Mövzu 6 Beynəlxalq valyuta-maliyyə münasibətləri



Yüklə 439,32 Kb.
Pdf görüntüsü
səhifə16/17
tarix05.04.2018
ölçüsü439,32 Kb.
#35899
1   ...   9   10   11   12   13   14   15   16   17

 

İndiyəcən Dünya Bankı tərəfindən ölkələrə 360 milyard dollat kredir verilib. 2002-ci ildə 

isə 40 ölkəyə 96 əməliyyat nəticəsində 11,5 milyard dollar həcmində kredit təqdim edilib.  

2002-ci  fiskal  ilində  DB-nin  inkişaf  etməkdə  olan  ölkələrdə  həyata  keçirdiyi  fəaliyyətin 

əsas tezisləri aşağıdakılar olub: 

Borcların sürətləndirilmiş silinməsi: 

 



2002-ci ilin iyun ayına olan məlumata əsasən 26 yoxsul dövlət bu proqram çərçivəsində 41 

milyard  dollara  qədər  vəsait  alıb.  Nəticədə  həmin  dövlətlərin  xarici  borcları  təxminən  65 

%-ə qədər azaldılıb və uyğun olaraq sosial xərclər artırılıb.  

HİÇ/QİÇS-ə qarşı mübarizənin dəstəklənməsi: 

 



QİÇS-in  nə  qədər  ciddi  təhlükə  olduğunu  başa  düşən  Dünya  Bankı  2001-ci  ilin  sentyabr 

ayından  etibarən  çoxtərəfli  HİÇ/QİÇS  proqramını  həyata  keçirməyə  başlayıb.  Proqrama 

görə  əsasən  Afrika  dövlətlərində  həyata  keçirilən  layihələr  güzəştli  şərtlər  əsasında 

maliyyələşdirilir. 



Yoxsulluğun aradan qaldırılmasına çoxtərəfli dəstək: 

 



Proqrama ətraf mühitin mühafizəsi üzrə  yeni strategiyanın hazırlanması məqsədilə qlobal 

məsləhətləşmələrin  aparılması,  əhalinin  maarifləndirilməsi,  məhkəmə  orqanlarında  anti-

korrupsiya  proqramları,  mübahisələrin  ədalətli  həlli  və  yoxsul  qadınlara  hüquqi  yardım 

daxildir. 



İnkişafın səmərəliliyinin artırılması: 

 



Dünya  Bankının  portfelindəki  “risqli”  layihələrin  sayı  son  5  ildə  yarıya  qədər  azaldılıb. 

Layihələrin  keyfiyyətinin  tənqidi  və  onlara  nəzarət  imkanları  yaxşılaşdırılıb.  Eyni 

tendensiya Dünya Bankının qeyri-borc xidmətlərində də özünü göstərir. 

BYİB-in  maliyyə  mənbəyi  nizamnamə  kapitalı,  kapital  bazarında  borclanma,  əvvəl 

buraxılan  istıqrazlara  görə  ödənişlərdən  daxilolmalar,  bölüşdürülməmiş  kapital  hesabına 

formalaşdırılır. BYİB kreditləri 15-20 il müddətinə, 3-5 il güzəştli dövrü ilə verir. 

BYİB borc, təminat və qeyri-borc xidmətləri vasitəsilə (təhlil və məsləhət xidməti də daxil 

olmaqla) orta gəlirli və tədiyyə qabiliyyətli ölkələrdə (adambaşına düşən gəliri 5185 dollardan az 

olan)  davamlı  inkişafı  təmin  etməyə,  beləliklə  də  yoxsulluğu  aradan  qaldırmağa  çalışır.  BYİB 

1948-ci  ildən  bəri  təmiz  gəlirlə  işləyir  və  bu  inkişaf  fəaliyyətlərinin  maliyyələşdirilməsinə, 

maliyyə  qabiliyyətinin  gücləndirilməsinə,  kapital  bazarında  borc  əldə  etmə  şərtlərinin 

yumşaldılmasına sərf olunur. BYİB-də səsvermə hüququ üzv dövlətin kapitala abunəsinə bağlıdır.  

Dünya Bankı Qrupunun illik borclarının yarıdan çoxunu təmin edən BYİB vəsaitin demək 

olar  ki,  hamısını  maliyyə  bazarlarında  əldə  edir.  BYİB-in  AAA  borcları  Dünya  Bankı 

istiqrazlarının  və  borc  qiymətli  kağızlarının  pensiya  fondlarına,  sığorta  şirkətlərinə, 

korporasiyalara, digər banklara və ayrı-ayrı fərdlərə satılması vasitəsilə maliyyələşdirilir. 2002-ci 

fiskal ilində BYİB bu yolla maliyyə bazarlarında 43 milyard dollara qədər əldə edib. BYİB-dən 

borc alanlar borcun qiymətinə uyğun olaraq müəyyənləşdirilən faiz ödəməlidirlər. Borclar 15-20 il 

ərzində geri ödənməlidir ki, bunun 3-5 illik dövrü əsas bocun ödənilmədiyi güzəştli müddət hesab 

edilir. BYİB-in vəsaitlərinin 5%-ə qədəri yeni üzvluyə qəbul olunan dövlətlər tərəfindən ödənilir. 

Üzvlüyə  qəbul  olunan  dövlətlər  iqtisadi  gücə  müvafiq  olaraq  ayrılan  payları  almalıdırlar,  lakin 

payın dəyərinin yalnız cüzi hissəsini ilkin olaraq ödəmək tələb olunur. Qalan vəsait Bankın ciddi 

itkilərə məruz qala biləcəyi halların öhdəsindən gəlmək üçün saxlanılır. Bu zəmanət kapitalından 

yalnız  istiqraz  sahiblərinə  ödəmələr  üçün  istifadə  oluna  bilər;  həmin  kapitaldan  inzibati 

məqsədlərlə  yararlanmaq və  ya  borc  vermək  olmaz.  BYİB-in qaydalarına  görə  verilən  borcların 

məcmu həcmi kapital ehtiyatlarının həcmindən artıq ola bilməz.  




2002-ci  fiskal  ilində  BYİB-in  Avropa  və  Mərkəzi  Asiya  dövlətlərinə  verdiyi  borcların 

həcmi  rekord  həddə  çataraq  4,9  milyard  dollar  və  ya  ümumi  borcların  43%-ni  təşkil  etmişdir. 

Sonrakı yerləri uyğun olaraq 4,2 milyard dollarlıq göstərici ilə Latın Amerikası və Karib Dənizi 

bölgəsi, 1 milyard dollarlıq göstərici ilə Şərqi Asiya və Sakit Okean tutub. 

BYİB  borclarının  30%-ni  və  ya  3,6  milyard  dollarını  dövlət  idarəçiliyi  sahəsinə 

istiqamətləndirib.  2,1  milyard  dollarlıq  vəsait  və  ya  BYİB-in  ümumi  borclarının  18%-i  maliyyə 

sahəsinə  verilib.  2002-ci fiskal ilində idarə  strukturunun islahatına  verilən  borcların  payı  rekord 

həddə çataraq 64% (2001-ci fiskal ilində 38%) təşkil edib. 



Beynəlxalq İnkişaf Assosiasiyası 1960-cı ildə yaradılıb, hazırda 162 üzvü var. Bu təşkilata 

üzv olmaq üçün ölkə ilk növbədə BYİB-ə üzv olmalıdır. BİA indiyə qədər ölkələrə 135 milyard 

dollar məbləğində kredit verib. 2002-ci ildə 62 ölkədə həyata keçirilən 133 yeni əməliyyat üçün 

8,2  milyard  dollar  vəsait  xərclənib.  Bu  təşkilat  kreditləri  faizsiz  olaraq  (0,75%  həcmində  yığım 

istisna olmaqla), ödəmə müddəti 10-35 il və güzəşt müddəti 10 il omaqla verir. 

BİA-nın  strukturu  BYİB-in  strukturunu  analoqudur.  BYİB-in  prezidenti  eyni  zamanda 

BİA-nın da prezidentidir. 

BİA-ya  daxil  olan  vəsaitlər  Dünya  Bankına  2,4  milyard  insanın  yaşadığı  78  ən  yoxul 

dövlətə ildə orta hesabla 6-7 milyard dollar faizsiz kredit verməyə imkan verir. Bu dəstək olduqca 

vacib əhəmiyyətə malikdir, çünki həmin dövlətlər bazar şərtləri əsasında borc almaq iqtidarında 

deyillər.  BİA  əsas  ehtiyacların  (təhsil,  səhiyyə,  təmiz  su  və  s)  təmin  olunmasına  çalışır, 

məhsuldarlığın artımını və yeni iş yerlərinin yaradılmasını şərtləndirən investisiyaları dəstəkləyir.  

BİA-nın  kreditləri  yalnız  hökumətlərə  verilir.  Eyni  zamanda  BİA  kreditləri  yalnız 

adambaşına düşən gəliri 875 dollardan aşağı olan dövlətlərə verilə bilər. BİA-nın kreditləri Dünya 

Bankı borclarının təxminən dörddə birini təşkil edir.  

40-a  yaxın  dövlət  BİA-nın  maliyyələşməsində  iştirak  edir.  Donorların  siyahısına  Fransa, 

Almaniya,  Yaponiya,  Böyük  Britaniya,  ABŞ  kimi  inkişaf  etmiş  ölkələrlə  yanaşı,  Argentina, 

Botsvana,  Braziliya,  Macarıstan,  Koreya,  Rusiya  Federasiyası,  Türkiyə  kimi  inkişafda  olan 

dövlətlər də daxildir.  

BİA-nın  borcları  2002-ci  fiskal  ilində  rekord  həddə  çataraq  133  yeni  əməliyyat  üçün  8,1 

milyard  dollar  təşkil  edib  (2001-ci  ildə  134  yeni  əməliyyat  üçün  6,8  milyard  dollar).  BİA-nın 

borclarının  yarıdan  çoxu  Afrika  və  Cənubi  Asiyaya  iqtiqamətlənib.  Afrika  2002-ci  ildə  63  yeni 

əməliyyat üçün 3,8 milyard dollar borc alıb. BİA-nın borclarının üçdə birinə qədəri (2,6 milyard 

dollar) Cənubi Asiyaya istiqamətlənib.  

BİA-nın  investisiya  borcları  5,6  milyard  dollar  həddə  qədər  arıtb.  Buna  Əfqanıstandakı 

təcili  tikinti  işləri,  təhsil,  dövlət  idarəçiliyi  üçün  ayrılan  100  milyon  dollarlıq  BİA  qrantı  da 

daxildir.  

BİA borclarının ciddi hissəsi (44 əməliyyat üçün 2 milyard dollar) təhsil, sağlamlıq, sosial 

xidmətlər,  su  və  sanitariya  kimi  sahələrə  yönəldilib.  Dövlət  idarəçiliyi  ilə  əlaqəli  34  əməliyyata 

1,6 milyard dollar xərclənib. 

1956-cı  ildə  yaradılan  Beynəlxalq  Maliyyə  Korporasiyasının  hazırda  175  üzvü  var.  Bu 

təşkilata  da  üzv  olmaq  üçün  əvvəlcə  BYİB-ı  üzv  olmaq  lazımdır.  BMK-nin  kredit  portfelinin 

həcmi 21,6 milyard dollara bərabərdir ki, onun da 6,5 milyard dolları sindikativ borclar şəklində 

təqdim edilmişdir. 2002-ci ildə 75 ölkənin 204 şirkətinə 3 milyard dollar həcmində kredit verilib. 

Təşkilatın  maliyyə  mənbəyini  üzvlük  kapitalı,  kapital  bazarında  borclanma  vı  BYİB-dən  alınan 

vəsaitlər  təşkil  edir.  BMK  kreditləri  bazar  qiymətləri  ilə,  4  ilə  qədər  güzəşt  müddəti  olmaqla 

uzunmüddətli ödəmə müddətinə verir. 



Yüklə 439,32 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə