Mövzu 6 Beynəlxalq valyuta-maliyyə münasibətləri



Yüklə 439,32 Kb.
Pdf görüntüsü
səhifə12/17
tarix05.04.2018
ölçüsü439,32 Kb.
#35899
1   ...   9   10   11   12   13   14   15   16   17

Maliyyə  Komitəsində  təmsil  olunan  müdirlərdən  başqa  digər  müdirlər  yalnız  BVF  –  Dünya 

Bankının İllik Görüşünə toplanırlar. Lakin Şura müəyyən hallarda daha tez-tez toplana bilər və ya 

qərarları  poçt  vasitəsilə  də  qəbul  edə  bilər.  İl  ərzində  hökumətlər  BVF-nin  gündəlik  işində  İcra 

Şurasında olan nümayəndələri vasitəsilə iştirak edirlər.  



Beynəlxalq  Valyuta  və  Maliyyə  Komitəsi.  Beynəlxalq  Valyuta  və  Maliyyə  Komitəsi 

(BVMK)  səsvermə  qruplarını  təmsil  edən  24  müdirdən  ibarətdir.  Bu  orqan  beynəlxalq  monetar 

sisteminin fəaliyyəti ilə əlaqədar BVF-yə uyğun tövsiyyələri vermək üçün ildə iki dəfə, BVF-nin 

Yaz və İllik Görüşləri zamanı toplanır. BVMK Müdirlər Şurası qarşısında hesabat verir. 



İnkişaf Komitəsi BVF-nin və Dünya Bankının müdirlərindən ibarət olmaqla iki təşkilatın 

birgə  komitəsidir.  Bu  komitə  müdirlər  üçün  müxtəlif  sahələrdə  məsləhətlər  və  tövsiyələr 

hazırlayır, onlar qarşısında inkişaf məsələləri üzrə hesabat verir. 

İcra  Şurası.  Müdirlər  Şurası  özünün  səlahiyyətlərinin  böyük  bir  hissəsini  İcra  Şurasına 

vermişdir. Icra Şurası inzibati və əməliyyat xarakterli məsələlərlə, həmçinin BVF-nin üzv-ölkələrə 

qarşı həyata keçirdiyi siyasətlə əlaqədar məsələlərlə məşğul olur. 

İcra Şurası BVF-nin 184 üzvünü təmsil edən 24 İcraçı Direktordan ibarətdir. Şura BVF-nin 

Vaşinqton qərargahında yerləşməklə BVF-nin gündəlik işini təşkil etməyə cavabdehdir və həftədə 

azı üç dəfə toplanır. BVF-nin ən böyük payçıları olan 5 dövlət (ABŞ, Yaponiya, Almaniya, Fransa 

və Böyük Britaniya), eyni zamanda Çin, Rusiya və Səudiyyə Ərəbistanı Şurada ayrıca Direktorla 

təmsil  olunurlar.  16  İcraçı  Direktor  isə  qalan  dövlətlər  qrupunu  təmsil  edirlər  və  iki  illik 

müddətinə seçilirlər.  

İcraçı  Direktorlar  Şurası  nadir  hallarda  səsvermə  yolu  ilə  qərar  qəbul  edir.  Şura  əsasən 

üzvlər arasında konsensusun tapılması variantına üstünlük verir. 

 Əksər beynəlxalq təşkilatlardan fərqli olaraq, BVF-də qərarların qəbulu zamanı ”bir dövlət 

–  bir  səs”  prinsipindən  istifadə  olunmur.  Dövlət  BVF-də  nə  qədər  böyük  kvotaya  malik  olarsa, 

onun səsləri də o qədər artıq olur. Dövlət BVF-yə üzv olarkən ödədiyi kvotaya görə 250 “bazis” 

səsi alır. Sonradan kvota hər 100 min XİH artdıqca onun səslərinə 1 səs əlavə edilir. 

Ölkənin  BVF-nin  kapitalına  abunə  olması  və  Fondun  resurslarından  istifadə  etməsi 

imkanları da kvota ilə müəyyən edilir. Üzv ölkə özünün abunə məbləğinin 25%-ni XİH-də və ya 

BVF-nin  müəyyən  etdiyi  digər  iştirakçı  ölkənin  valyutasında  ödəməlidir.  Yerdə  qalan  hissə  isə 

milli valyutada ödənilir. 

İdarəedici  Direktor.  İdarəedici  Direktor  BVF-nin  işçi  heyətinin  rəhbəri  və  İcraçı 

Direktorlar Şurasının Sədridir. O bu vəzifəyə İcraçı Direktorlar Şurası tərəfindən 5 illik müddətə 

təyin  olunur.  İdarəedici  Direktora  birinci  Müavin  və  iki  müavin  yardım  edir.  Hazırda  BVF-nin 

icraedici direktoru İspaniya vətəndaşı olan Rodriqo Ratodur. 

BVF-nin  işçi  heyəti  hazırda  140  ölkədən  olan  2650  nəfərdən  ibarətdir.  Razəlaşma 

Maddələri BVF əməkdaşlarından yüksək peşəkarlıq səviyyəsi nümayiş etdirməyi tələb edir. BVF 

əməkdaşları  beynəlxalq  vətəndaş  qulluqçuları  hesab  edilirlər  və  öz  ölkələrinin  hökumətləri 

qarşısında  deyil,  BVF  qarşısında  məsuliyyət  daşıyırlar.  Mütəxəssis  kateqoriyasına  aid  olan 

əməkdaşların  2/3-i  iqtisadçılardır.  BVF  22  idarə  və  bölmədən  ibarətdir  ki,  onlara  da  İdarəedici 

Direktora tabe olan direktorlar rəhbərlik edirlər. 

 

BVF-nin əsas fəaliyyət sahələri aşağıdakılardır. 

Nəzarət.  BVF  hər  bir  üzvü  ilə  siyasətlərin  razılaşdırılması  sahəsində  dialoq  yaratmağa 

çalışır. BVF nəzarəti 3 formada həyata keçirir. 

1.

 

Ölkə nəzarəti. İldə bir dəfə BVF üzv dövlətin həyata keçirdiyi valyuta siyasətini nəzərdən 



keçirir ki, bu daha çox “IV Maddə məsləhətləşməsi” (Article IV Consultation) kimi tanınır. 


Bu fəaliyyət sahəsinin həyata keçirilməsində əsas məqsəd ondan ibarətdir ki, güclü daxili 

iqtisadi  siyasət  sabit  valyuta  məzənnəsinin  formalaşmasına  və  inkişaf  edən  dünya 

iqtisadiyyatının yaranmasına səbəb olur.  

2.

 



Qlobal  nəzarət.  BVF  eyni  zamanda  çoxtərəfli  nəzarəti  həyata  keçirir  və  onun  nəticələri 

Dünya İqtisadi Durumu (ildə iki dəfə hazırlanır) və Qlobal Maliyyə Sabitliyi (rüblük əsasda 

hazırlanır)  nəşrlərində  dərc  olunur.  Bu  nəşrlərdə  qlobal  iqtisadi  meyllər  və  dəyişikliklər 

şərh edilir. 

3.

 



Regional  nəzarət.  BVF  bu  zaman  regional  sazişlər  çərçivəsində  həyata  keçirilən  siyasəti 

nəzərdən  keçirir.  Məsələn,  Avropa  Birliyində,  Avrozonada,  Qərbi  Afrika  İqtisadi  və 

Valyuta  Birliyində  mövcud  vəziyyət  müntəzəm  olaraq  İcra  Şurası  tərəfindən  müzakirə 

edilir. 


Maliyyə yardımı. BVF tədiyə balansı ilə bağlı problemi olan dövlətləri kredit və borclarla 

təmin edir. 31 yanvar 2003-cü il tarixinə olan məlumata görə, BVF 89 ölkəyə 69,6 milyard XİH 

(96 milyard dollar) məbləğində borc və kredit verib.  

BVF-nin  kreditləri  ölkənin  həyata  keçirməli  olduğu  sabitləşmə  prosesini  yüngülləşdirir. 

BVF-nin  kreditləri  həmçinin  uzunmüddətli  əsasda  ölkə  iqtisadiyyatının  artım  perspektivlərini 

yaxşılaşdıran struktur islahatlarının da həyata keçirilməsinə yönəldilmişdir. 

Tədiyə balansı ilə əlaqədar problemlərlə üzləşən istənilən üzv ölkə maliyyələşdirmə üçün 

BVF-yə müraciət edə bilər. Ölkə BVF-yə müraciət edən zaman o ya iqtisadi böhran yaşayır, ya da 

bu  böhran  ərəfəsində  olur.  Belə  olan  halda  vəziyyətin  sağlamlaşdırılması  üçün  və  dayanıqlı 

iqtisadi  artım  şəraitinin  yenidən  bərqərar  olması  üçün  iqtisadi  sabitləşmə  tədbirlərinin  və  rəsmi 

və/və  ya  özəl  maliyyələşdirmənin  müəyyən  harmoniyasına  nail  olmaq  lazım  gəlir.  Bunun  üçün 

BVF  ölkə  hökumətlərinə  iqtisadi  siyasət  üzrə  müəyyən  tövsiyyələr  verir.  BVF-nin  maliyyə 

yardımı ayırması üçün onun həyata keçirilməli iqtisadi siyasət tədbirləri üzrə ölkə hökumətləri ilə 

razılığa  gəlməsi  lazımdır.  Bütün  bunlar  son  nəticədə  BVF-nin  icraedici  direktoruna  göndərilən 

ölkə hökumətinin “Niyyət məktubu”nda öz əksini tapır. 

BVF  kreditləri  ötən  illər  ərzində  formalaşmış  müxtılif  qaydalar  və  “mexanizmlər” 

çərçivəsində təqdim edir. Bu mexanizmlər üzrə kreditlərin təqdim edilmə şərtləri, müddətləri və 

faziləri fərqlidir və tədiyə balansı problemlərinin xarakterindən asılıdır. 

BVF  ənənəvi  vasitələrindən  əlavə  (Stand-By  Arrangements,  Extended  Fund  Facility, 

Supplemental  Reserve  Facility,  Compensatory  Financing  Facility,  Contingent  Credit  Lİnes) 

maliyyə  vəsaitlərini  güzəştli  şərtlərlə  də  üzv  dövlətlərə  ötürür  (Yoxsulluğun  Azaldılması  və 

İqtisadi Artıma Yönəldilmiş Kredit Mexanizmi, Ağır Borclu Yoxsul Dövlətlər Təşəbbüsü). BVF-

nin kredit fəaliyyətinin təkamülünün əsas mərhələləri Cədvəl *.*-də göstərilmişdir. 

 

Cədvəl *.* 



BVF-nin kredit fəaliyyətinin təkamülünün əsas mərhələləri 

 

İllər 

Mərhələlər 

1952-ci il 

“Stand-by”  krediti  haqqında  razılaşma  1952-ci  ildən  tətbiq  edilməyə 

başlanıb.  Bu  mexanizmin  ilk  istifadəçisi  öz  beynəlxalq  ehtiyatlarını 

artırmaq  məqsədilə BVF-yə  50  milyon ABŞ dolları kredit almaq  üçün 

müraciət  edən  Belçika  olub.  “Stend-bay”  termini  o  deməkdir  ki,  BVF 

tərəfindən  irəli  sürülən  şərtlərin  yerinə  yetirilməsi  zamanı  üzv-dövlət 

zəruri  olan  halda  ayrılmış  vəsaiti  almaq  hüququna  malikdir.  Əksər 




Yüklə 439,32 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə