Mövzu. AİLƏ MÜnasiBƏTLƏRİNİn qender problemləRİ



Yüklə 165,41 Kb.
Pdf görüntüsü
səhifə5/5
tarix26.10.2017
ölçüsü165,41 Kb.
#6730
1   2   3   4   5

 

 

işdəki həmkarları, 26%-ni tanış olmayan şəxslər,  15%-ni atalığı, 9%-ni qaynatası etmişdir. Beləliklə



qadınlara çox vaxt əri və onun qohumları, onun ailə üzvləri tərəfindən və anadan olduğu ailədə zorakılıq 

edilir. (10) 

Bütünlükdə ailədə zorakılıq deyərkən adətən ər (arvad) və ya partnyor tərəfindən baş verən fiziki 

təsir nəzərdə tutulur, eyni zamanda bu, böyüklər tərəfindən uşaqlara edilən fiziki təsirlərə də aid edilə 

bilər. 

Feministlər təsdiq edirlər ki, ailədə zorakılığın, qadınlara münasibətdə ev zorakılığının kökləri 



həyatın patriarxal quruluşunda idi, bu quruluşda kişilərə qadınlar üzərində  hakimiyyət verilmişdi. 

Qadından itaətkarlıq gözlənilir, çox zaman qadın özü mənəvi cəhətdən tabe rolunu yerinə yetirməyə 

hazırdır.  

Hüquq mühafizəsi orqanlarının qeyri-effektiv fəaliyyəti, zorakılığın qurbanlarını qorumalı olan 

sosial institutların olmaması, zorakılıq faktlarının kütləvi müzakirəsinin qadınlar tərəfindən təkidlə rədd 

edliməsi, qadınların hüquq mühafizəsi orqanlarına müraciət etməkdən çəkindirir.  

Bunlar ev zorakılığı zamanı ailədaxili zorakılığını adi hadisə kimi qəbul edən qadınların özlərinin 

qorxu və imkansızlığı ilə daha da dərinləşir.  

Azərbaycan Respublikası Jinayət Məcəlləsinin  109-cu maddəsinə görə zorlamaya, o cümlədən 

arvadın  əri tərəfindən zorlanmasına görə  cəza verilməsi nəzərdə tutulmamışdır, bu fakta görə statistik 

məlumatlar çox vaxt açıqlanmır. Respublikada ev, məişət zorakılığı barədə qanuverici akt qəbul 

edilməmişdir, məhkəmə orqanlarında zorakılığı  xüsusi  hal  kimi  məhkəmə icraatına qəbul edilmir. 

Nəticədə, ailədə qadına qarşı olan zorakılıq çox vaxt nə cəmiyyət, nə də ailə tərəfindən nəzərə alınmır.  

1993-cü ilin dekabrında BMT-nin Baş Assambleyası qadınlara münasibətdə zorakılığın ləğvi barədə 

Deklarasiyanı  qəbul etdi. Bu deklarasiya qadınlara münasibətdə bilavasitə  və bütünlüklə zorakılıq 

məsələlərinə həsr edilmiş insan hüquqları sahəsində ilk beynəlxalq sənəd olmuşdur. Bu sənəddə təsdiq 

edilir ki, qadınlara münasibətdə baş verən zorakılıq qadınların hüquq və  əsas azadlıqlarının həll 

edilməsindən, eyni zamanda bu hüquqlardan və azadlıqlardan istifadə zamanı qarşıya çıxan 

maneələrdən ibarətdir. Bir çox ölkələr kimi Azərbaycan da bu Deklarasiyanı imzalamışdır. Bu sənədin 

Əsasnaməsinin müvafiq qanunvericilik aktlarına daxil edilməsi qalmışdır və əsas odur ki, qadınlara qarşı 

zorakılığın qarşısının alınması üzrə bütün beynəlxalq birliklər tərəfindən qəbul edilmiş prinsiplərin 

həyata keçirilməsinə köməklik göstərilsin. (11) 

Bir çox elmlərin içində müxalifəti və inkar etməni dəf edərək son illər zorakılığın və qender 

münasibətlərinin tədqiqat sahəsi artıq müəyyənləşmişdir. Hazırda zorakılıq normal həyatda nisbətən 

təcrid olunmuş hadisə kimi səciyyələndirilir.  Əgər zorakılıq qenderlə fundamental uyğun gələrsə, o 

zaman qadın tədqiqatçılarının bir hissəsi zorakılığın nəzəriyyəsinin mərkəzinə keçirilməsini nəzərdə 

tutur.  

Hamıya məlumdur ki, hakimiyyət hökmranlıq və tabelik faktoru sosial fəallığı  və  şəraitin bütün 

növlərinə daxildir. Lakin zorakılıq həmişə qender əsasında hakimiyyətin forması kimi qiymətləndirilmir. 

Ona görə də alimlərin, tədqiqatçıların bir hissəsi zorakılığın «qender əsasında ixtisaslaşmış hakimiyyət» 

kimi başa düşülməsini təkid edirlər. Qender hakimiyyətinin qurulması köməkliyi ilə zorakılıq həm 

fərdlər arasında, həm də institusional səviyyədə  təhlil edilir. Tarixi və müqayisə  təhlili göstərir ki, 

patriarxal cəmiyyət daxilində kişi və qadın hakimiyyətindən qadın üzərində  nəzarətin bir forması kimi 

istifadə edilməsi hüquqi, siyasi və iqtisadi hakimiyyət tərəfindən dəstəklənir.  

Qadınları pullu əmək bazarından haqqı ödənilməyən ev təsərrüfatı sisteminə həmişə sıxışdırmışlar 

və hazırda da sıxışdırırlar, müxtəlif vasitələrlə hakimiyyət mövqeyindən, ailədən kənar statusdan 

kənarlaşdırırlar. Mədəni  ərazilər və insanlar qadınların nigahda subordinasiyalı rolunu dəstəkləyir və 

təsdiq edir. Bu rol sosiallaşma prosesinə həm kişilərin həm də qadınların özləri tərəfindən qəbul edilir. 

Beləliklə, sosial ierarxiya qender üzrə ixtisaslaşdırılmış kimi nəzərdən keçirilir.  

Zorakılığa qender yanaşması qender üzrə ixtisaslaşmış zorakılığı hakimiyyətin təhlilində  əsas 

etmişdir. Digər tərəfdən, qadınlar arasında, qadının kişi üzərində zorakılığ kimi qeyri-tipik zorakılığa 

maraq artmışdır. Göstərilən məsələ  həm sosial elmlərin müxtəlif nəzəri istiqamətləri, həm də feminizm 

daxilində müxtəlif istiqamətlərin arasında müasir nəzəri mübahisələrə səbəb olmuşdur.  

Qender zorakılığı qadınlara münasibətdə hüquq pozulmalarının bütün növlərinə aiddir. 

Zorakılığın bütün fiziki və psixoloji forması qadınların imkanların onların qeyri-ənənəvi davranışları 



 

 

üzərində nəzarəti məhdudlaşdırır. Ona görə də zorakılığa qarşı mübarizə qadınlara münasibətdə hüquq 



pozulmalarının bütün formalarının aradan qaldırılması üzrə qlobal proqramın bir hissəsidir.  

Bütün dünyada qadınlara qarşı zorakılıq elə miqyas almışdır ki, BMT 25 noyabr Beynəlxalq 

«Qadınlara qarşı zorakılıqla mübarizə» günü elan etmişdir.  

2003-cü ildə, bu günə həsr olunmuş müraciətində BMT-nin Baş katibi Kofi Annan qeyd etmişdir ki, 

«qadınlar üzərində zorakılıq hallarının ləğvi uğrunda Beynəlxalq mübarizə günü, gündəlik həyatında 

zorakılıq və suniistifadəetmə halları üzündən əhvalı pozulan yer özündəki çoxsaylı qadınlar adından fəal 

hərəkətlərə olan bir çağırışdır. Qadın üzərində zorakılıq, görünür ki, insan hüquqlarının pozulmasının ən 

biabırçı halıdır. Bu, davam edənə  qədər, hüquq bərabərliyi, inkişafı  və sülhün təmin edilməsinə real 

irəliləyişdən danışmaq olmaz. 

«Bütün dünyada hər üç qadından biri ömründə bir dəfə olsa da zorlanır, döyülür, seksə vadar 

edilir və ya da zorakılığın başqa formalarına məruz qalır. Qadın üzərində zorakılıq QİÇS və ya malyariya 

kimi epidemiya xarakteri almışdır. Lakin cəmiyyət bütünlükdə problemin ciddiliyini başa duşmür. 

Şübhəsiz, bu sahədə işləyənlərin əməyi öz bəhrəsini verir. Lakin biz işimizi başlayan müddətdən etibarən 

qadınlar heç də zorakılıqdan daha çox müdafiə edilməmişlər. Ona görə  də qadınlar üzərində zorakılıq 

davam edir, həm də, görünür ki, elə əvvəlki ölçülərdə davam edir. Javab sadə görünür, lakin onun həlli 

mürəkkəbdir: qadın və kişilərin bərabərsizliyi qadınlara qarşı zorakılığa səbəb olur, onun hakimiyyətdə 

yaratdığı disbalansına isə üstün gəlmək asan deyildir…» – bu BMT-nin (YUNİFEM) Qadın inkişaf 

fondunun  İcraçı direktoru Noymen Xeyzerin Beynəlxalq «qadına münasibətdə zorakılığa qarşı 

mübarizə» gününə göndərdiyi müraciətindən bir hissəsidir. Bu onu göstərir ki, bütün dünyanı qadınları 

fiziki və emosional rahatlığını iddiadan, azad həyat uğrunda, qadınlara münasibətdə zorakılığın 

tamamilə aradan qaldırılması uğrunda mübarizəni davam edir. 

 

Ailədə qender münaqişələlərin tənzimlənməsinin əsas üsulları 

Ailədə qender münaqişələrinin həll edilməsi və qarşısının alınması bu münaqişələrin tənzim və 

idarə edilməsi üzrə fəaliyyətin əsas növləri kimi nəzərdən keçirmək lazımdır.  

Aliə münaqişələrinin qarşısının alınmasının  əsas yolları münaqişəin qarşıdurmanın potensial 

subyektlərindən asılıdır.  Ədəbiyyatda konkret hər hadisə üçün ayrıca məsləhətlər verilir. Ailənin 

inkişafının sosial-psixoloji qanunauyğunluqlarından yaranan ailə münaqişələrinin  ən ümumi yollarının 

üzərində dayanaq: belə yollar aşağıdakılardır: psixoloji-pedaqoji mədəniyyətin, ailə münasibətlərinin 

əsasları üzrə biliklərinin formalaşması; uşaqşların fərdi-psixoloji və yaş xüsusiyyətləri, habelə emosional 

vəziyyətləri nəzərə almaqla, onların tərbiyə edilməsi; tam hüquqlu əsaslarla ailənin təşkili, ailə qanun-

qaydaları və ailə ənənələrinin formalaşması, bir-biri ilə davranış mədəniyyətinin formalaşması; 

Ailə münaqişəninin həll edilməsi - mübahisəli məsələlər üzrə razılığın (konsensusun) əldə edilməsi 

üçün  ən  əlverişli variantıdır. Lakin münaqişələrin qeyri-konstruktiv həll edilməsinin (uşaqların ailədən 

getməsi, valideynlik hüququndan məhrum edilməsi və s.) başqa yolları da vardır.  

Ər-arvad üçün münaqişəin həll edilməsinin xüsusi forması boşanmadır. Bir çoxları üçün boşanma 

yığılıb qalmış problemlərdən, fikir ayrılığı  və  tərəflərin biri-birini başa düşməməsindən azad olmaq 

deməkdir. Lakin boşanma çox vaxt tərəflərin yalnız birinin maraqlarını yerinə yetirir və digər tərəfdə ağır 

sinir-psixi təəssüratı yaradır.  

Bundan  əlavə, boşanma nəticəsində  cəmiyyət natamam ailəni  əldə edir, bu isə öz növbəsində 

uşaqlarda cinayətkarlıq, narkomaniya və deviant davranışın formalaşmasına səbəb ola bilər.  

Uzun yaranma tarixi olan boşanma  problemi  bu  gün  cəmiyyət üçün aktualdır. Bu problemin 

tədqiqatçısı tanınmış Amerika sosioloqu P.Boxannanın fikrincə bu mürəkkəb sosial fenomen olmaqla, 

eyni zamanda mürəkkəb fərdi dərddir. Buna, başlanğıcı ailədə  əmələ  gəlmiş münaqişə  şəraitində 

yaranan və sonu nigahın pozulması ilə başa çatan proses olduğuna kimi baxmaq lazımdır. 

Vaxtı ilə keçmiş SSRİ-də  həyat anlayışının klişelənmiş totialitarizm normativlərinin təsiri altında 

elmi ədəbiyyat bütünlüklə nigahın sabitləşdirilməsi məsələləri üzərində cəmləmişdi. Belə ki, hətta 80-ci 

illərdə boşanma ailənin cəmiyyətdən kənarlaşdırılması əlaməti kimi qiymətləndirilir ki, boşanma sayının 

artması sərxoşluğun, fahişəliyin və qeyri sosial hadisələrin artması ilə bir sıraya qoyulurdu. Lakin tarixi 

mənbələrin təhlili göstərir ki, nigahın pozulmamasının prinsipi praktiki olaraq heç vaxt və heç yerdə tam 

şəkildə qoyulmamışdır. Boşanma indi də ailə  həyatının qəbul edilmiş qaydalarının qorunmasını  təmin 



 

 

edən mexanizm olaraq qalır, onlar pozulduqda, onları korrektə edən rol oynayır,  ər-arvadın optimal 



seçimini təmin edir.  

Ailə psixoterapiyası üzrə böyük Amerika mütəxəssisi Karl Vitaker hesab edir ki, boşanma 

ümumiyyətlə  mənasızdır. Sadəcə olaraq (bu heç də asan deyildir) həmişə münasibətləri tənzimləmək 

lazımdır, bu, onları  çıxılmaz vəziyyətlərdən çıxarır, münaqişələr enercisini hər iki tərəfi qarşılıqlı 

günahlandırma və boşanmaya deyil, şəxsi inkişafa yönəldir.  

Əks təqdirdə münasibətlərin bütün enerjisi, onların yaratdığı müdriklik, bütün təcrübələr sonda 

biri-birini günahlandırmağla, günahı və məsuliyyəti o biri tərəfin üzərinə yıxmaqla nəticələnir.  

Ailədə qender münasibətlərini tənzim etmək üçün ilk növbədə özünün xasiyyəti və temperamenti 

idarə etməyi, güzəştə getməyi, ailənin hər üzvünün azadlığını, hüququnu pozmamağı bacarmaq 

lazımdır.  Şəxsiyyətin özünün xasiyyət və temperamentini müvəffəqiyyətlə idarə etməsindən onun 

inkişafı, bir pillədən digərinə qalxması, daha yüksək keyfiyyətli səviyyəyə çatması asılıdır. Rus psixoloqu 

D.A.Leontyev «Şəxsiyyətin psixologiyası» oçerkində yazır: «İnkişaf etmiş yetkin şəxsiyyət öz xasiyyətini 

idarə edə bilir və özünün ifadə hallarını nəzarət atında saxlamağa qadirdir». 

Qender ailə münaqişələri həmişə  ağır neqativ emosional vəziyyəti yaradır, ona görə  də onların 

qarşısını almaq lazımdır. Psrixoloqlar və konfliktoloqlar kişi və qadınların davranışının müxtəlif 

variantlarını xüsusi qeyd edirlər:  

• 

münaqişəyə qoşulmamaq, münaqişəni yaradan tərəfin öz fikrini tam demək üçün şərait yaratmaq; 



• 

münasibətlərdə üstünlüyə yönəlmiş  hər cür iddianın qarşısı alınmalıdır, qarşı  tərəfi alçaltmaqla 

özünü yüksəltməyə çalışmamaq; 

• 

qüsurları öz yaxınlarında deyil, özündə axtarmaq;  



• 

münaqişənin aradan qaldırılması yolundakı qüvvəni öz yaxın adamının üzərində  qələbəyə deyil, 

yaranmış situasiyanın birgə həll edilməsinə yönəltmək lazımdır;  

• 

hər məsləhətə qulaq asmaq lazımdır, lakin yadda saxlamaq lazımdır ki, həyatda məsləhətlərlə deyil, 



sizin şikayətləndiyiniz adamla yaşamaq lazımdır.  

Sosioloq alimlər güman edirdər ki, ailənin inkişaf etməsi və kamilləşməsi üçün prosesləri başa 

düşən və onları  dəyişdirməyə  əsaslanan dövlətin fəal ailə siyasətinin olması vacibdir. Onlar müasir 

şəraitdə ailə siyasətinin bir neçə əsas prinsiplərini işləmişlər.  



Birinci prinsip – ailənin suverenliyidir – bu o deməkdir ki, bu siyasət həyata keçirilərkən ailənin 

işlərinə hər cür qarışmağı minimum dərəcəyə salmaq vacibdir.  



İkinci prinsip – şəxsiyyətin suverenliyidir, bu azadlığı məhdudlaşdıran tədbirlərə ailə üzvlərinin 

başqa üzvlərinə münasibətdə öz iradəsini həyata keçirilməsinə yol verməyən  şəxsiyyətin suverenliyi 

qadın, kişi və uşaq davranışında stereotiplərin süni şəkildə qorunub saxlanılması deməkdir.  

Üçüncü prinsip – bu ailə siyasətinin sosial, xüsusilə dövlət paternializmi ilə bir yerdə ola 

bilməməsini, uyğun gəlməməsini elan edərək öz qüvvəsinə arxalanmaq deməkdir.  



Dördüncü prinsip - ailənin sosial müdafiəçidir, bu – bütün ailələrə  həm tipik ailə situasiya üçün 

qarantlaşmış standart sayılan – gəlirlərin minimal səviyyəsinin, yaşayış şəraitinin, hüquq müdafiəsinin, 

asudə vaxtın və sosial yardımın digər şərtlərinin təmin edilməsidir.  

Beşinçi prinsip – seçim azadlığının genişləndirilməsidir, çünki ailə siyasətinin  ən populyar 

tədbirləri ailələri yalnız bir qərar qəbul etməyə yönəltməməlidir, daha çox alternativ qərarlar təklif 

edilməlidir.  

Altıncı prinsip – bu, iqtisadi, sosial, mədəni və başqa xüsusiyyətləri ilə müxtəlif sosial qruplardan 

ibarət cəmiyyətin eyni kökdən olmamasını ehtimal edən siyasətin diferensiallaşmasıdır.  



Yeddinci prinsip – bu, ailənin sosial-demoqrafik və konfessional modelinin müxtəlifliyini nəzərə 

alan ailə siyasətinin regionlaşdırılmasıdır.  

Qender ailə siyasətinin ümumi mənası  cəmiyyətin dəyişməkdə olan ailənin dərin maraqlarını 

özünün xüsusi dəyişmələrinin bir hissəsi kimi qəbul etməsindən, kişi və qadınların bərabər hüquqları və 

imkanlarının başa düşülməsi və tanınmasına onun köməklik etməsindən,  şəxsiyyət, ailə  və  cəmiyyət 

arasında yeni tarazlığın və harmoniyanın axtarılmasından ibarətdir.  

 

MÜZAKİRƏ ÜÇÜN SUALLAR VƏ TAPŞIRIQLAR 

 

1. Ailə münaqişələrinə sizin münasibətiniz 




 

 

2. Uşaqların tərbiyə prosesində ata və ananın funksiyaları qarşılıqlı əvəz oluna bilərmi? 



3. Qender ailə münaqişələrinin həllinin əsas forma və üsullarını sadalayın və açıqlayın. 

 

İş üsulları – diskussiya və paylanma materialların təhlili, oyun «Ər-arvad münaqişəsi»; sorğu «Mən 

«qadın» və «kişi» tərbiyəsi haqqında nə düşünürəm?»  

 

PAYLANMA MATERİALLAR 

 

Zorakılığın növləri 

 

Ailə zorakılığının müxtəlif təzahür formaları vardır: 

Fiziki zorakılıq: itələmə, yumruqla vurma, şillə, döymə, boğma, yandırma, gedib-gəlməni 

məhdudlaşdırma, pilləkəndən itələmə, təpikləmə, vurma, kötəkləmə, çapıq yeri qoymaq, saçından tutub 

sürümək, sıxmaq, həmçinin oğurlamaq. 

Sözlə zorakılıq: söymə, bağırma, təhqir etmə, alçaltma, deyinmə, hədələmə, telefonla daim ələ 

salma, camaat arasında onun ləyaqətini tapdalamaq, danlamaq ki, o pis valideyndir, uşaqlarının 

öhdəsindən gələ blmir, camaat, ailə və dostları arasında onu təhqir etmə. 

Seksual zorakılıq:  təhqir edici komentariyalar, seksual cəhətdən təngə  gətirmə, birgə yaşamağa 

məcbur etmə, zorlama, insest, öz tərəfmüqabilini üç nəfərlik seksdə iştirak etməyə məcbur etmək. 



Psixoloji zorakılıq: zorakılıqda hədələmə, qadını  məcbur etmək ki, onu alçaldıcı  hərəkətlər etsin, 

onun hərəkətlərinə nəzarət etmək, qorxutma, uşaqları və nəvələri ona qarşı öyrətməyə, qalmaqal salmaq, 

onun həyatının intim cəhətlərini başqalarına danışmaqla qorxutmaq. 

İqtisadi zorakılıq: onun şəxsi  əşyalarının məhv edilməsi, onun pullarını  mənimsəmə, evdəki 

pulları yaxınlığı  məhdudlaşdırma, müalicə pulu verməkdən imtina etmə, işləməyi və ya oxumağı 

qadağan etmə, kişi üçün işləməyə məcbur etmək. 

 

 




 

 

 



 

Etinasızlıq göstərmə: yaranmış  vəziyyətdə  hər bir şüurlu adamın etməli olduğu işi etmək 

istəməmək, və ya imtina etmək. Buraya qida məhsulları ilə təmindən, pal-paltar almaqdan imtina etmək, 

tələbatın qayğısına qalmamaq, ondan asılı olan insanın sağlamlığı  və  təhlükəsizliyinin müdafiəsindən 

boyun qaçırmaq və s. daxildir. (Domestij Violenje Against Older Women: brojhure from the Illinois 

Department on Aging) 



 

OYUN  

 

«Ər – arvad münaqişəsi» 

 

Oyunun məqsədi.  Tələbələri ailə münaqişənin mümkün variantlarından birisi ilə tanış etmək, 

onun növünü tam müəyyən etmək, bu qəbildə olan münaqişələrin mümkün həlli yollarını tapmaq. 

Oyun iştirakçıları: 

Ər – dövlət büdcəsindən maliyyələşdirilən sahədə çalışır, maaşı ilə ailəsini dolandıra bilmədiyi 

üçün daima əlavə gəlir mənbəyini axtarır;  

Arvad – həmin sahənin işçisidir, işdən tez - tez icazə alır ki, ev işlərini çatdıra bilsin, çünki ev işinin 

bütün yükü – paltar yumaq, xörək bişirmək, ev üçün tədarük etmək, uşaqları  uşaq bağçasına aparıb 

gətirmək və s. onun üzərinə düşür. 



Oyunda vəziyyət:  Əri evə  həmişəkindən gec gəlir.Əlavə  gəlir mənbəyi olan işi yerinə yetirib 

pulunu alıb. Kefi kökdür, bir az içib. Arvad yorğundur, ərindən inciyib. Dava-dalaş başlanıb. Arvad ərini 

onda günahlandırır ki, o, ailənin dərdini çəkmir, öz şəxsi həyatını yaşayır, ailə qayğısı arvadı həyatdan 

tam küsdürüb. Ər evə gejikdiyinə  bəraət qazandırır, çünki ailə üçün çalışır. Qarşılıqlı ittihamlar aranı 

qızışdırır. 

 

Oyunun keçirmə qaydaları: 

1. Tələbələri «ər-arvad» rollarına uyğun bölmək (yaxşı olardı ki, bu rollara qız və oğlan seçilsin). 

2. Oyunun birinci mərhələsində iştirakçılar ər və arvad rollarını oynayır, münaqişədən qabaqkı vəziyyəti 

təsvir edirlər: 

3.  İkinci mərhələdə oyun iştirakçıları yazılı şəkildə vəziyyətin həlli yollarını göstərir. 

4. Yekun mərhələdə ər – arvad probleminin ümumi həllini tapır və qeyd edirlər (yazılı şəkildə). 




 

 

5.  Ər – arvad münaqişənin növünü, yaranma səbəblərini, münaqişənin həllinin mümkün variantlarını 



tapmaq lazımdır. 

 

SORĞU 

 

«Mən «qadın» və «kişi» tərbiyəsi haqqında nə düşünürəm?» 

 

1. İndi televiziya və radioda ən dəbdə olan tok-şou mövzularından biri də budur: «Əsl qadın», 



və yaxud «Əsl kişi» olmaq nə deməkdir? Bu anlayışlarla bağlı hansı qadın və kişi keyfiyyətləri 

yadımıza düşür?  

«Əsl qadın» olmaq nə deməkdir? «Əsl kişi» olmaq nə deməkdir? 

 

 

 



 

 

2. Yəqin ki, siz «qadın xoşbəxtliyi» ifadəsi ilə rastlaşmısınız? Necə bilirsiniz, «qadın xoşbəxtliyi» nə 



deməkdir? 

 

 



3. Necə bilirsiniz, «kişi xoşbəxtliyi» mövcuddurmu? Əgər mövcuddursa, onda nədən ibarətdir? 

 

 



4. Necə düşünürsiniz, əsl mənada «kişi» və «qadın» peşələri mövcuddurmu? Bu fikirlə razısınızsa, onda 

misal çəkin (hər cinsə aid 6 nümunə). 

 

Qadın peşələri Kişi peşələri 



 

 

 



 

5. Sizin fikrinizcə, qızlar və  oğlanlar arasındakı  fərqlər nədən ibarətdir? Bu fikirlə razısınızsa, fərqləri 

göstərin?  

 

A) psixi inkişafında (nitq, təfəkkür, diqqət, yaddaş) fərqlər 



 

Qızlar Oğlanlar 

 

 

 



 

 

B) davranışda  



Qızlar Oğlanlar 

 

 



 

 

 



C) ünsiyyətdə 

Qızlar Oğlanlar 

 

 

 



 

 

6. Siz necə fikirləşirsiniz, qızlar və  oğlanların tərbiyəsində müxtəlif üsullar lazımdırmı?  Əgər «bəli» 



cavab verilirsə, onda sizin fikrinizcə, qızların tərbiyyəsi oğlanların tərbiyəsindən nə ilə fərqlənir? 

 

Qızların tərbiyəsi Oğlanların tərbiyəsi 



 

 

 



 

 



 

 

7. Sizə görə, kişi və qadının uşağa tərbiyəvi təsiri nə ilə  fərqlənir? («kişi» və «qadın» tərbiyələrində 



problem) 

 

«Qadın» tərbiyəsinin 



xarakteristikası 

«Kişi» tərbiyəsinin xarakterisikası 

 

 

 



 

 

8. 8.Sizin fikrinizcə, pedaqoji vəzifə nədən ibarətdir?  



 

Ananın Atanın 

Qızın tərbiyəsində 

Oğlanın tərbiyəsində 

Qızın tərbiyəsində 

Oğlanın tərbiyəsində 

 

 

 



 

 

 



9. Sizə görə kiminlə işləmək, dil tapmaq daha asandır? 

A) qızlarla 

B) oğlanlarla 

C) başqa  

 

10. Siz ilk dəfə yeni sosial-psixoloji kateqoriya olan «qender» anlayışı haqqında nə vaxt eşitmisiniz? 



A) bu gün 

B) bu il 

C) bir neçə il bundan əvvəl 

 

ƏDƏBİYYAT 

 

 

1.  Лоусон Т., Гэррод Д. Социология. А-Я: Сл.-спр / Пер. с англ. К.С.Ткаченко. – М., 2000 



2.  Конфликтология / Под ред.В.П.Ратникова. – М., 2001 

3.  Həsənova M. Azərbaycanda ailə: hüquqi və demoqrafik aspektləri. – B., 2004 

4.  Judy Roof Aulette. Changing Families. Belmont, California, 1994 

5.  Семья в современном европейском обществе. – М., 1996 

6.  Курильски-Ожвэн  Ш.  Семья,  равенство,  свобода:  модели  права / Женщина  в  обществе:  мифы  и 

реалии. Сб.ст. – М., 2001 

7. Azərbaycan Respublikasının Konstitusiyası. – B., 2003 

8.  Семья  как  социальный  институт.  Гендер  и  общество / Под  общ.ред.  А.А.Широбоковой, 

С.В.Ураловой. – Иркутск, 2001 

9.  Crompton R. Discussion and Conclusions//Restructuring Gender Relations and Employment. The Decline 

of the Male Breadwinner. Oxford University Press, 1999 

10. Qadınlar və zorakılıq. – B., 2000 



11.  Кулиев Р. Бытовое насилие против женщин: состояние и пути преодоления. – Б., 2001 

 

Yüklə 165,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə