Мөһсүн Гәраәти: Намазын сирләриндән ишарты



Yüklə 1,67 Mb.
səhifə12/34
tarix25.06.2018
ölçüsü1,67 Mb.
#51158
1   ...   8   9   10   11   12   13   14   15   ...   34

NAMAZIN QAYDALARI


Namazın qaydalarına (məsələn, dişləri yumaq, təmizlik, Allahı düşünmək və sair) riayət etmək ibadətin kamilliyinə səbəb olur. İmam Baqir (ə) buyurur: “Namazda Allahı düşün. Çünki namazın Allahı düşünməklə qılınan hissəsi qəbul olunur.”2

Sonra həzrət (ə) buyurur: “Namaz zamanı əllərinlə və üzünlə oynama. Çünki bu işlər namazın naqisliyinə səbəb olur. Yuxulu və yorğun halda namaz qılma. Çünki belə namaz münafiqlərin namazıdır...”3

Həzrət Peyğəmbər (s) buyurur: “Təqvalı insanın iki rəkət namazı təqvasız insanın 1000 rəkət namazından üstündür.”1

İmam Sadiq (ə) buyurur: “Namaz zamanı dünya və onda olan hər bir şeydən ümidini üz, bütün düşüncəni Allaha yönəlt. İlahi ədalət məhkəməsinin qarşısında duracağın günü yada sal...”2 “Bə’zən Allah 50 il ərzində insandan bir namazı belə qəbul etmir.”

Hədisdə deyilir: “Bə’ziləri Allahla o qədər e’tinasız söhbət edir, diqqətsiz namaz qılırlar ki, qonşu ilə belə söhbət etsələr cavab almazlar.”3 Həzrət Peyğəmbər (s) buyurur: “Dişlərini fırçalayan şəxsin iki rəkət namazı dişlərini fırçalamayan şəxsin 70 rəkət namazından üstündür.”4

NAMAZLA YANAŞI GÖSTƏRİŞLƏR


Qur’anda namaz haqqında olan bir çox ayələrdə namazla yanaşı başqa göstərişlər də bəyan olunmuşdur. Məsələn, zəkat, infaq, əmr be mə’ruf (yaxşılıq əmri), nəhy əz münkər (pisliyə qadağa) və Allahı nəzərdə tutub yoxsullara borc vermək. Bu ayələr İslamın ibadi hökmlərini bəyan edir. Allahla rabitə ilə yanaşı iqtisadi və ictimai məsələlər, yoxsullara əl tutmaq, əmr be mə’ruf və nəhy əz münkər bəyan olunur. Heç bir məsələ ikinci bir məsələyə diqqətə mane olmur.

Uyğun mövzuları qeyd olunacaq ayələrdə müşahidə etmək olar: “Bəqərə” surəsi, ayə 83; “Ənfal” surəsi, ayə 3; “Tövbə” surəsi, ayə 71; “Loğman” surəsi, ayə 17; “Muzzəmmil” surəsi ayə 20 və bir çox başqa ayələr.

Bu qayda ilə “həqiqətən, namaz çirkin və pis işlərdən uzaqlaşdırır” ayəsinin mə’nası daha aydınlaşır. Mə’lum olur ki, namazı dirçəltmək İslam cəmiyyətində fəsada mane olur.

NAMAZ RUHUN PƏRVAZIDIR.


Hədislərdə namaz mö’minin me’racı kimi yad edilir. Bu me’rac və pərvaz səmada yox, mə’nəviyyat və bəndəlik fəzasındadır. Bu pərvaz hündürlüyə uçuş üçün yox, Allaha yaxınlıq üçündür.

Namaz qılan şəxsin irfani və mə’nəvi pərvazı ilə təyyarəçinin səmada uçuşunu mövcud fərqləri nəzərə almaqla müqayisə etmək olar:

1. Təyyarə yerdən ayrılanda daha çox enerji sərf olunur. İbadət və namazda da nəfs istəklərinə qalib gəlmək və ibadətə başlamaq çətindir.

2. Uçuşun əhəmiyyəti təhlükəsiz enişdədir. İbadət də o zaman dəyərli olur ki, sonda təkəbbür yaranmasın və əməllər puç olmasın.

3. Təyyarənin yanacağı xüsusi və xalis yanacaq olmalıdır. Namaz qılan şəxsin mə’nəvi me’racı üçün də xalis diqqət və bütün digər pərəstişlərdən uzaqlaşmaq lazımdır. Əlləri qulağadək qaldırmaqla Allahdan qeyriləri inkar olunur və xalis niyyət əldə edilir.

4. Uçuş üçün təyyarəçi tam sağlam olmalıdır. Allahın hüzurunda və namazda sağlam qəlb olmalıdır.

5. Təyyarənin iki qanadı olur. Bir qanadla uçuş olmaz. Namazda da Allahla əlaqə ilə yanaşı xalqla düzgün rabitə olmalıdır. Allahın haqqını ödəməklə yanaşı insanların da haqqı ödənməlidir. Qur’an adətən namazla yanaşı zəkat tə’birini işlədir.

6. Təyyarə havaya qalxmaq üçün bir qədər yerdə hərəkət etməli olur. Azan, iqamə və müstəhəb zikrlər mə’nəvi uçuş üçün müqəddimədir. Namazdan sonrakı dualar və zikrlər enişdən sonra yerdəki hərəkətdir.

7. Uçuş zamanı birinci səhv axırıncı səhvdir. Süqut məhvə bərabərdir. İbadətdə şirk, təkəbbür və riya insanı süquta aparır. İblis 6000 illik abid keçmişinə baxmayaraq bir səhvlə əbədi lə’nətə düçar oldu!

8. Təyyarəçi sükan olan otağın göstərişləri ilə hərəkət edir və bütün göstərişlərə tabedir. Namaz və ibadətlər də göstərişlərə uyğun olmalıdır. Hətta bir dəqiqə tez, yaxud gec, qanunun əksinə ibadət batildir.

9. Təyyarəçi bə’zən uçuşda, bə’zən istirahətdə olur. Həmin vaxt təyyarə texniki baxışdan keçirilir. İnsan da ibadətlərlə yanaşı bə’zən istirahətə, halal ləzzətlərdən faydalanmağa və həyata qatılmağa ehtiyaclıdır. Allahın rəsulu (s) kimi bir şəxs bə’zən deyirdi: “Ey Humeyra, mənim üçün söhbət et.”

10. Təyyarəçinin dispetçer məntəqəsi ilə əlaqə saxlaması üçün yalnız bir rəsmi dil mövcuddur. Namaz qılan şəxs də Allahla əlaqə saxladıqda yalnız ərəb dilindən istifadə etməlidir. Həcc zamanı ehram “ləbbeyk əllahummə ləbbeyk” kəlməsi ilə başlanır.

11. Uçuşdan öncə hava, uçuş istiqaməti və s. haqqında mə’lumatlar alınmalıdır. İbadətdə də müqəddimə mə’lumatlara ehtiyac var. Fiqh və elmsiz ibadət dəyərsizdir. Hətta ticarətdə də ilahi hökmlərlə tanışlıq lazımdır.

12. Təyyarəçi yuxarı qalxdıqca yer onun üçün kiçilir. İnsan hər nə qədər Allahın əzəməti ilə tanış olarsa, Allahdan qeyriləri onun üçün bir o qədər kiçilər. Həzrət Əli (ə) buyurur: “Onların nəzərində Allah böyük, Allahdan qeyriləri isə kiçikdir.”1

13. Böyük təyyarə daha az silkələnir və müsafirlər aram olur. Namaz və ibadətlər cəm halda daha çox savablıdır və qəbul olma imkanı böyükdür.

14. Adətən, təyyarəçinin yanında çətin anlar üçün köməkçisi olur. Camaat namazında da yaxşı olar ki, birinci cərgədə ədalətli və təqvalı insanlar dursunlar. Pişnamaza nəsə olduqda, onlardan biri namazı sona çatdırır.

15. Maddi uçuşda təyyarəçi və sərnişinlər zirvəyə qalxdıqda ailə çətinliklərindən aralanır, xəbərsiz olurlar. Mə’nəvi pərvaz zamanı da ruh ucalarkən insan maddiyyatı düşünmür. Necə ki, namazda həzrət Əlinin (ə) ayağından oxu çıxardıqda xəbəri olmur.

16. Uçuş zamanı yüksəklikdən az miqdar aşağı endikdə “yüksəkliyi azaltdı” deyirlər. Baxmayaraq ki, təyyarə yerlə müqayisədə yenə də yüksəkdədir. İlahi övliyaların ibadəti adi şəxslərin ibadətlərindən çox-çox uca olsa da, onlar yüksəklikdən azca enməyi nöqsan və tənəzzül hesab edir və tövbə qılırlar.

Aləmin yaradanını düşünməklə, dünyəvi bağlılıqlardan ayrılmaqla namaz mə’rifət əhli üçün bir pərvazdır. Bu uçuş quşların fəzada və yaxud təyyarənin atmosferdə uçuşundan daha üstün bir uçuşdur. İnsanı alçaldan onun maddiyyata bağlılığı və şəhvətlərdir. Şair deyir:



Quşların uçuşun gördünmü? İnan,

Şəhvətdən qurtulsa ucalar insan.




Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə