Mövzu 6 Beynəlxalq valyuta-maliyyə münasibətləri



Yüklə 439,32 Kb.
Pdf görüntüsü
səhifə15/17
tarix05.04.2018
ölçüsü439,32 Kb.
#35899
1   ...   9   10   11   12   13   14   15   16   17

mərkəzi bankların strukturu və inkişafı üzrə tövsiyələrin təqdim edilməsi yolu ilə pul-kredit 

və maliyyə sektorlarının gücləndirilməsi

 

vergi və gömrük siyasəti və inzibatçılığı, büdcənin hazırlanması, xərclərin idarə edilməsi, 



sosial  müdafiə  sisteminin  işlənməsi  və  daxili  və  xarici  borcun  idarə  edilməsi  üzrə 

tövsiyələrin  verilməsi  yolu  ilə  vergi-büdcə  sferasında  real  siyasət  və  idarəetmənin 

dəstəklənməsi; 

 



statistik  göstəricilərin  hazərlanması,  onların  idarə  edilməsi  və  yayılması,  həmçinin 

göstəricilərin keyfiyyətinin artırılması; 

 

iqtisadi və maliyyə qanunvericiliyinin işlənməsi və təhlili. 



1945-ci  ildən  sonra  dünya  iqtisadiyyatı  qarşısında  yeni  vəzifələr  durmağa  başladı  və 

bununla əlaqədar BVF-nin işində dəyişikliklər baş verdi, təşkilat öz funksiyalarını səmərəli yerinə 

yetirmək üçün yeni şəraitə uyğunlaşmağa başladı. 

Qloballaşma  (bazarların  və  ölkə  iqtisadiyyatlarının  artan  beynəlxalq  inteqrasiyası) 

mürəkkəb iqtisadi problemlərin həll edilməsini tələb edir. 1990-cı ildən təsiri daha çox hiss edilən 

bu problemlər sırasına aşağıdakılar aiddir: 

 

formalaşan maliyyə bazarlarında baş verən böhranların aradan qaldırılması; 



 

mərkəzləşdirilmiş sistemdən  bazar  sisteminə  keçən  ölkələrə  yardım göstərmək  və  onların 



qlobal bazar iqtisadiyyatına daxil olmasına kömək etmək; 

 



qloballaşma proseslərindən kənarda qalmaq təhlükəsi ilə üzləşən yoxsul ölkələrdə iqtisadi 

artımın dəstəklənməsi və yoxsulluğun azaldılması istiqamətində tədbirlər həyata keçirmək. 

Bu vəzifələrə reaksiya verən BVF beynəlxalq valyuta-maliyyə sisteminin arxitekturasının 

(qayda və institutlar sistemi) gücləndirilməsinə istiqamətlənmiş bir sıra tədbirlər həyata keçirdi və 

maliyyə  böhranlarının  aradan  qaldırılması  istiqamətində  öz  səylərinin  artırdı.  BVF  və  Dünya 

Bankının  2000-ci  ilin  sentyabrında  keçirilmiş  birgə  İllik  Görüşündə  BVF-nin  gələcək 

konsepsiyasının əsas tezisləri açıqlandı: 

 



bütün  dünya  insanlarının  rifahı  naminə  sabit  qeyri-inflyasiya  iqtisadi  artıma  dəstək 

verməyə səy göstərmək

 

beynəlxalq  maliyyə  sisteminin  sabitliyinə  cavabdeh  olan  kompetent  mərkəz  rolunu 



oynamaq; 

 



makroiqtisadi  və  maliyyə  məsələlərinin  aid  olduğu  əsas  məsuıiyyət  sferalarına  xüsusi 

diqqət  yetirmək  və  qlobal  ictimai  rifahın  qorunması  üçün  yaradılmış  digər  təşkilatlarla 

qarşılıqlı əməkdaşlıq şəraitində işləmək

 



öz təcrübəsi və dialoq əsasında daim təkmilləşən və dəyişən şəraitə daim uyğunlaşan şəffaf 

təşkilat olmaq. 

Beləliklə,  beynəlxalq  maliyyə  sisteminin  sabit  fəaliyyətinə  cavabdeh  olan  BVF  öz 

fəaliyyəti  dövründə  əsl  universal  təşkilata  çevrilmiş,  beynəlxalq  valyuta-kredit  və  maliyyə 

münasibətlərini  tənzimləyən  əsas  üstmilli  qurum  statusunu  əldə  etmiş,  beynəlxalq 

kreditləşdirmənin  nüfuzlu  mərkəzinə  çevrilmiş,  dövlətlərarası  kredit  axınlarının  koordinatoru  və 

borc  alan  ölkələrin  ödəmə  qabiliyyətinin  zəmanətçisi  kimi  çıxış  etməyə  başlamışdır.  Eyni 

zamanda,  o,  Qərbin  aparıcı  yeddi  ölkəsinin  qərarlarının  həyata  keçirilməsində  mühüm  rol 

oynamağa  başlayır,  dünya  iqtisadiyyatının  tənzimlənməsinin  formalaşan  sistemində  aparıcı 

həlqəyə çevrilir. BVF beynəlxalq koordinasiyanı həyata keçirərək milli makroiqtisadi siyasətlərin 

razılaşdırılmasına nail olur. 



Dünya  Bankı  Qrupu  özündə  5  sıx  əlaqədə  olan  təşkilatı  birləşdirir.  Həmin  institutlar 

aşağıdakılardır: 

 

Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB). 



 

Beynəlxalq İnkişaf Assosiasiyası (BİA). 



 

Beynəlxalq Maliyyə Korporasiyası (BMK). 



 

Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi (MİGA). 



 

İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəz (İMHBM). 



Dünya  Bankı  Qrupu  təşkilatları  arasında  ilk  yaradılanı  Beynəlxalq  Yenidənqurma  və 

İnkişaf  Bankı  olub.  BYİB-ə  BİA  ilə  bir  yerdə  çox  zaman  Dünya  Bankı  da  deyirlər.  BYİB-in 

yaradılmasına da Bretton-Vuds konfransı zamanı qərar  verilib. Bu təşkilat rəsmən 1945-ci ildən 

fəaliyyətə başlayıb. Hazırda bu təşkilata 184 ölkə üzvdür.  

Dünya Bankı yaşayış standartlarını yüksəltmək və yoxsulluğu aradn qaldırmaq üçün inkişaf 

etməkdə olan 100-dən artıq ölkədə fəaliyyət göstərir. Ümumilikdə Dünya Bankı vasitəsilə həyata 

keçirilən  maliyyələşdirmə  beynəlxalq  kapital  axınının  7  faizini  təşkil  edir.  Dünya  Bankı  öz 

məqsədlərini aşağıdakı kimi müəyyənləşdirir: 

 



sağlamlıq və təhsil sahələrinə diqqət vasitəsilə əhalinin inkişafını təmin etmək

 



yoxsulluğu  aradan  qaldırmaq  məqsədilə  sosial  inkişaf,  idarəçilik  və  institutlaşdırma 

sahələrinə yardım etmək; 

 

hökumətlərin keyfiyyətli, aydın və şəffaf xidmət göstərməsinə şərait yaratmaq



 

ətraf mühiti mühafizə etmək; 



 

özəl biznesin inkişafını dəstəkləmək; 



 

investisiya  qoyuluşu  və  uzunmüddətli  planlaşdırmaya  şərait  yaradan  sabit  makroiqtisadi 



mühitin formalaşması məqsədilə islahatların həyata keçirilməsinə çalışmaq. 

 

Dünya Bankına üzv olmaq üçün dövlət əvvəl Beynəlxalq Valyuta Fonduna qoşulmalıdır.  



 

Dünya Bankının Vaşinqton ofisində 8000, dünyanın müxtəlif ölkələrindəki ofislərində isə 

2000-ə  qədər  əməkdaş  çalışır.  Dünya  Bankının  əməkdaşları  müxtəlif  sahələri  təmsil  edirlər  – 

burada iqtisadçılar, mühəndislər, təhsil məsələləri üzrə mütəxəssislər, ekologiya mütəxəssisləri və 

digər sahələrin mütəxəssisləri çalışırlar. 

 

Dünya Bankının ali orqanı Müdirlər Şurasıdır. Bu Şurada hər bir üzv dövlət təmsil edilir 



və  o,  Dünya  Bankının  idarəçiliyində  yekun  qərar  qəbul  etmək  səlahiyyətinə  malikdir.  Müdirlər 

Şurası  Bankın  siyasətini  müzakirə  etmək,  dövlətləri  üzvlüyə  qəbul  etmək\üzvlükdən  çixartmaq, 

kapital  yığımındakı  dəyişiklikləri,  BYİB-in  təmiz  gəlirinin  bölüşdürülməsini,  büdcəni 

müəyyənləşdirmək  məqsədilə  ildə  bir  dəfə  yığılır.  Ölkəni  bu  Şurada  ya  maliyyə  naziri,  ya  da 

inkişaf naziri  təmsil edir. Şura  öz  iclaslarını ildə bir  dəfə,  Dünya  Bankının  İllik Görüşü  zamanı 

keçirir. 

 

Dünya Bankının İcraçı Direktorlar Şurası (24 nəfər) ABŞ-ın Vaşinqton şəhərində yerləşir. 



Anlaşmanın maddələrinə əsasən direktorlardan beşi daha çox paya malik dövlətləri (ABŞ, Fransa, 

Böyük  Britaniya,  Yaponiya,  Almaniya)  təmsil  edir.  Digər  direktorların  hər  biri  ölkə  və  ya  ölkə 

qrupları tərəfindən seçilir. 

 

İcraçı  Direktorlar  Şurası  və  Prezident  (o  həm  də  Müdirlər  Şurasının  sədridir)  Dünya 



Bankının  həyata  keçirdiyi  ümumi  əməliyyatlara  cavabdehdir.  Ənənəyə  görə  Prezident  ən  böyük 

paya  malik  dövlətdən,  yəni  ABŞ-dan  seçilir.  DB-in  hazırkı  Prezidenti  Cənab  Ceyms 

Vulfensondur.  



Yüklə 439,32 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə