Mövzu 6 Beynəlxalq valyuta-maliyyə münasibətləri



Yüklə 439,32 Kb.
Pdf görüntüsü
səhifə9/17
tarix05.04.2018
ölçüsü439,32 Kb.
#35899
1   ...   5   6   7   8   9   10   11   12   ...   17

qeyri-elastik  deyilsə),  bunun  ardınca  isə  ümumilkdə  qiymətlərin  səviyyəsinin  yüksəlməsi  baş 

verir. Milli valyutanın güclənməsi zamanı isə əks hadisələr baş verir. 

Bir çox ölkələr həm iqtisadi inkişaf sahəsində, həm də valyuta risqindən müdafiə sahəsində 

vəzifələrin  həlli  üçün  valyuta  məzənnələri  ilə  manipulyasiya  edirlər.  Manipulyasiya  milli 

valyutaların məzənnəsinin süni aşağı salınmasından tutmuş yüksəldilməsinə qədər, tariflərdən və 

lisenziyalardan  istifadədən  tutmuş  müdaxilə  mexanizmlərinə  qədər  bir  çox  tədbirləri  özündə 

birləşdirir. 

Milli  valyutanın  yüksəldilmiş  məzənnəsi  paritet  məzənnənin  səviyyəsindən  yüksəkdə 

müəyyən  edilmiş  rəsmi  məzənnədir.  Öz  növbəsində  aşağə  salınməş  valyuta  məzənnəsi  paritet 

məzənnədən aşağı səviyyədə müəyyən edilmiş rəsmi məzənnədir. 

Əgər xarici dövlətdə qiymətlər daxili bazara nisbətən daha sürətlə  yüksəlirsə, lakin xarici 

valyutanın  məzənnəsi  inflyasiya  səviyyələrində  olan  fərqlə  şərtlənən  həcmdən  daha  az  həcmlə 

azalırsa  bu  o  deməkdir  ki,  xarici  valyutanın  qiyməti  yüksəldilmişdir.  Belə  olan  halda  milli 

əmtəələrin ixracı daha sərfəli olur. 

Bəzən həyata keçirilən əməliyyatların kommersiya və ya maliyyə əməliyyatları olmasından 

asılı  olaraq  valyuta  bazarının  müxtəlif  iştirakçıları  üçün  müxtəlif  valyuta  məzənnələri  rejimi 

müəyyən  edilir.  Kommersiya  əməliyyatları  üzrə  adətən  rəsmi  valyuta  məzənnəsindən  istifadə 

edilir.  Kapitalın  hərəkəti  ilə  əlaqədar  əməliyyatlarda  isə  bazar  məzənnəsindən  istifadə  edilir. 

Kommersiya əməliyyatları üzrə məzənnə adətən aşağı salınmış olur.  

Milli valyutasının  məzənnəsini süni surətdə  aşağı  salmış ölkələrdə  ilk öncə  iqtisadiyyatın 

canlanması müşahidə edilir ki, bu da ixracın rəqabətqabiliyyətliliyinin yüksəlməsindən irəli gəlir. 

Lakin daha sonra resursların sahədaxili və sahələrarası yenidən bölgüsündə məhdudiyyətlər artır, 

milli gəlirin böyük hissəsi istehlakın azalması hesabına istehsal sferasına yönəlir ki, bu da ölkədə 

istehlak qiymətlərinin səviyyəsinin yüksəlməsinə, həyat səviyyəsinin pisləşməsinə gətirib çıxarır. 

Valyuta məzənnəsinin süni bahalaşması da milli təsərrüfata mənfi təsir göstərə bilər. Belə 

ki,  bu  zaman  iqtisadiyyat  birtərəfli  inkişaf  etməyə  başlayacaq  və  ölkə  iqtisadiyyatı  bir  və  ya  bir 

neçə iqtisadi sahədən asılı vəziyyətə düşəcəkdir. 

 

 



6.5. Ölkənin tədiyə balansı: tərtib edilmə prinsipləri və strukturu 

 

Tədiyə  balansı  ölkənin  xarici  dünya  ilə  qarşılıqlı  əlaqələrini  xarakterizə  edən 



ümumiləşdirici göstəriciləri əks etdirir. Tarixən tədiyə balansı ticarət balansı formasında hələ orta 

əsrlərdə  meydana  gəlmişdir.  “Tədiyə  balansı”  isə  bir  termin  kimi  dövriyyəyə  ingilis  iqtisadçısı 



Con Stüart-Mill tərəfindən daxil edilmişdir. Həmin vaxtlarda balans ilk növbədə fiskal rolu yerinə 

yetirirdi. Özünün müasir formasında isə tədiyə balansı əsas makroiqtisadi siyasət elementlərinin 

hazırlanması zamanı vacib orientir rolunda çıxış edir. 

BVF-nin  verdiyi  izaha  görə,  tədiyə  balansı  müəyyən  dövr  üçün  statistik  hesabatdır  və 

aşağıdakıları əks etdirir: 

a)

 



hər  hansı  bir  ölkənin  yerdı  qalan  dünya  ilə  həyata  keçirdiyi  əmtəə,  xidmət  və  gəlir 

əməliyyatları; 

b)

 

ölkəyə  məxsus  olan  monetar  qızıl,  xüsusi  iqtibas  hüquqları  (XİH),  həmçinin  yerdə  qalan 



dünya  ölkələrinə  münasibətdə  maliyyə  tələbləri  və  öhdəlikləri  üzrə  mülkiyyıt  hüququnun 

dəyişilməsi və digər dəyişikliklər




c)

 

qarşılıqlı  surətdə  örtülməyən  əməliyyat  və  dəyişikliklərin  mühasibat  nöqteyi-nəzərindən  



balanslaşdırılması üçün zəruri olan birtərəfli köçürmələr və kompensasiyaedici qeydlər. 

Tədiyə balansının tərtib edilməsinin əsasında iki prinsip durur: 

1)

 

müəyyən  dövr  üçün  (ay,  rüb,  il)  ölkənin  bütün  xarici  iqtisadi  əməliyyatlarının  əhatə 



edilməsi; 

2)

 



əməliyyatların ikitərəfli mühasibat yazışı (son nəticədə kredit debetlə üst-üstə düşməlidir); 

nəticədə bir sıra maddələr üzrə disbalans digər maddələrlə tarazlaşdırılır. 

Tədiyə  balansının  tərtib  edilməsində  nümunə  kimi  BVF  tərəfindən  1977-ci  ildə  dərc 

edilmiş sxemdən istifadə  edilir.  Tədiyə  balansının tərtibinin tam sxemi 112  maddəni əhatə  edir. 

Ümumiləşdirilmiş sxem bu maddələri 7 blok üzrə məcmulaşdırır (Cədvəl *.*). 

 

Cədvəl *.* 



 

 

 



Ümumiləşdirilmiş sxemin bloklarını üç qrupda birləşdirmək olar: 

1.

 



Cari  əməliyyatlar  (A  bloku).  Bu  əməliyyatlar  üzrə  əmtəə,  xidmət,  kapital  və  pul 

köçürmələri hərəkətindən gəlirin olub-olmamasını göstərən balans hesablanır. 

2.

 

Kapital hərəkəti (B+C blokları). Bu zaman da balans hesablanır. 



3.

 

Balanslaşdırıcı  əməliyyatlar  (E+F+G  blokları).  Tədiyə  balansının  tarazlaşdırılması 



istiqamətində dövlət orqanlarının həyata keçirdiyi əməliyyatlar əks olunur. 

Nəticədə  tədiyə  balansının  saldosu  formalaşır  ki,  o  da  əsasən  ölkənin  qızıl-valyuta 

ehtiyatlarının və digər rəsmi ehtiyatlarının (H bloku) dəyişməsi hesabına maliyyələşdirilir, yəni ya 

ödənilir (əgər saldo mənfidirsə), ya da bölünür (əgər müsbətdirsə). 

Ölkənin  tədiyə  balansının  təhlili  zamanı  ilk  növbədə  cari  hesablar  üzrə  balans,  yəni  A 

bloku  nəzərdən  keçirilir.  Bu  blok  əmtəə  və  xidmətlərlə  xarici  ticarəti,  həmçinin  daha  əvvəl 

gətirilmiş  və  ya  çixarılmış  kapital  üzrə  əldə  edilmiş  gəlirlərin  köçürülməsi,  fərdi  şəxslərin  pul 

köçürmələri və əvəzsiz yardım kimi irihəcmli əməliyyatları və s.-ni əhatə edir. 

Cari tədiyə balansının əsasını “Əmtəələr: İxrac FOB” və “Əmtəələr: idxal FOB” maddələri 

təşkil  edir.  Onlar  arasında  fərq  ticarət  balansını  təşkil  edir.  Unutmaq  lazım  deyil  ki,  tədiyə 

balansında ixrac və idxal FOB şərti ilə (yəni əmtəənin qiymətinə sığorta və daşıma xərcləri daxil 

edilmədən) qiymətləndirilir. Xarici ticarətin statistikasında  isə  idxal ənənəvi  olaraq  CIF şərti ilə 

(yəni sığorta və nəqliyyat xərcləri nəzərə alınmaqla) qiymətləndirilir. 

“Digər əmtəə, xidmət və gəlirlər” maddəsinə aiddir: 

a)

 

xidmət idxal-ixracından fərqləndirilməsi çətin olan əmtəə idxal-ixracı; 



b)

 

ən  müxtəlif  xidmətlər:  yük,  sərnişin  və  digər  daşımalar;  beynəlxalq  turizm; 



telekommunikasiya xidmətləri; maliyyə, təhsil, işgüzar, texniki və s. xidmətlər; 

c)

 



mülkiyyət hüququndan istifadəyə görə gəlirlər və xərclər

d)

 



xaricə  özəl  və  dövlət  investisiya  qoyuluşlarından  əldə  edilən  gəlirlər  və  ölkəyə  xarici 

investisiya qoyuluşundan əldə edilən analoji gəlirlər

e)

 

dövlətin xaricdə siyasi və inzibati funksiyaları ilə əlaqədar olan əməliyyatlar (hərbi bazalar, 



beynəlxalq təşkilatlarda iştirak və s.). 

“Özəl  birtərəfli  köçürmələr”  və  “Dövlət  birtərəfli  köçürmələri”  maddələri  transfertlər 

adlanan əməliyyatları əhatə edir: 

a)

 



köçkünlərin, xarici işçilərin və digərlərinin pul köçürmələri

b)

 



əvəzsiz dövlət yardımları (hədiyələr). 


Yüklə 439,32 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə