Mizrakli elmihal



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə17/74
tarix19.10.2018
ölçüsü1,53 Mb.
#75160
1   ...   13   14   15   16   17   18   19   20   ...   74

 
41
 
İSLAMIN BİNASI 
İslamın binası beşdir. Yəni islam beş şey üzərində qurulmuşdur. Birin-
cisi, Kəlmeyi-şəhadət gətirmək və mənasını öyrənib, inanmaq. İkincisi, hər 
gün vaxtı keçmədən beş vaxt namaz qılmaq. Üçüncüsü, Ramazanı  şərifdə 
hər gün oruc tutmaq. Dördüncüsü, əgər fərz oldusa, ildə bir dəfə zəkat və 
uşr vermək. Beşincisi, gücü yetənin ömründə bir dəfə həccə getməsi. 
Alla-
hü təalanın bu beş  əmrini yerinə yetirməyə  və haramlardan çəkinməyə 
“İbadət etmək” deyilir. Vücub və əda şərtlərinə malik olmayanın və həccə 
gedənin yenidən getməsi nafilə ibadətdir. Bidət və haram işləməyə  səbəb 
olan nafilə ibadəti yerinə yetirmək caiz deyil. İmamı Rabbani (quddisə sir-
ruh), 29, 123 və 124-cü məktublarında və “Məqaməti Məzhəriyyə”nin 26-
cı məktubunda nafilə həccə və ömrəyə getməyə izn verməmişdir. “Nəşr-ül-
məhasin”də, makamati aşərədən, yəni on məqamdan zühd (təqva) məqamı-
nı bildirərkən deyir ki, “Böyük alim və Vəli imam Nəvəviyə, hər sünnətə ri-
ayət edirsən, lakin böyük sünnət olan nikahı tərk edirsən- deyildikdə, O, bir 
sünnəti edərkən bir çox haram işləməkdən qorxuram, deyə buyurdu”. İmam 
Yəhya Nəvəvi 676-cı ildə  Şam  şəhərində  vəfat etmişdir. Pakistanda “Ca-
miai habibiyyə” universitetinin dekanı, müdərris Həbib-ür-rəhman 1401-ci 
miladi 1981 ildə həccə getdikdə, vəhhabi imamın mikrofon ilə namaz qıl-
dığını görüb, namazlarını ayrı  qıldığı üçün əllərinə qandal taxılaraq həbs 
edilmişdir. Səbəbi soruşulduqda, imamın mikrofon ilə namaz qıldırması 
caiz deyildir, demişdir. Həcc etməsinə mane olunaraq, geri göndərilmişdir. 
Dünyanın harasında olursa olsun, hər insana ilk öncə lazım olan şey, 
dinini, imanını öyrənməkdir. Din, əvvəllər islam alimlərindən asanlıqla öy-
rənilirdi. İndi axır zaman olduğu üçün, heç bir yerdə həqiqi din alimi qalma-
mışdır. Cahillər, ingilislərə satılmış axmaqlar, din adamı olaraq hər tərəfə 
yayılıb. İndi dini, imanı doğru olaraq öyrənmək üçün tək çarə, Əhli sünnət 
alimlərinin kitablarını oxumaqdır. Bu kitabları tapmaq, Allahü təalanın bö-
yük bir ehsanıdır. İslam düşmənləri gəncləri aldatmaq üçün yararsız din ki-
tabları yayırlar. Həqiqi din kitabı tapıb oxumaq çox çətin olmuşdur. Gənclər 
müxtəlif oyunlara aludə olub, həqiqi kitab tapmaqdan və oxumaqdan məh-
rum edilməkdədirlər. Bir çox gəncin oyundan başqa bir şey düşünmədiyini 
görürük. Bu xəstəlik gənclər arasında yayılmaqdadır. Müsəlman ana-atala-
rın uşaqlarını bu xəstəlikdən qorumaları çox vacibdir. Bunun üçün uşaqları-
na dini öyrətmələri və kitab oxumağa alışdırmaları lazımdır. Bəzi dostları-
mızın uşaqlarının zərərli oyunları oynamaqdan yemək yeməyi belə unut-
duqlarını görürük. Bu cür uşaqların, məktəb kitablarını belə oxuyub sinif bi-
tirmələri imkansızdır. Ana-ataların uşaqlarına hakim olmaları, kitab oxuma-
ğa alışdırmaları lazımdır. Bunun üçün “İslam əxlaqı” kitabını oxumaq la-
zımdır. Bu kitabı oxuyan dinini, imanını öyrəndiyi kimi, islam düşmənləri-


 
42
nin necə çalışdıqlarını da anlayacaqlar. Ata-analar bu vəzifələrini yerinə ye-
tirməzlərsə, dinsiz, imansız bir gənclik hasil olaraq vətənimizə, millətimizə 
çox zərər verəcəkdir. 
Müsəlman ata-anaların diqqət etməli olduqları çox mühüm bir məsələ 
də “Sətri övrət” məsələsidir. Zərərli oyunları oynayanlar arasında dizlərin-
dən qasıqlarına qədər açıq-saçıq gəncləri görürük. İslam dinində övrət yer-
lərini örtmək mühüm fərzdir. Buna əhəmiyyət verməyən, imanını itirə bilər. 
Müsəlmanlar namazlarına çox savab qazanmaq və dəyərli nəsihətlər dinlə-
mək üçün məscidlərə gedirlər. Məscidə getmək bu səbəblə olmasa belə, çox 
savabdır. Övrət yerləri açıq olanların getdiyi yer məscid deyil, fısq (günah) 
məclisi olar. Fısq məclisinə getməyin haram olduğu bütün kitablarda yazıl-
mışdır. Açıq-saçıq geyinənlərin getdiyi məscidlərə gedən, fısq məclisinə 
getmiş olub, günaha batar. Savab qazanmaq və  nəsihət dinləmək üçün bu 
tərzdə məscidlərə gedən şəxs savab deyil, günah qazanır. Övrət yerləri açıq 
olanlar məscidə gedərkən, müsəlmanların günaha batmalarına səbəb olurlar. 
Övrət yerini açmaq böyük günah olduğu kimi, belə  gəzənlərə baxmaq da 
böyük günahdır. Ona görə də bu şəkildə məscidlərə gedən müsəlmanlar sa-
vab deyil, günah qazanaraq, Allahın qəzəbinə səbəb olmaqdadırlar. 
 
NAMAZ BƏHSİ 
Namazın fərzləri on ikidir: yeddisi namaz xaricində, beşi namazın da-
xilində. 
Namaz xaricində olan fərzlər: Hadəsdən təharət, nəcasətdən təharət, 
sətri övrət, istiqbali qiblə, vaxt, niyyət, iftitah təkbiri. Namaz daxilində 
olan fərzlər: Qiyam, qiraət, hər rükətdə bir rüku, iki səcdə, qadəi axirədə 
təşəhhüd miqdarı oturmaq. Namazın içindəki fərzlərə  “Rükn” deyilir. 
Səcdədə alnı və ayaq barmaqlarını yerə qoymaq fərzdir. 
Hadəsdən təharət, dəstəmaz yoxdursa, dəstəmaz almaq, cünub olduq-
da qüsl almaq, dəstəmaz və qüsl lazım olduqda su tapılmazsa, təyəmmüm 
etməyə deyilir. Hadəsdən təharət üç şeylə tamamlanır: 
İstincaya (təharətlənmək) və istibraya (sidiyin tamamını  çıxartmaq) 
diqqət etmək, yuma və başa məsh etmə zamanı fərz olan yerlərdə islanma-
mış yer qoymamaq. 
Nəcasətdən təharət üç şeylə tamamlanır: 1) Namaz qılarkən geydiyi palta-
rını nəcasətdən təmizləmək, 2) Namaz qılarkən bədənini pak etmək, 3) Namaz 
qıldığı yeri pak etmək.
Spirtli mayələr üçün əlli dörd fərzin sonuna baxın. 
Sətri övrət üç şeylə tamamlanır: 1) Hənəfi məzhəbində kişilərin gö-
bəklərindən dizləri altına qədər olan əzalarını örtməsi. Kişilərin namazda 
ayaqlarını örtməsinin sünnət olduğu “Səadəti Əbədiyyə” kitabında yazıl-
mışdır. 2) Qadınların üz, əl və bir rəvayətə görə ayaqlarından başqa bütün 
bədənlərini örtmələri. 3) Cariyə olan qadınların arxalarını və sinələrindən 


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə