Мөһсүн Гәраәти: Намазын сирләриндән ишарты



Yüklə 1,67 Mb.
səhifə25/34
tarix25.06.2018
ölçüsü1,67 Mb.
#51158
1   ...   21   22   23   24   25   26   27   28   ...   34

SALAMA BİR BAXIŞ


Salam namazdan əlavə müsəlmanların islami cəmiyyətdə ünsiyyət və ədəb qaydalarındandır. Salam məhəbbət və dostluq səbəbidir. Salam təvazö nişanəsidir, həm də böyük mükafatla nəticələnir.

Allah behişt əhlinə salam göndərir;1

Allah-təala Peyğəmbərə (s) göstəriş verir ki, mö’minlərlə qarşılaşarkən onlara salam versin;2

Mələklər nicat tapmışlara salam verirlər;3

Behişt əhli bir-birləri ilə qarşılaşdıqda salam deyirlər.4

Bunlar salam barəsində danışılan ayələrin bir hissəsi idi.

Salam, onun mükafatı və keyfiyyəti haqda bir çox hədislər zikr olunmuşdur. Burada bir neçə nümunə ilə kifayətlənirik:

“Ən xəsis insan xəsisliklə salam verən şəxsdir.”5

İmam Sadiq (ə) hamıya salam verməyi təvazö və təkəbbürdən uzaqlıq hesab edir.6

Bə’zən salam vermək təşviq, salam verməmək bir növ danlaq və nəhy əz münkər hesab olunur. İslam peyğəmbəri (s) buyurur: “Məst, heykəltəraş, qumarbaz və bu kimi şəxslərə salam verməyin.”1

Başqa bir hədisdə deyilir: “İlahi lütfə və girami Peyğəmbər (s) əxlaqına ən yaxın şəxs öncə salam verən şəxsdir.”2 İmam Riza (ə) buyurur: “Salam verərkən (yaxud salamın cavabını alarkən) varlı ilə kasıb arasında fərq qoyan şəxs qiyamət günü Allahın qəzəbinə düçar olar.”3

Salam vermək müstəhəb, salamın cavabını almaq vacibdir. Verilmiş salama nisbətən daha gözəl cavab vermək bəyənilmişdir. Qur’an buyurur: “Sizi “salam” ilə salamlasalar, ondan daha yaxşı salamlayın, ya da ona bənzər (salamla) cavab verin. Şübhəsiz, Allah hər şeyin hesabını aparandır.”4

Salam vermək kiçikliyə səbəb olmur. Əksinə, bu iş izzət və sevimlilik səbəbidir.

Allahın Rəsulu (s) hamıya, hətta uşaqlara salam verir və bu işlə fəxr edirdi.5

Hədisdə deyilir: “Bir salam üçün 70 savab var. 69 savab salam verən şəxsin, bir savab isə cavab verən şəxsin payına düşür.”6

Qur’an göstəriş verir: “Evlərə girəndə bir-birinizə salam verin. Bu Allah tərəfindən pak və mübarək salamdır.”7 İmam Baqir (ə) bu ayəni belə təfsir edir: “Məqsəd insanın ev əhlinə salam verməsidir.”8 Çünki zövcə və övladlar insan üçün öz canı kimidir. Qur’an baxımından bu növ münasibət pak və mübarək münasibətdir, eyni zamanda həyat səfası olub narahatlığı aradan qaldırır.

Salam əskiklik yox, iftixar səbəbidir. Amma daha yaxşı olar ki, uşaq böyüyə, ötüb-keçən dayanana, az dəstə çox dəstəyə salam versin.1

Əmirəl-mö’minindən (ə) bir rəvayətlə salam mövzusunu sona çatdırırıq. Həzrət (s) buyurur: “Allahın rəsulu (s) qadınlara və kişilərə salam verirdi.” Amma həzrət Əli (ə) özü cavan qadınlara salam vermirdi. O həzrət buyurur: “Qorxuram onların yumşaq cavabı mənə tə’sir etsin və savabdan çox vəsvəsəyə düçar olam.”

Əllamə Məclisi bu hədisi belə izah edir: “Həzrət (s) bu əməllə ümmətə öyrətmək istəyirdi ki, cavan qadınlarla əlaqələri azaltsınlar. Əslində mə’sum imam heç zaman vəsvəsəyə düçar olmur.”2

TƏ’QİBAT (NAMAZDAN SONRA MÜSTƏHƏB ƏMƏLLƏR) VƏ NAFİLƏLƏR (MÜSTƏHƏB NAMAZLAR)


Namaz Allah qarşısında hazır olmaq və Onun öz bəndələrini də’vət etdiyi mə’nəvi ziyafətdə iştirak etməkdir.

Ziyafət zamanı qonaq qarşılanır və müşayiət olunur. Qonaq nə qədər hörmətli olsa, qarşılaşma və müşayiət mərasimi bir o qədər əzəmətli olur. Namaz da belədir. Mə’sum rəhbərlərimiz namazdan qabaq özlərini namaza hazırlayırdılar. Onlar namazdan sonra tə’qibatla (namazdan sonrakı müstəhəb əməllər) məşğul olur və qəlblərini Allahdan ayırmırdılar. Dodaqları Allaha təsbihdən ayrılmır, üzləri qiblədən çevrilmirdi. Onlar namazı “gözlərinin nuru” bilmirdilərmi?! İnsan qəlbini “göz işığından” asanlıqla ayıra bilərmi?!

Azan və iqamə bir növ namazı qarşılamaqdır. Tə’qibat (namazdan sonrakı müstəhəb əməllər) isə onu müşayiət etmək.

Tə’qibat və namazdan sonrakı dualara e’tinasızlıq namaza biganəlik nişanəsidir. Necə ki, rəvayətlərdə məscidə tez gedib, namazı gözləmək tövsiyə edilir. Namaz intizarında olan şəxs Allahın qonağı adlandırılır.1 Namazdan sonra müstəhəb əməllər və dualar etmək tövsiyə olunur. Qur’an buyurur: “Elə ki, azad oldun, başqa işlə məşğul ol və Rəbbinə rəğbət göstər.”2 İndi isə tə’qibata aid bə’zi nöqtələri qeyd edək:


NAMAZIN TƏ’QİBATI


İmam Sadiq (ə) buyurur: “Vacib namazı qurtaran kimi dua və namazın tə’qibatına (namazdan sonrakı müstəhəb əməllərə) başla.”3 “Sübh, zöhr və məğrib namazından sonra dua qəbul olar.”4 “Həzrət Zəhranın (s) təsbihatı (34 dəfə “Əllahu əkbər”, 33 dəfə “əl-həmdu lillah” və 33 dəfə “subhanəllah”) Allah yanında 1000 rəkət müstəhəb namazdan yaxşıdır.”5

Hədisdə deyilir: “Bu təsbihləri deyən şəxs “Əhzab” surəsinin 41-ci ayəsinə (“Allahı çox zikr edin”) əməl etmiş olur.”6

Əlbəttə, dua və tə’qibatın öz yeri, iş-gücün öz yeri var. Bu iki iş bir-birinə mane olmur. Bə’ziləri elə düşünür ki, dua əvəzinə iş dalınca getsələr daha çox müvəffəq olacaqlar. Allahın rəsulu (s) buyurur: “Sübh namazından sonra dua yaşayış və ruzi üçün çox tə’sirlidir.”

SALAM VƏ LƏ’NƏT


Kamil və saleh insanlara salavat göndərmək, küfr başçılarını və şirk təzahürlərini lə’nətləmək tə’qibatlardandır.

Namazdan sonrakı dualarda həm müxtəlif salavatlarla, həm də müxtəlif lə’nətlərlə rastlaşırıq. Bu canlı və yönümlü bir məktəbdə təvəlla və təbərra (Allahın dostu ilə dostluq, düşməni ilə düşmənlik) nümunəsidir. Haqqında danışılan salavatlar öz yerində, hətta bir çox nümunələrdə “Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd” sözləri bir namaz tə’qibatı (namaz ardınca dua) kimi bəyan olunmuşdur.

Lə’nət barəsində imam Baqir (ə) buyurur: “Vacib namazı qurtararkən Bəni-Üməyyəyə lə’nət oxumamış yerindən qalxma.”1

Çünki bu alçaq tayfa tağut nümunəsi, mə’sum rəhbərlər və peyğəmbər ailəsi ilə müxalifət simvoludur. Bu tayfa hər növ nifrətə layiqdir!

İmam Sadiq (ə) hər namazdan sonra dörd kişi və dörd qadına (imamət məqamının inadkar düşmənlərinə) lə’nət və nifrin edirdi.2

İslamın ibadi göstərişlərlə yanaşı zalımları lə’nətləmək tapşırığı verməsi necə də dəyərlidir. Namaz, həcc və sair ibadətlər müşriklər, münafiqlər və kafirlərə nifrət e’lanı ilə yanaşıdır.

Demək, ilahi rəhbərlik xəttinin müxalifləri və Allah düşmənlərinə lə’nət bir növ namazın tə’qibatlarındandır.


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə