Mövzu 6 Beynəlxalq valyuta-maliyyə münasibətləri



Yüklə 439,32 Kb.
Pdf görüntüsü
səhifə10/17
tarix05.04.2018
ölçüsü439,32 Kb.
#35899
1   ...   6   7   8   9   10   11   12   13   ...   17

Kapital hərəkəti balansı B və C bloklarını əhatə edir. 

1.

 



“Birbaşa investisiyalar və digər uzunmüddətli kapital” (B bloku) aşağıdakıları əhatə edir: 

a)

 



birbaşa və portfel investisiyaları; 

b)

 



digər uzunmüddətli kapital: 

 



uzunmüddətli dövlət və özəl bank borcları; 

 



əvvəl alınmış (təqdim edilmiş) borcların əsas hissəsinin ödənilməsi (geri alınması); 

 



beynəlxalq bank və maliyyə təşkilatlarının istiqrazlarına abunə. 

2.

 



“Qısamüddətli  kapital”  (C  bloku)  bir  il  müddətinə  qədər  həyata  keçirilmiş  investisiyalar 

üzrə  hərəkəti  əks etdirir və  əsasən  qısamüddətli qiymətli kağızların və  öhdəliklərin, bank 

depozitlərinin və banklararası borclanmanınŞ qısamüddətli borcların hərəkətini xarakterizə 

edir. 


3.

 

Kapital  hərəkəti  balansından  sonra  D  bloku,  “Səhvlər  və  ötürmələr”  gəlir  ki,  oda 



səhvlərdən  daha  çox  ötürmələri,  yəni nəzərə  alınmamış göstəriciləri əhatə  edir; bu özünü 

xüsusilə  qısamüddətli  kapitalın  hərəkəti  üzrə  aparılan  hesablamalar  zamanı  göstərir;  bu 

maddədə həmçinin qaçaqmalçılıq fəaliyyəti və kapitalın qeyri-leqal axını nəzərə alınır. 

Son balansın təhlili zamanı H blokundan başqa bütün digər bloklar nəzərə alınır. 

“Kompensasiyaedici maddələr” (E bloku) aşağıdakıların həcmində baş verən dəyişiklikləri 

əks etdirir: 

a)

 

qızılın  monetləşdirilməsi/demonetləşdirilməsi  və  qızılın  dünya  qiymətlərində  baş  verən 



dəyişikliklər hesabına ölkənin qızıl ehtiyatının həcmində baş verən tərəddülər

b)

 



mübadilə məzənnələrinin dəyişməsi nəticəsində ölkənin hesabında olan XİH-də və ölkənin 

BVF-də olan ehtiyat mövqeyində baş verən dəyişikliklər

c)

 

mübadilə  məzənnələrinin dəyişməsi nəticəsində ölkənin valyuta ehtiyatlarında, nun xarici 



tələblərində və BVF-dən aldığı kreditlərdə baş verən dəyişikliklər. 

“Fövqəladə  maliyyələşdirmə”  (F  bloku)  əsasən  tədiyə  balansının  kəsirinin 

yüngülləşdirilməsi  üzrə  əməliyyatları  (BVF-nin  əvəzsiz  yardımları  (hədiyyələri),  Dünya 

Bankından struktur dəyişiklikləri üçün alınmış kreditlər və s.) əhatə edir. 

“Xarici  dövlət  orqanlarının  qızıl-valyuta  ehtiyatlarının  tərkibində  öhdəliklər”  (G  bloku) 

xarici  banklarda  dövlət  depozitlərini  və  dövlət  orqanları  tərəfindən  xarici  ölkələrin  qiymətli 

kağızlarının alınmasını (satışını) əhatə edir. 

Beləliklə,  hər  hansı  bir  ölkənin  xarici  dünya  ilə  münasibətləri  ölkənin  tədiyə  balansı 

çərçivəsində qeydə alınır. Öz növbəsində, tədiyə balansında əks olunan göstəricilərin təhlili xarici 

amillərin ölkənin daxili inkişafına müsbət və ya mənfi təsiri barədə fikir yürütməyə imkan verir. 

Bu  təhlil  nəticəsində  dövlətin  maliyyə    orqanları  bu  və  ya  digər  sabitləşdirici  tədbirlər  həyata 

keçirirlər. 

 

 

6.6. Tədiyə balansının dövlət tənzimlənməsi metodları 

 

Beynəlxalq  statistika  göstərir  ki,  dünya  ölkələrinin  tədiyə  balansları  daim  qeyri-tarazlıq 



halındadır, yəni cari əməliyyatlar üzrə saldo və son saldo adətən sıfıra bərabər olmur və buna görə 

də  saldo  və  ümumilikdə  tədiyə  balansı  kapital  hərəkəti  ilə,  dövlət  tərəfindən  həyata  keçirilən 

balanslaşdırıcı əməliyyatlarla və ehtiyatlardakı dəyişikliklərlə tarazlaşdırılır. 

Cari əməliyyatlar üzrə sabit müsbət saldo milli valyutanın mövqelərinin gücləndirir və eyni 

zamanda,  ölkədən  kapital  ixracı  üçün  ciddi  maliyyə  bazası  yaradır.  Sabit  mənfi  saldo  isə  mill 



valyutanın  mövqeyini  zəiflədir  və  ölkəni  daha  çox  xarici  kapital  cəlb  etməyə  sövq  edir.  Əgər 

ölkəyə  kapital  axını  uzunmüddətli  sahibkar  investisiyası  (birbaşa  və  portfel)  vasitəsilə  deyil, 

uzunmüddətli  dövlət  və  özəl  bank  borclanması  və  xüsusislə  də  fövqəladə  maliyyələşdirmə  və 

xarici  öhdəliklərin  artımı  hesabına  həyata  keçirilirsə  bu  ölkənin  xarici  borcunun  və  onlar  üzrə 

ödəmələrin sürətlə artmasına səbəb olur. Ölkə kredit hesabına yaşamağa başlayır. 

Cari əməliyyatlar üzrə saldonun bu və ya digər tərəfə güclü tərəddüdləri ölkə üçün əlverişli 

olmayan  nəticələr  yaradır.  Belə  ki,  müsbət  saldonun  kəskin  artımı  pul  kütləsinin  sürətli  artımı 

üçün  şərait  yaradır  və  bununla  da  inflyasiyanı  stimullaşdırır.  Mənfi  saldonun  kəskin  artımı  isə 

mübadilə məzənnəsinin kəskin şəkildə aşağı düşməsi ilə nəticələnir, bu da ölkənin xarici iqtisadi 

əməliyyatlarında xaos yaradır. Buna  görə  də, tədiyə  balansının tarazlığından söhbət gedəndə  ilk 

növbədə cari tədiyə balansının kəsiri və onun saldosunun güclü tərəddüdü diqqət mərkəzində olur. 

Bütün deyilənləri nəzərə alaraq dövlət ölkənin tədiyə balansını tənzimləməyə məhkumdur. 

Burada dövlət təsirinin bir neçə metodu mövcuddur: 

1.

 



Birbaşa  nəzarət.  Bura  idxalın  reqlamentləşdirilməsi  (məsələn,  kəmiyyət  məhdudiyyətləri 

vasitəsilə)  və  gömrük  və  digər  yığımlar,  xarici  investisiyalar  üzrə  gəlirlərin  xaricə 

köçürülməsinə  və  fərdi  şəxslərin  pul  transfertlərinə  qoyulan  qadağa  və  məhdudiyyətlər, 

əvəzsiz  yardımın  kəskin  azaldılması,  qısamüddətli  və  uzunmüddətli  kapitalın  ixracının 

dayandırılması  və  zəiflədilməsi  və  s.  aiddir.  Bu  cür  birbaşa  nəzarət  tədbirləri  adətən 

ölkənin  bir  çox  firmaları  üçün  çətinliklər  yaradır  və  buna  görə  də  onlar  tərəfindən 

alqışlanmır.    Uzunmüddətli  planda  bu  cür  tədbirlərin  effekti  ziddiyyətli  ola  bilər,  çünki 

yerli istehsalçılar üçün “isti rejim”  yaradır, xarici sərmayəçilərin ölkəyə  marağını azaldır, 

ölkədə  həyata  keçirilən  bu  və  ya  digər  layihələrə  lazımi  xarici  mütəxəssislərin  cəlbi  ilə 

bağlı  problemlər  yaranır,  milli  xiracatçılar  üçün  xaricdə  əmtəə  və  xidmət  müşaiyətedici 

şəbəkənin genişləndirilməsi maneələr yaradır. 

2.

 



Deflyasiya  (yəni,  inflyasiya  ilə  münarizə).  Bu  tədbir  daxili  iqtisadi  vəzifələrin  həllinə 

yönəlib, lakin kənar effekt kimi tədiyə balansının vəziyyəti də  yaxşılaşır. Hesab edilir ki, 

deflyasiya  siyasəti  üçün  ənənvi  olan  nəticələr  –  istehsalın,  investisiyaların  və  gəlirlərin 

həcminin  aşağı  düşməsi  –  idxalın  azalmasına  və  ixracın  genişləndirilməsi  üçün  ehtiyat 

güclərin  artımına  gətirib  çıxarır.  Deflyasiya  üçün  xarakterik  olan  faiz  dərəcəsinin 

artırılması  ölkəyə  qısamüddətli  kapital  axınına  səbəb  olur.  Lakin,  deflyasiyanın  digər 

aspekti də vardır: o, ixracı azaldır və idxalı artırır, çünki deflyasiya zamanı milli valyutanın 

nübadilə məzənnəsi  yüksəlir ki, bu da idxalatçıların imkanlarını genişləndirir. Ixracatçılar 

üçün  isə  milli  valyutanın  yüksək  məzənnəsi  ixracdan  əldə  edilən  valyuta  gəlirinin  milli 

valyutaya  dəyişdirilməsi  zamanı  daha  az  mənfəət  əldə  etmək  deməkdir  ki,  bu  da  heç  də 

ixracın stimulaşdırılmasına kömək etmir. 

3.

 



Mübadilə  məzənnəsinin  dəyişdirilməsi.  Bu  tədbir  dövlətlərə  tədiyə  balansının  tarazlığını 

tənzimləməyə  imkan  verir.  Lakin  bu  zaman  nəzərə  almaq  lazımdır  ki, 

revalvasiya/devalvasiyadan əldə edilən effekt ixracın və idxalın elastikliyi, həmçinin xarici 

ticarət  axınlarının  ətalətliliyi nəticəsində  zəifləyir.  Buna  görə  də,  mübadilə  məzənnəsində 

qısa,  orta  və  uzunmüddətli  dəyişiklikləri  fərqləndirirlər.  Belə  ki,  xarici  ticarət  axınlarının 

ətalətliliyi  milli  valyutanın  məzənnəsinin  güclü  düşüşündən  sonra  ilk  aylarda  ticarət 

balansının  dəyişməməsinə  gətirib  çıxarır.  Bu  zaman  ticarət  balansı  hətta  pisləşə  də  bilər. 

Bu,  ixracatçılara  ixracı  genişləndirmək  üçün,  idxalatçılara  isə  yeni  müqavilələrin  sayının 

azaldılması üçün zaman lazım olması ilə əlaqədardır.  Bir müddət keçdikdən sonra ticarət 

balansı ilə bağlı vəziyyət adətən dəyişir: ixrac artır, idxal azalır. 




Yüklə 439,32 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə