Мөһсүн Гәраәти: Намазын сирләриндән ишарты


“SİRATƏLLƏZİNƏ ƏN’ƏMTƏ ƏLƏYHİM”



Yüklə 1,67 Mb.
səhifə21/34
tarix25.06.2018
ölçüsü1,67 Mb.
#51158
1   ...   17   18   19   20   21   22   23   24   ...   34

“SİRATƏLLƏZİNƏ ƏN’ƏMTƏ ƏLƏYHİM”


“(Bizi) ne’mət verdiyin kəslərin yoluna (hidayət et).”

Yolu arzulanan şəxslər başqa bir ayədə daha aydın tanıtdırılır: “Allaha və peyğəmbərə (s) itaət edənlər Allahın ne’mət verdiyi nəbilər, siddiqlər, şəhidlər və salehlərlə bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır!”1

Gün ərzində bir neçə dəfə bu ayəni oxuyub Allahdan istəyirik ki, bizi uyğun dörd zümrəyə daxil etsin. “Təfsiri Nümunə”də oxuyuruq:

“Uyğun dörd zümrədən (nəbilər, siddiqlər, şəhidlər, salehlər) bu mə’na anlaşıla bilər ki, sağlam, inkişaf etmiş və mö’min bir cəmiyyət hazırlamaq üçün öncə peyğəmbərlər və haqq rəhbərlər meydana daxil olmalıdır. Onların ardınca sözləri ilə əməlləri uyğunlaşan siddiq (ən doğruçu) təbliğatçılar peyğəmbərlərin hədəfini gerçəkləşdirmək üçün işə qatılmalıdır.

Quruculuq dövründə haqq yola maneçilik törətmək istəyənlər peyda olacaq. Bu şəxslərə qarşı qiyam edilməli və bir dəstə şəhid olub öz pak qanı ilə tövhid ağacını suvarmalıdır.

Dördüncü mərhələdə çəkilmiş əziyyətlərin bəhrəsi olaraq saleh, pak və ləyaqətli cəmiyyət yaranır.2

Maraqlıdır ki, “Biharul-ənvar” kitabında bir çox rəvayətlərdə şəhidlər, siddiqlər və salehlər üçün ən kamil nümunə mə’sum imamlar (ə) göstərilmişdir.3

Namazda belə bir istək fikir, əxlaq və əməldə uyğun dörd zümrəyə itaətlə müşayiət olunmalıdır. İlahi lütfə çatmış şəxs nə zillətə düçar olur, nə də zalımları himayə edir. Həzrət Musa (ə) dedi: “Ey Rəbbim, mənə bəxş etdiyin ne’mətə görə əsla günahkarlara arxa olmayacağam!”4

Buradan namaz qılanın düşüncə və əməl baxımından tutduğu istiqamət müəyyənləşir. O, həmin uca insanların yolunda olmağı Allahdan diləyir.

“ĞƏYRİL-MƏĞZUBİ ƏLƏYHİM VƏLƏZ-ZALİN”


Qəzəbə düçar olanların və azanların yoluna yox!

İnadkarlıq edib həlak olan, qəzəbə düçar olmuş fir’onların yoluna yox!1

Allah dostlarına qarşı inadkarlıq etdiklərindən qəzəbə düçar olub, yerə batan daş qəlbli sərmayədarlar və qarunların yoluna yox!2

Allahın qəzəbinə gəlmiş dünyapərəst və əməlsiz alimlərin yoluna yox!3

Qəzəbə düçar olanları tanımaq üçün həlak olmuş, Allahın qəzəbinə gəlmiş ümmətlər və insanların tarixini mütaliə etmək lazımdır. Məsələn, yəhud və Lut qövmü, zalım hökmdarların ardıcılları, münafiqlər və qatillər...4

Namaz qılan şəxs qəzəbə düçar olanlara nifrətini bildirməklə yanaşı onlarla bir yolda olmamağı Allahdan istəyir. (“vələz-zallin”)

Düşüncə və əməldə azanlar, ata-babalarının yersiz əqidələrini davam etdirənlər, şirkamiz düşüncələrə qapılanlar və azğınlıqda təəssübkeşlik edənlər “zal-lin” kəlməsinin canlı nümunələridir.

“Həmd” surəsinə baxış buradaca sona çatır. Həmdlə başlanan surə yardım diləmək və dua ilə tamamlanır. Bu şəfabəxş surə Allah kitabının birinci surəsidir.


“TÖVHİD” SURƏSİ


“Bismillahir-rəhmanir-rəhim; qul huvəllahu əhəd; əllahus-səməd; ləm yəlid və ləm yuləd; və ləm yəkulləhu kufuvən əhəd.”

“De ki, O Allah birdir; Allah möhtac deyil; O nə doğmuş, nə də doğulmuşdur; Onun heç bir tayı-bərabəri, bənzəri yoxdur.”

Həmişəki kimi surə Allahın adı ilə başlayır. “Tövbə” surəsindən başqa bütün surələr “Bismillah” kəlməsi ilə başlanır və bu kəlmə surənin ayələrindən hesab olunur. “Tövbə” surəsinin mahiyyəti kafirlərə nifrətdən ibarət olduğu üçün “Bismillah” kəlməsi ilə başlanmır. Çünki “bismillah” nifrət, sifəti ilə uyğun gəlmir.

Allahın adıyla başlamaq işlərə ilahi məqsəd və ilahi rəng vermək üçündür. Bu nöqtə İslamın tərbiyəvi proqramındakı nöqtələrdəndir. Bütün işlərin başlanğıc və sonu Allahı düşünməklə yanaşı olmalıdır. Hətta heyvanların kəsilməsi!

Bismillahsız iş naqisdir. Bə’zən Allahı unutmaq acı hadisə ilə nəticələnir. Bir nəfər taxta oturarkən yıxıldı, qıçı sındı, başı yarıldı. Həzrət Əli (ə) buyurdu: “Bu acı hadisə “Bismillah” demədiyi üçün oldu.”1

“Tövhid” surəsi Allahın təkliyini bəyan edir. Allah bütün cəhətlərdən tək və oxşarsızdır. Çünki Onun vücudu və sifətləri sonsuzdur. Sonsuz vücud isə birdən artıq ola bilməz. Əgər sonsuz sahəli ev tikilərsə başqa evlər üçün yer qalmaz.

Allah bütün cəhətlərdən təkdir;

Yaratmaqda təkdir: “Allah hər şeyin xaliqidir.”2

Rəblikdə təkdir: “Allah hər şeyin Rəbbidir.”3 Hakimiyyətdə təkdir: “Göylərin və yerin hökmü Allaha məxsusdur.”4 Kömək etməkdə təkdir: “...Əli hər yerdən üzülüb darda qalan bir kimsə Ona dua etdiyi zaman duasını qəbul buyuran...”5

Bir sözlə, Allah bütün sifətlər baxımından oxşarsızdır.

O “səməddir” (ehtiyacsızdır.) O ehtiyacsızdır, hamı Ona möhtacdır və gözünü Ona dikmişdir. “Səməd”dir, yə’ni yemək, yatmaq, dəyişmək, şəriklik, fəsad, qəflət, yorğunluq, doğmaq, doğulmaq, qorxu və sair bu kimi xüsusiyyətlərdən uzaqdır.1

Həzrət Əli (ə) buyurur: “Səməd” dedikdə cismi, oxşarı, forması olmayan, zaman və məkan məhdudiyyətlərindən uzaq, nə boş, nə də dolu olan varlıq nəzərdə tutulur.2

“Ləm yəlid və ləm yuləd.”

“O, nə doğmuş, nə də doğulmuşdur!”

O heç nədən qaynaqlanmır və heç bir şey Onun müqəddəs zatının bir hissəsi deyil. Ağacdan ayrılan meyvə və ya bulaqdan qaynayan su damcısı kimi deyil. Bu cümlə İsa (ə) və Üzeyiri Allahın övladı bilən məsihi və yəhudilərin, yaxud mələkləri Allahın qızları hesab edən müşriklərin əqidələrini inkar edir.

“Vələm yəkulləhu kufuvən əhəd.”

“Onun heç bir tayı-bərabəri, bənzəri yoxdur.”

O işlərində, sifətlərində və zatında oxşarsızdır. “Ona bənzər heç bir şey yoxdur.”3


QİRAƏT ZAMANI ARAMLIQ


Həmd və surə oxunarkən bədən aram halda qalmalıdır. Qiraət düzgün şəkildə olmalı və kəlmələr ərəb dilində səhvsiz tələffüz edilməlidir. Əlbəttə, düzgün qiraət öyrənmək o qədər də çətin deyil. Azacıq çalışmaq və davamiyyətlə düzgün oxunuşa nail olmaq lazımdır.

Ərəb dili İslam və Qur’an dilidir. Necə ki, hər bir təyyarəçi dünyanın istənilən yerində dispetçer qülləsi ilə ingilis dilində əlaqə saxlayır. Namaz mö’minlər üçün mə’nəvi me’rac və ruhi pərvazdır. Onun Allahla əlaqə yaradan cümlələri ərəb dilində düzgün tələffüz olunmalıdır.

Namaz zamanı fikir cəmlənməli və qəlb iştirak etməlidir. İnsanın təvazökarlıqla səcdə yerinə baxması daha yaxşıdır. Qur’an xüşu (müt’ilik) ilə namaz qılan mö’minləri nicat tapmışlardan hesab edir.1 Yə’ni Allah və Onun əzəmətini düşünüb, bu düşüncəyə uyğun mə’nəvi və fiziki hal tapmaq. Allahın rəsulu (s) namaz zamanı saqqalı ilə oynayan bir şəxsi gördü. Həzrət (s) buyurdu: “Əgər həm xüşu, həm də diqqətlə namaz qılsaydı, belə etməzdi.2

Əlbəttə, namazda qəlb iştirakı və xüşu işin bir hissəsidir. İnsanlara qarşı əmanətdar olmaq da doğru namaz şərtlərindəndir. Həzrət Əli (ə) Kumeylə buyurur: “Hansı paltarda və harada namaz qıldığına diqqət et. Əgər sənin libasın və namaz qıldığın məkan halal qazancla əldə olunmayıbsa, namazın qəbul deyil.”3



Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə