Мөһсүн Гәраәти: Намазын сирләриндән ишарты



Yüklə 1,67 Mb.
səhifə10/34
tarix25.06.2018
ölçüsü1,67 Mb.
#51158
1   ...   6   7   8   9   10   11   12   13   ...   34

NAMAZIN ƏHƏMİYYƏTİ


Nəql olunmuş ayə və hədislərdən əlavə, ilahi övliyaların rəftarı namazın əhəmiyyətini və məqamını bəyan edir. Namaz peyğəmbərlərin proqramlarındandır. Həzrət İsa (ə) beşikdə deyir: “Mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə etdi.”5

İmam Hüseyn (ə) da aşura günü günorta mübarizə meydanında, düşmən oxlarının qarşısında namazı tərk etmədi.

Həzrət İbrahim (ə) zövcəsini və uşağını heç bir ot və su olmayan qızmar Məkkə çöllərində qoyub dedi: “Ey Rəbbimiz! Mən əhli-əyalımdan bə’zisini (İsmaili və anası Hacəri) sənin Beytul-həramının (Kə’bənin) yaxınlığında, əkin bitməz bir vadidə (dərədə) sakin etdim. Ey Rəbbimiz! Onlar namaz qılsınlar deyə belə etdim.”6

Namaz zamanı mə’sum rəhbərlərimizin rəngi qaçar, deyərdilər: “İlahi əmanəti qaytarmaq, Allah dərgahında hazır olmaq vaxtıdır.”1

Bə’ziləri namazı behişt tamahı ilə və ya cəhənnəm qorxusundan qılırlar. Lakin Əmirəl-mö’minin (ə) Allahı ibadətə layiq bilib namaz qılırdı.2

Bu həyatverici proqramı işə salmaq üçün İslam ata-analara tövsiyə edir ki, öz uşaqlarını yetkinlikdən öncə (məsələn, 8 yaşda) namaza vadar etsinlər. Bə’zən e’tinasızlıq göstərdikləri üçün onlara qəzəblənsinlər.3

Namaz qılan şəxs varlığın qaynağı ilə əlaqədədir. Necə ki, təyyarəçi sükan olan otaqla əlaqədədir.

Namaz günahların bağışlanma səbəbidir. Namaz günahların pis tə’sirlərini təmizləyir. Qur’an namazı əmr edəndən sonra buyurur: “Həqiqətən, yaxşı əməllər pis işləri yuyub aparar.”4


NAMAZI TƏRK ETMƏK


Namazı tərk etmək varlığın yaradanı ilə rabitəni kəsməkdir. Bu iş dünya və axirətdə acı aqibətlə sonuclanır. Qiyamətdə behişt əhli cəhənnəm əhlindən soruşar: “Sizi cəhənnəmə nə göndərdi?” Onların verdiyi cavablardan biri budur: “Biz namaz qılanlardan deyildik.”5

Başqa bir yerdə namaza səhlənkar yanaşan, e’tinasızlıq göstərən, gah qılıb, gah qılmayan namaz əhlinə deyilir: “Vay halına o namaz qılanların ki, onlar öz namazlarından qafildirlər.”6

Allahın rəsulu (s) buyurur: “Namazı bilərəkdən tərk edən şəxs dindən xaric olur.”1 “Namazın tərki İslamla küfr arasında sərhəddir.”2

NAMAZA E’TİNASIZLIQ


Namaza qiymət vermək Allaha iman nişanəsidir. Namaza e’tinasızlıq isə mə’nəviyyata məhəbbətin zəif olması dəlilidir. Həzrət Əli (ə) buyurur: “Xalq arasında ən oğru şəxs namazını azaldan şəxsdir.”3 “Namaza yüngül yanaşanlar uşaq salmış qadın kimidir. Onları nə hamilə, nə də ana adlandırmaq olur.”4 “Namaza yüngül yanaşanlar, onu zay edənlər namaz qılmayanlardan daha çox ziyan görəcəklər.”5

İslam Peyğəmbəri (s) buyurdu: “Namazını puç edən şəxs qiyamətdə Qarun və Hamanın yanında olacaq. Vay olsun öz namazını qorumayan şəxslərə...”6 Allah namaza yüngül yanaşan şəxsin ömür və malından bərəkəti, xeyiri kəsər. Onun işlərinin mükafatı məhv olar, duaları qəbul olmaz, ölüm zamanı aclıq, susuzluq və xüsusi bir zillət hiss edər, bərzəxdə işgəncə, zülmət, sıxıntı dadar və qiyamətdə ciddi hesaba çəkilər.”7 “Namaza yüngül yanaşan şəxs mənim ümmətimdən deyil.”8

Həzrət Peyğəmbər (s) nəql edir ki, insan namaz zamanı Allahdan qeyrisini düşündükdə Allah ona buyurur: “Kimi düşünürsən? Məndən savay tanrı tanıyırsanmı? Məndən savay səni qoruyan varmı? Yoxsa qəlbini məndən başqa bir bağışlayana bağlamısan? Bağışlayanların bağışlayanı mənəm... Əgər məni düşünsən, mən və mələklərim səni düşünərik...”1

AĞIL VƏ VİCDAN BAXIMINDAN NAMAZ


Müsəlmanların bir-birlərinin üzərində islami haqları var. Bundan əlavə insani haqlar var. İnsani hüquqlardan biri yaxşılıqlar və məhəbbət müqabilində təşəkkürdür. Hətta müsəlman olmasaq da insanların yaxşılıqlarına görə təşəkkür etməliyik. Bu haqq bütün xalqlara aiddir.

Yaxşılıq nə qədər böyük olarsa, təşəkkür də bir o qədər böyük olmalıdır.

Öhdəmizdə Allahdan daha çox kimin haqqı var?! Çünki onun bizə verdiyi ne’mətlər saysızdır və O özü əzəmətli və fəyyaz varlıqdır. Allah bizi bir zərrədən yaratdı. Sonra ehtiyac duyduqlarımızı (nur, hərarət, məkan, hava, su, üzvlər, meyllər, qüvvə, geniş təbiət, bitkilər, heyvanlar, düşüncə, ağıl, məhəbbət, iman və sair) hazırladı. Bizi tərbiyə etmək üçün elçilərini göndərdi, səadətverici hökmlər verdi, halal-haramı tə’yin etdi. Mə’nəvi və maddi həyatımızı kamillik vasitələri ilə tə’min etdi. İnkişafımız, dünya və axirət səadətimiz üçün bütün vasitələri hazırladı. Bizə Allahdan daha çox yaxşılıq edən kəs varmı ki, haqqını almağa Allahdan daha çox layiq olsun?!

Sə’di deyir: “Alınan hər bir nəfəs həyata köməkdir. Xaric olan nəfəs zatı fərəhləndirir. Demək, hər bir nəfəsdə iki ne’mət mövcuddur və hər ne’mətə bir şükür vacibdir.”

O bizi peyğəmbərlərin və mə’sumların hidayəti ilə tə’min etmişdir. Dünyanı insan üçün ram edən də Odur. İnsana təbiətin bəxşişlərindən bəhrələnmək və dünyanın sirlərini kəşf edib öz həyatında istifadə etmək üçün qüdrət verildi.

Yarpaqlar və bitkilər havanın karbonunu alır, oksigen hazırlayırlar.

Yağış damcıları havanı təmizləyir.

Nəhənglər ölü balıqları udur ki, sular iylənməsin.

Gözlərimiz hər an müxtəlif cəhətlərdən növbənöv və dəqiq şəkillər çəkir.

Əgər dodağımız yumşaq olmasaydı, danışa bilməzdik.

Əgər göz yaşları şor olmasa, piydən yaradılmış gözlər xarab olar.

Sular acı və ya şor olmasaydı, ağaclar cücərməzdi.

Yerin cazibə qüvvəsi olmasaydı, günəş bizə yaxın olsaydı, doğuşdan sonra əmməyi bacarmasaydıq, ata-ananın məhəbbəti olmasaydı və... yaşaya bilərdikmi?!

Əlbəttə, Allahın ne’mətlərini saymaq istəmirik və saya da bilmərik. Çünki Allah özü buyurur ki, onun ne’mətlərini sayıb qurtarmaq olmaz.

Əgər bu ne’mətlərin milyonda birini kimsə bizə verərsə, ömrümüz boyu ona borclu qalmarıqmı?

İnsani və vicdani vəzifələrimiz tələb edir ki, Allaha ne’mətlərinə görə təşəkkür edək və bu misilsiz yaxşılıq üçün şükür edib namaz qılaq, Ona pərəstiş edək.

Bizi O yaradıb, biz də Ona ibadət və bəndəlik edək, şərq və qərbin qulu olmayaq.

Namaz Allaha təşəkkürdür. Hər bir ağıllı və vicdanlı insan namazın zəruriliyini anlayır.

İt ona verilmiş sümüyə təşəkkür olaraq quyruq bulayır və evə daxil olan yadlara hücum çəkir. İnsan bu qədər ilahi ne’mətlərə e’tinasızlıq göstərib, namaz şəklində formalaşmış təşəkkür ruhiyyəsindən faydalanmırsa, onun qədrdanlığı itdən də az olmurmu?!


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə