Mövzu 6 Beynəlxalq valyuta-maliyyə münasibətləri



Yüklə 439,32 Kb.
Pdf görüntüsü
səhifə17/17
tarix05.04.2018
ölçüsü439,32 Kb.
#35899
1   ...   9   10   11   12   13   14   15   16   17

BMK-nin mandatı özəl sektorun inkişafı vasitəsilə iqtisadi artımı təmin etməkdən ibarətdir. 

BMK uzunmüddətli borclar, məsləhət xidmətləri, risqin idarə olunması, zəmanətlər təmin etməklə 

inkişafda  olan  ölkələrdə  özəl  sektorun  irəliləyişinə  şərait  yaradır.  BMK  xüsusi  kapital  üçün 

maraqlı olmayan bölgələrdə müxtəlif layihələrə sərmayə qoyur, həmçinin risqli sayılan bazarlarda 

özəl  sektorun  inkişafına  çalışır.  BMK  öz  xidmətlərini  bazar  şərtləri  əsasında  həyata  keçirir  və 

hökumət təminatlarını qəbul etmir. 

BMK-nın  ali  orqanı  Müdirlər  Şurasıdır.  BYİB-in  hər  bir  müdiri  və  müdir  müavini  öz 

tutduqları vəzifəyə görə BMK-nın Müdirlər Şurasında da eyni səlahiyyətləri yerinə yetirirlər. Bir 

sıra səlahiyyətlər istisna olmaqla (yeni üzvlərin qəbulu, qəbul qaydalarının müəyyənləşdirilməsi, 

nizamnamə  kapitalının  artırılması  və  ya  azaldılması,  üzvlüyün  dayandırılması,  nizamnaməyə 

düzəlişlərin edilməsi) Şura yerdə qalan səlahiyyətlərini icra etmək üçün Direktorata ötürmüşdür. 

BMK-nın illik görüşü BYİB-in illik görüşü ilə eyni zamanda həyata keçirilir. 

24  direktordan  (hansılar  ki,  eyni  zamanda,  BYİB-in  icraedici  direktorlarıdır)  ibarət  olan 

Direktorat BMK-nın cari fəaliyyətinin həyata keçirilməsinə cavabdehdirlər. 

BMK-nın prezidenti vəzifəsinin Dünya Bankının prezidenti yerinə yetirir. Planlaşdırma və 

qərarların  qəbul  edilməsi  prosesində  o,  yeddi  vitse-prezidentdən  ibarət  menecerlər  qrupuna 

əsaslanır. İcraedici vitse-prezident ümumi idarəetməyə və cari əməliyyatlara cavabdehdir. 

Aparıcı beynəlxalq maliyyə institutlarının 10 rəhbər işçisindən ibarət olan Bank Məsləhət 

Komissiyası  BMK-nin  idarəedici  tərkibi  ilə  korporasiyanın  siyasəti  və  fəaliyyəti  haqqında  fikir 

mübadiləsi aparmaq üçün müntəzəm görüşlər keçirir. 

Məşhur sənayeçilərdən, bankirlərdən və dövlət xadimlərindən ibarət olan İşgüzar Məsləhət 

Komitəsi  BMK  rəhbərliyi  ilə  özlərinin  bilikləri,  təcrübələri  və  biznes  məsələlərinə  baxışları  ilə 

bölüşürlər. 

BMK maliyyələşməsi fərqli sahələri əhatə edir ki, maliyyə sektoruna yardım mövzusu yeni 

təsdiq  olunan  layihələr  arasında  xüsusi  yer  tutur.  Bunlara  əsasən  lizinq,  sığorta  və  ipoteka 

bazarlarına  sərmayələr,  təhsil  kreditləri,  kiçik  və  orta  sahibkarların  mikromaliyyələşdirilməsi  və 

biznes borclarını təmin edən yerli bankların kreditləşməsi daxildir.  

Özəl  sektordan  olan  sərmayəçilərin  iştirakını  təmin  etmək  məqsədilə  BMK  hər  hansı 

layihəni  maliyyələşdirməsini  müəyyən  çərçivədə  məhdudlaşdırır.  Yeni  layihələr  üçün  bu 

məhdudiyyət  layihənin  ümumi  dəyərinin  25%-i,  istisna  hallarda  kiçik  layihələrin  isə  35%-i 

çərçivəsində  olur.  Genişlənmə  layihələri  üçün  BMK  maliyyələşməsi  layihənin  dəyərinin  50%-ə 

qədərini  təşkil  edə  bilər,  lakin  bu  rəqəm  layihə  şirkətinin  kapitallaşmasının  25%-dən  artıq 

olmamalıdır.  

Korporasiya  əsasən  özəl  sektorun  layihələrini  dəstəkləsə  də,  müəyyən  dərəcədə  dövlət 

mülkiyyətində  olan  şirkətlərin  də  layihələri  maliyyələşdirilə  bilər.  Bu  zaman  layihənin 

kommersiya  əsaslarında  həyata  keçirilməsi  və  prosesdə  özəl  sektorun  iştirakı  mütləqdir.  BMK 

göstərilən vəzifələri aşağıdakılar vasitəsilə həyata keçirir: 

 

inkişafda olan dövlətlərdə özəl sektorun layihələrinin dəstəklənməsi



 

inkişafda  olan  dövlətlərdə  fəaliyyət  göstərən  özəl  şirkətlərə  beynəlxalq  maliyyə 



bazarlarında vəsait əldə etməkdə yardım etmək; 

 



hökumətə və bizneslərə məsləhət vermək və texniki yardımı təmin etmək

 



sabit  və  ya  dəyişkən  məzənnə  ilə  əsas  və  ya  yerli  valyutalarda  uzunmüddətli    və  ya 

sindikatlaşdırılmış borcların verilməsi

 

risqlərin  idarə  olunması  (məsələn  valyuta  və  ya  faiz  svoplarına,  hedcinq  xidmətlərinin 



təminatına müdaxilə); 


 

kapitala investisiya



 

kvazi-kapital vasitələri (ikinci dərəcəli istiqrazlar, imtiyazlı səhmlər, dönərli borclar və s.). 



Çoxtərəfli  İnvestisiyalar  üzrə  Zəmanət  Agentliyi  (MİGA)  1988-ci  ildə  yaradılıb  və  157 

üzvü  var.  Ölkə  MİGA-ya  üzv  olmaq  üçün  ilk  öncə  BYİB-ə  üzv  olmalıdır.  Təşkilatın  maliyyə 

mənbəyini  üzvlük  kapitalı  təşkil  edir.  İndiyə  qədər  buraxılan  zəmanətlərin  ümumi  həcmi  10,4 

milyard dollara  bərabərdir.  Zəmanət verilən  birbaşa  xarici investisiyaların həcmi isə 30  milyard 

dollara  bərabər  olmuşdur.  2002-ci  il  fiskal  ilində  1,4  milyard  dollar  həcmində  zəmanət 

buraxılmışdır.  

MİGA-nın  yaradılmasında  əsas  məqsəd  az  inkişaf  etmiş  ölkələrə  birbaşa  xarici 

investisiyaların  yönəldilməsinin  artırılması  yolu  ilə  bu  ölkələrdə  insanların  yaşayış  şəraitinin 

yaxşılaşdırılması və yoxsulluğun azaldılmasıdır. 

Təşkilatın vəzifələri aşağıdakılardır: 

 

üzv  ölkəyə  digər  üzv  ölkədən  qoyulmuş  investisiyalarda  mövcud  olan  qeyri-kommersiya 



risklərinə  qarşı  zəmanət  verilməsi,  o  cümlədən  investisiyaların  birgə  sığortası  və  təkrar 

sığortası; 

 

inkişaf  etməkdə  olan  ölkələrə  investisiya  axınının  artırılması  üçün  digər  müvafiq  əlavə 



fəaliyyətlərin həyata keçirilməsi. 

 



təşkilat  tərəfindən  yalnız  inkişaf  etməkdə  olan  ölkələrə  investisiya  qoyuluşuna  zəmanət 

verilir.  

MİGA-nın dəstəklədiyi layihələr ölkələrə hərtərəfli fayda gətirir: yeni iş yerləri açılır, vergi 

gəlirləri  yaranır,  təcrübə  və  texnoloji  nou-hau  transfer  olunur.  Cəmiyyət  şose  yolları,  elektrik 

təchizatı, xəstəxanalar, məktəblər və təmiz su təchizatı sahəsində infrastrukturun yaxşılaşdırılması 

yolu ilə əlavə fayda götürür.  

MİGA  tərəfindən  dəstəklənən  birbaşa  xarici  investisiyalar  eyni  zamanda  oxşar  daxili 

investisiyaları  da  stimullaşdırır  və  bu  sahələri  mal  və  xidmətlərlə  təmin  edən  daxili  biznesin 

inkişafına təkan verir. Nəticədə, ölkələr yoxsulluğun azaldılması üçün imkan əldə edirlər.  

Bundan əlavə, MİGA-nın zəmanəti ilə reallaşdırılan layihələrdə sosial sahə və ətraf mühit 

üzrə dünyada mövcud olan ən yüksək standartlara əməl olunması tələbi öz əksini tapır. 

MİGA iqtisadiyyatda inkişafın əsas aparıcı amillərindın olan birbaşa xarici investisiyaların 

az inkişaf etmiş ölkələrə yönəldilməsində çox mühüm katalizator rolunu oynayır və bu fəliyyətini 

investisiya layihələrinə zəmanət verməklə, texniki  yardım və hüquqi xidmət göstərməklə  həyata 

keçirir.  

Fəaliyyətə  başladığı  dövrdən  MİGA  78  ölkədə  həyata  keçirilən  500-dən  artıq  layihəyə 

zəmanət  vermişdir.  MİGA-nın  verdiyi  zəmanətlərin  ümumi  dəyəri  10  milyard  ABŞ  dollarından 

çox olmuşdur ki, bu da dəyərləndirmələrə görə, həmin ölkələrə 30 milyard ABŞ dolları həcmində 

sərmayə  qoyuluşuna şərait  yaratmışdir. MİGA-nın investisiya  portfelinin 22%-i  Avropa  və  Orta 

Asiya ölkələrini əhatə edir. 

MİGA  zəmanət  verdiyi  layihələrin  həyata  keçirilməsinə  Dünya  Bankı  Qrupunun  böyük 

resursları vasitəsilə dəstək verir. MİGA-nın xüsusi üstünlüyü onun beynəlxalq təşkilat olmasından 

irəli gəlir və bu yolla MİGA investorları qeyri-kommersiya risklərindən qoruya və yarana biləcək 

mübahisələrin həllinə təsir edə bilir. 

MİGA-nın  texniki  yardım  xidmətləri  inkişaf  etməkdə  olan  ölkələrə  birbaşa  xarici 

investisiyaların cəlb olunması üçün strategiyanın müəyyən edilib tətbiq olunmasında mühüm pol 

oynayır.  MİGA  həmçinin  investisiya  imkanları  barədə  məlumatların  yayılmasını  dəstəkləmək 



üçün  müvafiq  vasitələri  inkişaf  etdirir  və  bunun  üçün  on-line  investisiya  məlumat  xidməti 

yaradılmışdır. 

Agentlik  özünün  hüquq  xidməti  vasitəsilə  ölkələrə  investisiya  qoyuluşuna  maneə  ola 

biləcək  səbəblərin  aradan  qaldırılmasına  yardım  edir.  Mübahisələrdə  vasitəçilik  proqramı 

çərçivəsində MİGA hökumətlərə və investorlara aralarındakı fikir ayrılıqlarını aradan qaldırmağa 

və ölkədəki investisiya mühitini əsaslı surətdə yaxşılaşdırmağa kömək edir. 



 

İnvestisiya  Mübahisələrinin  Həlli  üzrə  Beynəlxalq  Mərkəz  1966-cı  ildə  yaradılıb  və 

hazırda  134  ölkə  bu  təşkilata  üzvdür.  Bu  təşkilata  üzv  olmaq  üçün  əvvəlcə  BYİB-ə  üzv  olmaq 

lazımdır.  Mərkəz  tərəfindən  indiyə  qədər  114  iddiaya  baxılıb.  2002-ci  fiskal  ilində  16  iddia 

nəzərdən keçirilib. 

 

İMHBM  investisiya  mübahisələrinin  həlli  və  arbitrajı  üzrə  beynəlxalq  orqan  kimi  xarici 

investisiyaların qoyuluşunu dəstəkləyir. Bu yolla dövlətlər və xarici investorlar arasında qarşılıqlı 

inam  formalaşdırılır.  İnvestisiyalara  dair  xeyli  beynəlxalq  razılaşmalar  İMHBM-in  arbitraj 

orqanlarında yaradılır. İMHBM həmçinin arbitraj hüququ və xarici investisiya hququ sahəsində 

araşdırma aparır. 

Dünya Bankı Qrupunun digər təşkilatları kimi İMHBM də çoxtərəfli beynəlxalq müqavilə 

(“Dövlətlər  və  Digər  Dövlətlərin  Vətəndaşları  Arasında  İnvestisiya  Mübahisələrinin  Həlli 

Konvensiyası”)  əsasında  yaradılıb.  İndiyə  qədər  134  dövlət  müqaviləni  imzalamaqla  və 

ratifikasiya  etməklə  Konvensiya  Dövlətinə  çevrilib.  Konvensiyaya  əsasən  İMHBM  Konvensiya 

Dövləti  və  Konvensiya  Dövlətinin  vətəndaşlıq  tələblərinə  cavab  verən  fiziki  şəxslər  və  şirkətlər 

arasındakı mübahisələrinin arbitrajı və barışdırılması funksiyalarını yerinə yetirir.  

 

İMHBM sadə təşkilati struktura malik olub İnzibati Şura və Katiblikdən ibarətdir. İldə bir 



dəfə iclas keçirən İnzibati Şura Mərkəzin idarəedici orqanıdır. Hər bir Konvensiya Dövləti Şurada 

bir  nümayəndə  təyin  etmək  hüququna  malikdir  ki,  Mərkəzin  həmin  şəxslərə  ödəniş  həyata 

keçirməsi nəzərdə tutulmur. Dünya Bankının prezidenti “ex-officio” İnzibati Şuranın sədri sayılır, 

lakin onun səs vermək hüququ yoxdur.  

 

Katiblik  baş  katibdən,  baş  katibin  bir  və  ya  daha  artıq  müavinindən  və  işçi  heyətdən 



ibarətdir.  Konvensiyanın  10-cu  maddəsinə  görə  baş  katib  və  onun  müavinləri  İnzibati  Şuranın 

Sədrinin təqdimatı əsasında üçdə iki səs çoxluğu ilə seçilir. Onların vəzifə müddəti 6 il müəyyən 

edilir və yenidən seçilməyə icazə verilir. 

 

Mərkəzin  yurisdiksiyası  tərəflərin  razılığına  əsaslanır.  Yuirsdiksiyaya  razılıq  yazılı 



formada  olmalıdır  və  onun  birtərəfli  formada  geri  götürülməsinə  icazə  verilmir.  Konvensiya 

razılığın  verilmə  vaxtını  və  məkanını  müəyyənləşdirmir.  Belə  razılıq  ikitərəfli  və  çoxtərəfli 

investisiya müqaviləsində gələcək mübahisələrin Mərkəzə təqdimatını nəzərdə tutan müddəada və 

ya  mübahisənin  mövcudluğu  şəraitində  kompromis  qaydada  verilə  bilər.  Razılıq  mübahisənin 

Mərkəzin  yurisdiksiyasına aid edilməsi üçün vacib göstərici sayılsa da,  mübahisənin tərəfləri və 

təbiəti kimi amillər də əhəmiyyət kəsb edir. 

 

Konvensiyanın  25-ci  maddəsində  yalnız  “investisiyadan  yaranan  hüquqi  mübahisələrin” 



Mərkəzin yurisdiksiyasına aid edilə biləcəyi qeyd olunur. “Hüquqi mübahisə” ifadəsini işlətməklə 

maraqların  deyil,  məhz  hüquqların  münaqişəsinin  Mərkəzin  yurisdiksiyasına  aid  olunduğu 

vurğulanır.  Mübahisə  qanuni  hüququn  və  öhdəliyin  mövcudluğunu  və  çərçivəsini,  qanuni 

öhdəliyin  yerinə  yetirilməməsinə  görə  tələb  olunan  kompensasiyanın  təbiətini  və  ya  səviyyəsini 

əhatə etməlidir. 

 

Mübahisənin  Mərkəzin  yurisdiksiyasına  daxil  edilməsi  üçün  tərəflərdən  biri  Konvensiya 



Dövləti,  ikincisi  isə  digər  Konvensiya  Dövlətinin  vətəndaşı  (fiziki  və  hüquqi  şəxslər)  olmalıdır. 


Qeyd  edək  ki,  mübahisəyə  tərəf  dövlətin  fiziki  şəxs  olan  vətəndaşı  Mərkəzin  himayəsi  altında 

keçirilən  icraata  tərəf  ola  bilməz.  Əgər  hətta  həmin  fiziki  şəxs  eyni  zamanda  digər  dövlətin 

vətəndaşlığına  malik  olsa  və  ya  mübahisəyə  tərəf  dövlət  razılığını  versə  belə,  bu  qaydanın 

pozulmasına  imkan  verilmir.  Hüquqi  şəxslərə  münasibətdə  Mərkəzin  mövqeyi  fərqlidir.  Əgər 

mübahisəyə tərəf Dövlət razılığını verərsə, hüquqi şəxs eyni təbiətli icraatda tərəf kimi iştirak edə 

bilər.  Bu  zaman  mübahisəyə  tərəf  Dövlət  ona  məxsus  hüquqi  şəxsə  xarici  nəzarət  səbəbindən 

digər Konvensiya Dövlətinə məxsus hüquqi şəxs kimi yanaşmalıdır.  

 

Əgər hər hansı Konvensiya Dövləti digər Konvensiya Dövlətinin vətəndaşı olan sərmayəçi 



ilə mübahisəni Mərkəzə təqdim etmək qərarına gəlibsə, sərmayəçi öz dövlətindən onu qorumağı 

xahiş edə bilməz və dövlətlərə eyni xahişi yerinə yetirməyə icazə verilmir. Konvensiyanın 27-ci 

maddəsi Konvensiya Dövlətinin mübahisə tərəfi olan sərmayəçiyə diplomatik status verməsini və 

ya eyni mübahisə ilə əlaqədar beynəlxalq iddia ilə çıxış etməsini qadağan edir.  

 

İMHBM-in  İnzibati  Şurası  Katibliyə  Konvensiya  Dövlətləri  və  digər  Konvensiya 



Dövlətlərinin  vətəndaşları  arasındakı  və  İMHBM  Konvensiyası  çərçivəsndən  kənara  çıxan 

investisiya  mübahisələrinin  müəyyən  kateqoriyasını  həll  etmək  səlahiyyəti  verən  Əlavə  Xidmət 

Qaydalarını  qəbul  edib.  Bu  kateqoriyalar  aşağıdakılardır:  (i)  faktları  aydınlaşdırmaq  məqsədilə 

həyata  keçirilən  icraat;  (ii)  tərəflərdən  birinin  Konvensiya  Dövləti  və  ya  digər  Konvensiya 

Dövlətinin  vətəndaşı  olmadığı  hallarda  invesitiya  mübaisələrinin  həlli  üçün  keçirilən  arbitraj  və 

barışdırma  icraatı;  (iii)  tərəflərdən  ən  azı  birinin  Konvensiya  Dövləti  və  ya  digər  Konvensiya 

Dövlətinin vətəndaşı olduğu halda və birbaşa investisiya təbiətli olmayan arbitraj və ya barışdırma 

icraatı (adi kommersiya sövdələşmələrindən başqa). 

 

Beynəlxalq Hesablaşmalar Bankı  (BHB) beynəlxalq  valyuta-kredit və  maliyyə orqanları 

arasında xüsusi yer tutur. Ən azı ona görə ki, 1930-cu ildə yaradılan BHB ilk bu cür təşkilat olub. 

Onun mənzil-qərargahı İsveçrədə, Bazel şəhərində yerləşir. 

 

BHB iki əsas funksiyanı yerinə yetirir: 



1)

 

mərkəzi banklar arasında əməkdaşlığa dəstək verir və beynəlxalq maliyyə əməliyyatlarının 



həyata keçirilməsi üçün münbit şərait yaradır; 

2)

 



beynəlxalq  hesablaşmaların  həyata  keçirilməsi  üzrə  etibarlı  şəxs  və  ya  agent  rolunu 

oynayır. 

 

BHB  formasına  görə,  səhmdar  cəmiyyət  kimi  təşkil  edilib.  Onun  xüsusiyyəti 



hesablaşmalarda 0,29032258 q. qızıl tərkibli frankdan istifadə etməsidir. ABŞ dollarında istifadə 

olunan aktiv və passivlər qızıl franklara  1 troya unsiyası qızıla görə 208 ABŞ dolları məzənnələri 

ilə  çevrilir.  Bütün  digər  valyutalar  üzrə  əməliyyatlar  onların  ABŞ  dollarına  münasibətdə 

məzənnələrinə görə həyata keçirilir. Bankın səhmdarları əsasən sənayecə inkişaf etmiş ölkələrdir. 

 

Son illərdə refional inkişaf bankları öz fəaliyyətlərini gücləndirərək dünya Bankı Qrupu ilə, 



belə demək mümkünsə, ciddi rəqabətə girmişlər. Bura Asiya İnkişaf Bankı (1965-ci ildə yaradılıb, 

mənzil-qərargahı  Filippinin  paytaxtı  Manilada  yerləşir),  Afrika  İnkişaf  Bankı  (1965-ci  ildən 

əməliyyatlar  həyata  keçirir,  mənzil-qərargahı  Kot-d’İvuarın  paytaxtı  Abicanda  yerləşir), 

Amerikaarası  İnkişaf  Bankı  (1960-cı  il  yanvarın  1-dən  fəaliyyətə  başlayıb,  mənzil-qərargahı 

Vaşinqtonda  yerləşir),  İslam  İnkişaf  Bankı  (1975-ci  ildə  yaradılıb,  mənzil-qərargahı  Səudiyyə 

Ərəbistanının  Ciddə  şəhərində  yerləşir),  Avropa  Yenidənqurma  və  İnkişaf  Bankı  (1991-ci  ildə 

yaradılıb) və bir sıra digər maliyyə-kredit qurumları aiddir. 

 

Beynəlxalq  valyuta-maliyyə  və  kredit  münasibətlərində  kreditorların  xüsusi  klubları  da 



iştirak edirlər: 


 

Kreditor  ölkələrin  Paris  klubu  (bura  10  ölkə,  “böyük  yeddilik”lə  yanaşı,  Belçika, 



Niderland  və  İsveçrə  daxildir)  –  bu,  sənayecə  inkişaf  etmiş  ölkələrin  qeyri-rəsmi 

təşkilatıdır. Bu klubda kluba daxil olan ölkələrə dövlət borcları olan ölkələrin ödəmələrinin 

vaxtınını uzadılması, borcların tənzimlənməsi məsələləri müzakirə edilir. 

 



London  klubu  iri  kreditor  bankların  (600-dən  yuxarı)  qeyri-rəsmi  təşkilatıdır.  Burada 

borclu ölkələrin özəl xarici borclarının tənzimlənməsi problemləri müzakirə edilir. 

 

Yuxarıda  deyilənlər  belə  bir  nəticə  çıxarmağa  əsas  verir  ki,  müasir  beynəlxalq  valyuta-



kredit  və  maliyyə  münasibətləri  beynəlxalq  iqtisadi  münasibətlərin  vacib  formasıdır  və 

dövlətlərarası  tənzimləmənin  obyektidir.  Kapitalın  beynəlxalq  hərəkəti,  beynəlxalq  valyuta 

sistemi  və  dünya  valyuta  vazarında  baş  verən  intensiv  inkişaf  prosesləri  social-iqtisadi  inkişaf 

səviyyələrindən  və  siyasi  orientasiyalarından  asılı  olmayaraq  müxtəlif  ölkələrin  vahid  dünya 



təsərrüfatına inteqrasiyasına xidmət edir. 

 

Yüklə 439,32 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə