Мөһсүн Гәраәти: Намазын сирләриндән ишарты



Yüklə 1,67 Mb.
səhifə22/34
tarix25.06.2018
ölçüsü1,67 Mb.
#51158
1   ...   18   19   20   21   22   23   24   25   ...   34

RÜKU


Rüku surədən sonra Allaha tə’zim, Onun əzəməti və göstərişləri qarşısında boyun əymək üçün qatlanmaqdır. Rüku zamanı əllər dizə çatmalı, bel düz qalmalı və boyun çəkilməlidir. Elə bil ki, namazqılan Allah yolunda boynunun vurulmasına hazırdır.4 Hər rəkətdə bir rüku lazımdır. Yalnız meyyit namazı rükusuzdur. Ayət namazlarında isə hər rəkətdə beş rüku var.

Rüku namazın əsaslarındandır. Onun istər bilərəkdən, istər səhvən azaldılıb-çoxaldılması namazı batil edir. Rüku bəndəliyin ən gözəl şəkildə izhar olunduğu əməllərdəndir.

Rüku ədəb, səcdə yaxınlıqdır. Yalnız ədəbli olduqlarını göstərən şəxslər Allaha yaxınlaşırlar. Bu sözlər imam Sadiqdəndir (ə).1

Rəvayətlərdə din öncüllərinin səcdə və rükularından nümunələr göstərilmişdir. İnsan bu nümunəvi rükulara baxdıqda öz rükusuna görə xəcalət çəkir.


İLAHİ ÖVLİYALARIN RÜKUSU


Həzrət Əmirəl-mö’minin (ə) o qədər uzunmüddətli rüku edirdi ki, qıçlarından axan tər mübarək qədəmlərinin altını isladırdı.2

Bir nəfər imam Sadiqin (ə) mənzilinə daxil olub gördü ki, imam (ə) rüku halında Allaha təsbih deyir. İmam (ə) 60 dəfə təsbihi təkrarladı.3

Başqa bir hədisdə göstərilir ki, imam Sadiq (ə) rüku və səcdədə 30 dəfədən çox Allah zikrini təkrarlayırdı.4

Feyz Kaşani əlavə edir: “Camaat namazında 30 dəfədən çox təsbih deyirdi. İmam gərək zəifləri də nəzərə alsın. Mə’lum olur ki, namazda iştirak edənlər hamısı imamın uzun zikr deməsini istəyirmiş.”

Rükuda deyirik: “Sübhanə rəbbiyəl-əzimi və bihəmdih.” Bu sözlərlə böyük Allaha təsbih deyir və Ona sitayiş edirik. “Uca Rəbbinin adı ilə təsbih de.”5 ayəsi nazil olanda Peyğəmbər (s) buyurdu: “Bu ayəni rükularınızda oxuyun.”6

MƏLƏKLƏRLƏ YANAŞI


Allahın mələkləri daim Ona pərəstiş edirlər. Bə’ziləri daim rükuda olur, bə’ziləri isə daim səcdə qılıb təsbih deyir. Həzrət Əli (ə) “Nəhcül-bəlağə”də buyurur: “Onların bir dəstəsi daim rüku və səcdə halındadır. Onlar daim, yorulmadan cərgələrə düzülüb təsbih deyirlər.”1

Namazqılan şəxslər rüku halında Allahın mələkləri ilə bir sırada dururlar. Təkcə mələklərlə yox, sübhan Allaha təsbih deyən varlıq aləminin bütün zərrələri ilə yanaşı!2

Bu ən böyük yüksəlişdir! Namaza, rüku və səcdəyə biganə olmaq isə ən böyük qəflət!

SƏCDƏ


Səcdə Allah qarşısında kiçilmək və bəndəliyin ən üstün dərəcəsidir.

İnsan səcdə qılmaqla özünü varlıqla həmrəng edir. “Göylərdə və yerdə olanlar Allaha səcdə edərlər.”3

Səcdə insanın Allaha yaxınlaşdığı ən üstün haldır.

Səcdə insanın dörd mərhələdən ibarət həyatının rəmzidir. Həzrət Əli (ə) buyurur: “Birinci səcdə yə’ni, mən torpaqdanam! Səcdədən qalxmaq dünya həyatına işarədir. İkinci səcdə ölmək və torpaqda yatmaqdır. Səcdədən qalxmaq qiyamət səhnəsinə gətirilməyə işarədir.”4 “Sizi torpaqdan yaratdıq. Sizi ora qaytaracaq və bir daha oradan çıxaracağıq”5 ayəsi də bu nöqtəyə işarədir.

Səcdə bəndəlik nişanəsidir. Demək, qidalara və geyimlərə səcdə qadağandır. Çünki insanlar Allaha yaxınlaşarkən (namazdan ayrı vaxtlarda) bəndəlik etdikləri şeylərə səcdə qılmamalıdırlar!6

Allahdan başqalarına səcdə etməyə icazə verilmir.7

Yusifin (ə) qardaşları onun qarşısında səcdə etdilər. Əslində bu, Allah üçün ibadət və Ona təşəkkür idi. Çünki Allah Yusifi (ə) quyunun dibindən çıxarıb izzətə çatdırmışdı.1

VARLIQ ALƏMİ ALLAHA SƏCDƏ EDİR


Qur’an və ilahi dünyagörüşə əsasən bütün kainat və zərrələr bir növ şüurludur və Allah-təalaya təsbih deyir, səcdə və sitayiş edirlər. Bir çox Qur’an ayələri bu sözü təsdiqləyir: “Məgər göylərdə və yerdə olanların, günəşin, ayın, ulduzların, dağların, ağacların, heyvanların, insanların bir çoxunun Allaha səcdə etdiyini görmürsənmi?! Bir çoxuna da əzab vacib olmuşdur.”2

Şair aləmdəki zərrələrin nitqi və şüuruna işarə ilə deyir:





Çiçəyin, torpağın, daşın dilini,

Əlbət ki, ariflər anlaya bilər.

Təbiət insanı agah görəndə,

Sirrini açıban üzünə gülər.

Deyərlər: görürük, eşidirik biz,

Amma naməhrəmlə yoxdur işimiz.

İnsan aça bilsə bəsirət gözün,

Anlayar torpağın, dənizin sözün.

Bu dünyagörüşü Qur’an ayələrində də açıqlanmışdır.

Allah bə’zi peyğəmbərlərə quşların dilini öyrətdi;3 həzrət Süleyman (ə) qarışqaların söhbətini anlayırdı;4 “Elə bir şey yoxdur ki, Allaha təsbih deyib Ona şükür etməsin, lakin siz onların zikrini anlamazsınız...”5

Əllamə Təbatəbai bu barədə geniş izah verdikdən sonra buyurur: “Əslində mövcudların təsbihi təşbeh yox, həqiqətdir və fitrətlə yox, səs və sözlədir.”1 Əlbəttə, bütün söz və səslərin eyni şəkildə olması zəruri deyil. Mövcudların təsbih deməsi onların Allah-təalanın eybsiz zatına öz vücudları ilə şəhadət vermələridir. Lakin Qur’an ayələri və rəvayətlər bundan da üstün mə’na çatdırır. Hədisdə deyilir: “Heyvanın üzünə sillə vurmayın. Çünki Allaha təsbih deyir.”2 “Paltarlarınızı yuyun, çünki çirkli paltar Allahı təsbih demir.”3

Qur’an hüd-hüdün Süleymana xəbər verməsindən söhbət açır.4

Namazqılan şəxsin səcdə və təsbih etməsi Allahın əzəməti və fərmanı qarşısında səcdə edən və müt’i varlıq aləmi ilə uyğunlaşmasıdır.


İLAHİ ÖVLİYALARIN SƏCDƏSİ


İlahi övliyaların səcdələrinə nəzər salmaq müt’ilik və ibadət ilhamıdır. İndi isə bir neçə nümunəyə nəzər salaq:

İmam Səccad (ə) səcdədə o qədər diqqətli olur və Allahın adını o qədər təkrar edirdi ki, qalxanda mübarək bədəni tər içində olurdu.5 İmam Kazim (ə) sübh namazından sonra gün qalxanadək səcdə halında olurdu.6

Həzrət İbrahimin (ə) “xəlilullah” məqamına çatmasının səbəbi onun uzun səcdələri idi.7

Salman Farsi deyirdi: “Əgər səcdə olmasaydı, mən ölüm arzulayardım. (Yə’ni dünya həyatında yalnız səcdəni sevirəm)”8

Həzrət Musa (ə) nafilə namazlarından sonra üzünün sağ və sol tərəflərini torpağa sürtürdü.2

Bir şəxs deyir: İmam Sadiqin (ə) səcdədə beş yüz dəfə “subhanəllah” kəlməsini təkrarladığını gördüm.3

Dördüncü imamın (ə) səcdə zamanı yerə toxunan yeddi ə’zasında səcdə əlaməti vardı. Buna görə də ona “Səccad” ləqəbi verilmişdi.4 Qur’an Allah rəsulunun (s) səhabələrini belə vəsf edir: “Kafirlərə qarşı sərt, bir-birlərinə isə mərhəmətlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan fəzl diləyən görərsən. Onların əlaməti üzlərində olan səcdə nişanəsidir.”5


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə