Mövzu 6 Beynəlxalq valyuta-maliyyə münasibətləri



Yüklə 439,32 Kb.
Pdf görüntüsü
səhifə2/17
tarix05.04.2018
ölçüsü439,32 Kb.
#35899
1   2   3   4   5   6   7   8   9   ...   17

Təsərrüfat həyatının beynəlmiləlləşmə dərəcəsi artdıqca bu  valyuta sistemləri arasında sərhədlər 

yavaş-yavaş silinir. Ayrıca bir milli valyuta sistemində baş verə biləcək mənfi meyllər regional və 

dünya valyuta sistemlərinə mənfi təsir göstərə bilər, regional valyuta sistemində həyata keçirilən 

islahatlar isə həm müxtəlif milli sistemlərdə, həm də ümumilikdə dünya valyuta sistemində ciddi 

dəyişikliklərlə nəticələnə bilər. 

Milli  və  beynəlxalq  valyuta  sistemləri  bir  sıra  oxşar  elementlərdən  ibarətdirlər.  Lakin  bu 

elementlər müxtəlif vəzifə və funksiyaları yerinə yetirirlər və bubstemlərin şərtlərini əks etdirirlər 

(Cədvəl *.*). 

 

Cədvəl *.* 

Milli və dünya valyuta sistemlərinin əsas elementləri 

 

Milli valyuta sistemi 



Dünya valyuta sistemi 

1) milli valyuta vahidi; 

1)  ehtiyat  valyutaları  və  beynəlxalq 

hesablaşma valyuta vahidləri; 

2) milli valyutanın dönərlilik şərtləri

2) valyutaların qarşılıqlı dönərliliyi şərtləri; 

3) milli valyutanın pariteti; 

3) valyuta paritetlərinin unifikasiya olunmuş 

rejimi; 

4) valyuta məzənnəsi rejimi

4) 

valyuta 


məzənnələri 

rejiminin 

tənzimlənməsi; 

5)  valyuta  məhdudiyyətlərinin  olması  və  ya 

olmaması; 

5) valyuta məhdudiyyətlərinin dövlətlərarası 

tənzimlənməsi; 

6) 


mübadilənin 

beynəlxalq 

kredit 

vasitələrindən 



istifadə 

edilməsinin 

tənzimlənməsi; 

6) 


mübadilənin 

beynəlxalq 

kredit 

vasitələrindən 



istifadə 

edilməsinin 

unifikasiyası; 

7)  ölkənin  xarici  iqtisadi  hesablaşmalarının, 

milli  valyuta  bazarı  rejiminin,  milli  qızıl 

bazarı rejiminin tənzimlənməsi; 

7)  beynəlxalq  hesablaşma  formalarının, 

dünya  valyuta  bazarları  və  qızıl  bazarları 

rejimlərinin unifikasiyası; 

8) ölkənin likvidliyinin tərkibi və strukturu

8) 

beynəlxalq 



valyuta 

likvidliyinin 

dövlətlərarası tənzimlənməsi; 

9) 


ölkənin 

valyuta 


münasibətlərini 

tənzimləyən milli dövlət orqanları; 

9)  dövlətlərarası  valyuta  tənzimlənməsini 

həyata keçirən beynəlxalq təşkilatlar 

 

6.2. Dünya valyuta sisteminin təkamülü 

 

Dünya  valyuta  sistemi  öz  inkişafında  bir  neçə  mərhələ  keçmişdir.  Hər  bir  mərhələnin 



özünəməxsus funksiyaları və prinsipləri vardır. Bununla yanaşı, hər bir mərhələ özündən əvvəlki 

mərhələdən müəyyən məsələləri əxz etmişdir. 

Dünya valyuta sisteminin inkişafında aşağıdakı mərhələləri fərqləndirirlər: 

1.

 



Paris valyuta sistemi (1867-ci ildən XX əsrin 20-ci illərinə qədər);qızıl-monet 

2.

 



Genuya valyuta sistemi (1922-ci ildən 1930-cu illərə qədər);qızıl-deviz 

3.

 



Bretton-Vuds valyuta sistemi (1944-cü ildən 1976-cı ilə qədər);qızıl-valyuta 

4.

 



Yamayka valyuta sistemi (1976-1978-ci illərdən indiyə qədər). 


Birinci dünya valyuta sistemi XIX əsr sənaye inqilabı və beynəlxalq ticarətin genişlənməsi 

nəticəsində  öz-özünə  formalaşan  qızıl-monet  standartıdır.  Bu  dünya  valyuta  sistemini  onun 

funksiya göstərməsi prinsipləri üzrə danışıqların aparıldığı yerin adına uyğun olaraq Paris valyuta 

sistemi  də  adlandırırlar.  Həmin  dövrdə  milli  və  beynəlxalq  valyuta  sistemləri  oxşar  idilər,  qızıl 

dünya  pulu  funksiyasını  yerinə  yetirirdi,  dünya  bazarında  ödəmələr  onun  çəkisinə  görə  həyata 

keçirilirdi. 

Qızıl-monet standartının əsas prinsipləri aşağıdakılar idi: 

1)

 



milli pul vahidlərinin qızıl tərkibi müəyyən edilmişdi

2)

 



qızıl  ümumi  ödəmə  vasitəsi  funksiyasını  və  deməli,  dünya  pulu  funksiyasını  yerinə 

yetirirdi; 

3)

 

mərkəzi bankların mübadilədə olan əskinasları sərbəst surətdə qızıl monetlərinə mübadilə 



edilirdi; mübadilə onların monet paritetləri əsasında,  yəni, əskinaslarda olan təmiz qızılın 

çəki kəmiyyətlərinə görə həyata keçirilirdi; 

4)

 

ölkələr  arasında  qızılın  sərbəst  hərəkəti  valyuta  məzənnələrinin  nisbi  sabitliyini  təmin 



edirdi; 

5)

 



valyutanın  məzənnəsi  monet  paritetlərindən  “qızıl  nöqtələri”  (fiksə  edilmiş  valyuta 

məzənnəsinin ± 1%-i) çərçivəsində fərqlənə bilərdi

6)

 

milli  qızıl  ehtiyatı  və  pulun  daxili  təklifi  arasında  nisbətin  müəyyən  olunmuş  səviyyədə 



saxlanmasına ciddi nəzarət edilirdi; 

7)

 



beynəlxalq dövriyyədə qızıldan başqa, ingilis funt-sterlinqindən də istifadə edilirdi

8)

 



tədiyə balansının kəsiri qızılla örtülürdü. 

Azad  rəqabət kapitalizminin getdikcə  inhisar kapitalizminə çevrilməsi nəticəsində klassik 

qızıl-monet  standartı  təsərrüfat  əlaqələrinin  masştabına  cavab  verməməyə,  iqtisadiyyatın,  pul  və 

valyuta sistemlərinin inhisarların və dövlətlərin maraqlarına uyğun tənzimlənməsini əngəlləməyə 

başladı. XX əsrin əvvəlində ABŞ və Fransanın iqtisadi gücünün artması ilə Böyük Britaniyanın 

dünya valyuta sistemində mövqeyi zəifləməyə başladı. Birinci dünya müharibəsi zamanı ABŞ-dan 

başqa bütün ölkələrdə əskinasların qızıla dəyişdirilməsi dayandırıldı və qızıl standartı ləğv edildi. 

Qızıl  daxili  mübadilədən  çıxarılaraq  qızılla  ölçülməyən  əskinaslara  dəyişdirilirdi.  Beynəlxalq 

ödəmə dövriyyəsində ölkələr arasında qızılın sərbəst hərəkəti ləğv edildi. 

Birinci  dünya  müharibəsinin  bitməsi  və  ölkələr  arasında  xarici  iqtisadi  əlaqələrin  bərpası 

dünya valyuta sisteminin yeni prinsipkərinin işlənməsinə zərurət yaratdı. Beləliklə, dünya valyuta 

sisteminin  təkamülündə  ikinci  mərhələ  hesab  edilən  qızıl-deviz  standartı  və  ya  Genuya  valyuta 



sistemi  fəaliyyət  göstərməyə  başladı.  1922-ci  ildə  İtaliyanın  Genuya  şəhərində  keçirilən  iqtisadi 

və maliyyə məsələləri üzrə beynəlxalq konfransda qeyd olundu ki, ölkələrin malik olduqları qızıl 

ehtiyatları  xarici  ticarət  və  digər  əməliyyatlar  üzrə  hesablaşmaları  tənzimləmək  üçün  kifayət 

deyildir.  Qızıl  və  ingilis  funt-sterlinqindən  başqa,  ABŞ  dollarından  da  istifadə  etmək  tövsiyə 

edildi. Beynəlxalq ödəmə vasitəsi rolunu öz üzərlərinə götürmüş hər iki valyuta “əsas valyutalar” 

adını aldılar. 

Genuya valyuta sisteminin əsas prinsipkəri əvvəlki Paris sisteminin prinsipkərinə oxşar idi. 

Qızıl dünya pulu rolunu saxlayırdı, qızıl paritetləri saxlanılırdı. Lakin, bəzi dəyişikliklər də tətbiq 

edilmişdi. 

1924-1928-ci  illərdə  həyata  keçirilən  pul  islahatları  nəticəsində  bərqərar  olmuş  nisbi 

sabitləşmə dövründə “qızıl monometallizmi” iki yeni modifikasiya olunmuş formada bərpa edildi: 

1) qızıl-külçə; 2) qızıl-deviz. 




Yüklə 439,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə