Mizrakli elmihal



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə25/74
tarix19.10.2018
ölçüsü1,53 Mb.
#75160
1   ...   21   22   23   24   25   26   27   28   ...   74

 
58
başladığını da deməsi böyük günahdır. Peyğəmbərimiz (sallallahü aleyhi 
və  səlləm):  “Hayzın başladığını  və bitdiyini ərindən gizlədən qadın 
məlundur” buyurmuşdur. İstər hayzlı, istərsə də təmiz ikən qadına arxa-
dan (anal) yaxınlaşmaq haramdır. Böyük günahdır. Zövcəsinə belə yaxın-
laşan məlundur. Kişinin kişi ilə əlaqəsi daha böyük günahdır. Buna “Liva-
ta” deyilir. Ənbiya surəsində  də livata haqqında  “pis işdir” buyurulur. 
Kadizadənin “Birqivi” şərhində Peyğəmbərimiz (sallallahü aleyhi və səl-
ləm)  “Lut qövmü kimi livata edənləri günah işləyərkən yaxalasanız, 
ikisini də öldürün” buyurdu. Bəzi alimlər hər ikisinin də yandırmaq la-
zım olduğunu dedi. Livata edənlərin hər ikisi cünub olur. İmalə edildikdə 
cünub olmasa da, oruc pozulur. (Feyziyyə)
 
Namaz vaxtı içində namaz qılmadan əvvəl qadında aybaşı başlarsa, o 
vaxtın namazını  qəza etmək lazım deyil. 
”Səadəti  Əbədiyyə” kitabında 
qüsl mövzusunu oxuyun!
 
 
DƏSTƏMAZ HAQQINDA 
Dəstəmazın fərzləri hənəfidə dörd, malikidə yeddi, şafidə və hanbəli-
də altıdır. Hənəfidə: 
1. Üzü yumaq. 
2. Qolları dirsəklərlə birlikdə yumaq. 
3. Başın dörddə bir hissəsini məsh etmək. 
4. Ayaqları topuq sümükləri ilə birlikdə yumaq. 
Dəstəmaz dörd növdür: fərz, vacib, sünnət, məndub (müstəhəb). 
Fərz olan dəstəmaz dörddür: Mushafı-şərifi tuta bilmək üçün, beş 
vaxt namaz qılmaq üçün, cənazə namazı qılmaq üçün və tilavət səcdəsi et-
mək üçün alınan dəstəmaz. 
Vacib dəstəmaz: ziyarət təvafı etmək üçün alınan dəstəmaz. 
Sünnət dəstəmaz:  əzbərdən Quran oxumaq üçün, qəbiristan ziyarəti 
üçün və qüsldən əvvəl alınan dəstəmaz. 
Məndub (müstəhəb) olan dəstəmaz: yatdıqda, yuxudan oyandıqda, 
yalan və qeybət etdikdə, şəhvətə səbəb olan musiqi dinlədikdə, bu şeylərə 
tövbə və istiğfar edib alınan dəstəmaz. 
Elm məclisinə gedərkən dəstəmazlı getmək, dəstəmaz aldıqdan sonra 
dəstəmazsız caiz olmayan bir əməl işlədikdə 
məsələn, namaz qıldıqda 
dəstəmazlı ikən yenidən dəstəmaz almaq məndubdur. Əgər belə bir əməl 
işlənməyibsə, dəstəmazlı ikən təkrar dəstəmaz almaq məkruhdur. 
 
SULAR HAQQINDA 
 
Sular dörd növdür: mai-mütləq, mai-muqayyəd, mai-məşkük, mai-
müstaməl. 


 
59
1-Mai-mütləq - yağış, dəniz, axar bulaq və quyu suyudur. Bu sular 
murdar olan şeyi pak edər. Necə istəsən istifadə etmək olar. 
2-Mai-muqayyəd, yemiş, qarpız, çiçək suyu və bu kimi sular. Bu su-
lar murdar şeyi pak edər, lakin qüsl və dəstəmaz üçün istifadə olunmaz. 
3-Mai-məşkük, uzunqulağın və anası uzunqulaq olan qatırın içdiyi su-
yun artığına deyilir. Bu su ilə həm dəstəmaz, həm də qüsl almaq caizdir. 
4-Mai-müstaməlin yerə düşən su və ya bədəndən ayrılan su olması 
ba-rədə fikir ayrılığı mövcuddur. Doğru olan, bədəndən ayrılan su olması-
dır. Bu barədə də üç qavl (söz, hökm) vardır. İmam Azama görə (rahimə-
hullahü təala) qaba nəcasətdir.  İmam  Əbu Yusifə görə (rahimə-hullahü 
təala) yüngül nəcasətdir.  İmam Muhammədə görə (rahimə-hullahü təala) 
pakdır. Doğru olan da budur. 
Dəstəmazın vacibliyinin doqquz şərti var: 
1. Müsəlman olmaq. 
2. Həddi-buluğa çatmaq. 
3. Ağıllı olmaq. 
4. Dəstəmazsız olmaq. 
5. Dəstəmaz suyunun pak olması. 
6. Dəstəmaz almağa gücü yetmək. 
7. Hayzlı olmamaq. 
8. Nifazlı olmamaq. 
9. Dəstəmazın, hər namaz vaxtı içində alınması. 
Bu şərt üzrlü olanla-
ra aiddir.
 
 
DƏSTƏMAZIN SÜNNƏTLƏRİ: İyirmi beşə qədər sünnət vardır. 
1. Əuzü oxumaq. 
2. Bəsmələ oxumaq. 
3. Əlləri yumaq. 
4. Barmaqların arasını hilallamaq. 
5. Ağıza su almaq. 
6. Buruna su çəkmək. 
7. Niyyət etmək. Hənəfidə üzü yuyarkən niyyət etmək fərz deyil, sün-
nətdir. Şafidə fərzdir. Malikidə əlləri yuyarkən fərzdir. 
8. Qibləyə dönmək. 
9. Saqqalı hilallamaq. 
əgər sıxdırsa 
10. Saqqalı məsh etmək. 
11. Sağ tərəfdən başlamaq. 
12. Sol əlin kiçik barmağı ilə sağ ayağın kiçik barmağının altından 
başlayaraq, sırayla barmaqların arasını hilallamaq. 
13. Başa məsh etmək. 
14. Başı islatdığı su ilə boynu və qulaqları məsh etmək. 
15. Tərtibə, yəni sıralamaya riayət etmək. 


 
60
16. Əzaları ara vermədən yumaq. 
17. Başa məsh edərkən öndən başlamaq. 
18. Misvakdan istifadə etmək. 
19. Gözün kənarına və qaşlara suyu çatdırmaq. 
20. Yuyulan yerləri ovmaq. 
21. Dəstəmazı yüksək yerdə durub almaq. 
22. Dəstəmaz üzvlərini üç dəfə yumaq. 
23. Dəstəmaz aldıqdan sonra dəstəmaz qabını dolu saxlamaq. 
24. Dəstəmaz alarkən dünya kəlamı söyləməmək. 
25. Həmişə bu niyyətdə olmaq. 
 
MİSVAQ HAQQINDA 
Misvaqdan istifadə etməyin on beş faydası var. Bunlar, “Siracül-vəh-
hac”dan götürülərək, aşağıda bildirilmişdir: 
1. Ölərkən şəhadət kəlməsini söyləməyə səbəb olur. 
2. Diş ətlərini möhkəmləndirir. 
3. Bəlğəmi yox edir. 
4. Ödü qovur. 
5. Ağız ağrısını aparır. 
6. Ağız qoxusunu yox edir. 
7. Allahü təala misvaqdan istifadə edən insandan razı olur. 
8. Baş damarlarını qüvvətləndirir. 
9. Şeytan qəmlənir. 
10. Gözlər nurlanır. 
11. Misvaq işlədən insanın xeyir və həsənəti (yaxşı əməlləri) çox olur. 
12. Sünnətlə əməl etmiş olur. 
13. Ağız pak olur. 
14. Fasih-ul-lisan, yəni gözəl danışan olur. 
15. Misvaqlı qılınan iki rükət namazın savabı, misvaqsız qılınan yet-
miş rükət namazın savabından çoxdur. 
 
DƏSTƏMAZIN MÜSTƏHƏBLƏRİ. Altısı bunlardır: 
1. Qəlbdə edilən niyyəti dillə söyləməmək. 
2. Qulağı məsh etdikdən sonra qalan su ilə boynu məsh etmək. 
3. Ayaqları qibləyə qarşı yumamaq. 
4. Mümkün olarsa, dəstəmazdan artıq qalan suyu qibləyə qarşı ayaq 
üstə içmək. 
5. Dəstəmazdan sonra paltarına bir az su çiləmək. 
6. Pak və təmiz bir bezlə qurulanmaq. 
İbni Abidin dəstəmazı pozan şeylərdən bəhs edərkən deyir ki: “Öz 
məzhəbində  məkruh olmayan bir şey, başqa məzhəbdə fərzdirsə, onu et-


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə