Mövzu 6 Beynəlxalq valyuta-maliyyə münasibətləri



Yüklə 439,32 Kb.
Pdf görüntüsü
səhifə5/17
tarix05.04.2018
ölçüsü439,32 Kb.
#35899
1   2   3   4   5   6   7   8   9   ...   17

1.

 

Valyuta ilə sazişlərin bağlandığı beynəlxalq iqtisadi münasibətlər sferalarının mövcudluğu 



və  xüsusiyyətləri.  Bu  cür  sahələrin  həcmi  nə  qədər  böyükdürsə  valyuta  iqtisadi  şokların 

nəticələrini bir o qədər yüngülləşdirir. Bu cür sazişlərin sahəsi nə qədər genişdirsə valyuta 

bir  o  qədər  likviddir.  Çünki,  belə  olan  halda,  daha  çox  sayda  iqtisadi  subyektlər  bu 

valyutanı ödəmə vasitəsi kimi qəbul edəcəklər. 100 milyon nəfər üçün pul rolunu oynayan 

valyuta 1  milyon nəfər  üçün  pul rolunu oynayan digər  valyutadan  daha  likviddir. Bu cür 

sahələrin  xüsusiyyətlərinin  müəyyən  edilməsində  müəyyən  çətinlik  mövcuddur,  çünki  bu 

cür xüsusiyyətlər bir neçə dənədir. Birincisi, bu xüsusiyyətlər “sahə” daxilində pul təklifi 

aiddir. Ikincisi, bura müxtəlif makroiqtisadi göstəricilər aiddir. Hazırkı ana üç bu cür sahə - 

dollar zonası, avro zonası və iena zonası formalaşmışdır. 

2.

 



Pul  siyasətinin  sabitliyi.  Əgər  ölkədə  yüksək  inflyasiya  dərəcsi  mövcuddursa  onda  onun 

valyutası dünya  pulu rolunu oynamaq iqtidarında deyildir. Əsrin əvvəli və  ortalarında  bu 

problem  valyutanın  qızıla  və  ya  digər  qiymətli  metala  bağlanması  yolu  ilə  həll  edilirdi. 

Hazrıda, bu cür bağlanmaların olmadığı bir şəraitdə mərkəzi bankların həyata keçirdikləri 

siyasətin  elementləri  əsas  rolu  oynayırlar.  Monetar  siyasətin  sabitliyinin  əsas  xüsusiyyəti 

kimi  onun  şəffaflığı,  açıqlığı  çıxış  etməlidir.  Bu  şəffaflıq  nə  qədər  yüksəkdirsə,  iqtisadi 

subyektlərin  inflyasiya  gözləntiləri  bir  o  qədər  aşağı  olacaq.  Istənilən  halda  valyuta 

zonalarının mərkəzi banklarının əsas məqsədilərindən biri qiymətlərin sabitliyi olmalıdır. 

3.

 

Mübadilə məzənnəsinə nəzarətin olmaması. Bu da nisbətən azad valyuta bazarının olması 



deməkdir. 

4.

 



Güclü və ardıcıl mərkəzi hakimiyyət. Pul siyasətinin sabitliyi mərkəzi siyasi hakimiyyətin 

gücü  və  sabitliyi  ilə  müəyyən  olunur.  Zəif  dövlət  bir  qayda  olaraq  zəif  valyutaya  malik 

olur. Mərkəzi hakimiyyətin zəifləməsinin (məsələn,  müharibə  nəticəsində)  bir nəticəsi  də 

adətən inflyasiyanın güclənməsi olur. 

5.

 

Valyuta ehtiyatlarının mövcudluğu və həcmi. Ölkənin malik olduğu valyuta ehtiyatları nə 



qədər  çox  olarsa  valyutanın  dünya  valyutasına  çevrilməsi  üçün  şərait  bir  o  qədər  münbit 

olar. 


6.

 

Aşağı  faiz  dərəcələri.  Bu  əlamət  iqtisadiyyatın  normal  inkişafı  üçün  zəruri  olan 



göstəricilərdən biri kimi çıxış edir. 

Valyuta sisteminin digər aparıcı elementi valyuta məzənnəsi rejimi hesab edilir. 



Valyuta məzənnəsi  müəyyən bir ölkənin pul vahidinin digər ölkənin pul vahidində və  ya 

beynəlxalq hesablaşma valyuta vahidlərində ifadə edilmiş qiymətidir. 

Valyuta  məzənnəsi  əmtəələrlə  və  sidmətlərlə  beynəlxalq  ticarət,  kapitalın  investisiya  və 

kredit  formasında  hərəkəti,  dünya  əmtəə  bazarlarında  qiymətlərin  müqayisə  edilməsi,  müxtəlif 

ölkələrin  dəyər  göstəricilərinin  müqayisə  edilməsi,  firmaların,  bankların,  hökumətlərin,  fiziki 

şəxslərin  xarici  valyutada  olan  hesablarının  yenidən  qiymətləndirilməsi  zamanı  valyutaların 

mübadilə nisbətlərinin müəyyənləşdirilməsi üçün zəruridir. 

Valyuta məzənnəsinin əsasında (xüsusilə fiksə edilmiş rejim zamanı) valyuta pariteti durur. 



Valyuta  pariteti  qanuvericiliklə  müəyyən  edilmiş  iki  valyuta  arasında  olan  nisbətdir.  Avronun 

tətbiqinə qədər paritetlər Avropa valyuta sistemi ölkələrində aktiv surətdə istifadə edilirdi. 

Qızıl-monet standartı zamanı valyuta məzənnəsinin əsasını qızıl pariteti, yəni iki valyutanın 

qızıl çəkilərinin nisbəti təşkil edirdi. 

Praktikada  valyutaların  məzənnələri  ancaq  təsadüfi  olaraq  və  qısa  müddətə  onların 

paritetləri  ilə  üst-üstə  düşə  bilər.  Bu,  tələb  və  təklifin  tarazlığı  zamanı  baş  verir.  Qızıl  standartı 

zamanı  valyuta  məzənnələri  paritetdən  yalnız  “qızıl  nöqtələri”  sərhədində,  yəni  ±1%  həddində 



fərqlənə bilərdi. Çünki, qızılın göndərilməsi zamanı çəkilən xərclər heç vaxt onun dəyərinin 1%-

ni  keçmirdi.  Qızılın  demonetləşdirilməsi  ilə  valyutaların  yeni  dəyər  etalonu  kimi  XİH  çıxış 

etməyə başladı. Hazırda valyuta məzənnəsi təkcə onun qızıl məzmunundan deyil, həm də bir sıra 

digər amillərdən asılıdır: 

 

valyutaların alıcılıq qabiliyyəti; 



 

ölkənin makroiqtisadi göstəriciləri; 



 

inflyasiyanın səviyyəsi və inflyasiya gözləntiləri



 

ölkənin tədiyə balansının vəziyyəti; 



 

valyuta siyasəti



 

faiz dərəclərinin səviyyəsi; 



 

beynəlxalq ödəmələrin güclənməsi və ya zəifləməsi



 

valyuta bazarının konyukturası; 



 

valyutaya etibarın dərəcəsi; 



 

subyektiv amillər və s. 



Hər  bir  valyuta  sisteminin  məxsusi  valyuta  məzənnəsi  rejimi,  valyuta  məzənnəsinin 

müəyyən  edilməsi  və  dəyişdirilməsi  mexanizmi  vardır.    Müəyyən  edilmiş  rejimdən  asılı  olaraq 

valyuta məzənnələri formalarının təsnifi Cədvəl *.*-də verilmişdir. 

 

Cədvəl *.* 



Valyuta məzənnələri formalarının təsnifi 

 

Valyuta məzənnələrinin formaları 

Xüsusiyyətləri 

1. Fiksə edilmiş valyuta məzənnələri 

valyuta məzənnələrinin əsasını təşkil edən və 

dövlət 


tərəfindən 

dəstəklənən 

rəsmi 

qeydiyyata  alınmış  paritetlərin  olmasını 



nəzərdə tutur; 

- real fiksə edilmiş 

qızıl  paritetinə  əsaslanır,  “qızıl  nöqtələri” 

sərhəddində fərqlənir;  

- müqavilə əsasında fiksə edilmiş 

aşağıdakılara əsaslanır:  

1)

 

razılaşdırılmış etalona; 



2)

 

qızılın şərti olaraq müəyyən edilmiş rəsmi 



qiymətinə; 

3)

 



bazar 

qiymətlərinin 

paritetlərdən 

fərqlənmə 

hədlərinin 

razılaşdırılmış 

həcminə. 

2. Çevik valyuta məzənnələri 

valyutaların rəsmi pariteti yoxdur; 

- üzən (sərbəst dəyişən) 

tələb və təklifdən asılı olaraq dəyişir; 

- tərəddüd edən 

tələb  və  təklifdən  asılı  olaraq  dəyişir,  lakin 

mərkəzi  bankların  valyuta  müdaxilələri  ilə 

korrektə edilir 

 

 



Hesablama üsuluna görə, valyuta məzənnələri faktiki və paritet (müqayisə olunan ölkələrin 

valyutalarının  alıcılıq  qabiliyyəti  paritetlərindən  çıxış  edilərək  müəyyən  edilən)  olurlar.  Paritet 




Yüklə 439,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə