Mövzu 6 Beynəlxalq valyuta-maliyyə münasibətləri



Yüklə 439,32 Kb.
Pdf görüntüsü
səhifə14/17
tarix05.04.2018
ölçüsü439,32 Kb.
#35899
1   ...   9   10   11   12   13   14   15   16   17

dəstək  vermək  imkanı  yaratmalı  və  BVF  resurslarından  daha  səmərli 

istifadəyə gətirib çıxarmalı idilər. 



 

 

BVF maliyyələşdirməsinin böyük hissəsi aşağıdakı üç müxtəlif tip kreditləşdirmə siyasəti 



çərçivəsində həyata keçirilir. 

1)

 



“Stand-by” krediti haqqənda razılaşma BVF-nin kreditləşdirmə siyasətinin əsasını təşkil 

edir.  Bu  mexanizmdən  ilk  dəfə  1952-ci  ildə  istifadə  olunub  və  əsasən  tədiyə  balansının 

qısamüddətli problemlərinin həllinə yönəlib. 

2)

 



BVF-nin  genişləndirilmiş  kreditləşdirmə  mexanizmi  (EFF)  həyata  keçirilən  ortamüddətli 

razılaşmalar  tədiyə  balansının  maliyyələşdirilməsi  ilə  çətinliklər  yaşayan  ölkələr  üçün 

nəzərdə tutulub. Bu zaman struktur siyasəti tədbirləri çərçivəsində vergi sistemi və maliyyə 

sektorunda islahatlar  həyata  keçirilir, dövlət  müəssisələri özəlləşdirilir və  əmək  bazarının 

çevikliyinin artırılması üçün müəyyən addımlar atılır. 

3)

 



1970-ci illərin sonlarından etibarən BVF dayanıqlı iqtisadi artımı təmin etmək və əhalinin 

həyat səviyyəsini yüksəltmək məqsədilə daha yoxsul üzv-dövlətlərə güzəştli kreditlər verir. 

Hazırda  yoxsulluğun  azaldılması  və  iqtisadi  artıma  dəstək  üzrə  maliyyələşdirmə 

mexanizmindən (PRGF) istifadə edilir. 

BVF kreditləşdirməsinin ən vacib elementləri aşağıdakılardır: 

 

BVF  yardım  göstərilməsi  üzrə  agentlik  və  ya  inkişaf  bankı  deyildir.  O  üzv-dövlətlərə 



kreditləri tədiyə balansı problemlərinin həlli və dayanıqlı iqtisadi artımın bərpası məqsədilə 

verir.  Təqdim  edilən  xarici  valyutanın  məbləği  ölkənin  kvotasına  uyğun  olaraq  müəyyən 

edilir.  Bu  məbləğ  beynəlxalq  ehtiyatların  artırılması  üçün  ölkənin  mərkəzi  bankında 

yatırılır.  İnkişaf  agentliklərindən  fərqli  olaraq  BVF  konkret  layihələrə  və  ya  fəaliyyət 

növlərinə kredit ayırmır. 

 



BVF  kreditlərinin  verilməsi  həyata  keçirilən  siyasətlə  şərtlənir:  kredit  götürmək  istəyən 

ölkə  onun  tədiyə  balansının  problemlərinin  aradan  qaldırmağa  yönəlmiş  siyasəti  qəbul 

etməlidir. BVF və üzv-dövlət həyata keçirilməli olan iqtisadi siyasət tədbirləri üzrə razılığa 

gəlməlidirlər. Bundan əlavə, BVF vəsaitləri tədricən, mərhələ-mərhələ ayırır və bu zaman 

ölkə tərəfindən iqtisadi siyasət tədbirləri üzrə öhdəliklər qrafikinin yerinə  yetirilməsindən 

çıxış edilir. 

 

BVF  kreditləşdirməsi  müddətinə  görə  məhdudlaşdırılıb.  Istifadə  edilən  maliyyələşdirmə 



mexanizmindən  asılı  olaraq  kreditlər  6  aydan  4  il  müddətinə  qədər  verilə  bilər. 

Qısamüddətli  kreditlər  üzrə  (“stand-by”  kreditləri  haqqında  razılaşmalar  üzrə)  ödəmə 

müddəti 3 il 3 aydan 5 ilə qədər, ortamüddətli maliyyələşdirmə üzrə isə (genişləndirilmiş 

kreditləşdirmə haqqında razılaşmalar üzrə) 4,5 ildən 10 ilə qədər təşkil edirdi. Lakin, 2000-

ci ilin noyabrında İcra Şurası ödəmə müddətini “stand by” kreditləri üzrə 2 il 3 aydan 4 ilə 

qədər, genişləndirilmiş kreditlər üzrə isə 4,5 ildən 7 ilə qədər ixtisar etdi. PRGF mexanzimi 

çərçivəsində  kreditlərin  ödəmə  müddəti  isə  əsas  məbləğ  üzrə  ödəmələrə  5,5  il  güzəşt 

müddəti verməklə 10 il təşkil edir. 

 

BVF  hesab  edir  ki,  borclu  dövlətlər  onun  kreditlərini  ilk  növbədə  ödəməlidirlər.  Borclu 



dövlət  BVF-nin  kreditini  müəyyən  edilmiş  qrafik  üzrə  vaxtında  geri  qaytarmalıdır  ki,  bu 

vəsaitlərdən  ehtiyacı  olan  digər  üzv-dövlətlərin  kreditləşdirilməsi  üçün  istifadə  edilsin. 

BVF  vaxtı  ötmüş  borcların  yığılmasının  qarşısının  alınması  üçün  prosedur  müəyyən 

etmişdir. 




 

BVF-dən  standart,  güzəştsiz  maliyyələşdirmə  mexanizmləri  çərçivəsində  kredit  alan 



ölkələr  (yəni  aşağı  gəlirli  ölkələrdən  başqa  yerdə  qalan  ölkələr)  bazar  dərəcləri  ilə  bağlı 

olan  dərəcələr  üzrə  fazilər,  komisyon  yığımları  və  öhdəliyə  görə  qaytarılan  yığımı 

ödəyirlər. BVF-nin vəsaitlərindən həddindən artıq istifadə edilməsinin qarşısının alınması 

üçün  müəyyən  edilmiş  həddən  əlavə  də  yığım  tutula  bilər.  PRGF  mexanizmi  üzrə  kredit 

almış  aşağı  gəlirli  ölkələr  güzəştli  fiksə  olunmuş  dərəcə  üzrə  -  ildə  0,5%  olmaqla  faiz 

ödəyirlər. 

 

Üzv-dövlətlər tərəfindən resurslardan istifadəyə zımanətin gücləndirilməsi məqsədilə BVF 



2000-ci  ilin  martından  etibarən  mərkəzi  banklar  tərəfindən    daxili  nəzarət,  maliyyə 

hesabatlılığı  və  audit  mexanizmləri  prosedurları  üzrə  arzuolunan  praktikaya  riayət 

olunmasının qiymətləndirilməsi haqqında tələb irəli sürmüşdür. Eyni zamanda, İcra Şurası 

qeyri-dəqiq  informasiya  təqdim  etməklə  BVF-dən  kredit  almış  ölkələrə  qarşı  tədbirləri 

genişləndirmək və onları daha sistematik etmək barədə qərar qəbul etmişdir. 

 



Əksər  hallarda  kreditlərin  təqdim  edilməsi  zamanı  BVF  xarici  maliyyələşdirmə  üzrə 

ölkələrin  ehtiyacının  yalnız  kiçik  bir  hissəsini  ödəyir.  Lakin  BVF-nin  ölkəyə  kredit 

verməsinin  təsdiq  edilməsi  ölkə  tərəfindən  əsaslandırılmış  iqtisadi  siyasətin  həyata 

keçirildiyinə bir siqnaldır. Bu isə potensial incestorlar və rəsmi dairələrdə inam yaradır və 

bu  mənbələrdən  əlavə  maliyyə  resursları  cəlb  etməyə  imkan  verir.  Beləliklə,  BVF 

maliyyələşdirməsi digər vəsaitlərin cəlb edilməsi üçün əhəmiyyətli rıçaq və ya katalizator 

rolunu oynayır. 

Texniki yardım. BVF üzv dövlətləri səmərəli makroiqtisadi və struktur siyasətlərini həyata 

keçirmək, eyni zamanda institusional quruluşu inkişaf etdirmək üçün texniki yardımla təmin edir. 

Texniki  yardım  fiskal  siyasət,  monetar  siyasət  və  statistika  sahələri  də  daxil  olmaqla  müxtəlif 

istiqamətlərdə  təklif  olunur.  Bu  işin  məqsədi  üzv-dövlətlərin  iqtisadi  siyasətlərinin  işlənməsi  və 

həyata  keçirilməsi  proseslərinin  təkmilləşdirilməsinə  dəstək  verməkdən  ibarətdir.  Buna  isə 

mərkəzi  banklar  və  maliyyə  nazirlikləri  kimi  məsuliyyətli  qurumların  personalının  ixtisas 

səviyyələrinin  artırılması  yolu  ilə  nail  olunur.  Texniki  yardım  BVF-nin  üzv-dövlətlərə  iqtisadi 

siyasət  üzrə  tövsiyələrini  və  maliyyə  yardımını  tamamlayır.  BVF-nin  inzibati  xərclərinin  20%-i 

texniki yardımın payına düşür. 

BVF  texniki  yardımı  1960-cı  illərin  ortalarından  təqdim  etməyə  başlamışdır.  O  zaman 

yenicə  müstəqillik  əldə  etmiş  çoxsaylı  ölkələr  BVF-yə  mərkəzi  bank  və  maliyyə  nazirliklərinin 

işinin təşkili üçün kömək göstərilməsi xahişi ilə müraciət etmişdilər. 

Texniki  yardımın  növbəti  artım  dalğası  1990-cı  illərin  əvvəllərinə,  Mərkəzi  və  Şərqi 

Avropa  və  keçmiş  Sovetlər  Birliyi  ölkələrinin  mərkəzləşdirilmiş  sistemdəm  bazar  sisteminə 

keçməsi dövrünün başlanğıcına təsadüf etmişdir.  

Daha sonra BVF beynəlxalq maliyyə sisteminin arxitekturasının gücləndirilməsi üzrə işlər 

çərçivəsində  texniki  yardımın  həcmini  artırmışdır.  BVF  ölkələrə  maliyyə  sistemlərini 

gücləndirməkdə,  iqtisadi  və  maliyyə  göstəricilərinin  yığılması  və  paylanması  metodlarının 

təkmilləşdirilməsində, ölkələrin vergi və hüquqi sistemlərinin, bank tənzimlənməsi və nəzarətinin 

yaxşılaşdırılmasında yardım edir. 

BVF  həmçinin  ciddi  vətəndaş  təlatümləri  və  müharibələrindən  sonra  dövlət  institutlarını 

bərpa etməli olmuş ölkələrə əməliyyat məsələləri üzrə əhəmiyyətli həcmdə tövsiyələr təqdim edir. 

BVF dörd sahə üzrə texniki yardım göstərir və kadrların hazırlığını həyata keçirir: 

 



bank sisteminin tənzimlənməsi, ona nəzarət və yenidənqurulması, valyuta vəsaitlərinin və 

valyuta  əməliyyatlarının  idarə  edilməsi,  klirinq  və  ödəmələr  üzrə  hesablaşma  sistemləri, 




Yüklə 439,32 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə