Мөһсүн Гәраәти: Намазын сирләриндән ишарты


NİYYƏTİN DÜNYƏVİ TƏ’SİRLƏRİ



Yüklə 1,67 Mb.
səhifə16/34
tarix25.06.2018
ölçüsü1,67 Mb.
#51158
1   ...   12   13   14   15   16   17   18   19   ...   34

NİYYƏTİN DÜNYƏVİ TƏ’SİRLƏRİ


İxlasın mə’nəvi faydaları və axirət mükafatları ilə yanaşı bir sıra dünyəvi tə’sirləri də var:

1. Cəmiyyətin idarə olunması

Əgər cəmiyyətin məs’ul şəxsləri xalis niyyət və ədalətlə işləsələr, cəmiyyət daha yaxşı idarə olunar. Həzrət Əli (ə) Malik Əştərə buyurur: “Yaxşı niyyət vasitəsi ilə ictimai ədalətin icrası üçün kömək al.”2

Xalis xeyirxahlıq ruhiyyəsi ədalətin yaranması üçün ən güclü vasitədir.

2. İqtisadiyyatın dirçəlişi

İxlaslı, xeyirxah və açıq qəlbli insanlar hətta iqtisadi işlərdə müvəffəqdirlər. Onların ixlası ictimai nüfuzun qorunmasına və xalqın müamilədə onlara e’tibar etməsinə səbəb olur. Bəlkə qeyd olunacaq dəyərli kəlam da hazırkı məsələyə aiddir: “Hər kəsin ruzisi onun niyyəti qədərindədir.”3



3. Müsbət ictimai əlaqələr

Xoş niyyətli insanların qəlblərdə yeri var. Onlar hətta səhv etsələr də, gözəl niyyətlərinə xatir həyatda acılıq görmürlər və xalq onları sevir. Həzrət Əli (ə) buyurur: “Hər kəsin gözəl niyyəti olarsa daha gözəl həyatı və daha gözəl mövqeyi olar. Belə şəxslə dostluq lazımdır!”1

Bunlar xoş niyyətin gözəl nəticələri idi. Lakin alçaq niyyətlər insanın qarşısına acı hadislər çıxarır. Belə niyyətlər axirət çətinliklərindən əlavə ictimai bəlalarla sonuclanır. Həzrət Əli (ə) buyurur: “Niyyət düzgün olmazsa, bəla nazil olar.”2

Xoş məqsəd və güclü niyyətlərlə zəif insanlar mühüm işlər görür. Ən güclü və ilahi məqsəd olsa, yorğunluğa, ümidsizliyə yer qalmaz. Buna görə heç bir ilahi övliyada əsəb zəifliyi görünməmişdir. Çünki qəlbləri və ruhları xalis ilahi niyyətlə alovlanır və ondan kömək alır. Onlar bütün çətinliklərin, düşmənlərin və qüvvələrin qarşısında dururlar. Nümunə üçün ümmətin imamını göstərmək olar. Sakit qəlblə Allahı düşünür və bütün şər qüvvələri yerində oturdurdu.

İmam Hüseyn (ə) aşura günü qarşıdakı şəhadətləri və ailəsinin əsarətini görürdü. Tənhalaşdıqca, dostları şəhadətə çatdıqca simasında eşq canlanırdı. Allaha arxalanıb buyururdu: “Bu hadisələri mənə asanlaşdıran odur ki, hamının Allah qarşısında durduğunu və Onun şahid olduğunu görürəm”

Həzrət Əli (ə) buyurur: “Niyyət güclü və möhkəm olanda bədən zəiflik hiss etmir.”3

Bəlkə də bu hədis niyyətin insan əməlində psixoloji tə’sirinə bir işarədir.

NİYYƏTİN ƏMƏL MƏQAMI.


Yaxşı niyyət və xeyirli məqsəd insanı e’tinasızlıqdan uzaqlaşdırır. Yaxşı niyyət e’tibar, qəlbiyananlıq və inkişaflı gələcək nişanəsidir. Buna görə niyyət əməl kimi dəyərli və mükafatlıdır.

Allahın rəsulu (s) Əbuzərə buyurur: “Həyata keçirməyə müvəffəq olmasan da yaxşı işlər görməyi qərara al. Bununla da nadanlardan sayılmazsan.”1

İmam Sadiq (ə) buyurur: “Hər kəs yaxşı iş görmək niyyətində olub, bu işi görə bilməsə onun üçün savab yazılacaqdır.”2

İslam Peyğəmbəri (s) şəhadət arzusu haqqında buyurur: “Hər kəs qəlbən Allahdan şəhadət istəyib, lakin yataqda ölsə, Allah qiyamət günü onu şəhidlərin məqamına çatdırar.”3


NİYYƏT ÇATIŞMAZLIQLARI TAMAMLAYIR


İnsanın imkanı, qüvvəsi və elmi məhdud olduğu üçün bütün qəlb istəklərini həyata keçirə bilmir. Lakin niyyət istəyi sona çatmayan insan üçün məhdud şəraiti tamamlayır. Məsələn, bir şəxs bütün azğın insanları hidayət etmək istəyir. O bu yolda çalışır, müvəffəq olmur. Lakin niyyətinə xatir həmin mükafatı əldə edir.

Digər bir tərəfdən pis niyyətlər üçün də zaman və məkan məhdudiyyəti yoxdur. Pis niyyətlərin acı tə’sirləri niyyət sahibinə qayıdır. İnsan başqalarının zülmü, fəsad və günahı ilə razılaşsa, onların günahına şərik olur.

Qur’an bildirir ki, həzrət Salehin (ə) ilahi mö’cüzə olan dəvəsini müxaliflərin hamısı öldürdü. Onlar hamılıqla bu işə əl bulaşdırmasalar da, qəlbən razı idilər.

Demək, yaxşı və ya pis işə razılıq insanı zaman və məkan məhdudiyyətindən xaric edir, savab və ya cəzaya şərik edir. Bu məsələ bir çox rəvayətlərdə bəyan olunmuşdur.


İXLASLA YAXINLAŞMA YOLU


Niyyət və əməldə ixlas əldə etmək yollarından bir hissəsi bunlardan ibarətdir:

1. Dəyərlərə diqqət

Qızılla dəmiri, ipəklə pambığı fərqləndirməyən, müştərini tanımayan və bazar qiymətini bilməyən şəxslər malı ucuz satırlar.

Qur’an insanın özünü və əməllərini puç etməməsi üçün hər üç zəmində yol göstərir:

1.Mal- Qur’an insanın Allahın xəlifəsi, yaranmışların ən üstünü və yaranışın hədəfi olduğunu bəyan edir, ona yüksək qiymət verir.

2.Müştəri- Allah özü insanın yaxşı əməllərini alır. Allah bütün alıcılardan üstündür:

a) Baha alır (behişt qiymətinə).

b) Az işləri də qəbul edir.1

v) Yaxşı niyyətlərə də mükafat verir.

q) Pis və çirkin işləri gizlədir, yaxşıları aşkarlayır.

3. Qiymət- İnsanın qiyməti behiştdir. Özünü bundan ucuz satanlar ziyan etmişlər. Qur’an deyir ki, günahkarlar özlərini uduzub və zərər etmişlər. Qur’an dəfələrlə azğın yolda olan şəxslər haqqında “ticarətləri fayda verməyib” deyir.

İmam Əli (ə) buyurur: “Ən pis ticarət odur ki, dünyanı özünə qiymət biləsən!”2 Öz qiymətini bilən insan Allahdan qeyrisi üçün çalışmaz.



3. Yaranış haqda düşünmək

Yaranış haqqında təfəkkür bizim Allahın qüdrətini və əzəmətini daha yaxşı tanımağımıza, nəticədə ixlasa yaxınlaşıb, Onun üçün çalışmağımıza səbəb olur.



4. Allahın sifətlərini düşünmək

Allah-təalanın sifətlərini bilmək, onları zümzümə etmək və zehndə saxlamaq Onu düşünməyə, Ondan qeyrilərindən uzaqlaşmağa səbəb olur. Bu iş insanı tədricən ilahiləşdirir. Məsələn, “Cuşən-kəbir” duasındakı ilahi sifətlərə diqqət yetirmək faydalıdır.



5. Ne’mətlərə diqqət

Allahın ne’mətlərini tanıyıb, onlar haqqında düşünmək insanı Allaha meyilli edir, qəlbi ilahi eşq mənzilinə çevirir. Buna görə dualarda və mə’sumların münacatlarında ilahi ne’mətlər yad edilir. O cümlədən “Əbu Həmzə Somali” duasında imam Səccad (ə) tək-tək ne’mətlərə işarə edir:

“İlahi, kiçik idim, boya-başa çatdırdın; zəlil idim izzət bağışladın; cahil idim, agah etdin; ac idim, doyurdun; çılpaq idim, geyindirdin; azmışdım, hidayət etdin; fəqir idim, ehtiyacsız etdin; xəstə idim, şəfa verdin; günah etdim, gizli saxladın...”

İmam Hüseyn (ə) “Ərəfə” duasında Allahın ne’mətlərini zikr edir ki, qəlbdə ilahi eşq canlansın və insan Allah aşiqi olsun; yalnız Onun razılığı üçün işləsin və ixlasa yaxınlaşsın.



6. Labüd faydaya diqqət

Dünyaya və Allahdan qeyriləri üçün çalışanlar məqsədə çatmaya da bilər. Lakin Allah və axirət üçün çalışanlar labüd fayda əldə edəcəklər. Qur’an buyurur: “Mö’min olub axirəti istəyən və onun uğrunda çalışanların zəhməti qəbul olunar.”1

Demək, Allaha xatir görülən işlər nəticəsiz qalmır.

7. Dünyanın dəyərsizliyinə diqqət

Dünyanı olduğundan daha dəyərli görənlər qeyri-ilahi və dünyəvi məqsədlər üçün çalışırlar. Lakin agah insanlar dünyanı axirət, xalqı Allah qarşısında dəyərsiz görür və onlar üçün çalışmırlar. Qur’an dünyanın qürrələndirici, ötəri, alladıcı və dəyərsiz olduğunu bildirir. Bu sözləri deyən varlığın yaradanı və dünyanın dəyərini başqalarından daha yaxşı bilən bir kəsdir. Dünyaya aldanmayan, ona vurulmayan şəxslər ixlas əldə edə bilərlər.



8. Yaranmışların zəifliyinə diqqət

Tükənməz qüvvə Allaha məxsusdur. Bütün işlər onun əlindədir. Buna görə Allahdan savay heç kəs düşünülməyə və ibadət olunmağa layiq deyil.

Qur’an buyurur ki, batil mə’budlar hətta bir milçək yaratmaqda acizdirlər.2 Başqa bir yerdə bəşərin acizliyi haqqında buyurur: “Əgər bir gün sular qurusa və yeri qazıb suya çatmasanız kim sizə dadlı su gətirə bilər?”3 “Əgər Allah gecəni qiyamətə qədər üstünüzə çəksəydi haqq olan Allahdan başqa hansı tanrı sizə bir işıq gətirə bilərdi? Əgər Allah gündüzü qiyamətə qədər üstünüzə çəksəydi, haqq olan Allahdan başqa hansı tanrı istirahət etdiyiniz gecəni sizə gətirə bilərdi?”4

Allaha şərik qoşulanlar nə dünyada nə axirətdə heç bir iş görə bilməzlər. Allahdan qeyrisinə pərəstiş edənlər qiyamətdə həsrətə düçar olacaqlar. Çünki zəif və aciz şəxslərin razılığını əldə etməyə çalışmışlar.

Bundan əlavə tək Allahı razı salmaq saysız-hesabsız mə’budları razı salmaqdan asandır. Hər kəs tək Allahdan başqasını razı salmağa çalışsa çətinlik çəkəcək.

9. Özgələrdən ibrət almaq

Allahdan qeyrilərini düşünüb, davamsız mə’budlara itaət edənlər acı aqibətə düçar oldular. Bu insanların ibrət dolu sərgüzəştlərinə diqqət insanı ixlasa çatdırıb, Allahdan qeyrilərinin e’tibarsız olduğunu aşkar edir.

Nuhun oğlu Allahdan üz çevirib dağa arxalandı. Dağın zirvəsinə dırmanıb tufandan qurtulmaq istədi. Lakin dalğalar arasında qərq oldu.

Qarun həzrət Musanın (ə) haqq də’vətinə e’tinasızlıq göstərdi və öz bol sərvətləri ilə qürrələndi. Lakin yer onu uddu və tərəfdarlarından heç biri köməyinə çatmadı.1

Bir çox varlılar yığdıqları sərvətlərin hamısını qoyub getdilər. Onlara bu sərvətlərdən heç bir kömək çatmadı: “Onlar neçə-neçə bağlar, çeşmələr qoyub getdilər; neçə-neçə əkinlər, gözəl yerlər!”2

Bir çox riyakarlar hiyləgərliklə özlərini pəhrizkar və müxlis göstərirdilər. Lakin Allah onların kimliyini aşkara çıxarıb rüsvay etdi: “Allah gizlətdiyinizi aşkara çıxarandır.”3

Riyakarlıqla Allahı və xalqı aldatmaq istəyənlər ilahi qəzəbə düçar olurlar. Belə insanlar haqda bir çox nümunələr göstərmək olar. İnsan ixlaslı olub, riyakarlıqdan uzaqlaşmaq üçün onların sərgüzəştlərindən ibrət ala bilər.

10. Axirətdə riyakarın aqibətinə diqqət

İndiyədək deyilənlər dünyaya aid idi. Riyakarların qiyamətdə böyük rüsvayçılığı və xəcalətli simaları dözülməz və ibrətlidir. Qur’an cəhənnəm quyusunun namaza səhlənkar yanaşan riyakar namaz qılanlar üçün olduğunu bəyan edir.1

Hədisdə deyilir ki, qiyamətdə riyakar dörd adla çağırılacaq: Kafir, xacir (günahkar), cadir (xain) və xasir (ziyankar). Əqidə baxımından Allaha e’tinasız yanaşdığı üçün kafir;

Yaranışın məqsədi, bəndəlik və ibadət sərhəddindən xaric olub Allahdan qeyrilərinə işlədiyinə görə facir;

Hiyləgərlik etdiyi üçün cadir;

Bir ömür xərcləyib heç nə əldə etmədiyi üçün xasir adlandırılmış!

Ona deyiləcək: “Əməllərin puç oldu və heç bir mükafatın yoxdur. Bu gün razılığını əldə etməyə çalışdığın kəslərdən öz mükafatını istə.”2

Demək, qiyamət günü riyakarların həsrətinə diqqət insanı ixlasa yaxınlaşdırır.



Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə