Mizrakli elmihal



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə23/74
tarix19.10.2018
ölçüsü1,53 Mb.
#75160
1   ...   19   20   21   22   23   24   25   26   ...   74

 
54
6-Beş qan, əlli beş təmizlik, doqquz qan olsa, doqquz gündən sonra 
səhih təmizlik olarsa, doqquz gün hayz olur. Yalnız sayı dəyişir. Aybaşı 
vaxtında da, sonra da üç gündən çox gün vardır. 
7-Beş qan, əlli təmizlik, on qan olsa, on gün hayzdır. Təmizlik müd-
dəti əlli olmuşdur. Qan günləri aybaşı vaxtında və sayındadır. 
8-Beş qan, əlli dörd təmizlik, səkkiz qan olsa, səkkiz gün Hayz olub, 
üç gündən artığı aybaşı müddəti içindədir. Hayz və təmizlik sayı bir gün 
dəyişmişdir. 
9-Beş qan, əlli təmizlik, yeddi qan olsa, yeddi gün Hayz olub, bundan 
hayz miqdarı aybaşıdan öncə, üç gündən azı aybaşının içindədir. Hayzın 
vaxtı və sayı, təmizliyin isə yalnız sayı dəyişmişdir. 
10-Beş qan, əlli səkkiz təmizlik, üç qan olsa, üç gün yenə Hayz olub, 
bunun iki günü aybaşı günlərinin içində, biri isə sonradır. Hayzın sayı və 
vaxtı, təmizliyin isə sayı dəyişmişdir. 
11-Beş qan, altımış dörd təmizlik, yeddi və ya on bir qan olsa, birinci-
sində yeddi gün Hayz olub, sayı və zamanı dəyişmişdir. İkinci halda on bir 
günün  əvvəlindən beş günü Hayz olub, altı günü istihazə olur. Aybaşının 
yalnız vaxtı  dəyişir. Sayı on günü keçdiyi üçün dəyişmir. Təmizliyin sayı 
dəyişir. 
İmam Fahruddin Osman Zeylai (rahimə hullahü təala) “Təbyin-ül-ha-
kaik” kitabında və Əhməd Şilbinin (rahimə-hullahü təala) haşiyəsində de-
yilir ki: “Qadın, aybaşısından bir gün əvvəl qan, on gün təmizlik, bir gün 
qan görsə, imam Əbu Yusifə görə (rahimə-hullahü təala) qan görmədiyi 
on gün ilə hayz başlayıb, adətə qədər davam edər. Yeni hayzın ilk və son 
günləri qansız olur. Çünki aybaşı müddətindən öncə və on gündən sonra 
qan görülmüş olub, aradakı fasid təmizlik qan sayılmaqdadır. İmam Mu-
hammədə görə (rahimə-hullahü təala) bunun heç bir günü hayz olmaz. 
Aybaşısı beş gün qan və iyirmi beş gün təmizlik olan qadın: 
1-Bir gün əvvəlcə qanlı, bir gün təmiz olsa, sonra qan davam etsə və 
on günü keçsə,  Əbu Yusifə görə beş gün hayz olur. Əvvəlki və sonrakı 
günlər istihazə olur. İmam Muhammədə görə, aybaşısı ilə üst-üstə düşən 
üç qanlı gün hayz olur. Bunlar da aybaşının ikinci, üçüncü, və dördüncü 
günləridir. Çünki aybaşının birinci günü qan görülməmişdir. Qan gələn 
günlərin beşinci günü isə aybaşıdan kənardır. 
2-Aybaşının birinci günü qan gəlsə, sonra bir gün təmizlik olsa, sonra 
qan davam edərək on günü ötsə, söz birliyi ilə beş gün hayz sayılır. Çünki 
ilk və son günlər qan gəlmişdir. 
3-Aybaşının ilk üç günü qan gəlsə, digər iki gün təmiz olsa, sonra qan 
davam edərək on günü ötsə, Əbu Yusifə görə aybaşı müddəti olan beş gün 
hayzdır. İmam Muhammədə görə aybaşının ilk üç günü hayzdır. Çünki imam 
Muhammədə görə hayzın ilk və son günlərində qanın olması lazımdır.” 


 
55
“Bahr” və “Dürr-ül-müntəqa”da deyilir ki, qan aybaşı müddətini ötüb, 
on gündən  əvvəl kəsilərsə, kəsildikdən sonra on beş gün ərzində heç gəl-
məzsə, artıq gəldiyi günlərin hayz olduğu söz birliyi ilə bildirildi. Bu təqdir-
də, aybaşı günü dəyişmiş olur. On beş gün və gecə içində bir dəfə qan gələr-
sə, aybaşı müddətini aşmış olanlar hayz deyil, istihazə olar. İstihazə olduq-
ları anlaşıldıqda, o günlərdə qılınmayan namazlar qəza edilər. Aybaşı müd-
dətindən sonra və on gündən öncə kəsildiyi namaz vaxtının sonu yaxınlaşana 
qədər gözləmək müstəhəbdir. Sonra qüsl alıb o vaxtın namazı qılınır. Bundan 
sonra cinsi əlaqə caiz olur. Namaz vaxtının sonunu gözləyərkən qüsl və na-
maz qaçırılarsa, namaz vaxtı çıxdıqda, qüslsüz cinsi əlaqə caiz olur. 
Qızda ilk olaraq və qadında aybaşısından on beş gün sonra görülən qan 
üç gündən tez kəsildikdə, namaz vaxtının sonu yaxınlaşana qədər gözləmək 
lazımdır. Sonra qüsl almadan yalnız dəstəmaz alınıb, o namaz qılınmalı  və 
əvvəl qılınmayanlar qəza edilməlidir. O namazı qıldıqdan sonra yenə qan gə-
lərsə, namaz qılınmaz, yenə kəsilərsə, vaxtın sonuna doğru yalnız dəstəmaz 
alınıb o namaz qılınar və qılınmayanlar varsa, qəza edilər. Üç gün tamam ola-
na qədər belə davam edər. Lakin qüsl alınsa belə, cinsi əlaqə halal olmaz. 
Qan gəlməsi üç günü keçərsə, aybaşı müddətindən  əvvəl kəsildikdə, 
aybaşı vaxtı keçənə  qədər qüsl alınsa belə, cinsi əlaqə halal olmaz. Lakin 
namaz vaxtının sonuna qədər qan ləkəsi görülməzsə, qüsl alınıb o namaz qı-
lınar. Qılınmayanlar qəza edilər, oruc tutular. Qan kəsildiyi gündən sonra on 
beş gün ərzində heç gəlməzsə, kəsildiyi gün yeni aybaşının sonu olur. Lakin 
qan yenə başlarsa, namazı saxlamalı, tutmuş olduğu orucu Ramazandan 
sonra qəza etməlidir. Qan dayanarsa, yenə namaz vaxtının sonuna yaxın 
qüsl alıb namaz qılınar, oruc tutular. On gün belə davam edər. On gündən 
sonra qan gəlsə  də  təkrar qüsl alınmadan namaz qılınar və qüsldən  əvvəl 
cinsi əlaqə halal olar. Lakin cinsi əlaqədən əvvəl qüsl almaq müstəhəbdir. 
Dan yeri ağarmadan əvvəl qan kəsilsə, dan yerinin ağarmasına yalnız qüsl 
alıb paltarını geyəcək qədər vaxt qalsa, “Allahü Əkbər” deyəcək qədər əlavə 
vaxt qalmasa, o günün orucu tutular. Lakin İşa namazını qəza etmək lazım 
olmaz. Təkbiri söyləyəcək qədər də zaman olarsa, İşanı qəza etmək də la-
zımdır. İftardan əvvəl hayz başlarsa, oruc pozulur. Ramazandan sonra qəza 
etmək lazımdır. Namaz içində hayz başlarsa, namaz pozulur. Təmizləndik-
də fərz namaz qəza edilmir, nafilə edilir. Dan yeri ağardıqdan sonra oyan-
dıqda bezində qan görən o anda hayzlı olur. Oyandıqda bezini təmiz görə-
nin yatarkən hayzı bitmişdir. Hər ikisinə İşa namazını qılmaq fərzdir. Çünki 
namazın fərz olması vaxtının son dəqiqəsində təmiz olmağa bağlıdır. Vaxt 
namazını qılmadan öncə hayzı başlayan, bu namazı qəza etməz. 
İki hayz arasında “Tam təmizlik” olmalıdır. Bu tam təmizlik “Səhih 
təmizlik”dirsə, əvvəlki və sonrakı qanların ayrı iki hayz olduqları söz bir-
liyi ilə bildirildi. On günlük hayz müddəti içində qan gələn günlər arasında 


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə