq təsdiq etməyə, islamiyyətdə isə altı şeyi 
təsdiq edib inanmağa deyilir. 
Mərifət, Allahü azım-üş-şanı kəmal xüsusiyyətləri ilə vəsf etmək və 
nöqsan sıfatlardan təmiz bilməkdir. 
Təvhid, Allahü azım-üş-şanın birliyini qəbul etmək və Ona heç kimi 
şərik qoşmamaqdır. 
İslamiyyət (Əhkami islamiyyə), Allahü azım-üş-şanın əmrləri və qa-
dağaları deməkdir. 
Din və millət, inanılması lazım olan şeylərdə ölənə qədər səbat etməkdir. 
İman beş şeylə qorunur: 
1-Yaxın; 
2-İxlas. 
3- Fərzləri yerinə yetirmək və haramlardan çəkinmək; 
4- Sünnətə sarılmaq; 
5- Ədəbə riayət etmək. 
Hər kim bu beş  şeyi qorusa, imanını qorumuş olar. Bunlardan hətta 
birini tərk etsə, düşmən qalib olar. İmanın düşməni dörddür: sağda pis 
dost, solda nəfsin həvəsi (istəkləri), öndə dünyaya düşgün olmaq və arxa-
da şeytan. Bu dörd şey insanın imanını almağa çalışır. Pis dost, təkcə insa-
nın malını, pulunu, dünyasını almağa çalışanlar deyil. Dostların ən pisi, ən 
zərərlisi, insanın dinini, imanını, ədəbini, həyasını, əxlaqını pozmağa çalı-
şanlar, bu yolla dünyasına və axirətinə, əbədi səadətinə hücum edənlərdir. 
İmanımızı, Allahın bu düşmənlərin şərindən və islam düşmənlərinin aldat-
masından qorusun! 
Kəlmeyi tövhid”in, yəni Lə iləhə illəllah kəliməsinin mənası, iba-
dətə layiq olan Allahü azım-üş-şandan başqa bir zat yoxdur. Ancaq Allahü 
azım-üş-şandır. O, həmişə vardır və birdir. Şəriki (ortağı) və bənzəri yox-
dur. Zamansız və məkansızdır. 
“Muhammədün rasulüllah”ın mənası, həzrəti Muhamməd Mustafa 
(sallallahü təala aleyhi və səlləm) Allahü azım-üş-şanın qulu və haqq rəsu-
ludur. Biz Onun ümmətiyik, əlhamdulilləh. 
Kəlmeyi tövhidin səkkiz adı var: 
1. Kəlmeyi şəhadət. 
2. Kəlmeyi tövhid. 
3. Kəlmeyi ixlas. 
4. Kəlmeyi təqva. 
5. Kəlmeyi tayyibə. 
6. Davətül haqq. 


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə