Mizrakli elmihal



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə13/74
tarix19.10.2018
ölçüsü1,53 Mb.
#75160
1   ...   9   10   11   12   13   14   15   16   ...   74

 
32
Küfri hökmi, təzim, yəni hörmət olunacaq yerdə təhqir, təhqir oluna-
caq yerdə isə hörmət etməkdir. 
Allahü azım-üş-şanın Övliyasını,  Ənbiyasını  və Uləmasını (alimlər), 
onların sözlərini, fiqh kitablarını və fitvalarını təzim etmək yerinə təhqir et-
mək küfrdür. Kafirlərin dini ayinlərini bəyənmək, zərurət olmadan zünnar 
taxmaq və keşişlərə məxsus olan başlıq, səlib (bir-birinə dik bitişdirilmiş iki 
çubuq, xaç) kimi küfr əlamətlərindən istifadə etmək və onları  bəyənmək 
küfrdür. 
Küfrün yeddi zərəri vardır: insanın dini və nikahı gedər. Onun kəsdiyi 
heyvan yeyilməz. Halal yoldaşıyla əlaqəsi zina olar. Onu öldürmək vacib 
olar. Cənnət ondan uzaqlaşar. Cəhənnəm ona yaxınlaşar. O halda ölərsə, 
cənazə namazı qılınmaz. 
Bir şəxs öz razılığı ilə, “Filan şey filan şəxsdədir və ya onda yoxdur, 
əks halda kafir olum, yəhudi olum”, deyə and içsə, o şey o şəxsdə olsa da, 
olmasa da, and içən şəxs öz razılığı ilə küfr etmiş olur. İmanının və nika-
hının yenilənməsi lazımdır. 
Zina, faiz, yalan kimi hər dində haram olan bir şey üçün, “kaş ki, ha-
lal olaydı, mən də edərdim”, demək küfrdür. 
Peyğəmbərlərə (aleyhimüssaləvatü vəttəslimat) inandım, amma Adəm əley-
hissəlamın Peyğəmbər olduğunu bilmirəm, deyən kafir olur. Həzrəti Muhammə-
din (əleyhissəlam) axır zaman Peyğəmbəri olduğunu bilməyən kafir olur. 
Bir  şəxs, “Peyğəmbərlərin (aleyhimüssaləvatü vəttəslimat) dediyi 
doğrudursa, biz qurtulduq”, desə kafir olar. Birgivi mərhum buyurur ki, 
“Bu söz şübhəylə söylənsə küfrdür. Əgər ilzam yolu ilə söylənsə, küfr de-
yildir.” 
Bir şəxsə, gəl namaz qıl desələr, o da qılmıram desə, kafir olur. Amma məq-
sədi, sənin sözünlə qılmaram, Allah əmri ilə qılaram deməkdirsə, kafir olmaz. 
Bir şəxsə dırnaqlarını kəs, çünki Rəsulullahın (sallallahü təala aleyhi 
və səlləm) sünnəsidir desələr, o da kəsmərəm desə, kafir olar. Digər sün-
nələr də belədir. Xüsusilə də məşhur olan və qüvvətli xəbərlə sübut olunan 
sünnələr. Məsələn, misvak kimi. Mərhum Birgivi buyurur ki, bir şəxs bu 
sözü, sünnətliyini inkar məqsədiylə desə kafir olar. Məqsədi sənin əmrinlə 
deyil, Rəsulullahın sünnəti olduğu üçün edərəm, deməkdirsə küfr deyildir. 
Yusif Kardavi “Əl-halalü vəl-haramü fil-İslam” kitabının dördüncü 
nəşrinin 81-ci səhifəsində deyir ki, “Buxari”dəki Hədisi-şərifdə: “Müşrik-
lərə müxalifət edin! Saqqalınızı uzadın, bığınızı qısaldın!”, buyruldu. Bu 
Hədisi-şərif, saqqalı qazımağı və bir tutamdan az etməyi qadağan etməkdə-
dir. Atəşə tapınanlar saqqallarını kəsirdilər. Qırxanlar da olurdu. Hədisi-şə-
rifdə, bunlara müxalifət etməyimiz  əmr olundu. Fiqh alimlərinin bəzisinə 
görə, bu Hədisi-şərif saqqal uzatmağın vacib olduğunu, saqqal qırxmağınsa 
haram olduğunu göstərir. Onlar arasında  İbni Teymiyyə, saqqalı  kəsməyə 


 
33
qarşı çox kəskin yazmaqdadır. Bəzi alimlər isə saqqal uzatmağın adət oldu-
ğunu, ibadət olmadığını bildirdi. Fəth kitabı, üzrsüz saqqal qırxmağın mək-
ruh olduğunu yazır. Doğrusu da budur. Bu Hədisi-şərifin saqqal uzatmağın 
vacib olduğunu göstərdiyini söyləmək düzgün deyil. Çünki “Buxari”də ya-
zılmış  Hədisi-şərifdə,  “Yəhudilər və xristianlar (saçlarını, saqqallarını) 
boyamırlar. Siz onlara müxalifət edin!”, yəni siz boyayın, buyruldu. Bu 
Hədisi-şərif, saç və saqqal boyamağın vacib olduğunu göstərmir. Müstəhəb 
olduğunu göstərir. Çünki Əshabi-kiramın bəzisi boyadı, çoxu boyamadı. 
Vacib olsaydı, hamısı boyayardı. Saqqal uzatmağı əmr edən Hədisi-şərif də 
bu cür olub, saqqal uzatmağın vacib olduğunu deyil, müstəhəb olduğunu 
bildirməkdədir. İslam alimlərindən heç birinin saqqalını qırxdığı xəbər ve-
rilmədi. Çünki onların zamanında saqqal saxlamaq adət idi. Müsəlmanların 
adətlərinə uymamaq, şöhrət olar, məkruh olar. Fitnəyə səbəb olarsa, haram 
olar.
 Kardavidən tərcümə tamamlandı. Kardavi, kitabının ön sözündə, dörd 
məzhəbin fiqh bilgilərini bir-birlərinə qarışdırdığını, tək bir məzhəbi təqlid 
etməyin doğru olmadığını yazır. Beləcə, Əhli sünnət alimlərinin yolundan 
ayrılır. Bununla belə, Kardavinin saqqal haqqındakı yazısı, hənəfi məzhəbi-
nin rəyini açıqladığı üçün, sənəd olaraq istifadə edilməsi uyğun görüldü. 
Abdülhaki Dəhləvi həzrətləri,  “Əşiat-ül-ləməat”ın üçüncü cildində deyir 
ki: “İslam alimləri, saç, saqqal boyamaqda, olduqları yerin adətinə uymuş-
durlar. Çünki 
caiz olan, mübah olan işlərdə olduğu yerin adətinə uyma-
maq şöhrətə səbəb olur. Bu isə məkruhdur”. Muhamməd Hadimi (rahimə-
hüllahü təala) “Bəriqa” kitabında deyir ki, “Hədisi-şərifdə: “Bığı qısa, saq-
qalı uzun saxlayın!, buyruldu. Bunun üçün saqqalı  qırxmaq, kəsmək və 
sünnət miqdarından qısa saxlamaq qadağan olundu. Saqqalı bir qəbzə, bir 
tutam uzatmaq sünnətdir, bir tutamdan qısa saxlamaq caiz deyildir. Bir tu-
tamdan artığını  kəsmək də sünnətdir”. Bir tutam, dodaq kənarından, dörd 
barmaq eni qədər uzun olmaq deməkdir. Sünnət olan, hətta mübah olan şeyi 
sultan  əmr edərsə, buna əməl etmək vacib olur. Sultanın və bütün müsəl-
manların əməl etməsi, əmr deməkdir. Belə yerlərdə saqqalı bir tutam uzat-
maq vacibdir. Bir tutamdan qısa saxlamaq və ya qırxmaq, vacibi tərk etmək 
olur. Bu isə tahrimən məkruhdur. Lakin qeyri müsəlman ölkədə olan və ya 
zülm görməmək, yaşama vəsaitlərindən məhrum olmamaq üçün, yaxud əm-
ri maruf edə bilmək, müsəlmanlara və islamiyyətə xidmət edə bilmək, dini-
ni, namusunu qoruya bilmək üçün saqqalını qırxmaq caiz, hətta lazım olur. 
Üzrsüz olaraq qısaltmaq və qırxmaq məkruhdur. Bir tutamdan qısa saqqal 
saxlayaraq, bununla da sünnətə əməl etdiyinə inanmaq bidətdir, sünnəti də-
yişdirməkdir. Belə bidət etmək, adam öldürməkdən daha böyük günahdır.] 
Ağıllı və həddi-buluğa çatmış bir qız və bir oğlanı nikahlasalar və on-
lardan imanın  şərtləri soruşulduqda bilməsələr, onlar müsəlman deyildir. 


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə