Мөһсүн Гәраәти: Намазын сирләриндән ишарты



Yüklə 1,67 Mb.
səhifə11/34
tarix25.06.2018
ölçüsü1,67 Mb.
#51158
1   ...   7   8   9   10   11   12   13   14   ...   34

BİR NEÇƏ SUAL-CAVAB


Sual: Allahın bizim təşəkkürümüzə ehtiyacı varmı?

Cavab: Xeyr! Ne’mətlərin qədrini bilməyimiz Allahın bizim namazımıza ehtiyaclı olmasını göstərmir. Namaz özümüzə aid dəyər və insaf nişanəsidir. Əgər müəllim şagirdə “mənim zəhmətlərimi qiymətləndirin, yaxşı dərs oxuyun” deyirsə, şagird müəllimin ona ehtiyaclı olduğunu düşünməməlidir.

Bu iş şagirdin kamilliyə çatması üçündür.



Sual: Allahın ne’mətlərinə təşəkkür olaraq nə üçün hökmən namaz qılınmalıdır?

Cavab: Təşəkkürün zəruriliyini qəbul etdikdən sonra onun forması ilahi göstərişlərə uyğun olmalıdır. Xəstənin həkimə müraciəti zəruri olarsa, dərmandan həkimin göstərişlərinə uyğun istifadə olunmalıdır. Mə’nalı təşəkkür etməyimiz üçün Allahın istədiyi kimi təşəkkürə çalışmalıyıq. Təyyarəçi dünyanın hər bir yerində uçuş mərkəzi ilə əlaqə saxlamaq istəsə ingilis dilində danışmalıdır. Demək, təşəkkürün hansı formada olmasını Allahdan və Onun övliyalarından öyrənməliyik.

Sual: Dünya ne’mətlərinə görə təşəkkür düzdür. Bəs çətinlikdə yaşayanlar nə üçün təşəkkür etməlidir?

Cavab: 1. Çətinliklərin bir çoxunu özümüz yaradırıq. Məsələn, sağlamlıq qaydalarına riayət etmirik deyə xəstələnirik. Dərs oxumadığımız üçün inkişafdan qalırıq. Dost seçimində diqqətli olmadığımızdan çətinliyə düşürük və sair.

2. Çətinliklərdə də fayda var. Çünki çətinliklər insanı təlaşa vadar edir və iste’dadları çiçəkləndirir.

3. Acılı günləri şirin günlərlə, bəlaları ne’mətlərlə yanaşı yada salmalıyıq.

4. Bə’zən çətinliklər və bəlalar ruhun kamilliyinə, zatın təmizlənməsinə və mə’nəvi inkişafa səbəb olur; fərd Allahdan qeyrilərindən ayrılır və yalnız Onu düşünür.

RƏDD OLUNAN NAMAZLAR


Dediyimiz kimi, hansısa bir düzgün əməlin qəbul olmaması mümkündür. Müştərisiz mal kimi! Hədislərdə bə’zi şəxslərin namazlarının dəyərsiz olduğu və qəbul edilmədiyi bildirilir. Bir neçə nümunəyə işarə edək:

1. E’tinasızlar

İmam Sadiq (ə) buyurur: “Cəmiyyətin yoxsullarına e’tina göstərməyənlərin namazı qəbul deyil.”1



2. Haramxorlar

Həzrət Peyğəmbər (s) buyurur: “Haramxorların namazı çınqıl üzərində tikilmiş bina kimidir.”2



3. Evdə məs’uliyyətsizlik edənlər

Allahın rəsulu (s) buyurur: “Ərinin qazancından faydalanan, lakin öz ilahi göstərişlərinə əməl etməyən qadının namazı qəbul deyil.”3



4. Zəkat verməyənlər

Qur’ani-kərimdə bir çox hallarda zəkat ödəmək namaz qılmaqla yanaşı zikr olunur. Hədislərdə bildirilir ki, malının zəkatını verməyənlərin namazı qəbul deyil.4 Bir gün Allahın rəsulu (s) doqquz nəfəri zəkat ödəmədiyi üçün məsciddən çıxardı, sonra namaza başladı. Bəli, Allahla əlaqə cəmiyyətin imkansızları ilə əlaqədən ayrı deyil.



5. Təqvasızlar

Təqvasızların, yetərli şəkildə səcdə və rüku etməyənlərin namazı qəbul deyil.1



6. “Haqinhaqib

“Haqin” və “haqib” sidik və nəcasəti saxlayıb, özünü çətinliyə salan və cismi zərərlərə düçar olan şəxsə deyilir. Bu iş sağlamlığa ziyan vurmaqla yanaşı namaz zamanı insanın diqqətinin yayınmasına və qəlb iştirakının aradan getməsinə səbəb olur. İmam Sadiq (ə) buyurur: “Bu şəxslərin namazı qəbul deyil.”2



7. Sevilməyən pişnamaz

Bə’zən hansısa bir məsciddə xalqın qəbul etmədiyi və sevmədiyi bir pişnamaz şəxsi məqsədlə məscidi və ya məqamını tərk etmək istəmir. Təbiidir ki, bu hal camaat namazının süstləşməsinə, qarşıdurmaya səbəb olur. Rəvayətlərdə bu qəbil şəxslərin camaat namazının qəbul olmadığı bildirilir.”3


MƏ’SUMLARIN NAMAZLARI


Din övliyalarının və mə’sumların necə namaz qılması onların ardıcılları üçün ilhamverici dərs və nümunədir. Buradaca onların namazlarından bə’zi nümunələrə işarə edək:

Azan sədası Allahın rəsulu (s) üçün o qədər sevimli və cazibəli idi ki, azan zamanı Bilala buyururdu: “Ey Bilal, bizi qüssə-kədərdən xilas et.” Həzrət (s) buyurdu: “Hər kəs azan sədasını eşidib e’tina göstərməsə, zülm etmişdir.”1

Namaz zamanı həzrət Əlinin (ə) rəngi qaçırdı, o titrəyir və deyirdi: “Namaz vaxtı çatmışdır. Allahın göylərə, yerə və dağlara verdiyi, lakin onların qorxub qəbul etmədiyi əmanətin vaxtı!”2

İlahi əmanət yükünü daşımaq bəşər üçün ən böyük iftixardır.

Şair deyir:



Səma götürmədi bu əmanəti,

İnsana yazdılar bu ləyaqəti.

İmam Səccad (ə) namazda “maliki yəvmid-din” cümləsini o qədər təkrar edirdi ki, baxanlar onun can verdiyini düşünürdülər.3

O, səcdədə tər içində olurdu.

İmam Baqir (ə) buyurur: “Atam imam Səccad (ə) gecə və gündüz ərzində min rəkət namaz qılırdı.”4

Allahın rəsulu (s) namaz vaxtı çatarkən elə bil heç kəsi tanımırdı və xüsusi mə’nəvi halda olurdu.5

O buyurdu: “Ac yeməkdən, susuz sudan doyur. Lakin mən namazdan doymuram.”6

Həzrət Əli (ə) Siffeyn döyüşündə günəşi izləyir, arabir səmaya baxırdı. İbn Abbas bu işin səbəbini soruşdu. O həzrət buyurdu: “İstəmirəm ki, ilkin vaxtın namazını əldən çıxaram.” İbn Abbas dedi: “İndi?” Həzrət (ə) buyurdu: Bəli!1

Bəli! Balıqlar üzməkdən yorulmadığı kimi ilahi övliyalar da ibadət və namazdan yorulmur, əksinə, hər ibadətdən sonra Allah dərgahında bəndəlik üçün daha da həvəslənirlər.

Nəql olunur ki, mərhum Əllamə Əmini (“Əl-Ğədir” kitabının müəllifi) ramazan ayı həzrət Rizanın (ə) pak hərəmində hər gecə 1000 rəkət namaz qılırdı... (Nəql edən: Ayətullah Mirvarid; Məşhəd) İlahi övliyaların məktəbində eşq və məhəbbət dərsi öyrənənin yolu budur. Azad bəndələr və ilahi övliyalar namaz zamanı eşqlə namaza durar, ətirlənər, ən yaxşı paltarlarını geyərlər. Onların rəngləri dəyişər və namazın istiqbalına çıxarlar. Onlar Allahın inayətinə çatmamaqdan və ya namaz zamanı təvazö və qəlb iştirakından uzaq olmaqdan qorxarlar.


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə