Mizrakli elmihal



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə18/74
tarix19.10.2018
ölçüsü1,53 Mb.
#75160
1   ...   14   15   16   17   18   19   20   21   ...   74

 
43
dizlərinin altına kimi olan əzalarını örtmələri. [Başı, qolları, ayaqları açıq 
gəzən və ya dar, incə şeylə örtünən qadınlar və bunlara baxan kişilər ha-
ram işləmiş olurlar. Haram olduğuna  əhəmiyyət verməyən imansız olur, 
mürtəd olur.] 
İstiqbali qiblə üç şeylə tamamlanır: 1) Qibləyə dönmək, 2) Namazın 
sonuna qədər sinəsini qiblədən çevirməmək, 3) Allahü azım-üş-şanın di-
vanı-mənəvisində zəlil olmaq. 
Vaxt üç şeylə tamamlanır: 1) Namazın əvvəl vaxtını bilmək, 2) Na-
mazın axır vaxtını bilmək, 3) Namazı məkruh vaxta saxlamamaq. 
Niyyət, qıldığı namazın fərz, vacib, sünnət və ya müstəhəb olduğunu 
bilməklə və qəlbindən keçirməklə, dünya işlərini qəlbindən çıxarmaqla ta-
mamlanır. Vitr namazını qılmaq İmam azama görə vacib, iki imama görə
maliki və şafi məzhəblərinə görə sünnətdir. 
Maliki məzhəbini təqlid edə-
nin, çətinlik olduğu zaman vitr namazını tərk etməsi caizdir.
 
İftitah təkbiri, kişilərin əllərini qulağına qaldırması, qəlbən oyanıq və 
hazır olması ilə tamamlanır. 
Qiyam üç şeylə tamamlanır: 1) Qibləyə qarşı ayaq üstə durmaq, 2) 
Səcdə yerinə baxmaq, 3) Qiyamda olarkən iki tərəfə yellənməməklə. 
Qiraət üç şeylə tamamlanır: 1) Ucadan oxunarsa, eşidiləcək qədər səslə 
oxumaqla, gizli oxunarsa, özü eşidəcək qədər hərfləri düzgün olaraq oxumaq-
la, 2) Qurani-kərimin mənasını düşünməklə, 3) Təcvidə uyğun oxumaq. 
Na-
maza qalxarkən söylənən təkbiri, namaz içində oxunan hər şeyi və azanı ərəb-
cə oxumaq lazımdır. Bunların ərəbcəsini, dinini bilən və məzhəbinin elmihal 
kitabına uyan hafizdən öyrənmək lazımdır. Latın hərfləri ilə yazılmış Qurani-
kərim doğru oxuna bilməz. Qüsurlu və səhv olar. Qurani-kərim təfsiri (açıqla-
ma) oluna bilər, lakin tərcümə oluna bilməz. Dinsizlərin, məzhəbsizlərin türkcə 
Quran dedikləri kitablar doğru deyil, səhv və pozulmuşdur. Hər müsəlman Qu-
rani-kərim kursuna gedib islam hərflərini öyrənərək, Qurani-kərimi və duaları 
doğru oxumalıdır. Bu cür doğru oxunaraq qılınan namaz qəbul olar. “Tərqib-
üs-salat”da deyilir ki, “Bir şəxsin namazda oxuduğu, doqquz alimə görə səhv 
olsa, bir alimə görə doğru olsa, onun namazına yanlış demək olmaz.”
 
Rüku üç şeylə tamamlanır: 1) Rükuda qibləyə qarşı tam əyilmək, 2) Bel 
ilə başı bərabər tutmaq, 3) Tumaninət üzrə [qəlbən əmin olmaq] durmaqla. 
Səcdə üç şeylə tamamlanır: 1) Səcdəyə sünnətə uyğun getmək, 2) 
Alınla burnu qibləyə qarşı yerə qoymaq, 3) Tumaninət üzrə olmaqla. 
Sağlam bir şəxsin 25 santimetrə qədər yüksəyə səcdə etməsi caiz olsa da, 
məkruhdur. Çünki Peyğəmbərimiz və  Əshabi-kiramdan heç biri yüksək 
yerə səcdə etməyib. Daha yüksəyə səcdə edilərsə, namaz pozular
. 
Qadəi axirə, yəni son oturuş üç şeylə tamamlanır: 1) Kişilər, sağ aya-
ğını dik qoyub, sol ayağı üstünə oturmaqla, qadınlar, budlarını yerə qo-
yub, ayaqlarını sağ  tərəfindən çıxarmaqla, 2) Təhiyyəti təzimlə (hörmət) 


 
44
oxumaqla, 3) Son oturuşda salavat və dualar oxumaqla. Namazdan sonra 
oxunacaq dualar “Namazın ədəbi” bəhsində yazılmışdır. 
 
QÜSL BƏHSİ 
Qüslün fərzi hənəfidə üç, malikidə beş,  şafidə iki, hanbəlidə birdir. 
Hənəfidə: 
1-Bir dəfə  ağıza su almaq. Dişlərin arasını  və diş diblərini islatmaq 
fərzdir. 
Hənəfi məzhəbində olan şəxs, zərurət olmadan plomb və qapaq 
qoya bilməzlər. Taxma diş qoydurmaq olar, qüsl alarkən onları çıxarıb al-
tını yumaq lazımdır. Zərurət olarsa, plomb və qapaq qoydurmaq caizdir. 
Lakin qüsl, dəstəmaz alarkən və namaza durarkən “Şafi və ya maliki məz-
həbini təqlid edirəm” deyə niyyət etmək lazımdır.
 
2-Bir dəfə buruna su vermək. 
3-Bir dəfə bütün bədəni yumaq. Bədənin isladılmasında çətinlik ol-
mayan yerlərini yumaq fərzdir. Bədənin bir yeri zəruri bir səbəblə, yəni 
insanın özü etmədiyi, yaradılışında mövcud olan hər hansı bir səbəblə is-
ladıla bilməzsə, əfv olunur, qüsl səhih olur. 
“Dürr-ül-muxtar”da deyilir ki, dişlər arasında və ya dişin dibində 
qalan yemək qüslün səhih olmasına mane olmur. Fitva belədir. Çünki on-
ların altı islanır. Diş arasında qalan maddə qatı olduqda, mane olunduğu 
deyilir. Doğru olan da budur. İbni Abidin (rahimə-hullahü təala) bunu izah 
edərkən buyurur ki“Xülasə” kitabında da mane olmadığı yazılıb. Çünki 
su axıcı olduğu üçün yeməyin altına sızır. Suyun sızmadığı anlaşılarsa, bu 
alimlərə görə də qüsl səhih olmur. “Hilyə” kitabı bunu açıq bildirir. Dişdə 
qalan şey ağızda əzilərək qatılaşmışdırsa, suyu sızdırmayacağı üçün qüsl 
səhih olmur. Çünki burada zərurət yoxdur. 
Yəni öz-özünə hasil olan bir 
şey deyildir. Bunları təmizləməkdə çətinlik də yoxdur
. 
“Hələbii saqir”də deyilir: Bir şəxsin dişləri arasında çörək, yemək və 
başqa artıqlar var ikən, qüsl alsa, fitvalara görə altına su keçmədiyini zənn 
etsə belə, qüslu səhih olur. Çünki su axıcı olduğu üçün altına keçir. Belə fit-
va verildiyi “Xülasə”də yazılmışdır. Bəzi alimlərə görə, dişdə qalan maddə 
qatıdırsa, qüsl caiz olmaz. “Zahirə” kitabında da belə yazılmışdır. Doğru 
olan da budur. Çünki altına su keçmir, zərurət və çətinlik də yoxdur. 
“Dürr-ül-müntəqa”da deyilir: Diş dibində yemək artığı var ikən qüsl 
edən şəxsin qüslu səhih olur. Olmaz deyənlər də vardır. Ehtiyatlı olaraq, ye-
mək artıqlarını əvvəlcədən çıxarmaq lazımdır. “Mərak-il-fələh”in “Tahta-
vi” haşiyəsində deyilir: Diş dibində və ya dişlərin arasında yemək artığı qal-
mışdırsa, qüsl səhih olur. Çünki su axıcı olduğu üçün hər yerə sızır. Artıqlar 
çeynənərək sərtləşibsə, qüslə mane olur. “Fəth-ül-qadir”də də belə yazılıb. 
“Bəhr-ür-raik”də deyilir: Diş dibində və ya dişlərin arasında yemək 
qalmışdırsa, qüsl səhih olur. Çünki su lətif, yəni axıcı olduğu üçün hər ye-


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə