Mövzu 6 Beynəlxalq valyuta-maliyyə münasibətləri



Yüklə 439,32 Kb.
Pdf görüntüsü
səhifə13/17
tarix05.04.2018
ölçüsü439,32 Kb.
#35899
1   ...   9   10   11   12   13   14   15   16   17

hallarda üzv-dövlətlər bu hüquqdan real olaraq istifadə edirlər. 

1963-cü il 

1963-cü  ildı  BVF  xammal  əmtəələri  istehsal  edən  ölkələrə  yardım 

məqsədilə  kompensasiya maliyyələşdirilməsi mexanzimini (CFF) təsis 

etdi. Bu  yardım bu cür ölkələrin ixrac gəlirlərinin  müvəqqəti azalması 

zamanı, o cümlədən qiymətlərin aşağı düşməsindən yaranan müvəqqəti 

azalma  zamanı  edilir.  1981-ci  ildə  bu  mexanizmə  əlavə  komponent 

daxil edildi ki, bu da ölkələrin taxıl məhsulları idxalı zamanı çəkdikləri 

xərclərin müvəqqəti yüksəlməsi zamanı onlara kömək məqsədi daşıyır. 



1970-ci illər 

1970-ci illərdə neftin qiymətlərinin 4 dəfə qalxması nəticəsində yaranan 

enerji  böhranı  zamanı  BVF  müvəqqəti  neft  mexanizmi  vasitəsilə  neft 

ixrac  edən  ölkələrin  valyuta  profisitlərinin  dövriyyəyə  qaytarılmasına 

kömək edirdi. Bu mexanizm 1974-cü ildən 1976-cı ilə qədər fəaliyyətdə 

olub.  BVF  bu  mexanizm  vasitəsilə  neft  ixracatçılarından  və  xarici 

hesablar üzrə sabit mövqeyə malik digər ölkələrdən borc götürür və neft 

idxalatçılarına kredit verirdi. İdxalatçılar isə bu kreditlərdən neft alışları 

ilə bağlı yaranan kəsirləri maliyyələşdirmək üçün istifadə etməli idilər. 

1974-cü il 

1974-cü ildə tədiyə balansı ilə bağlı problemlərlə üzləşən üzv-dövlətlərə 

ortamüddətli  yardım  göstərilməsi  məqsədilə  BVF-nin  genişləndirilmiş 

kreditləşdirmə  mexanizmi  (EFF)  yaradıldı.  Bu  problemlər  həmin 

ölkələrin  iqtisadiyyatlarındakı  struktur  çatışmazlıqları  ilə  bağlı  idi.  Bu 

çatışmazlıqların  aradan  qaldırılması  üçün  isə  uzun  müddət  ərzində 

struktur 

islahatlarının 

həyata 


keçirilməsi 

tələb 


olunurdu. 

Genişləndirilmiş  kreditləşdirmə  haqqında  razılaşmanın  müddəti  adətən 

3  il  təşkil  edir  və  onun  4  ilə  qədər  artırılması  imkanı  var.  EFF  üzrə 

birinci razılaşma 1975-ci ildə Keniya ilə bağlanmışdır. 



1980-ci illər 

1980-ci illərdə BVF Latın Amerikası borc böhranının tənzimlənmsəinə 

yardımda  aparıcı  rol  oynamışdır.  BVF  bu  zaman  region  ölkələrinin 

hökumətləri  və  beynəlxalq  bank  dairələri  ilə  qarşılıqlı  əməkdaşlıq 

şəraitində  işləmişdir.  BVF  borclu  borclu  ölkələrə  ortamüddətli 

sabitləşmə  proqramları  hazırlamaqda  kömək  etmiş,  resurslarından 

əhəmiyyətli  həcmdə  maliyyələşdirmə  həyata  keçirmiş  və  kreditor 

ölkələrin  hökumətləri,  kommersiya  bankları  və  beynəlxalq  təşkilatlar 

tərəfindən maliyyələşdirmə paketlərini təşkil etmişdir. 

1989-cu il 

1989-cu  ildən  etibarən  BVF  Mərkəzi  və  Şərqi  Avropa,  Baltika 

ölkələrinə,  Rusiyaya  və  keçmiş  Sovet  İttifaqının  digər  ölkələrinə 

iqtisadiyyatlarını  mərkəzləşdirilmiş  planlaşdırma  sistemindən  bazar 



iqtisadiyyatına  transformasiya  etmək  üçün  aktiv  şəkildə  yardım 

göstərməkdədir.  BVF  bu  ölkələrlə  əməkdaşlıq  şəraitində  işləyir  və 

onların  iqtisadiyyatlarının  sabitləşdirilməsinə  və  yenidənqurulmasına 

çalışır.  Məsələn,  BVF  bazar  iqtisadiyyatı  üçün  hüquqi  və  institusional 

əsas yaradılması məqsədilə adıçəkilən ölkələrə yardım göstərir. 1993-cü 

ildə bazar iqtisadiyyatına keçidin ilkin mərhələlərini dəstəkləmək üçün 

əlavə  maliyyələşdirmə  təqdim  edilməsi  məqsədilə  BVF  sistem 

dəyişikliklərinin  maliyyələşdirilməsi  mexanizmini  (STF)  təsis  etdi  ki, 



onun da fəaliyyət müddəti 1995-ci ildə başa çatmışdır. 

1994-1995-ci 

illər 

1994-1995-ci  illərdə  Meksikada  kəskin  maliyyə  böhranı  baş  verdi. 

Bazar iştirakçılarının mövcud vəziyyətə nöqteyi-nəzərlərinin dəyişməsi 

nəticəsində bu ölkədən iri kapital axını baş verdi. Meksika qısa müddət 

ərzində  qəti  sabitləşdirmə  və  islahat  proqramını  qəbul  etdi  ki,  bu 

proqram  da  sonda  müvəffəqiyyətlə  nəticələndi.  Bu  proqramı 

dəstəkləmək  məqsədilə  BVF  sürətlə  17,8  milyard  dollar  həcmində 

krediti  təsdiqlədi.  Bu  həmçinin  BVF-yə  Yeni  Borclar  Sazişi  (YBS) 

işləmək  üçün  təkan  verdi.  Yeni  saziş  gələcəkdə  baş  verə  biləcək  ciddi 

böhranlara dərhal reaksiya  vermək üçün BVF-nin \linin altında kifayət 

qədər vəsaitin olmasına təminat verir. 

1996-cı il 

1996-cı ildə BVF və Dünya Bankı birgə yüksək borc səviyyəsinə malik 



yoxsul ölkələrin borclarına münasibətdə təşəbbüsü qəbul etdilər ki, bu 

da  HİPC  Təşəbbüsü  adlandırılır.  Bu  təşəbbüs  dünyanın  yoxsul 

ölkələrinin xarici borclarının kifayət qədər qısa müddət ərzində iqtisadi 

cəhətdən  məqbul  səviyyəyə  enidilməsi  məqsədini  daşıyır.  Bu  təşəbbüs 

1999-cu 

ildə  borc  problemi  üzrə  tədbirləri  sürətləndirmək, 

genişləndirmək  və  dərinləşdirmək  məqsədilə  daha  da  genişləndirildi. 

Eyni 


zamanda 

BVF 


özünün 

struktur 

yenidənqurmasının 

genişləndirilmiş  maliyyələşdirilməsi  mexanizmini  (ESAF)  daha  geniş 

yoxsulluğun azaldılması və iqtisadi artıma dəstək üzrə maliyyələşdirmə 

mexanizmi  (PRGF)  ilə  əvəzlədi.  Sonuncu  mexanizm  birbaşa  olaraq 

yoxsulluğun azaldılması vəzifəsinə xidmət edir. 



1997-1998-ci 

illər 

1997-1998-ci  illər  Asiya  maliyyə  böhranı  zamanı  BVF  sabitləşmə  və 

struktur  islahatları  siyasətini  dəstəkləmək  məqsədilə  İndoneziya, 

Koreya  və  Tailanda  müstəsna  olaraq  iri  kreditlər  (ümumi  məbləği  36 

milyard  ABŞ  dollarından  çox)  verdi.  1997-ci  ildə  BVF  əlavə 

ehtiyatların 

maliyyələşdirilməsi 

mexanizmini 

(SRF) 


yaratdı. 

Mexanizmin 

yaradılmasında 

məqsəd 


gözlənilmədən 

bazar 


iştirakçılarının etibarını itirmə və kapital axını nəticəsində qısamüddətli 

maliyyələşdirməyə ciddi ehtiyac duyan ölkələrə yardım etməkdir. 



1999-cu il 

BVF  böhranların  qarşısının  alınması  üçün  yeni  alət  –  şərtləndirilmiş 



kredit  xətlərini  (CCL)  tətbiq  etməyə  başladı.  CCL  maliyyə 

böhranlarının  yayılmasından  müdafiə  vasitəsidir  və  qəti  iqtisadi 

siyasət həyata keçirən ölkələr üçün açıqdır. 



2000-ci il 

2000-ci  ilin  noyabrında  BVF-nin  İcra  Şurası  BVF-nin  maliyyə 



mexanizmlərinin  əhəmiyyətli  icmalını  başa  çatdırdı.  Bunda  məqsəd 

BVF-nin  üzv-dövlətlərə  maliyyə  yardımı  göstərməsi  metodlarında 

dəyişikliklərə  ehtiyacın  olub-olmadığını  müəyyən  etmək  idi.  Bu  iş 

nəticəsində  dörd  mexanizmin  ləğv  edilməsi  yolu  ilə  əhəmiyyətli 

rasionallaşdırma  həyata  keçirildi.Eyni  zamanda  bir  sıra  digər 

əhəmiyyətli  dəyişikliklər  də  həyata  keçirildi  ki,  bunlar  da  BVF 

mexanizmlərinə  üzv-dövlətlərin  böhranların  qarşısının  alınması  və 

tənzimlənməsi  istiqamətində  həyata  keçirdikləri  səylərə  daha  füclü 




Yüklə 439,32 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə