Мөһсүн Гәраәти: Намазын сирләриндән ишарты


“İHDİNƏS-SİRATƏL-MUSTƏQİM”



Yüklə 1,67 Mb.
səhifə20/34
tarix25.06.2018
ölçüsü1,67 Mb.
#51158
1   ...   16   17   18   19   20   21   22   23   ...   34

“İHDİNƏS-SİRATƏL-MUSTƏQİM”


Həmd-səna oxuyub, bəndəliyimizi göstərdikdən və kömək dilədikdən sonra Allahdan ilk istəyimiz doğru yola hidayətdir. Həyatın əməli və fikri məsələlərində əqidə, rəftar və doğru yolu tanımaq çox mühüm, eyni zamanda çətindir. Buna görə Allahdan istəyirik ki, bizi doğru yola hidayət etsin.

DOĞRU YOL


Doğru yoldan danışarkən azğın yollar da açıqlanır. Əgər azğın yolları tanısaq, doğru yolu daha yaxşı tanıyacağıq.

Azğın yollar:

1. Qəzəb və şəhvət zamanı həvəs yolu;

2. Başqa həvəs yolu;

3. İfrat, təfrit və birtərəfli baxış yolu;

4. Şeytani vəsvəsə yolu;

5. İnsanları hədələyib və ya şirnikdirib özünə çəkən zalım hökumətlər yolu;

6. İnsanı var-dövlət və məqam xatirinə özgələrin razılığını əldə etmək fikrinə salan dünyapərəstlik yolu;

7. Məntiqsiz və dəlilsiz yollar;

8. İnsanın fikirləşmədən, məşvərət etmədən və təcrübəsiz seçdiyi yol;

9. Uçuruma aparan yol (azmışların yolu);

10. Yersiz adətlər, şəxsi səliqələr yolu.

Doğru yol hansıdır?

Allah yolu:1 “Həqiqətən, Rəbbim düz yoldadır.”

Peyğəmbərlər yolu: “Həqiqətən, sən düz yoldasan!”2

Bəndəlik və pərəstiş yolu: “...Mənə ibadət edin, bu doğru yoldur.”3

Mə’sum rəhbərlərin yolu: İmam Sadiq (ə) buyurur: “And olsun Allaha, biz düzgün yoldayıq.”4

Allaha və Onun qanunlarına bağlanmaq yolu: “...Allaha sığınan şəxs, şübhəsiz ki, doğru yola yönəldilmişdir.”5



Bir neçə xatırlatma:

1. Bə’zən müxtəlif şərait, zaman və insanlar üçün doğru yol fərqli olur. Bə’zən sükut, bə’zən danışmaq lazım gəlir. Bə’zən var-dövlət, bə’zən can fəda olur. Bə’ziləri üçün təhsil, bə’ziləri üçün işləmək lazım gəlir və... (Əlbəttə, bu söz rahatlıq axtaranlar üçün ictimai və dini məs’uliyyətlərdən qaçmağa bəhanə olmamalıdır.)

2. Xüsusi imkanlara və şəraitə malik olanlar başqa insanları (Allah yolunda başqa iş görənləri) tənqid edib, eyb axtarmamalıdırlar. Çünki Allah razılığını əldə etmək üçün bir çox yollar var. İnsanların əməllərinin dərəcələri fərqlidir. Hamı bir bayraq altında müxtəlif minik vasitələri ilə ilahi yolda hərəkət edir.

3. Doğru yolda olmaq mühümdür. Lakin ondan da mühümü bu yolda davamlı hərəkətdir. Çünki insanlar üçün azmaq təhlükəsi var. Həzrət Əli (ə) bir Qur’an ayəsini belə təfsir edir ki, yə’ni gələcəyimizi doğru yolda qərar ver.”1

4. İnsan ən üstün təkamül mərtəbəsində də Allahdan düzgün yol istəməlidir. Çünki bu yol mərəhələlərdən ibarətdir. Nur, elm və hərəkət kimi təkamül xarakterinə malikdir. Qur’an Allahın doğru yolunda olanların doğruluğunu artıracağını bildirir. (bax: “Məryəm” surəsi, ayə 76). “Məkarimul-əxlaq” duasının əvvəlində imam Səccad (ə) Allahdan istəyir ki, onun imanını, yəqinini istək və hədəfindən üstün dərəcəyə çatdırsın.

5. Düzgün yol seçimi çətindir. Bu yolda hərəkət tükdən nazik yolda hərəkət kimidir. Bir çoxları ya yol seçimində, ya da hərəkət zamanı azırlar. Biri əqidəsində çaşqınlığa düçar olur, o biri əməllərində. Biri bütün işlərə məcbur edildiyini hesab edir, o biri Allahın tə’sirsiz olduğunu düşünür. Biri mə’sum rəhbərləri Allahla eyni həddə tutur (həzrət İsa (ə) və həzrət Əlini (ə) Allah hesab edənlər), o biri adi insanlarla bərabərləşdirir, dəli və sehirbaz hesab edir. Bə’ziləri imamlar və şəhidlərin ziyarətini şirk sayır (vəhhabilər kimi), bə’ziləri isə ağaca ip bağlayıb hacət istəyir. Biri dünyaya bağlanır, o biri rahiblik yolunu seçir. Bə’ziləri o qədər xərcləyirlər ki, özləri ehtiyaclı olur, bə’ziləri isə paxıllıq edirlər. Biri ifrat qeyrətdən hətta yoldaşının adını çəkmir, o biri yoldaşını yarımçılpaq vəziyyətdə küçəyə buraxır.

İslam dini xalqı doğru yola də’vət edir. Bu yol bütün işlərdə orta həddə əsaslanır. Hətta bə’zi hədislərdə “orta hədd” “ibadət” tə’biri bəyan olunur.

RƏVAYƏTLƏRDƏ DOĞRU YOL


İmam Əsgəri (ə) namazın bu cümləsi haqqında buyurur: “Namaz qılan bu sözlə keçmişdəki kimi gələcək üçün də bəndəlik tövfiqi istəyir. Doğru yol dar baxışlardan uca, ifrat pərvazlardan aşağı olan bir yoldur.”1

İmam Sadiq (ə) buyurur: “Doğru yol odur ki, insanı ilahi eşqə və dinə sövq etsin, dində şəxsi səliqələrdən və həvəslərdən uzaqlaşdırsın.”2

“Biharul-ənvar” kitabında 56 hədisdə bildirilir ki, pak imamlar, mə’sum ilahi övliyalar və onların həqiqi ardıcılları doğru yolun canlı nümunələridir. Çünki, onların qəzəbi, məhəbbəti, döyüşü, sülhü, ibadəti, düşüncəsi və əməlləri Allahın göstərişlərinə uyğun və düzgün yoldadır. Bu dünyada onlara bey’ət etmək çətin və məs’uliyyətli işdir. Cəhənnəm üzərində olan tükdən nazik, qılıncdan da iti axirət yolu kimi!3 Axirət yolu da dünya yolunun bir təcəssümüdür. Bu dünyada doğru yolda olanlar axirət yolundan asanlıqla və tez keçəcəklər. İfratçı və təfritçi insanlar axirətdə çətinlik çəkəcəklər.

Həzrət Əli (ə) doğru yoldan azıb ifrat və təfritə qapılmış şəxsləri belə təsvir edir:

“Arzuların arxasınca tamahkar kimi gedir, tamahına görə həris görünür, mə’yus olduqda təəssüfdən ölür, narahat olduqda qəzəbi tufan qoparır, şadlıqda məst olur, çoxlu pul onu qəddarlaşdırır, çətinlik onu nankorluğa vadar edir, çatışmazlıq onun üçün ziyandır, rifah ona çətinlik yaradır.1

İfrat və təfrit cəhalətdən qaynaqlanır. Əlbəttə, ifrat və təfriti müəyyənləşdirmək çətindir. Hamı özünü orta həddə və ağıllı hesab edib, özgələri ittiham edir. Həmin ittiham zamanı da ifrat və ya təfritə varılır. Lakin ilahi övliyalar və peyğəmbərlər məktəbində tərbiyə alanlar bütün mühakimələrdə haqq me’yarı əsasında əməl edirlər.


İFRAT VƏ TƏFRİT NÜMUNƏLƏRİ


Düzgün yoldan büdrəmə haqqında bir çox hədislər nəql olunmuşdur. Burada ifrat və təfritlə bağlı olan bir neçə nümunəyə işarə edirik:

1. Həzrət Əli (ə) insanların tə’rif edilməsi barəsində buyurur: “Layiq olduğundan çox tə’rifləmək yaltaqlıq, az tə’rifləmək isə paxıllıqdır!”2

2. İfrat danlamaq barəsində buyurur: “İfrat danlaq inadkarlıq odunu alovlandırır.”3

3. Qur’an infaq ölçüsü ilə bağlı buyurur: “Onlar infaq edərkən nə israfçılıq, nə də xəsislik edər, orta bir yol tutarlar.”4



Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə