Мөһсүн Гәраәти: Намазын сирләриндән ишарты


“ƏL-HƏMDU LİLLAHİ RƏBBİL-ALƏMİN”



Yüklə 1,67 Mb.
səhifə19/34
tarix25.06.2018
ölçüsü1,67 Mb.
#51158
1   ...   15   16   17   18   19   20   21   22   ...   34

“ƏL-HƏMDU LİLLAHİ RƏBBİL-ALƏMİN”


Həmd və sitayiş bütün aləmləri tərbiyə edən Allaha məxsusdur.

İnsanın təkamülü üçün yaranış nizamını, yerin hərəkətini, günəş, hava, bitkilər, çaylar və maddi ne’mətləri qərar verdi.

Ruhun təkamülü üçün səmavi kitablar, acı və şirin ibrətli hadisələr müəyyənləşdirdi. Bəşərin hidayəti üçün ağıl və fitrətə əsaslanan möhkəm qanunlar və din göndərdi. Yeri dəlilsiz qoymadı; saysız aşkar və gizli ne’mətləri minnətsiz olaraq insanların ixtiyarına verdi. Əgər varlıq aləmində zərrəcə nizamsızlıq yaransa hər şey məhv olar.

Dağların, bitkilərin, atomların, ulduzların, suyun, torpağın, fəsillərin, gecə-gündüzün, bədən üzvlərinin, müxtəlif meyllərin və müxtəlif hidayətlərin gözəl və möhkəm nizamı Onun aləmlərin Rəbbi olduğunu göstərir.

Dəqiq nizamla yaranmış bədən üzvlərimiz insanı heyrətə gətirir.

Qulağın, gözün, qəlbin, tənəffüs sisteminin, damarların, sinirlərin, beş duyğu üzvünün və sair orqanların cilası Allahın qeyri-adi tədbirini göstərir.

Təəssüf ki, insan şükür əvəzinə küfr edir.1 Allaha yaxınlaşmaq əvəzinə üz çevirir: “İnsana bir ne’mət verdiyimiz zaman üz çevirib uzaq gəzər.”2 İlahi eşq və Allaha sitayiş əvəzinə düşmənçilik edir;3 təvazökarlıq əvəzinə təkəbbür göstərir: “Ey insan! Səni kərim olan Rəbbinə münasibətdə aldadan (və ya məğrur edən) nədir?”4

İnsan ehtiyacı ödənən kimi, tüğyan edir: “Həqiqətən insan azğınlıq edər. Özünün dövlətli olduğunu (bir şeyə ehtiyaclı olmadığını) gördüyü üçün!”5 Allahın ne’mətlərini öz əziyyətinin bəhrəsi hesab edir.6 “Ayıq ol!” çağırışlarını qəlbən eşitmir.7

Bu naşükür insan azca yaxşılığa görə hamıya təşəkkür etdiyi halda əsil ne’mət sahibi olan Allahı unudur.

Təəssüf ki, insan haqq yolu azmış, düşüncə və fitrət işığını söndürmüş, gözünü və qəlbini bağlamışdır. O, qəlbini ona-buna bağlayır və Allaha yox, şeytani və insani qüvvələrə arxalanır.

“Əl-həmdu lillahi Rəbbil-aləmin” cümləsi insanı qəflətdən uzaqlaşdırır, ne’mətləri yada salır və bizə Allahın rəbliyini xatırladır.

Allah aləmlərin Rəbbidir. Bütün varlığın, bütün yaranmışların və hər bir şeyin Rəbbidir: “O hər şeyin Rəbbidir.”8 Cahiliyyət dövründə hər bir şey üçün ayrıca rəbb olduğunu güman edirdilər. Allah bütün mövcudları, heyvanları və varlıqları idarə edir. Hər bir şeyin hakimi və idarə edəni Odur. Həm yaradır, həm idarə, həm də tərbiyə edir.


“ƏR-RƏHMANİR-RƏHİM”


Onun geniş rəhməti hamının üzərinə kölgə salır. Onun rəhməti qəzəbindən çox və öncüldür.

Günahkarlara tövbə yolu qoymuşdur. Ölüm anınadək tövbələri qəbul edəcəyinə və’d vermişdir və tövbə edənləri sevir.1 Allah rəhimli olmağı özünə vacib etmişdir. (bax: “Ən’am” surəsi, ayə 54). O hamıya ümid verir və öz rəhmətinə doğru çağırır: “...Allahın rəhmindən ümidsiz olmayın. Allah bütün günahları bağışlayar.”2

Allahın rəhmət nümunələrindən biri Onun pislikləri yaxşılığa çevirməsidir.3

Çətinliklər və bəlalar da bir növ rəhmətdir. Çünki insan bu yolla qəflətdən ayılır və hərəkətə vadar olur. Çətinliklərə dözmək ilahi övliyalar üçün şirindir. Çünki onlar çətinliklər müqabilində mükafat alırlar.


“MALİKİ YƏVMİD-DİN”


Cəza gününün sahibidir. Bu sifət Allah haqqında qeyd olunmuş digər bir sifətdir, həmd və sitayişin Allaha məxsus edilməsindən sonra bəyan olunur. İnsan daha çox üç halda təşəkkür edir:

  1. Ötən lütf və ne’mətlərə diqqət etdikdə;

  2. Hazırkı məhəbbətə diqqət etdikdə;

  3. Gələcək lütflərə ümid etdikdə.

Beləliklə, yalnız Allaha sitayiş olunmalıdır. Çünki həm keçmişimizi tə’min edirik, həm indi Onun ne’mətləri, rəhməti və lütfündən bəhrələnirik, həm gələcək və qiyamətdə bütün işlərimiz Ona bağlıdır və Onun kərəminə ümidvarıq.

O malikdir. Dəyərsiz, müvəqqəti və e’tibarsız yox, həqiqi malik!

İnsanlar dünyada gizli və aşkar şirklərin torunda əsir olublar. Lakin qiyamətdə hamı görəcək ki, dünya və onda olan hər bir şey Allahındır. Varlığın sahibi, qəti hökmdar və həqiqi hakim Odur: “O gün hökm ancaq Allahındır!”1

Qiyamətdə xalqdan soruşulacaq: “Bu gün hakimiyyət kimindir?” Onlar deyəcək: “Bir olan və hər şeyə qalib Allahındır!”2

“Maliki yəvmid-din” cümləsi insanın yadına qiyamət hesabını salır. Nə qədər ki, hesab alınmayıb, insan özü özü ilə hesab çəkməlidir.3

İmam Səccad (ə) namazda bu cümləni o qədər təkrarlayırdı ki, az qalırdı ruhu pərvaz etsin.4

“Din” kəlməsi cəza mə’nasını bildirir. Allah cəza və mükafat gününün sahibidir. Bu surədə Allahın həm rəhminə, həm qəzəbinə, həm də ədalətinə işarə olunur ki, düzgün tərbiyə yolu, yə’ni qorxu və ümid arasında yaşayış prinsipi aydın olsun.

“İYYAKƏ NƏ’BUDU VƏ İYYAKƏ NƏSTƏİN”


Biz yalnız sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!

Bu yerədək namaz qılan şəxs yaranış, məad və Allahın sifətləri barəsində öz əqidəsini bildirir. Bu əqidənin səmərəsi xalis bəndəlik və Allahdan kömək diləməkdir.

Namaz qılan şəxs tənha olduqda da cümləni cəm formasında deyir ki, özünü ibadət edənlərə qatsın, onun naqis ibadəti ixlaslı və kamil insanların ibadəti arasında qəbul olsun.

Deyilənlərdən aydın olur ki, “mənlər” “biz” olmalıdır. Camaatla birlikdə ibadətlər, xüsusi ilə namaz əsasdır. Fərdçilik və guşənişinlik dəyərsizdir.

Pərəstiş kömək diləməklə yanaşıdır. Beləliklə, bəndəlik edərkən fikri azğınlıqlardan qorunmaq, qürrələnməmək, riya və süstlüyə düçar olmamaq üçün doğru yolu Ondan istəyək. Bəli, Ondan kömək istəməliyik. Çünki iman tövfiqi Onun əlindədir. Sübhlər ayılmaq, dəstəmaz almaq, hərəkət üçün qüvvə, namazın qəbul olması, bizi təkəbbür və riyadan qorumaq Onun əlindədir. Onun lütfü sayəsində ibadətə meyl edirik.

Namaz qılan Allaha ibadət edir və bu ibadətlə Allahdan kömək istəyir.

Şərqpərəstlik, qərbpərəstlik, güclülərə bəndəlik, şəhvət və məqama əsirlik, qadın, var-dövlət və övlada aldanmaq yox, yalnız Allaha ibadət!

Namazın bu cümləsi Allahdan savay bütün hakimiyyətləri məhkum edir; davamsız qüvvələrdən yardım diləmək və onlar qarşısında alçalmağı inkar edir; namaz qılanlara Allaha bəndəlik sayəsində izzət dərsi verir. Bu yolla Allahdan qeyrilərinin bəndəsi olmaq, hədələr və təkliflərə aldanıb Allah yolunu unutmamaq öyrədilir.



Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə