Mövzu 6 Beynəlxalq valyuta-maliyyə münasibətləri



Yüklə 439,32 Kb.
Pdf görüntüsü
səhifə11/17
tarix05.04.2018
ölçüsü439,32 Kb.
#35899
1   ...   7   8   9   10   11   12   13   14   ...   17

Müasir şəraitdə idxalın elastikliyi azalmağa doğru meyllidir. Belə ki, ölkələrin beynəlxalq 

əmək  bölgüsündə  iştirakının  genişlənməsi  nəticəsində  ölkəyə  gətirilməsi  obyektiv  olaraq  zəruri 

olan  əmtəə  və  xidmətlərin  milli  idxalda  xüsusi  çəkisi  artır.  Bna  görə  də,  orta  və  uzunmüddətli 

planda  devalvasiya  idxalı  çox  az  azaldır,  revalvasiya  isə  onu  əhəmiyyətli  dərəcədə  artırır.  Ixrac 

adətən  daha  elastikdir  və  buna  görə  də,  orta  və  uzunmüddətli  planda  milli  valyutanın 

məzənnəsinin dəyişməsinə daha həssasdır. 

Mübadilə  məzənnəsində  dəyişikliyin  kapital  hərəkətinə  təsiri  müxtəlifdir.  Ölkəyə 

uzunmüddətli  kapitalın  idxalı  perspektiv  məqsədlərlə  müəyyən  olunur  və  buna  gör  də  onda 

mübadilə  məzənnəsində  baş  verən  dəyişikliklər  zəif  əks  olunur.  Sərbəst  dönərli  valyutada 

qısamüddətli kapitalın ölkəyə idxalı üçün isə mübadilə məzənnəsindəki dəyişikliklər mühüm rol 

oynayır,  çünki,  burada  məzənnə  dəyişiklikləri  üzərində  “oynamaq”  üçün  imkan  olur.  Mümkün 

revalvasiya qabağı idxal artır, ondan sonra isə kapital ixracı artır. 

4.

 

Mərkəzi Bankın faiz dərəcəsinin dəyişdirilməsi. Bu tədbir valyuta məzənnəsinin və tədiyə 



balansının tənzimlənməsinə yönəlib. Bu zaman bur tərəfdəb beynəlxalq kapital hərəkətinə, 

digər tərəfdən isə daxil kreditlərin, pul kütləsinin, qiymətlərin, məcmu tələbin dinakikasına 

təsir  edilir.  Məsələn,  tədiyə  balansının  passiv  saldosu  zamanı  faiz  dərəcəsinin  artırılması 

faiz  dərəcəsinin  aşağı  olduğu  ölkələrdən  kapital  idxalını  stimullaşdıra  və  milli  kapitalın 

ixracını  zəiflədə  bilər  ki,  bu  da  tədiyə  balansının  vəziyyətinin  yaxşılaşmasına  və  valyuta 

məzənnəsinin yüksəlməsinə gətirib çıxaracaq. 

5.

 

Valyuta  ehtiyatlarının  diversifikasiyası.  Bu  zaman  dövlət,  banklar  və  transmilli  şirkətlər 



tərəfindən  valyuta  ehtiyatlarının  strukturunun  tənzimlənməsinə  yönəldilmiş  məqsədyönlü 

siyasət  həyata  keçirilir.  Bu  zaman  valyuta  ehtiyatlarının  strukturunun  tərkibinə  müxtəlif 

valyutalar  daxil  edilməklə  beynəlxalq  hesablaşmalar,  valyuta  müdaxiləsinin  həyata 

keçirilməsi  və  valyuta  itkilərindən  müdafiə  təmin  edilir.  Bu  siyasət  adətən  qeyri-sabit 

valyutaların satılması və daha sabit valyutaların alınması yolu ilə həyata keçirilir. 

Beləliklə, dövlət tədiyə balansının müxtəlif maddələrinə və ümumilikdə onun vəziyyətinə 

təsir göstərmək üçün müxtəlif üsullardan istifadə edir. 

 

 



 

6.7. Beynəlxalq valyuta-kredit və maliyyə münasibətlərinin  

dövlətlərarası tənzimlənməsi 

 

 

Beynəlxalq  valyuta-kredit  və  maliyyə  münasibətlərinin  əhəmiyyəti  yuxarıda  deyilənlərlə 



yanaşı, həmçinin dünya ictimaiyyəti tərəfindən yaradılan inkişaf etmiş dövlətlətarası tənzimləmə 

sistemi  ilə  müəyyən  edilir.  Beynəlxalq  valyuta-maliyyə  münasibətlərinin  üstmilli  tənzimlənməsi 

institutları  arasında  aparıcı  rol  Beynəlxalq  Valyuta  Fonudna  və  Dünya  (Ümumdünya)  Bankı 

Qrupuna daxil olan təşkilatlara məxsusudur. 

 

Beynəlxalq  Valyuta  Fondu  üzv  dövlətlər  arasında  valyuta-kredit  münasibətlərini 

tənzimləyən və onlara tədiyə balansının kəsiri nəticəsində yaranan çətinlikləri aradan qaldırılması 

üçün  xarici  valyutada  qısa  və  orta  müddətli  kreditlər  təqdim  edilməsi  yolu  ilə  maliyyə  yardımı 

edən hökumətlərarası təşkilatdır. 

Beynəlxalq  Valyuta  Fondu  1944-cü  ilin  iyulunda  keçirilən  Bretton-Vuds  konfransında 

yaradılıb.  Konfrans  Birləşmiş  Millətlər  Təşkilatı  tərəfindən  təşkil  olunmuşdu  və  əsas  məqsəd 

1930-cu  il  böhranına  səbəb  olan  iqtisadi  siyasətlərin  təkrar  olunmasının  qarşısını  almaq  idi. 



Konfransda 45 dövlətin nümayəndəsi iştirak edirdi və onlar BVF-nin yaradılması haqqında qərar 

qəbul  edərək  onun  Nizamnaməsini  (Razılaşma  Maddələri)  işlədilər.  BVF  1945-ci  ilin  27 

dekabrından  etibarən,  yəni  Razılaşma  Maddələri  29  ölkə  tərəfindən  imzalandıqdan  sonra  rəsmi 

fəaliyyətə başlaydı. BVF-in ilk maliyyə əməliyyatı 1 mart 1947-ci il tarixinə təsadüf edir. 

BMT-nin  ixtisaslaşmış  qurumu  statusuna  malik  BVF  praktik  olaraq  dünya  valyuta 

sisteminin institusional əsasını təşkil edir. 

Razılaşma Maddələrinin 1-ci maddəsinə görə BVF-nin məqsədləri belə müəyyənləşdirilir: 

 



məsləhət  və  qarşılıqlı  fəaliyyət  yolu  ilə  beynəlxalq  maliyyə  əməkdaşlığının  inkişafına 

dəstək verilməsi;  

 

beynəlxalq ticarətin tarazlı inkişafı və genişlənməsi üçün münbit şəraitin yaradılması; 



 

valyutala  məzənnələrinin  sabitliyinin  qorunmasını  dəstəkləmək,  rəqabətdən  irəli  gələn 



valyuta  devalvasiyalarından  qaçmaq,  qaydaya  salınmış  qarşılıqlı  valyuta  münasibətləri 

saxlamaq; 

 

çoxtərəfli ödənişlər sisteminin yaradılmasına və dünya ticarətinin inkişafına maneə törədən 



valyuta mübadiləsi məhdudiyyətlərinin aradan qaldırılmasına yardım etmək;  

 



tədiyə balansı ilə bağlı problemləri olan üzv dövlətlərə uyğun şərtlərlə maliyyə yardımının 

göstərilməsi; 

 

üzv-dövlətlərin tədiyə balanslarının kəsirlərinin masştabının və davamlılığının azaldılması. 



BVF-nin funksiyalarına aiddir: 

 



ümumi hesablaşmalar sisteminin və XİH üzrə hesablaşmalar sisteminin dəstəklənməsi

 



beynəlxalq valyuta sisteminin vəziyyətinin müşahidə edilməsi

 



valyutaların mübadilə məzənnələrinin sabitliyinin dəstəklənməsi

 



qarşılıqlı valyuta münasibətlərinin qaydaya salınması; 

 



qısa və orta müddətli kreditlərin verilməsi

 



XİH-in yenidən bölgüsü yolu ilə üzv-ölkələrin valyuta ehtiyatlarının artırılması; 

 



tövsiyə və məsləhətlərin verilməsi, əməkdaşlıqda iştirak edilməsi. 

BVF-yə  üzv  olan  hər  bir  ölkə  müəyyən  məbləğdə  pulu  –  ilkin  kvotanı  BVF-nin  hesabına 

daxil edir ki, bu kvota da hər 5 ildən bir nəzərdən keçirilir. Hazırda BVF-nin 184 üzvü vardır.  

BVF-nin  hesablaşma  vahidi  Xüsusi  İqtibas  Hüquqlarıdır  (Special  Drating  Rights  -  SDR). 

XİH  beynəlxalq  ehtiyat  aktivi  olmaqla  BVF  tərəfindən  1969-cu  ildə  tətbiq  edilmişdir.  BVF 

üzvlərinin  həmin  vaxt  mövcud  olan  beynəlxalq  ehtiyatların  və  onların  potensial  artımının 

beynəlxalq  ticarətin  artımını  təmin  etmək  üçün  kifayət  etməyəcəyindən  ehtiyatlanmaları  buna 

səbəb olmuşdur. 

BVF-nin ümumi kvotası 31 dekabr 2003-cü il tarixinə 292 milyard XİH təşkil etmişdir. 

Dünya  valyuta  sisteminin  təkamülü  ilə  əlaqədar  olaraq  BVF-nin  Nizamnaməsinə  3  dəfə 

yenidən baxılmışdır: 

 



1969-cu ildə XİH sisteminin tətbiqi ilə əlaqədar

 



1976-cı ildə Yamayka valyuta sisteminin yaradılması ilə əlaqədar

 



1992-ci  ildə  Fonda  borclarını  geri  qaytarmayan  ölkələrin  səsvermə  hüququndan  məhrum 

edilmələri ilə əlaqədar. 

Əsas  idarəetmə  qurumları  Müdirlər  Şurası,  Beynəlxalq  Valyuta  və  Maliyyə  Komitəsi, 

İnkişaf Komitəsi, İcra Şurasıdır. 



Müdirlər Şurası. BVF-nin idarəçilik strukturunun ən ali orqanı Müdirlər Şurasıdır. Şuraya 

184 üzv dövlətin maliyyə nazirləri və ya mərkəzi bank sədrləri daxildir. Beynəlxalq Monetar və 




Yüklə 439,32 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə