Mizrakli elmihal



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə21/74
tarix19.10.2018
ölçüsü1,53 Mb.
#75160
1   ...   17   18   19   20   21   22   23   24   ...   74

 
50
məsə qüsl alıb namazını qılmalı, gəlsə, namazı dayandırmalıdır. Müqayisə 
üzrə, on gün keçdikdən sonra, qüsl alıb namazını qılmalıdır, qan gəlsə be-
lə. Nifas da belədir, lakin hər kəsiləndə qüsl almaq lazımdır. Bir gündə kə-
silsə də. Ramazanda əgər dan yeri ağarmadan kəsilsə, niyyət edib oruc tut-
maq lazımdır.  Əgər zöhrə  qədər və ya əsrdən sonra yenə qan gələrsə, o 
gün oruc sayılmır. O günün qəzası tutulmalıdır. 
Qadın düşük doğarsa, barmağı, saçı, ağzı və ya burnu bəlli olarsa, tam 
uşaq doğmuş kimi olur. Əgər heç bir yeri bəlli olmazsa, nifas olmaz. Lakin 
üç gün və ya daha artıq qan axarsa, hayz olur. Əgər hayzın kəsilməsindən 
on beş gün və ya daha artıq vaxt keçdikdən sonra uşaq düşsə, lakin qan üç 
gündən az müddətdə kəsilsə və ya hayz kəsildikdən on beş gün keçməmiş-
dirsə, hayz hesab olunmur. Burun qanı kimidir. Namazı  qılmaq və orucu 
tutmaq lazımdır. Əri ilə də yaxınlıq etməzdən öncə qüsl lazım deyildir. 
Böyük islam alimi Muhamməd Birgivi (rahmətullahi aleyh), qadınla-
rın hayz və nifas hallarını hənəfi məzhəbinə görə bildirən “Zuhr-ül-mü-
təəhhilin” adlı çox dəyərli bir kitab yazmışdır. Kitab ərəbcədir. Allaməi 
Şami seyyid Muhamməd Əmin ibni Abidin (rahimə-hullahü təala), bu ki-
tabı genişləndirərək, “Mənhəl-ül-varidin” adını vermişdir. İmam Birgivi 
981-ci 
m. 1573 ildə taun xəstəliyindən vəfat etmişdir. Anadoluda Öde-
mişin Birgi qəsəbəsindədir. İbni Abidin 1252-ci 
m. 1836 ildə Şam şəhə-
rində vəfat etmişdir. “Mənhəl”də deyilir ki, hər müsəlman kişi və qadının 
elmihal öyrənməsinin fərz olduğunu fiqh alimləri sözbirliyi ilə bildirmiş-
dir. Ona görə, qadınların və ərlərinin hayz və nifas bilgilərini öyrənmələri 
lazımdır.  Ərləri qadınlarına öyrətməli, özləri bilmirsə, bilən qadınlardan 
öyrənmələrinə icazə verməlidir. Əri icazə verməyən qadının, ərindən ica-
zəsiz gedib öyrənməsi lazımdır. Qadınlara məxsus olan bu bilgi indi unu-
dulmuş, bilən din adamı demək olar ki, qalmamışdır. Zamanın din adam-
ları hayz, nifas və istihazə (təmiz qan) qanlarını ayıra bilmirlər. Bunları 
geniş izah edən kitabları yoxdur. Kitabı olan da oxumaqda və anlamaqda 
acizdir. Çünki bu bilgiləri anlamaq çətindir. Halbuki, dəstəmaz, namaz, 
Qurani-kərim, oruc, həcc, həddi-buluğa çatmaq, evlənmək, boşanmaq, qa-
dının iddət müddəti, istibra və bu kimi bir çox dini məsələlər üçün qan bil-
gilərini öyrənmək lazımdır. Bu bilgini yaxşı anlaya bilmək üçün ömrümün 
yarısını sərf etdim. Öyrəndiklərimi din qardaşlarıma qısa və aydın şəkildə 
anlatmağa çalışacağam: 
Hayz”, səkkiz yaşına çatmış sağlam bir qızdan və adət zamanının 
son dəqiqəsindən tam təmizlik keçən qadından gələn və ən az üç gün da-
vam edən qana deyilir. Buna, “Səhih qan” da deyilir. Adət zamanından 
sonra başlayan on beş və ya daha çox gün ərzində heç qan gəlməzsə, əv-
vəli və sonrası hayz günləri olarsa, bu təmiz günlərə “Səhih təmizlik” de-
yilir. On beş və ya daha çox təmiz gündən əvvəl və ya sonra, yaxud iki sə-


 
51
hih təmizlik arasında fasid (batil) qan günləri olarsa, bu günlərin hamısına 
Hökmi təmizlik” və ya “Fasid təmizlik” (səhih olmayan təmizlik) deyi-
lir. Qan gəlməyən on beş gündən az günlərə də “Fasid təmizlik” deyilir. 
Səhih təmizliyə və hökmü təmizliyə “Tam təmizlik” deyilir. Tam təmiz-
likdən  əvvəl və sonra görülüb, üç gün davam edən qanlar iki ayrı hayz 
olur. Ağdan başqa hər rəngə və bulanıq olana Hayz qanı deyilir. 
Bir qız hayz görməyə başladığı andan yetkin, yəni həddi-buluğa çat-
mış olur. Yəni qadın olur. Qan gəldiyi andan kəsildiyi günə  qədər olan 
günlərin sayına “Adət zamanı” (aybaşı günləri) deyilir. Adət zamanı yəni 
aybaşı günləri müddəti ən çox on gün, ən az üç gündür. Şafii və Hanbəli 
məzhəblərində ən çoxu on beş, ən azı bir gündür. 
Hayz qanının durmadan axması mütləq deyildir. İlk gələn qan kəsilib, 
bir neçə gün sonra təkrar gələrsə, aradakı üç gündən az olan təmizlik müd-
dətində sözbirliyi ilə durmadan axmış kimi qəbul edilir. Üç gün və daha çox 
davam edən təmizlik, Hayzin onuncu günündən  əvvəl bitərsə, imam Mu-
hammədin (rahimə-hullahü təala) imam azam Əbu Hənifədən (rahimə-hul-
lahü təala) rəvayət etdiyinə görə on gün ərzində davamlı axdığı qəbul edilir. 
İmam Muhammədin bildirdiyi başqa bir rəvayət də vardır. imam Əbu Yusi-
fə (rahimə-hullahü təala) görə isə on beşinci gündən əvvəl bitən bütün tə-
mizlik günlərində davamlı axdığı qəbul edilir. Bir qız bir gün qan, sonra on 
dörd gün təmizlik, sonra bir gün qan görsə və bir qadın bir gün qan, on gün 
təmizlik və bir gün qan görsə, və ya üç gün qan, beş gün təmizlik və bir gün 
qan görsə, imam Əbu Yusifə görə qızın ilk on günü hayz olur. Birinci qadı-
nın adət günü qədəri hayz olub, sonrakı günlərin hamısı istihazə olur. İkinci 
qadında doqquz günün hamısı hayz olur. İmam Muhammədin (rahimə-hul-
lahü təala) birinci rəvayətinə görə yalnız ikinci qadının doqquz günü hayz 
olur. İkinci rəvayətinə görə yalnız ikinci qadının ilk üç günü hayz olub, di-
gərləri hayz olmaz. Biz, kitabımızı “Mültəqa”dan tərcümə edərək, aşağıda-
kı bilgilərin hamısını imam Muhammədin birinci rəvayətinə görə yazdıq. 
Bir gün, tam 24 saat deməkdir. Evlənməmiş bakirə qadınların yalnız hayz 
zamanında, evli olanların isə hər zaman kürsüf adlanan bezdən və ya pam-
bıqdan istifadə etməsi və ona ətir vurması müstəhəbdir. Kürsüfün hamısını 
cinsiyyət orqanının daxilinə tam salmaq məkruhdur. Parça üzərində aylarla 
hər gün qan ləkəsi görən qız, ilk on gün hayzlı, sonra iyirmi gün istihazəli 
qəbul edilir. “İstimrar” (davam edən) deyilən bu qan, kəsilənə qədər bu cür 
davam edər. Bir qız, üç gün qan görüb, bir gün görməsə, sonra bir gün gör-
sə, iki gün görməsə, bir gün yenə görüb, bir gün görməsə, yenə bir gün gör-
sə, bu on günün hamısı hayz olur. Hər ay, bir gün qan görsə, bir gün görmə-
sə, bu minvalla on gün bir gündən bir görsə, gördüyü günlərdə namazı və 
orucu tərk edər. Ertəsi günlərdə qüsl alıb, namazlarını  qılar 
Məsaili şərhi 
viqayə
. Üç gündən, yəni 72 saatdan beş dəqiqə belə az olan, yeni başlayan 


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə