Mizrakli elmihal



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə7/74
tarix19.10.2018
ölçüsü1,53 Mb.
#75160
1   2   3   4   5   6   7   8   9   10   ...   74

 
16
Yüz suhufdan on suhufu həzrəti Adəm əleyhissəlama, əlli suhufu Şit 
əleyhissəlama, otuz suhufu İdris  əleyhissəlama, on suhufu İbrahim  əley-
hissəlama enmişdir. Bunların hamısını  Cəbrail  əleyhissəlam endirmişdir. 
Bunlardan sonra Quranı azım-üş-şan nazil olmuşdur. Quranı azım-üş-şan 
az-az, ayət-ayət, iyirmi üç ildə nazil olmuşdur. Hökmü qiyamətə  qədər 
qüvvədədir. Nəsh olmaqdan (qüvvədən düşməkdən) və  dəyişdirilməklə 
təhrif olunmaqdan (insanların dəyişdirməsindən) qorunmuşdur.  
VƏ RUSÜLİHİ: Mən, Allahü azım-üş-şanın Peyğəmbərlərinə (aley-
himüssaləvatü vəttəslimat) iman etdim. 
Allahü azım-üş-şanın Peygəmbərləri vardır (aleyhimüssaləvatü vət-
təslimat). Peyğəmbərlərin hamısı insandır. Əvvəli Adəm əleyhissəlam və 
axırı bizim Peyğəmbərimiz Muhamməd Mustafadır (sallallahü təala aleyhi 
və  səlləm). Bu ikisinin arasında çox Peyğəmbər (aleyhimüssaləvatü vət-
təslimat) gəlmiş və keçmişdir. Onların sayını Allahü azım-üş-şan bilir. 
Peyğəmbərlər (aleyhimüssaləvatü vəttəslimat) haqqında bizim bilməli 
olduğumuz sıfatlar beşdir: Sidq, Əmanət, Təbliğ, İsmət, Fətanət. 
1.  Sidq. Bütün Peyğəmbərlər (aleyhimüssaləvatü vəttəslimat) sözlə-
rində sadiq olurlar. Hər sözləri doğrudur. 
2. Əmanət. Onlar əmanətə xəyanət etməzlər. 
3. Təbliğ. Onlar Allahü azım-üş-şanın əmrinin və qadağalarının hamı-
sını bilib, ümmətlərinə bildirir və çatdırırdılar. 
4. İsmət. Böyük və kiçik, bütün günahlardan təmizdirlər. Heç günah 
işləməzlər. İnsanlardan məsum olan yalnız Peyğəmbərlərdir (aleyhimüssə-
lam). 
Bunlardan başqasına məsum deyənlər Rafizilərdir. 
5.  Fətanət. Bütün Peyğəmbərlər (aleyhimüssaləvatü vəttəslimat) di-
gər insanlardan daha ağıllıdırlar. 
Peyğəmbərlər (aleyhimüssaləvatü vəttəslimat) üçün caiz olan sıfatlar 
beşdir: Onlar yeyir, içir, xəstələnir, ölür, dünyalarını dəyişirlər. Dünyaya 
məhəbbət etməzlər. 
Quranı azım-üş-şanda ismi-şərifləri bildirilən 28 Peyğəmbərdir. Bun-
ları bilmək hər kəsə vacibdir, dedilər. 
Peyğəmbərlərin adları (aleyhimüssaləvatü vəttəslimat) : 
Adəm, İdris, Nuh, Şis 
Şit, Hud, Salih, Lut, İbrahim, İsmail, İs-
haq, Yaqub, Yusif, Şüeyb, Musa, Harun, Davud, Süleyman, Yunis, İl-
yas,  Əlyəsa, Zül-kifil, Eyyub, Zəkəriyyə, Yəhya,  İsa, Muhamməddir 
“saləvatullahi alə nəbiyyinə və aleyhim”. Üzeyr, Loğman və Zülqarneyn 
üçün ixtilaf olundu. Bunlara və Xızır əleyhissəlama alimlərdən bəzisi nə-
bi, bəziləri isə  vəli dedilər. Məktubatı Masumiyyənin 36-cı  məktubunda 
Xızırın Peyğəmbər olduğunu bildirən xəbərin qüvvətli olduğu yazılmışdır. 
182-ci məktubda deyilir: Xızır  əleyhissəlamın insan şəklində görünməsi 
və  bəzi işlər görməsi Onun həyatda olduğunu göstərmir. Allahü təala 


 
17
Onun və bir çox Peyğəmbərin, vəlinin ruhlarının insan şəklində görünmə-
sinə izn vermirşdir. Onları görmək həyatda olduqlarını göstərmir. 
Bundan başqa biz: “İlk Peyğəmbər olan həzrəti Adəm əleyhissəlamın 
zürriyyətindənəm (soyundanam), axır zaman Peyğəmbəri Muhamməd 
(aleyhissalatü vəssəlam) dinindən və ümmətindənəm,  əlhamdülilləh” de-
məliyik. Vəhhabilər Adəm əleyhissəlamın Peyğəmbər olduğuna inanmır-
lar. Buna görə və müsəlmanlara müşrik dedikləri üçün kafir olurlar. 
VƏL-YƏVMİL-ƏXIRİ: Mən, qiyamət gününə inandım, iman etdim. 
Çünki Allahü təala xəbər vermişdir. Qiyamət günü qəbirdən qalxınca baş-
lar. Cənnətə  və ya Cəhənnəmə gedincəyə  qədər davam edər. Hamımız 
ölüb, yenə diriləcəyik. Cənnət və Cəhənnəm, mizan (tərəzi), sırat körpüsü, 
haşr (toplanmaq), nəşr (Cənnətə və Cəhənnəmə paylanmaq), qəbir əzabı, 
münkər və nəkir adındakı iki mələyin qəbirdə sualı haqqdır və olacaqdır. 
VƏ BİL-QADƏRİ XAYRİHİ VƏ ŞƏRRİHİ MİNƏLLAHİ TƏA-
LA: Xeyir və şər, olmuş və olacaq şeylərin hamısı Allahü azım-üş-şanın 
təqdiri ilə, yəni əzəldə bilməsi, istəməsi, vaxtları gəlincə yaratması ilə və 
lövh-il mahfuza yazmasıyla olduğuna inandım, iman etdim. Qəlbimdə əsla 
şəkk və şübhə yoxdur. 
Əşhədü ən lə iləhə illəllah və əşhədü ənnə Muhammədən abdühü 
və rasulüh
Etiqadda (yəni inanılacaq  şeylərdə) məzhəbim “Əhli sünnət vəl cə-
maat” məzhəbidir. Mən, bu məzhəbdənəm.  
Əshabi-kiramın (aleyhimürrıdvan) hamısını sevənlərə “Əhli sünnət” 
deyilir. Əshabi-kiramın hamısı alim və adil idi. İnsanların əfəndisinin (sal-
lallahü aleyhi və səlləm) söhbətində, xidmətində iştirak etmiş və Ona yar-
dımçı olmuşdurlar. Söhbətdə ən az iştirak edən belə, Əshabi-kiramdan ol-
mayan  ən yüksək Vəlidən daha yüksəkdir. O islam günəşinin, O Allahü 
Əshabi-kiramın həbibinin söhbətində hasil olan hallar, o mübarək nəfəslə-
rinin və  nəzərlərinin təsiri ilə zühur edən kəmallar, o hüzura, o yaxınlıq 
səadətinə qovuşa bilməyənlərə  nəsib olmamışdır.  Əshabi-kiramın hamısı 
(rıdvanullahi təala aleyhim əcmain) hələ ilk söhbətdə nəfslərinə uymaqdan 
qurtulmuşdurlar. Hamısını sevməyimiz əmr olunub. “Şir-atül İslam” şər-
hinin ilk səhifələrində yazılır: “Əshabi-kiramın (aleyhimürrıdvan) hamısı 
haqqında mümkün olduğu qədər yaxşı danışın, onların heç birini əsla təh-
qir etməyin.” 72 firqəyə gəlincə, kimi ifrata vararaq həddini aşdı, kimi ək-
sinə, haqqlarını vermədi, kimi ağıla güvəndi, kimi fəlsəfəyə və qədim yu-
nan filosoflarına aldandı. Beləliklə, dini-islamda olmayan, hətta qadağan 
olan şeyləri etdilər. Bidətə sarıldılar. Sünnəti, yəni islamiyyəti tərk etdilər. 
Əbu Bəkiri Sıddıq, Həzrəti Ömər (radıyallahü anhüma) kimi Əshabi-kira-
mın (aleyhimürrıdvan) icma ilə ən üstün olanlarını, hətta Peyğəmbər əfən-
dimizi (əleyhissəlam) belə gözü götürməyənlər zühur etdi. Peyğəmbər 


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə