Mizrakli elmihal



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə15/74
tarix19.10.2018
ölçüsü1,53 Mb.
#75160
1   ...   11   12   13   14   15   16   17   18   ...   74

 
37
haram deyildir. Qurani azım-üş-şanı söz və lətifə arası işlətmək küfrdür. Yəh-
ya adlı birinə “Ya Yəhya! Huz-il-kitabə” deyən kafir olur. Qurani-kərimlə 
lağ etmiş olur. Çalğı, oyun, musiqi arasında Quran oxumaq da belədir. 
Bir şeyi çox görən ”Ma halakallah” desə, mənasını bilməsə kafir olur. 
Bir  şəxs, indi səni söymərəm, söyməyin adını günah qoyublar desə, 
təhlükəlidir. 
Bir  şəxs, Cəbrail buzovu kimi çıl-çılpaq olmusan desə, təhlükəlidir. 
Mələklə istehza etmiş olar. 
Allahü təbarəkə və təaladan başqa bir şeyə and içmək haramdır. Ha-
ram işləyən mürtəd və kafir olmaz. Əgər ayətlə təsbit olunmuş harama ha-
lal desə kafir olur. 
Oğlunun başı üçün, başım üçün sözlərinə vallahi və ya billahi sözünü 
əlavə etməyin, məsələn vallahi oğlumun başı üçün deməyin, küfr olmasın-
dan qorxulur. 
__________________ 
 
Allahü azım-üş-şanın adəti belədir ki, hər şeyi səbəblə yaradır. Bir şe-
yə qovuşmaq üçün onun yaradılmasına səbəb olan şeyi etmək lazımdır. 
Hər şeyin yaradılmasında müştərək olan mənəvi səbəb, sədəqə vermək, 70 
dəfə “Əstəğfirullah min külli mə kərihallah” duasını oxumaqdır. Bu iki 
mənəvi səbəb maddi səbəbləri tapmağa da yardım edər. 
 
ƏHKAMİ İSLAMİYYƏ 
İslam dininin bildirdiyi əmrlərə  və qadağalara “Əhkami islamiyyə” 
və ya “İslamiyyət” deyilir. Əhkami islamiyyə səkkizdir: Fərz, vacib, sün-
nət, müstəhəb, mübah, haram, məkruh, müfsid. 
Fərz, Allahü azım-üş-şanın  əməl edilməsini ayəti kərimə ilə açıqca 
və qəti olaraq əmr etdiyi şeylərə deyilir. İnanmayan, əhəmiyyət verməyən 
kafir olur. İman, Quran, dəstamaz almaq, namaz qılmaq, oruc tutmaq, zə-
kat vermək, həccə getmək, cünüblükdən qüsl etmək və s. fərzdir. 
Fərz üç növdür. Fərzi daimfərzi müvəqqətfərzi aləl-kifayəFərzi 
daim “Aməntü billəhi”ni sonuna qədər əzbərləyib, mənasını bilib və ina-
nıb daimi etiqad etməyə deyilir. Fərzi müvəqqət, əməlin vaxtı gəldikdə ic-
ra etdiyimiz fərz olan əməllərə deyilir. Beş vaxt namaz qılmaq, Ramazanı 
şərif ayında oruc tutmaq, sənətinə və ticarətinə lazım olan din və fənn bil-
gilərini öyrənmək belə  fərzlərdəndir.  Fərzi aləl-kifayə, müsəlmanlardan 
bir neçəsinin və ya sadəcə birinin icra etməsi ilə digərlərinin məsuliyyət-
dən qurtulduğu fərzlərdir. Verilən salamın cavabını söyləmək, cənazə na-
mazı  qılmaq, cənazəni yumaq, sarf və navh (ərəb dilinin qramatikasının 
incəliklərini öyrənmək), Qurani-kərimin hamısını əzbərləyib hafiz olmaq, 
cihad etmək, sənətinə və ticarətinə lazım olandan artıq din və fənn bilgilə-
rini öyrənmək belə fərzlərdəndir. 


 
38
Bir fərz içində beş fərz vardır. Bu fərzlər: elmi fərzəməli fərz, miq-
dari fərz, etiqadi fərz, ixlasi fərz, inkari fərzdir. İnkari fərz küfrdür. 
Vacib, icra edilməsi fərz kimi qəti olan əmrlərə deyilir. Bu əmrin Qu-
rani-kərimdəki dəlili fərz qədər açıq deyildir. Şübhəli olan bir dəlil ilə bəl-
li olur. Vacib olduğuna inanmayan kafir olmaz. Lakin icra etməyən Cə-
hənnəm  əzabına layiq olar. Məsələn, Vitr namazını  və bayram namazını 
qılmaq, imkanlı olduqda qurban kəsmək, fitrə (sədəqəi fitr) vermək, vitr 
namazında kunut duasını oxumaq, səcdə ayəsi oxunduqda tilavət səcdəsi 
etmək vacibdir. Vacib içində dörd vacib və bir fərz vardır:  elmi vacib, 
əməli vacib, miqdari vacib, etiqadi vacib, ixlasi fərzFərzin və vacibin ri-
yası (göstəriş üçün edilməsi) haramdır. 
Sünnət, Rəsulullah (sallallahü aleyhi və  səlləm) həzrətlərinin bir və 
ya iki kərə tərk etdiyi ibadətlərdir. Sünnəti tərk edənə əzab olmaz. Lakin 
üzrsüz və davamlı tərk edən savabından məhrum olmağa layiq olar. Məsə-
lən, azan oxumaq, iqamə  gətirmək, camaat ilə namaz qılmaq, dəstamaz 
alarkən misvak işlətmək, evləndiyi gecə yemək ikram etmək, uşağını sün-
nət etdirmək. Sünnət üç növdür: sünnəti müəkkədə, sünnəti qeyri mü-
əkkədə, sünnəti aləl kifayə. 
Sünnəti müəkkədə olanlar: Sübh namazının sünnəti, zöhr namazının 
ilk və son sünnətləri, məğrib namazının sünnəti, İşa namazının son iki rü-
kət sünnəti belədir. Sübh namazının sünnətinə vacib deyən alimlər də var-
dır. Bu sünnətlər əsla üzrsüz tərk olunmaz. Bəyənməyən kafir olur. 
Sünnəti qeyri müəkkədə, ikindi namazının sünnəti və  İşa namazının 
ilk sünnəti belədir. Bunlar çox vaxt tərk edilsə bir şey olmaz. Amma üzr-
süz olaraq tamamilə tərk edilsə, şəfaətdən məhrum olmağa səbəb olar. 
”Haləbi”də  və  “Quduri”də deyilir ki, ibadətlər “Fəraiz” və  “Fə-
dail” olmaqla iki yerə bölünür. Fərz və vacib olmayan ibadətlərə “Fədail” 
və ya “Nafilə ibadət” deyilir. Beş vaxt namazın sünnətləri nafilə ibadətdir 
və fərzlərdəki qüsurları tamamlayır. Sünnət namazlar qılınmayan fərz na-
maz yerinə keçməz. Sünnət qılmaq fərzi tərk edəni Cəhənnəmdən qurtar-
maz. Fərzi üzrsüz tərk edənin qıldığı sünnət səhih olmaz. Səhih olan 
qü-
sursuz qılınan
 sünnətə niyyət etmək lazımdır. Niyyət edilməzsə, sünnət 
savabı qazanılmaz. Bunun üçün illərlə namaz qılmayanlar, dörd vaxt nama-
zın sünnətlərini qılarkən, həm o vaxtın ilk qəzaya qalmış fərzini qəza etmə-
yə, həm də o vaxtın sünnətini əda etməyə niyyət etməlidir. Belə niyyət et-
dikdə həm qəza, həm də sünnət qılmış olur. Sünnəti tərk etmiş olmur.
 
Sünnəti aləl-kifayə, beş-on nəfərdən birinin icra etməsi ilə digər mü-
səlmanları məsuliyyətdən azad edən sünnətlərə deyilir. Salam vermək və 
itikafa girmək, dinimizə uyğun olan işlərə başlarkən bəsmələ söyləmək 
belə sünnətlərdəndir. 
Əgər bir insan yeməyin  əvvəlində  Bəsmələi  şərifəni söyləməsə, üç 
zərəri vardır: 


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə