Мөһсүн Гәраәти: Намазын сирләриндән ишарты



Yüklə 1,67 Mb.
səhifə15/34
tarix25.06.2018
ölçüsü1,67 Mb.
#51158
1   ...   11   12   13   14   15   16   17   18   ...   34

Niyyət


Niyyət namaz mətninin birinci vacib hissəsidir. Niyyət bütün işlərdə, o cümlədən, namaz və ibadətlərdə dəyər me’yarıdır və çox əhəmiyyətlidir. Buna görə uyğun mövzu haqda xüsusi və geniş söhbət açacağıq. Bu yolla ibadətlərimizin daha dəyərli olması üçün tövfiq əldə edərik.

NİYYƏT DƏYƏR ME’YARIDIR.


İnsan əməlinin qiyməti onun niyyətində və məqsədindədir. Buna görə Qur’anda “fi səbilillah” kəlməsi 70 dəfə işlənmişdir. Bu rəqəm insanların ehtiyatlı olmasını, Allahdan qeyrilərinə və ya nəfs istəklərinə yox, məhz Allah yolunda niyyət və əməl etmələrinin zəruriliyini göstərir. Necə ki, təhlükəli yolda xeyli xəbərdarlıq tablosu asılır. Allaha bəndəlik yolunda bir çox döngələr var. Bütün bu tə’kid və xəbərdarlıqlar azğınlıqdan uzaqlaşmaq üçündür. Xüsusi ilə Allaha yaxınlıq üçün olmayan ibadətlərin zərrəcə dəyəri yoxdur. Niyyət ibadətin əsasıdır. Niyyətsiz və ya Allahdan qeyrisi üçün görülən işlər əbəsdir.

Niyyət əməlin əsasıdır. Pis niyyətlə görülən ən müqəddəs işlər məhvə məhkumdur. Yaxşı niyyətlə görülən sadə işlər isə çox dəyərli olur.

İlahi niyyət Allahın lütflərinə çatmaq səbəbidir. Hər kəs Allahın yolunda çalışsa, Allah öz yolunu ona göstərər: “Bizim uğrumuzda cihad edənləri öz yollarımıza qovuşduracağıq.”1

Niyyət əməlin qəbul olması üçün şərtdir. İmam Sadiq (ə) Allahın buyuruğunu belə nəql edir: “Yalnız mənim üçün olanı qəbul edirəm.”2

Niyyət kiçik işi böyük edir. İmam Sadiq (ə) buyurur: “Hər kəs Allaha xatir az bir iş görərsə, Allah onu insanların gözündə istədiyindən daha çox böyüdər. Hər kəs Allahdan qeyrisi üçün (xalq üçün) böyük iş görərsə, Allahın razılığı əvəzinə xalqın razılığını düşünərsə, Allah onun böyük işini xalqın gözündə kiçildər.”3

Bəli, izzət də, zillət də Allahın əlindədir. O qəlbləri istədiyi şəxsə doğru yönəldir. Demək, bütün işlərdə Onu düşünməliyik ki, işlərimiz yoluna qoyulsun.

Həzrət İbrahim (ə) Allaha xatir zövcəsini və övladını Məkkənin qızmar çöllərində qoyur. Sonra Allahdan istəyir ki, xalqın qəlbi onlara meyl etsin.4 Qur’an buyurur: “Həqiqətən, iman gətirib yaxşı işlər görənlər üçün Allah bir sevgi yaradacaqdır.”5 Bu Allahın dünyəvi mükafatlarından biridir. Əlbəttə, Allah verən sevgi xalq arasında yalan və ötəri şöhrət deyil. Bir çox məşhur şəxslər öləndən sonra unudulurlar. Lakin öncə adı çıxmamış bir çox şəxslər hələ də xalqın qəlbindədir!

Sevgini də Allahdan istəmək lazımdır. O “muqəllibəl-qulub”dur. Xalqın qəlbi Onun əlindədir. Əgər insan Allaha xatir bir iş görərsə, Allah onun işinə ən gözəl şəkildə əvəz verəcək. İmam Xomeyni (r) Allah üçün qiyam etdi, sürgün olundu, çətinliklərə dözdü. Allah da milyonlarla insanın qəlbində ona məhəbbət yaratdı. İrana gələrkən milyonlarla insan onu qarşıladı və vəfatından sonra dəfn mərasimində on minlyondan çox insan iştirak etdi. 40 gün ərzində onun üçün məqbərə tikildi, ölkənin ən uzaq nöqtələrindən qəbrinin ziyarəti üçün insanlar axışdı.

İnsan öz qəlbinin keşikçisi olmalıdır. O, qəlb mənzilinə Allahdan başqa heç kəsi buraxmamalıdır. İmam Sadiq (ə) buyurur: “Qəlb Allahın mənzilidir. Ondan başqasını bu mənzilə buraxmayın.”1

İXLAS (SƏMİMİYYƏT) NÜMUNƏLƏRİ


Həzrət Əli (ə) müttəqilər haqqında buyurur: “Onlara tə’rif deyildikdə deyilən tə’riflərdən qorxarlar.”2 Azad insanlar xalqın onları düşünməsinin Allahı düşünmələrinə mane olmasından qorxurlar. Onlar qorxurlar ki, “O kəslər ki, insanları Allah yolundan döndərər” ayəsinin canlı nümunəsi olsunlar.3

Bir axşam İslam respublikası efirində 16 yaşlı döyüşçü ilə söhbət yayımlandı. Aparıcı soruşdu: “Sən nə işlə məşğul olursan?” Dedi: “Mina zərərsizləşdirirəm.” İndiyədək neçə mina zərərsizləşdirmisən?” Dedi: “Allahın lütfü ilə çox.” Aparıcı soruşdu: “Sayını bilirsənmi?” Cavab verdi: “Deməyə qorxuram, şeytan məni aldadar və təkəbbürə düçar olaram. Bu işdə az müvəffəq olan dostlarım kiçiklik hiss edərlər.” Allahu əkbər!

Nəql edilir ki, mərhum ayətullah seyid Əbdül-Hadi Şirazinin şagirdlərindən biri onun dərsində nöqsan tutur. Müəllim nə qədər yumşaq cavab verirsə o qəbul etmir. Dərs sona çatandan sonra şagird ustadın yanına gəlir və yenə nöqsan tutur. Mərhum Şirazi 14 elmi cavab verir. Ustadın elmi gücünü görən şagirdlər soruşurlar: “Siz nə üçün bu qədər tutarlı cavablarınız ola-ola dəsrdə təslim oldunuz?” Ustad deyir: “Bu cavablar yadımdaydı. Lakin qorxuram ki, əgər desəm, o tələbənin ruhiyyəsi sınar və mən təkəbbürə düçar olaram. Məsləhət bildim ki, onun nöqsan tutması ilə söz demək iste’dadı çiçəklənsin.

Bu, böyük ruh və xalis niyyəti göstərir. Xeyli xidmət etmiş bə’zi şəxslər özlərini tanıtdırmırlar. Bə’ziləri isə küçəyə bir zibil qutusu bağışladıqda adlarını üzərinə yazırlar ki, xalq filan kəsin nə etdiyini bilsin! İlahi övliyalar yalnız Allah üçün çalışır və ibadət edirlər. Onlar yalnız Allahdan mükafat gözləyir. Bütün əməlləri ilahi rəngdədir.1 İlahi rəngdən gözəl bir rəng varmı ki, heç vaxt silinməsin, hərarət, soyuq, yoxsulluq, sərvət, adsızlıq və şöhrət ona tə’sir etməsin?!

Həzrət Əli (ə) buyurur: “İşinizi, biliyinizi, qəzəbinizi, almağınızı, almamağınızı, sözünüzü və sükutunuzu Allah üçün xalis edin.”2

Bu halda bütün işlər və onların tə’sirləri əbədi qalar. İlahi rəngdə olan hər bir iş əbədidir: “İlahi rəngdə olanlardan başqa hər şey məhvə məhkumdur.”3

Lakin riya, özününümayiş və şöhrətpərəstlik rəngində olanlardan insana fayda yoxdur.

XALİS İBADƏT


Bütün ibadətlər Allaha yaxınlıq məqsədi ilə olmalıdır. Əgər ibadətin bir hissəsi Allahdan qeyrisi üçün olarsa batildir. Məsələn, əgər namazda vacib əməllərdən biri Allahdan qeyrisi üçün olarsa namaz qəbul deyil.

Müstəhəb əməllər riyakarlıqla olarsa, yaxud ibadətin zamanı (ilk vaxtda qılmaq) və məkanı (birinci sırada və ya məsciddə qılmaq) Allahdan qeyrisi üçün olarsa, namaz batildir. Hətta qış aylarında sobanın kənarında qızışmaq üçün namaz qılarsa, namazı batildir. Allah zaman, məkan, keyfiyyət və xüsusiyyət baxımından yalnız Ona xatir olan və heç bir şərik qoşulmayan ibadətləri qəbul edir: “...Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın!”1 Hədisdə buyurulur: “Cəbhədə qənimət yığmaq, güc nümayiş etdirmək və bu kimi başqa səbəblərə görə döyüşməyin dəyəri yoxdur.”2

İxlaslı olmaq və riyadan uzaqlaşmaq çətin bir işdir. İmam Əsgəri (ə) buyurur: “İnsanın işlərinə şirkin qatılması qaranlıq gecədə qara daş üzərində qarışqanın hərəkətindən daha gizlindir.”3

Həzrət Əlinin (ə) ixlas barəsində xeyli buyuruqları var. Onlardan bir neçəsini xatırlayaq:

“Xalis niyyət son hədəfdir.”;

“İxlas qurtuluşdur.”;

“İman xalis iş görməkdir.”;

“İxlas imanın ən üstün mərtəbəsidir.”;

“İxlasla olmayan bütün əziyyətlər məhvə məhkumdur.”;

“Allahın əzəmətini anlamağın nəticəsi Ondan başqası üçün heç bir iş görməməkdir.”;

“Əməlin qəbul olması və ucalması ixlasa bağlıdır.”;

“Niyyətlər xalis olarsa, əməllər inkişaf edər”;

“Yalnız Allah üçün iş görənlər istəklərinə çatar.”1

Bir çox başqa hədislər göstərir ki, ixlasın məqamı ucadır. Xalis niyyət əməllərə dəyər verir.



Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə