Mövzu №20. Savad təliminə hazırlıq anlayışı. Plan


Oxu təliminə hazırlıq üzrə işin məzmunu



Yüklə 21,6 Kb.
səhifə3/5
tarix08.01.2022
ölçüsü21,6 Kb.
#82713
növüYazı
1   2   3   4   5
Mövzu20.Nitq ink.metodikası

Oxu təliminə hazırlıq üzrə işin məzmunu

Məktəbəqədər dövrdə oxu təliminə iki cür yanaşmaq mümkündür:

1) səsləri və onları ifadə edən hərfləri eyni vaxtda öyrənməklə qısa müddətdə uşaqları sadə hecalarla oxu vərdişi aşılamaq;

2) uşaqlara dil gerçəkliklərini -məktəbdə fonetika və morfologiya məşğələlərində öyrədiləcək gerçəklikləri mənimsətdikdən sonra təmiz praktik vəzifənin yerinə yetirilməsinə, yəni oxumaq vərdişinin öyrədilməsinə başlamaq. Bu yol, şübhəsiz, uzun və çətindir.

Savad təlimi nitq inkişafı (bütövlükdə ana dili) proqramın bir hissəsi olduğundan ikinci yola üstünlüyün verilməsi təbiidir. Bu zaman əsas diqqət bütövlükdə uşaqların dil inkişafı prosesinə, onlarda nitq fəaliyyətinə yeni münasibətin formalaşmasına yönəlir. Uşaqlar əqli fəaliyyətin mürəkkəb formasını öyrənirlər. Bu prosesdə onlarda təhliletmə vasitəsilə müqayisə aparmaq, dil gerçəkliklərinin müxtəlif parametrləri arasındakı münasibətləri araşdırmaq vərdişləri yaranır. Beləliklə də, əvvəllər yalnız ünsiyyət vasitəsi olan nitq ilk dəfə təhlil obyektinə çevrilir. Sözdən nitq səsinin ayrılması üzrə ilk əməliyyatlar uşaqlarm sözə münasibətini dəyişir. Onlar diqqəti sözün mənasından onun formal cəhətinə - səs tərkibinə keçirirlər. Bu ideyanın nəzəri mövqeyi 70-ci illərdə akademik D.B.Elkonin tərəfindən işlənilmişdir.1 O, müəyyən etmişdir ki, oxu sözün qrafik modeli üzrə onun səs formasının yenidən hasilolma prosesidir. D.B.Elkonin bununla oxu təliminin əsas məzmununu - dilin səs materiyasını ayırmışdır. Onun metodu üzrə oxu təlimi prosesi bir-biri ilə qarşılıqlı əlaqədə olan üç mərhələdən ibarətdir: Birinci mərhələ sözlərin (səs) təhlilinin formalaşması və dilin fonem (səs)sisteminə ümumi bələdləşmə mərhələsidir.


Yüklə 21,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə