Mizrakli elmihal



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə5/74
tarix19.10.2018
ölçüsü1,53 Mb.
#75160
1   2   3   4   5   6   7   8   9   ...   74

 
11
rənib, bunlara uyğun yaşamaq lazımdır. Başqa sözlə, ibadət etmək lazım-
dır. Əhli sünnət alimləri (rahimə-hümullahü təala) ibadət bilgilərini anla-
darkən dörd yerə ayrıldılar. Beləliklə, dörd “Məzhəb” meydana gəldi. Ara-
larındakı ayrılıqlar az və mühüm olmayan işlərdə olduğu üçün, həmçinin 
imanlarında birləşdikləri üçün bir-birlərini sevər və sayarlar. Hər bir müsəl-
manın bu dörd məzhəbdən birinə görə ibadət etməsi lazımdır. Bu dörd məz-
həbdən birinə uymayanın  Əhli sünnətdən ayrılacağı Tahtavinin “Dürr-ül-
muxtar” kitabının haşiyəsindəki “Zəbayih” qismində yazılmışdır. 
Döyüşdə əsir alınan və ya sülh vaxtı hər hansı bir kafir “mən müsəlman 
oldum” deyincə, buna inanılır. Lakin bu şəxsin  İmanın altı  şərtini  dərhal 
öyrənməsi və bunlara inanması lazımdır. Sonra fərzləri və haramları sırası 
gəlincə və imkan tapdıqca dərhal öyrənməli və bu öyrəndiklərinə uymalıdır. 
Öyrənməsə  və ya öyrəndiklərindən birinə belə  əhəmiyyət verməyib,  əməl 
etməzsə, Allahın dininə əhəmiyyət verməmiş olar, imanı gedər. Belə imanı 
getmiş şəxsə “Mürtəd” deyilir. Din adamı şəklinə girib, müsəlmanları alda-
dan mürtədlərə “Zındıq” deyilir. Bir kimsə dünya mənfəətlərində aldanma-
yıb, lakin islamı hərtərəfli öyrənmədən, müsəlmanlığı bilmədən həddi-bulu-
ğa çatmışdırsa, onun mürtəd hökmündə olacağı “Siyəri Kəbir şərhi” tərcü-
məsinin 116-cı səhifəsində və “Dürr-ül-muxtar” da kafirin nikahı sonunda 
yazılmışdır. “Dürr-ül-muxtar” da kafirin nikahı sonunda deyilir ki, nikahlı 
müsəlman bir qız həddi-buluğa çatdığı zaman müsəlmanlığı bilməzsə, nika-
hı pozulur, [yəni mürtəd olur]. Ona Allahın (cəllə cələlühü) sıfatlarını (xü-
susiyyətləri) bildirmək lazımdır. O da təkrar etməli və bunlara inandım de-
məlidir. İbni Abidin (rahimə-hullahü təala) bunu izah edərkən deyir:
 
“Qız 
uşaq ikən ata və anasına tabe olaraq müsəlmandır. Həddi-buluğa çatdıqda 
ana və atasının dininə tabe olması davam etməz. İslamiyyəti bilmədən bu-
luğ yaşına çatarsa, mürtəd olar. İman ediləcək şeyləri eşidib, bunlara inan-
mayan kimsə  Kəlmeyi-təvhid söyləsə, yəni “Lə iləhə illəllah Muhammə-
dün rasülullah” desə, müsəlman olmaz. “Aməntü billəhi…” duasındakı altı 
şeyə inanan və Allahın əmr və qadağalarını qəbul etdim deyən şəxs müsəl-
man olur”. Buradan aydın olur ki, hər müsəlman öz övladına “Aməntü bil-
ləhi və Mələikətihi və Kütübihi və Rusülihi vəl Yəvmil-əxiri və bil Qadəri 
xayrihi və şərrihi minallahi təala vəl-bəasü bəadəl məvti haqqun Əşhədü ən 
Lə iləhə illəllah və Əşhədü ənnə Muhammədən abdühü və rasulühü” duası-
nı əzbərlətməli və mənasını öyrətməlidir. Uşaq bu altı şeyi və islamiyyətin 
əmr və qadağalarından birini öyrənməz, inandığını söyləməzsə, həddi-bulu-
ğa çatdıqda müsəlman olmaz, mürtəd olar. Buna görə  də övladlarımızın 
mürtəd yetişməməsi üçün çox diqqətli olmalıyıq. Onlara hələ  uşaq ikən 
imanı, islamı, dəstəmazı, qüslü, namazı öyrətməliyik! Ananın və atanın bi-
rinci vəzifəsi övladını müsəlman olaraq yetişdirməkdir. 


 
12
Dürər və Qurər” kitabında deyilir: “Mürtəd olan kişiyə müsəlman 
ol, deyilir. Şübhə etdiyi şeylər anladılır. Vaxt istəsə, üç gün həbs olunar. 
Tövbə edərsə, qəbul edilər. Tövbə etməzsə, hakim tərəfindən öldürülər. 
Mürtəd olan qadın isə öldürülməz, müsəlman olana qədər həbs olunar. 
Dar-ül-hərbə (yəni müsəlman olmayan ölkəyə) qaçarsa, orada cariyə ol-
maz.  Əsir alınarsa, cariyə olar. Mürtəd olduqda nikahı pozular. Bütün 
malları mülkündən çıxar. Yenidən müsəlman olarsa, malları  təkrar onun 
mülkü olar. Öldükdə  və ya Dar-ül-hərbə qaçdıqda (və ya Dar-ül-hərbdə 
mürtəd olduqda), onun mülkü müsəlman varisinə qalır. [Varisi yoxdursa, 
Beyt-ül-maldan (dövlət xəzinəsindən) haqqı olanlara qalır] Mürtəd mürtə-
də varis ola bilməz. Mürtəd ikən qazandıqları mülkü olmaz. Müsəlmanla-
ra qənimət olar. Alış-veriş, kirayə sözləşmələri və  hədiyyə verməsi batil 
olar. Yenidən müsəlman olarsa, səhih halına dönər.  Əvvəlki ibadətlərini 
qəza etməz, yalnız təkrar həccə getməsi lazım olar”. İmandan sonra ilk 
öyrənilməsi lazım olan şey dəstəmaz almaq, qüsl və namazdır. 
İmanın altı şərti bunlardır: Allahın var olduğuna, bir olduğuna və sı-
fatlarına (xüsusiyyətlərinə) inanmaq; Mələklərə; Peyğəmbərlərə; Kitabla-
ra; Axirətdə olan şeylərə; Qəza və Təqdirə iman. İrəlidə bunları ayrı-ayrı 
açıqlayacağıq. 
Xülasə, qəlb və bədən ilə islamiyyətin əmr və qadağalarına tabe olmalı, 
qəlb qəflətdən oyanıq olmalıdır. Qəlbi oyanıq olmayan [yəni Allahın varlı-
ğını, böyüklüyünü, Cənnət nemətlərini və Cəhənnəm atəşinin şiddətini xa-
tırlamayan, düşünməyən]  şəxsin bədəninin islamiyyətə uyması  çətin olur. 
Fiqh alimləri fitvaları bildirirlər. Bunların yerinə yetirilməsini asanlaşdır-
maq Allah adamlarının işidir. Bədənin islamiyyətə sevərək və asanlıqla tabe 
olması üçün qəlbin təmiz olması lazımdır. Lakin yalnız qəlbin təmiz olması-
na, əxlaqın gözəl olmasına əhəmiyyət verib, bədənin islamiyyətə uymasına 
əhəmiyyət verməyən kimsə “mülhiddir” (dinsiz). Bunun nəfsinin parlama-
sı ilə hasil olan “qeybdən xəbər vermək, xəstələri oxuyub-üfləyib sağalt-
maq” kimi adətdən kənar uğurları  “İstidrac” olub, özünü və ona uyanları 
Cəhənnəmə sürükləyər. Qəlbin və  nəfsin təmiz, itaətkar olmasının  əlaməti, 
bədənin islamiyyətə sevərək tabe olmasıdır. Hiss orqanlarını və bədənini isla-
miyyətə tabe etdirməyənlərin “Qəlbim təmizdir, sən qəlbimə bax!” demələri 
boş sözdür. Bu cür söyləməklə, onlar özlərini və ətrafındakıları aldadırlar. 
 
İMANIN SIFATLARI (XÜSUSİYYƏTLƏRİ) 
Əhli sünnət alimləri deyir ki, imanın sıfatları altıdır: 
AMƏNTÜ BİLLƏHİ: Mən Allahü azım-üş-şanın varlığına və birli-
yinə inandım, iman etdim. 
Allahü azım-üş-şan vardır və birdir. 
Şəriki və naziri yoxdur (Ortağı və bənzəri yoxdur). 


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə